Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1719/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və 13 saylı Birləşmiş şəhər xəstəxanasının iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı hərəkətin qanunsuz sayılması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Nigar Rəsulbəyovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili İntiqam Hacıyevin iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və 13 saylı Birləşmiş şəhər xəstəxanasın ın iştirakı ilə) qarşı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı hərəkətin qanunsuz sayılması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1015/2021 nömrəli iş üzrə 26.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 29 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə, X3 adına Milli Oftalmologiya Mərkəzinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyinin 4 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına qarşı ona 22.05.2017-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsinə əsas olmuş 88 saylı göndərişin etibarsız hesab edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin qərarı və hərəkətlərinin qanunsuz hesab edilməsi və onun etibarsız edilmiş əlillik dərəcəsinin bərpa edilməsi və 29.06.2019-cu il tarixən ödənilməyən pensiyasının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 22.05.2017ci il tarixdən 29.06.2019-cu il tarixədək olan müddətdə əlillik dərəcəsi təyin edilmiş və müvafiq pensiya almışdır. Ona verilmiş əlillik dərəcəsinə d air sənədin ƏƏSMN-nin TSERAS elektron məlumat sistemində təsdiqini tapmadığı əsas göstərilməklə əlillik dərəcəsi ləğv edilmiş və pensiya ödənişi dayandırılmışdır. 4 Nömrəli TSEK-in 13.09.2019cu il tarixli məktubundan görünür ki, əlillik dərəcəsi etibarsız hesab edilmiş və Səhiyyə Nazirliyinə müraciət etməlidir. Səhiyyə Nazirliyinin 17.10.2019-cu il tarixli məktubundan görünür ki, əlilliyin təyini ilə bağlı forma 88 saylı göndəriş Həkim Məsləhət Komissiyasının jurnalında qeyd olunmamış, göstərilən tarixlərdə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçilməmişdir. Hesab edir ki, forma 88 saylı göndərişin etibarsız hesab edilməsi ilə bağlı göstərilənlər və cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, iddiaçının xəstəliyi müvafiq sənədlərlə təsdiq olunmu ş və əlillik dərəcəsinin təyin edilməsi qanuni olmuşdur.
3. Daha sonra iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi, X3 adına Milli Oftalmologiya Mərkəzi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının cavabdehlər qismində prosessual iştiraklarına xitam verilmiş, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 13 nömrəli Birləşmiş şəhər xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
4. Bundan sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İddiaçı əlillik dərəcəsin in ləğv edilməsi ilə bağlı hərəkətin qanunsuz sayılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əsl olan cavabdeh Azərbaycan Respublikası Cavabdeh ilə əvəz edilməsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üçüncü şəxs kimi göstərilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
6. Bakı İnzibati Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2-1(112)-1775/2020 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı Cavabdeh hərəkətinin qanunsuz sayılması qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələr inə, Azərbaycan Respublikası İPM-in 58.7, 68.1 və 68.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”sinə istinad etməklə belə hesab etmişdir ki, İddiaçı təyin edilmiş ikinci əlilliyinin etibarsız edilməsinə əsas olmuş məktubun mövcud olmaması iş materialları ilə öz təsdiqini tapdığından, qüvvədə olan qanunvericilik iddiaçıya əlillik təyin edilən zaman şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsi onun məhz qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfin dən aparılmalı olduğunu tələb edilmədiyindən, İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkəti qanunsuz sayılmalıdır.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26.11.2020-ci il tarixli, 2-1(112)-1775/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 26.05.2021-ci il tarixli, 2-1(103)-1015/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Aida Hüseyn) qərarı ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhk əməsinin 26.11.2020-ci il tarixli, 2-1(112)-1775/2020 nömrəli qərarının ləğv edilməsi, yeni qərarın qəbul edilməsi, İddiaçı Cavabdehnə (üçüncü şəxslər: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və 13 saylı Birləşmiş şəhər xəstəxanası) qarşı əlillik dərəcəsinin təyin edilməsi barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbay can Respublikasının Cavabdeh haqqında Əsasnamə”yə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
11. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, göründüyü kimi işin hallarına məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmiş və nəticədə əsassız olan qərar qəbul edilmişdir. Sadalanan xüsusatlardan və istinad edilən hüquqi normalarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir, işə baxılarkən maddi hüquq normalarının tətbiq və təsvirində səhvə yol verilmiş və bununla da iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir.
12. Bü tün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(103)-1015/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26.05.2021-ci il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilm əsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili İ.Hacıyev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 26.05.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26.05.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
15. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
17. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 26.05.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
19. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
20. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, işin hallarına məhkəmə tərəfindən düzgün hüquqi qiymət v erilməmiş və nəticədə əsassız olan qərar qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir, işə baxılarkən maddi hüquq normalarının tətbiq və təsvirində səhvə yol verilmiş və bununla da iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir.
21. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlillər əsaslıdır.
22. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında TibbiSosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir.
23. İşdə olan İddiaçı əlillik vəziyyəti Bakı şəhər 13 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 0041003AABMU saylı göndərişi əsasında 22.05.2017-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.
24. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 22.05.2019-cu il tarixli 20/19-4330 nömrəli məktubunda Azərbaycan Respublikasının ƏƏSMN-dən daxil olmuş 105 nəfər şəxsin adına 88 saylı göndərişlər rəsmiləşdirilərkən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30.03.2016-cı il tarixli 140 nömrəli “Tibbi Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1-ci bəndinə əməl edilməməsi ilə bağlı məktuba baxılması, Siyahıda adları qeyd edilmiş 105 nəfər şəxsin adına rəsmiləşdirilmiş göndərişlər işçi qrupu n 13.05.2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri”ndə etibarsız hesab edilməsi barədə bildirilmişdir.
25. Həmin məktuba əlavə edilmiş siyahıda İddiaçı adına rəsmiləşdirilmiş Suraxanı rayonu 13 nömrəli Birləşmiş şəhər xəstəxanasının göndərişinin etibarsız hesab edildiyi qeyd edilmişdir.
26. İşdə olan Səhiyyə Nazirliyinin İddiaçı ünvanlandığı 17.10.2019-cu il tarixli 269/N-21617 saylı məktubda əllilik dərəcəsinin ləğv edilməsi ilə bağlı araşdırmanın aparılması və araşdırma zamanı əlilliyin təyini ilə bağlı 88 saylı göndəriş rəsmiləşdirilərkən, xəstəliyin heç bir tibbi sənədlə öz təsdiqini tapmadığını, göndəriş barədə Həkim Məsləhət Komissiyasının jurnalında qeydiyyatın aparılmaması, eyni zamanda Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən sorğu əsasın da alınmış məlumata əsasən göndərişdə göstərilən tarixlərdə həmin mərkəzdə müayinədən keçmədiyi məlum olduğu bildirilmişdir. Bununla əlaqədar əlilliyin təyini ilə bağlı adına rəsmiləşdirilmiş göndəriş əsassız hesab edilmişdir.
27. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin İddiaçı ünvanlandığı 22.07.2019-cu il tarixli **********6 saylı məktubunda əlillik dərəcəsinə dair sənədin Nazirliyinin TSERAS elektron məlumat sistemində təsdiqinin tapmadığı bildirilmişdir. 28. 4 nömrəli Tibbi-sosial Ekspert Komissiyası İddiaçı ünvanlandığı 13.09.2019cu il tarixli məktubunda Səhiyyə Nazirliyi tərəfindən əlilliyə əsas verən göndəriş (Forma 088) əsassız edildiyinə görə əlillik dərəcəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən etibarsız h esab edilməsi, məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin müvafiq qurumlarına müraciət edilməsi barədə bildirilmişdir.
29. İşdə olan yuxarıda göstərilmiş sənədlərin mətnini yazmaqla onlara istinad edən apelyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının əlilliyinin etibarsız hesab edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. İddiaçı adına rəsmiləşdirilmiş göndərişin etibarsız hesab edilməsi ilə bağlı Səhiyyə Nazirliyinin qərarın, hərəkət (hərəkətsizliyi) mübahisələndirməmişdir, birinci instansiya məhkəməsi isə iddianı təmin edərək haqlı olmamışdır.
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi hazırkı inzibati mü bahisəni həll edərkən İPM-in 12.1, 58.7, 68.2, 82-ci maddələrinin tələblərini pozaraq, işin hallarının araşdırılmasına formal və səthi yanaşmış, onları tam və hərtərəfli tədqiq etməmişdir.
31. Halbuki İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
32. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
33. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizəl ərini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Həmin Məcəllənin 82-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
35. Məlum olduğu kimi, Suraxanı rayonu 13 nömrəli Birləşmiş şəhər Xəstəxanasının iddiaçının adına rəsmiləşdirilmiş 88 saylı forma üzrə göndərişin, Səhiyyə Nazirliyinin 22.05.2019-cu il tarixli 20/19-4330 nömrəli məktubunda yazıldığına görə, işçi qrupun 13.05.2019-cu il tarixli aktına əsasən “Tibb i arayışların elektron registri”ndə etibarsız hesab edilmişdir.
36. Apelyasiya məhkəməsi iddiaçının iddiasının rədd edilməsi qənaətinə gələrkən, faktiki olaraq məhz sözügedən məktuba və məktubda yazılanlara əsaslanmış, orada qeyd edilən məlumatı, yəni işçi qrupunun 13.05.2021-ci il tarixli aktını tələb etməmiş və həmin aktı araşdırmamışdır.
37. Belə ki, işçi qrupunun 13.05.2021-ci il tarixli aktı ümumiyyətlə iş materiallarında mövcud deyil.
38. Digər tərəfdən apelyasiya məhkəməsi iddiaçıya 22.05.2017-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsi barədə olan inzibati aktın ləğv edilib-edilməməsini yoxlamamış, bu inzibati aktın ləğv olunduğu halda hansı qərarla həyata keçirilməsini və bununla əlaqədar olaraq “İnzibati icraat haqqında” Qanunun İV fəslinin müəyyən etdiyi müddəalara riayət e dilməklə inzibati icraatın keçirilib-keçirilməməsini araşdırmamışdır.
39. Eyni zamanda apelyasiya məhkəməsi Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin İddiaçı ünvanlandığı 22.07.2019-cu il tarixli, **********6 saylı məktubuna istinadən əlillik dərəcəsinə dair sənədin Nazirliyin TSERAS elektron məlumat sistemində təsdiqinin tapmamasını qeyd etsə də, hazırkı işin 8-ci səhifəsində iddiaçıya 22.05.2017-ci il tarixində ikinci dərəcəli əlillik dərəcəsinin təyin edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmi forma üzrə verilmiş mötəbər sənəd mövcuddur.
40. Lakin apelyasiya məhkəməsi işi həll edərkən bunu nəzərə almamışdır.
41. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli, 36 saylı q ərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.1-ci bəndinə görə Şəxslərin TSEKdə əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.
42. Həmin Əsasnamənin 4.9-cı bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial Ekspertiza və X2 (bundan sonra - TSERAS) ötürülür.
43. Həmin Əsasnamənin 4.16-ci bəndinə müvafiq olaraq TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.
44. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin 16.01.2020ci il tarixli, 11 saylı qərarı ilə Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli, 36 nömrəli qərarında dəyişiklik edilərək “Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir.
45. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edi lmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
46. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
47. Həmin Qaydanın 3.1-ci bəndinə müvafiq olaraq Əlillik səbəbi Xidmət tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyə n edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda.
48. Həmin Qaydanın 3.2-ci bəndinə görə əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir.
49. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəy yən edilmiş hesab olunur.
50. Həmin Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
51. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Xidmət tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.
52. Həmin Qaydanın 3.8-ci bəndinə müvafiq olaraq xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibd ə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
53. Lakin apelyasiya məhkəməsi cavabdehin və üçüncü şəxsin (Səhiyyə Nazirliyinin) iddiaçının hazırkı tələbi üzrə yuxarıda göstərilmiş maddi hüquq normalarının müddəalarına, yəni müəyyən edilmiş məcburi prosedur qaydalarına riayət edib-etməmələrini araşdırmamış və nəticə etibarı ilə də adıçəkilən məsələlərə hüquqi qiymət verməmişdir.
54. Eyni zamanda apelyasiya məhkəməsi işdə olan ziddiyyətli sənədləri də araşdırmamışdır.
55. Belə ki, işin 116-cı səhifəsində olan cavabdehin birinci instansiya məhkəməsinə ünvanlandığı 05.11.2020-ci il tarixli, **********8 saylı məktubunda yazılmışdır ki, “Azərbaycan Respublikasının Səhiyyə Nazi rliyi tərəfindən 29.01.2019-cu il tarixli, 02-02-45 nömrəli məktubu ilə 105 nəfərin, o cümlədən İddiaçı əlilliyin təyini üçün əsas olmuş göndərişin etibarsız hesab edilməsi barədə məlumat daxil olmuşdur. Qeyd edilən əsasla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində İddiaçı əlilliyi etibarsız edilmişdir”.
56. Lakin xüsusi olaraq qeyd edilməlidir ki, işin 83-cü səhifəsində olan Səhiyyə Nazirliyinin birinci instansiya məhkəməsinə ünvanlandığı 14.05.2020-ci il tarixli, 21/19-2599 saylı məktubunda konkret şəkildə göstərilmişdir ki, “cavabdehə Səhiyyə Nazirliyi tərəfindən “28.01.2019cu il tarixli 02/02/-45 nömrəli məktubun göndərilməsi müəyyən edilməmişdir”.
57. Buna baxmayaraq apelyasiya məhkəməsi tərəfindən işin həmin ziddiyyətli məqamı araşdırılmamışdır.
58. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 26.05.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli 21(103)-1015/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.