Məhkəmə qərarları › İş №2-1(102)-1719/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1719/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1719/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiya fərqinin əvvəlki dövrlər üzrə yenidən hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Resp ublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2-1(106)-71/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 131 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı hərbi xidmət dövründə aldığı travma və yaralanma ilə əlaqədar 6 sentyabr 1993-cü ildə Müdafiə Nazirl iyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş, Müdafiə nazirinin 1987-ci il tarixli 260 saylı əmrinə əsasən “Xəstəliklər cədvəli”nin 39 “b” maddəsinin 1-ci qrafasına uyğun olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, sıradankənar hərbi xidmətə yararlı” sayılmış, travmanın və yaralanmanın hərbi xidmətlə səbəb-əlaqəsi “Travmadır, Yaralanmışdır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır kimi təyin edilmiş və bu rəy Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin a) yarımbəndinə əsasən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” rəyinə uyğundur.

2. Azərbaycan Respublikası Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyi 21 nömrəli zona Tibbi Sosial Ekspert Komissiyasının AR seriyalı 994663 nömrəli arayışına əsasən, xx.xx.1998-ci il tarixli, 4670 nömrəli müayinə aktı ilə İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbilə ömürlük ikinci qrup əlillik təyin edilmişdir.

3. Müdafiə Nazirliyinin cavabdeh təşkilata ünvanladığı xx.xx.2021-ci il tarixli, 959 nömrəli məktubdan, iddiaçının cavabdeh təşkilata ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən və "Əmək pensiyasının təyin edilməsi haqqında” qərardan görünür ki, Müdafiə Nazirliyinin təqdim etdiyi sənədlərə və iddiaçının müraciətinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə X5 ilə İddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının müdafiəsi zamanı səbəbilə İİ dərəcə əlillik təyin edilmişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xx.xx.2006-cı ildən xx.xx.2021-ci ilədək olan müddət üçün pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.

5. Cavabdeh 31 yanvar 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının yalnız xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək olan 3 il müddət üçün ödəniş almaq hüququ var, qalan xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək olan müddət üçün ödəniş etmək mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 22 fevral 2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2021-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmış və xx.xx.1993-cü ildən 2-ci qrup müddətsiz müharibə əlilidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq ray on şöbəsindən 1993-cü ilin mart ayından 2021-ci ili may ayınadək əmək pensiyası almışdır. xx.xx.2021-ci il tarixdən Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən aldığı əmək pensiyası dayandırılmışdır. Qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 2021-ci ilin may ayından etibarən 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya hesablanıb ödənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən ona xx.xx.2006-cı ildən xx.xx.2021-ci ilədək o lan müddət üçün pensiyanın yenidən hesablanması barədə müraciət etmişdir. Lakin cavabdeh ona xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək olan 3 il müddət üçün ödəniş etmiş, qalan xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək olan müddət üçün ödəniş etməkdən imtina etmişdir. Dəfələrlə cavabdehə bu barədə ərizə ilə müraciət etsə də, cavabdeh hər dəfə cavab məktubunda qeyd etmişdir ki, keçmiş dövr üzrə alınmamış pensiya məbləğinin ən çoxu üç il müddəti üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Hesab edir ki, cavabdehin ona yazdığı cavab məktubları əsasız və qanunsuzdur. Belə ki, ona xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət S osial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2021-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq ödənilməsi qanuna müvafiqdir. Həmçinin Ali Məhkəmənin 2-1(102)1539/2021 nömrəli, xx.xx.2021-ci il tarixli analoji qərarına əsasən iddia tələbi haqlıdır və təmin edilməsi qanuna müvafiqdir. Həmçinin, qeyd edir ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 2006-cı il 28 noyabr tarixli 184-İİİOD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən və həmin qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 saylı Fərmanı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiya təminatı ilə bağlı funksyaları Azərb aycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci ıl 31 avqust tarixli 781 saylı Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə X1” 8.5-ci maddəsində məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına ölkədə bütün əmək pensiyalarının maliyyələşdirilməsinin həyata keçrilməsi, 8.6.1-ci maddəsində isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq “Əmək pensiyaları xərclərini məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi” fondun əsas vəzifələri kimi göstərilmişdir. Həmin Əsasnamənin 9-cu maddəsində “məcburi dövlət sosial sığorta vəsaitini idarə etmək, əmək pensiyaları sahəsində idarəetməni, əmək pensiyala rının təyin edilməsinin maliyyələşdirilməsinə və ödənilməsinə nəzarəti həyata keçirmək” fondun əsas funksiyalarından biri kimi göstərilmişdir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsində keçmiş müddət üçün alınmış əmək pensiyasının məbləğinin müddətindən asılı olmayaraq ödənilməsi” göstərilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” 07 fevral 2006-cı il tarixli 54-111Q nömrəli Azərbaycan Respublikası Qanunun 20.16.1-ci maddəsinə əsasən İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin-100 faizi, İİ qrup müharibə əlillərinə-80 faizi, İİİ qrup müharibə əlillərinə 55 faizinin 2006-cı ilin yanvar ayından 2018-ci ilin may ayına qədər fərq məbləğinin tam şəkildə ona qanunla ödənilməsi mümkündür və ta m şəkildə ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında göstərilir ki, təicarüm“ edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış lakin əmək pensiyasının tə yin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə tətbiq edilməsi istisna edilməmiş, 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırması öhdəliyi məhkəməni üzərinə qoyulmuşdur. Bununla belə, İddiaçı xx.xx.1993-cü il tarixdən İİ qrup əlillik təyin edilmiş, o, həmin tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. xx.xx.2021-ci il tarixdən hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmiş, həmin tarixdən əvvəl hərbi qulluqçu kimi əmək pensiyasının təyin edilm əsi ilə bağlı inzibati orqana müraciət etməmiş, müraciət etməməsinin səbəbləri barədə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin birdəfəlik ödənilməsi qanuna müvafiq hesab edilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur.

9. Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1129/2022 nömrəli qərarı (hakim: X2) ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ümumi əsaslarla 2-ci qrup əlilliyə görə aldığı əmək pensiyası ilə xx.xx.2018-ci il tarixdən 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2018 -ci il tarixədək olan müddət üzrə hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə cavabdehin etirazında göstərdiyi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olmuş “Hərbi qulluqçuları pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. Bu baxımdan iddiaçı “xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin, yəni xx.xx.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə gö rə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2021-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin hesablanaraq ödənilməsi”ni tələb etməkdə haqlıdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2-1(106)-71/2023 nömrəli qərarı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu, X4) ilə Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hü quqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir.Etiraza əsasən iddiaçı kasasiya şikayətinin təmin edilməməsini xahiş edir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qa nunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. 37.7.Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödəni lir (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya). 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respubliksı İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli 03/2020 nömrəli qərardadı 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. 20. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun: Maddə

49. Keçmiş müddət üçün pensiyaların ödənməsi Hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi kündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilir. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. İşin hallarından görünür ki, iddiaçıya xx.xx.1993-cü il tarixdən İİ qrup əlillik təyin edilmiş və o, xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirli yi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinin tələblərinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcəli əlilliyə görə təminat xərcliyinin (591 manat) 80 faizi- 472,80 manat məbləğində əmək pensiyası təyin edilmiş və əvvəlki üç il üçün (1 may 2018-ci il tarixdən 1 may 2021-ci il tarixədək) hesablanıb ödənilmişdir.

25. İddiaçı hazırkı iddiasında hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixdən pensiya fərqinin ödənildiyi 1 may 2018-ci il tarixə olan dövr üçün pensiya məbləğinin fərqi ona ödənilməlidir.

26. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, iddiaçının pensiya hüququ xx.xx.1993-cü il tar ixdə yarandığından, hazırkı mübahisə cavabdehin apellyasiya şikayətində iddia etdiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinə əsasən pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Qeyd edilən normanın müddəaları baxımından, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (iddiaçının ümumi əsaslarla aldığı əmək pensiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ya nında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2018-ci ildən hərbi qulluqçu kimi İİ dərəcə əlilliyə görə aldığı pensiya arasında fərqin) hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. 27.Məhkəmə kollegiyası 1 yanvar 2006-cı il tarixdən 10 mart 2017-ci il tarixədək olan dövr üçün pensiya məbləği fərqinin ödənilməli olması hissəsində apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab etmir.

28. İşdə olan sənədlərdən görünür ki, iddiaçı pensiyanın düzgün təyin olunmaması ilə bağlı ilk dəfə 10 mart 2020-ci ildə Müdafiə Nazirliyinə müraciət etmiş, Müdafiə Nazirliyi müraciətlə bağlı araşdırma aparmış, nəticədə yeni məlumat vərəqi 17 may 2021-ci il tarixdə cavabdehə təqdim edilmişdir. İddiaçının 1 yanvar 2019-cu il tarixədək inzibati or qana hər hansı müraciəti olmamış, iddiaçı özü də 1 yanvar 2019-cu il tarixədək pensiyanın düzgün hesablanmadığı barədə aidiyyəti inzibati orqana müraciət etməsini bildirməmişdir. 29. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. 30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəs inin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həy ata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir.

31. Kollegiya nəticədə qərara almışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsind ə nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

32. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. 33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayə tləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzi mləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul t arixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

34. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxu d onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.. Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzər ə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.

35. Lakin hazırkı işlər üzrə kasasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını, ərizəçilərin müvafiq tarixlərdə pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müraciət etməmələrinin səbəblərini nəzərə almadan, yalnız həmin məhkəmənin yuxarıda qeyd edilmiş qərardadına əsaslanmaqla iddiaları rədd etmişdir”.

36. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarının işığında işin faktiki halı ilə bağlı bildirir ki, iddiaçının əmək pensiyası hüququ 2019-cu il 1 yanvar tarixdən əvvəl yaranmaqla yanaşı, o, bu hüququn reallaşdırılması üçün (təyin edilmiş pensiyanın düzgün hesablanmadığı barədə) həmin tarixdən əvvəl inzibati orqana müraciət etməsinə dair hər hansı sübut təqdim etməmiş, belə müraciəti olmasını ümumiyyətlə bildirməmişdir.

37. Beləliklə, iddiaçının 1 yanvar 2019-cu il tarixdən əvvəl inzibati orqana müraciət etməsi işdə olan hər hansı sübutla təsdiq olunmamışdır.

38. İddiaçının pensiya məbləğinin düzgün müəyyən edilmədiyi barədə ilk müraciəti 10 mart 2020-ci il tarixdə olduğundan, müraciətdən əvvəlki 3 il üçün (10 mart 2017-ci il tarixdən 10 mart 2020-ci il tarixədək) pensiya fərqi ödənilə bilər. Cavabdeh 1 may 2018-ci ildən pensiya məbləğində yaranmış fərqi ödədiyindən hazırkı halda 10 mart 2017-ci il tarixdən 1 may 2018-ci il tarixədək olan dövr üçün pensiya fərqinin ödənilməsi hi ssəsində iddia əsaslı olduğundan həmin hissədə apelyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalı, 1 yanvar 2006-cı il tarixdən 10 mart 2017-ci il tarixədək olan dövr üçün pensiya fərqinin hesablanaraq ödənilməsi hissəsində apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir.

39. Məhkəmə kollegiyası vurğulayır ki, həm “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsində pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilməsi, həm də “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş 37.7-ci maddəsində keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin müddətindən asılı olmayaraq ödənilməsi nəzərdə tutulmuş dur.

40. Məhkəmə təcrübəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respubliksı İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli 03/2020 nömrəli qərardadından sonra da oxşar mübahisələrlə bağlı bir sıra işlərdə hərbi qullquçulara münasibətdə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsi tətbiq edilərək keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan pensiya fərqinin ödənilməsi barədə məhkəmə qərarları qəbul edilmişdir. 41.Lakin belə təcrübə digər pensiyaçılara münasibətdə ayrı-seçkiliyə səbəb olduğundan, hamının qanun və məhkəmə qarşısında bərabər olması barədə konstitusion prinsiplə uzlaşmadığından, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alınmaqla istisnasız olaraq işin hallarından asılı olaraq bütün şəxslərə münasibətdə tətbiq edilməsi vacibdir.

42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(106)-71/2023 saylı, 10 aprel 2023-cü il tarixli qərarı İddiaçı 1 yanvar 2006-cı il tarixdən 10 mart 2017-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq fərq məbləğinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(106)-71/2023 saylı, 10 aprel 2023-cü il tarixli qərarı İddiaçı 10 mart 2017-ci il tarixdən 1 may 2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq fərq məbləğinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar