Məhkəmə qərarları › İş №2-1(102)-172/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-172/2020

14.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-172/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: plan-ölçü sənədində soyada düzəliş edilməsi 14.01.2020 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X1, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı Şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “soyadın yazılışında düzəliş aparılması və ya cizginin yenidən tərtib edilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2334/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı Şəhəri Cavabdeh başçısının 30.12.1998-ci il tarixli 1971 nömrəli sərəncamı ilə iddiaçıya fərdi ev tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, sonuncu 21.06.2016-cı il tarixli i mtina məktubu ilə bildirmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, üç torpaq sahəsi bir hasar daxilindədir, ara sərhədləri şərtidir. Qeyd olunan torpaq sahəsinin bölünməsinə dair notarial qaydada təsdiq olunmuş bölgü cizgisi təqdim edilməsi məqsədəuyğundur. Səbail rayonu İcra Hakimiyyətinin Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan yerləşmə cizgisində torpaq sahəsinin tərəflərinin ölçüləri qeyd edilməmiş və bundan əlavə yerləşmə cizgisində və torpaq sahəsinin verilməsinə dair aktda ərizəçinin soyadı Fərzəliyev qeyd edilmişdir. Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinin bölgü sxemi tərtib edilmiş, eskiz X2 və İddiaçı imzaları ilə təsdiq edilmişdir. 18.11.2016-cı il tarixli qəbzə əsasən İddiaçı ayrılmış Badamdar qəsəb əsi ərazisində yerləşən torpaq sahəsinə dair 1971 saylı 30 dekabr 1998-ci il tarixli sərəncamının və 248 saylı 29 sentyabr 2004-cü il tarixdə təsdiq edilmiş cizginin əslini Cavabdeh rayon Təsərrüfat şöbəsinin baş məsləhətçisi X3 şifahi sorğusuna əsasən ona təqdim edilmişdir. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı Şəhəri Cavabdeh başçısının 30.12.1998-ci il tarixli 1971 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisində soyadının yazılışında yol verilmiş yanlışlığın düzəliş aparılmaqla və ya cizgini yenidən tərtib etməklə ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(81)2295/2019 saylı iş) 27.06.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansi ya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı təsdiq edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Belə olan halda, hazırkı mübahisəyə inzibati icraat qaydasında baxıla bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7məruzəçi, X8 və X10, 2-1(103)-2334/2019 saylı iş)12 sentyabr 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.06.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli cizginin əslinin cavabdehdə olduğunu və ona qaytarılmadığını irəli sürür. Bu isə öz növbəsində əsli təqdim olunmayan həmin sənədin əslində mövcud olub-olmaması barədə əsaslı suallar yaradır və sözügedən iddiaya sənədin kserosurəti əsasında məhkəmədə baxılmasını mümkünsüz edir. Həmçinin, cavabdehin işdə olan 08.12.2016-cı il tarixli məktubundan məlum olduğu kimi, Səbail RİH başçısının 30.12.1998-ci il tarixli sərəncamına əsasən iddiaçıya ayrılmı ş torpaq sahəsinin yerləşmə cizgisi 2004-cü ildə Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunmuşdur ki, qanunvericiliklə RİH başçılarının nümayəndələrinin belə bir səlahiyyəti əvvəllər nəzərdə tutulmamışdır və indi də yoxdur. Bu baxımdan məhkəmə kollegiyası, torpaq sahəsinin cizgisi hüquq müəyyənedici sənəd yox, texniki sənəd olduğu üçün, birinci instansiya məhkəməsinin MPM-in 307.2.5-ci maddəsinə istinad edən mövqeyi ilə razılaşmasa da, məhkəmənin ümumən iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası iddianın “cizgini yenidən tərtib etməklə ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icr a hakimiyyətləri haqqında Əsasnamə” ilə yerli icra hakimiyyətlərinin torpaq sahəsinin cizgisini tərtib etmək səlahiyyəti nəzərdə tutulmamışdır İddiaçı 01.11.2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadının ləğv edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 9.1və 5.1-ci bəndlərinə əsasən hazırkı iddia inzibati icraat qaydasında baxılmalı olan mümkün iddiadır. Bundan əlavə, cavabdehdən tələb edilən yerləşmə cizgisi cavabdeh orqanın nümayəndəsinə rəsmi şəkildə qəbzə imza edilməklə təhvil verilmişdir. Həmçinin, apellyasiya instansiya məhkəməsi öz qərarında Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə istinad etsə də, sözügedən münasibətlər Fərmanın verilməsindən əvvəl mövcud olmuşdur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam for mada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşin hallarından görünür ki, iddiaçı istifadəsində olan 600 kv.m torpaq sahəsinə hüququn qeydə alınması üçün qeydiyyat orqanına müraciət etmiş, qeydiyyat orqanı torpaq sahəsinə hüququn qeydə alınmasından imtina edərək 21 iyun 2016-cı il tarixli məktubunda bir sıra çatışmazlıqlarla yanaşı, Cavabdeh Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş torpaq sahəsinin yerləşmə cizgisində və torpaq sahəsinin verilməsinə dair aktda iddiaçının soyadının Fərzəliyev qeyd edildiy ini bildirmişdir. İddiaçı hazırkı iddiasında cavabdehə qarşı iki tələb qoymuşdur: 1) Bakı Şəhəri Cavabdeh başçısının 30 dekabr 1998-ci il tarixli 1971 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisində soyadının yazılışında yol verilmiş yanlışlığın düzəliş aparılması; yaxud 2) ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisini yenidən tərtib etməklə ona verilməsi. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgisində soyadının yazılışında yol verilmiş yanlışlıq faktının müəyyən olunaraq düzəlişin edilməsi ümumi məhkəmədə mülki icraat qaydasında baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstə rilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə ümumi məhkəmə icraatı qaydasında baxılır. Birinci instansiya məhkəməsi ikinci tələbə münasibət bildirməmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstəri lən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilmə sinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndinin tələbinə görə məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşki latların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Plenum qərarına görə hazırkı halda cavabdeh tərəfindən verilmiş cizgidə olan soyad səhvi onu vermiş cavabdehin özü tərəfindən aradan qaldırıla bilər. Odur ki, belə halda mübahisəyə xüsusi icraat qaydasında baxılması istisna edilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də yerli icra hakimiyyətlərinin torpaq sahəsinin cizgis ini tərtib etmək səlahiyyəti nəzərdə tutulmadığından cavabdehin hazırda belə sənəd tərtib etmək səlahiyyəti yoxdur. İddianın ilk tələbinə münasibətdə isə qeyd olunmalıdır ki, iddiaçı mübahisəli cizginin əslinin cavabdehdə olduğunu və ona qaytarılmadığını irəli sürür. Bu isə öz növbəsində əsli təqdim olunmayan həmin sənədin əslində mövcud olub- olmaması barədə əsaslı suallar yaradır və sözügedən iddiaya sənədin kserosurəti əsasında məhkəmədə baxılmasını mümkünsüz edir. İddiaçı ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisini iddia ərizəsinə əlavə etməmiş, sonradan məhkəməyə təqdim etməmişdir. 18 noyabr 2016-cı il tarixdə tərtib edilmiş aktdan görünür ki, həmin sənədin əsli Cavabdeh rayon təsərrüfat şöbəsinin baş məsləhətçisi X4 təqdim edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehə gön dərdiyi 14 may 2019-cu il tarixli məktubunda mübahisəyə baxılması ilə bağlı işin obyektiv araşdırılması məqsədilə 30 dekabr 1998-ci il tarixli 1971 saylı sərəncamın verilməsinə səbəb olmuş əsaslar barədə məlumatın qısa müddət ərzində məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmənin sorğusu ilə bağlı hər hansı cavab verilməsi işdən görünmür. Bundan sonra işə 27 iyun 2019-cu il tarixdə baxılması barədə iddiaçı və cavabdehə məktub göndərilmiş, birinci instansiya məhkəməsi 27 iyun 2019-cu il tarixli qərardadı ilə mübahisənin mülki məhkəməyə aid olması əsası ilə iddianı mümkün saymamışdır. İddianın predmetini təşkil edən sənəd iş materiallarında mövcud olmamışdır. Həmin sənəd işdə mövcud olmadığı halda onunla bağlı hüquqi qiymətləndirmə aparılması istisna edilir. Birinci instansiya məhkəm əsi özünün etdiyi sorğuya cavab verilməsinin səbəblərini araşdırmamış, mübahisə olunan sənədlərin alınmasına cəhd göstərməmiş, apellyasiya instansiyası məhkəməsi də həmin hallara diqqət yetirməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı cavabdehin mövqeyini öyrənməmiş, əsli təqdim olunmayan sənədin əslində mövcud olub-olmaması barədə əsaslı suallar yarandığını bildirmiş, lazımi sənədlərin tələb olunması ilə bağlı cavabdehə, yaxud sənədlərin saxlandığı arxiv idarəsinə sorğu etməmiş, bundan sonra iddianın mümkünlük şərtlərinin mövcudluğuna qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq ö zünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). İPM-in 12-ci maddəsinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2334/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar