Məhkəmə qərarları › İş №2-1(102)-1719/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1719/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1719/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mü dafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli, 2-1(103)-720/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ИТ ******* nömrəli əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1975-ci il tarixdən əmək fəaliyyətinə başlamış və xx.xx.2015-ci il tarixədək müxtəlif müəssisə və vəzifələrdə işləmişdir. Həmçinin xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Mərkəzi mühasibatlığında baş mühasib, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlər müdirinin müavini-ba ş mühasib vəzifəsində işləmişdir. xx.xx.2001-ci il tarixdən iki ay müddətinə ləğvetmə komissiyasının üzvü təyin edilmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək müvəqqəti olaraq baş mühasib vəzifəsini icra etmişdir, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı və dövlət əmlakının idarə edilməsi departamentinin baş mühasibi vəzifəsində işləmişdir. xx.xx.2003-cü il tarixdən Sahibkarlığın inkişafı departamentinin baş mühasibi vəzifəsində işləmişdir. xx.xx.2007-ci il tarixdən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı departamentinin ləğv edilməsi ilə əlaqədar yaradılmış ləğvetmə komissiyasının üzvü təyin edilmişdir. xx.xx.2007-ci il tarixdən əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2007-ci il tarixdən İqtisad i İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı departamentinin ləğv edilməsi ilə bağlı yaradılmış komissiyanın işinin başa çatması ilə əlaqədar ləğv etmə komissiyasının üzvlüyündən azad edilmişdir. xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində Maliyyə-təsərrüfat şöbəsinə müvəqqəti olaraq aparıcı məsləhətçi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək Maliyyə-təsərrüfat şöbəsinə daimi aparıcı məsləhətçi vəzifəsinə işə qəbul edilmiş və 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2013-cü il tarixdə 1 dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir.

2. Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən İddiaçı 25 dekabr 2015-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pen siyası təyin edilmişdir. İddiaçının dövlət qulluqçusu kimi iş stajı 13 il 6 ay hesablanmış və ona uyğun pensiya hesablanmışdır.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.

4. Cavabdeh 16 noyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, - Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən İddiaçı 25 dekabr 2015-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 man at, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-102,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 187,54 manat olmaqla orta aylıq əmək haqqı 879,54 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 13 il 6 ay qulluq stajına görə orta aylıq əmək haqqının (879,54 manat) 70 faizi-615,68 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2015-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 801,36 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də İddiaçı yuxarıda qeyd olunan dövr ərzində 4869,61 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. - İddiaçı 13 il 6 ay döv lət qulluğu stajına görə əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 45 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 560,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-112,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 205,93 manat olmaqla orta aylıq əmək haqqı 957,93 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada İddiaçı 1 mart 2018-ci il tarixi nədək olan sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqı (879,54 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (957,93 manat) arasındakı fərq məbləğinin (78,39 manat) 45 faizi-35,28 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (615,68 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 650,96 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay 881,82 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də İddiaçı yuxarıda qeyd olunan dövr ərzində 4155,48 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. - Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtil ə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 840,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-168,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 308,89 manat olmaqla orta aylıq əmək haqqı 1396,89 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada İddiaçı 1 sentyabr 2019-cu il tarixinədək olan sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqı (957,93 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1396,89 manat) arasındakı fərq məbləğinin (438,96 manat) 45 faizi-197,53 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyasının (650,96 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 848,49 manat müəyyən e dilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2019xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hər ay 1150.50 manat ödənilmişdir. Bu səbəbdən də İddiaçı yuxarıda qeyd olunan dövr ərzində 4393,19 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. - Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13418,28 manat məbləğində artıq pensiya məbləği ödənilmişdir. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada İddiaçı yazılı razılığını qısa müddət ərzində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Əks halda həmin maddəyə uyğun olaraq onun əmək pensiyasından tutulmanın aparılması üçün m əhkəməyə müraciət ediləcəkdir. Məlumat üçün bildirilir ki, Mərkəzi Filial tərəfindən cari ilin sentyabr ayından etibarən İddiaçı əmək pensiyası 848,49 manat müəyyən edilməklə onun müvafiq kart hesabına köçürülür. - İddiaçı müraciəti əsasında pensiya işinə aid sənədlərin araşdırılması zamanı hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavənin ərizəsində qeyd etdiyi işlədiyi dövrdə ona ödənildiyinə dair hər hansı məlumat mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müva fiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 3 noyabr 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə müraciət edərək iddiaçının dövlə t qulluğu stajının faktiki qulluq dövrü 14 il 4 ay müddətlə götürülməklə, müraciət etdiyi vaxtdan əvvəlki 3 il də daxil olmaqla pensiyasının yenidən hesablanması, qulluq stajına görə əlavələrin müraciət etdiyi vaxtdan 3 il də daxil olmaqla hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə yazılı ərizə ilə müraciət edərək, ona təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, pensiya təyin olunarkən onun hakimiyyət səlahiyyəti verən dövlət qul luqçusu kimi işlədiyi vəzifə nəzərə alınmamış və həmin vəzifənin icrasına görə ona əlavə haqq hesablanmalı olduğu halda bu edilməmişdir. Eləcə də dövlət qulluğu stajı da düzgün hesablanmamışdır. Yəni 20%-lə hesablanmalı olduğu halda 5%-lə hesablanmışdır. Cavabdeh 16 sentyabr 2020-ci il tarixli, **********4 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin 5 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2468/2021 nömrəli qərarı (hakim X5) ilə iddia təmin edilmiş, iddiaçının dövlət qulluğu stajının faktiki qulluq dövrü 14 il 4 ay müddətlə götürülməklə, müraciət etdiyi vaxtdan 3 il də daxil olm aqla pensiyasının yenidən hesablanması, qulluq stajına görə əlavələrin müraciət etdiyi vaxtdan 3 il də daxil olmaqla hesablanaraq ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 25 dekabr 2015-ci ildə dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilərkən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla əmək pensiyası müəyyən edilir. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçının pensiya hüququ xx.xx.2015-ci il tarixində yaransa da, iddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə həmin tarixdən sonra, yəni xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında qeyd olunmuşdur k i, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyası təyin olunması, lakin onun dövlət qulluğunda iş stajının 14 il 04 ay əvəzinə 13 il 06 ay götürülməklə hesablanması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli, 2-1(103)-720/2022 nömrəli qərarı (hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2) ilə Bakı İnzibati Məhkəməsinin 5 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda, iddia tələbinə qarşı yazılı etirazda və apellyasiya şikayətində göstərilənlər təşkil edir. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya) Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faiz i miqdarında;... 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 17. “Əmək pensiyaları haqqında” Qanun (hazırda qüvvədə olan redaksiya) Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

18. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müva fiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəm əsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesa b oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı ist inad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının dövlət qulluğu vəzifəsində qulluq stajının 14 il 4 ay təşkil etdiyi iş üzrə materiallarla təsdiq olunur. Əslində kassasiya şikayətində cavabdeh iddiaçının 14 il 4 ay qulluq stajını topladığını təkzib edən hər hansı dəlilə istinad etməmiş və yalnız iddiaçı nın pensiya işinə aid sənədlərdə hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavənin işlədiyi dövrdə ona ödənildiyinə dair məlumatın mövcud olmadığını bildirmişdir.

26. Bununla bağlı qeyd olunmalıdır ki, məhkəmə qərarında zatən konkret hansı əlavələrə əsasən iddiaçının pensiyasının yenidən hesablanması barədə müddəa nəzərdə tutulmamışdır. Bu baxımdan cavabdeh tərəfindən xidməti vəzifəsinə görə iddiaçının işlədiyi dövrdə hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəni alıbalmadığı müəyyən edilməli, iş yerindən müvafiq arayış tələb olunmalı, yalnız əlavəni aldığı təqdirdə Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq həmin əlavə nəzərə alınmaqla iddiaçının pensiyası yenidən hesablanmalıdır.

27. Məhkəmə kollegiyası hesab edir ki yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş pensiyanın yenidən hesablanması barədə apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslı sayılmalıdır.

28. Beləliklə, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyas ı QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli, 21(103)-720/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar