Məhkəmə qərarları › İş №2-1(102)-172/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-172/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-172/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsinə (hüquq varisi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri 2 saylı xidmət nümayəndəliyi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaya yaşa görə əmək pensiyasının təyin edilməsi; sağlamlıq imkanları məhdud uşağa qulluq müddətinin hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsinə qarşı (hüquq varisi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri 2 saylı xidmət nümayəndəliyi) “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 avqust tarixli 2-1(103)-381/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh xx xxxx 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtin a etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının qanunla tələb olunan sosial sığorta stajı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı olmadığından, onun yaşa görə əmək pensiyası hüququ yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinə qarşı xx xxxxxxxx 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun birinci qrup əlil oğlu Quliyev Xəlil Malik oğlu xx.xx.1986-cı ildə anadan olmuşdur. Doqquz aylıq olarkən irinli meningit xəstəliyinə tutulub. Dəfələrlə xəstəxanalarda müalicə almağına baxmayaraq, sol tərəfli iflic olmuşdur. 1987-ci ildən 1999-cu ilədək hər il xəstəxanalarda müalicə almağına baxmayaraq, heç bir nəticə olmamışdır. xx.xx.1999-cu ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.1995-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş, keçirilmiş uşaq serebral iflicin soltərəfli hemimor xəstəliyi ilə qeydə alınmışdır. Növbəti (BTEK) komissiya zamanı xx.xx.2002-ci ildə bilərəkdən və ya bilməyərəkdən ikinci qrup əlillik təyin edilmişdir. xx.xx.2003-cü ilə qədər növbəti komissiyada xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək birinci qrup, xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilədək birinci qrup və xx.xx.2009-cu ildən isə müddətsiz əlillik verilmişdir, u şaqlıqdan başqasının köməyinə ehtiyacı olmuşdur. 1986-cı ildən indiyədək uşağına baxır, 33 ildir ki, o, bu uşağın üstündə əziyyət çəkir, indiyədək həftədə bir-iki dəfə qıcolmaları (epilepsiya) olur, tez-tez xəstələnir, daimi dərmanlar atır. İddiaçının üç oğlu və bir qızı var. Xəstə uşağa baxmağa görə beş il vaxtından tez təqaüdə çıxmaq hüququ var, bildiyinə görə hər uşağa görə bir il staj sayılır. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 21(82)3487/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan 25 il sosial sığorta stajına malikdir.

7. Cav abdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 avqust tarixli 21(103)-381/2020 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri 2 saylı xidmət nümayəndəliyi ilə əvəz edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 avqust tarixli 2-1(103)-381/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmiş, iddiaçıya xx.xx.2017-ci il tarixdən - 55 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmaqla yanaşı, həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya əmək pensiyasının hansı tarixdən təyin edilməli olduğunu qərarında göstərməmişdir.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12.1, 12.2 və 58.7-ci maddələrinin tələbləri pozulmuşdur. 13. “Əmək pensiyaları haqqı nda” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunmuşdur ki, 63 (altmış üç) yaşına çatmış kişilərin və 60 (altmış) yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

14. Həmin Q anunun 8.2-ci maddəsinə əsasən, sağlamlıq imkanları məhdud uşağını 8 (səkkiz) yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

15. Qanunun tələblərinə müvafiq olaraq, xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər qadınlar üzrə pensiya yaşı 60 il 6 ay olmuşdur. Qanunun 8.2-ci maddəsinə uyğun olaraq, iddiaçı üçün yaş 5 il azaldıldığından, tələb 55 il 6 ay yaş tələb olunur ki, iddiaçı bu şərtə cavab verir (xx.xx.2018-ci il). Lakin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, ona pensiya təyinatı aparılması üçün azı 25 il sığorta stajı tələb olunur.

16. İş materiallarından gör ündüyü kimi, iddiaçının müvafiq sığorta stajı olmadığından, ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. 17. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ (birinci) qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti daxil edilir.

18. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlər araşdırıldıqda məlum olmuşdur ki, iddiaçının sağlamlıq imkanları məhdud uşağa və İ qrup əlilə qulluq etdiyi müddət 15 il 07 ay 28 gün təşkil etmişdir.

19. İş materiallarından da görünür ki, iddiaçının övladı xx.xx.1986- cı il təvəllüdlü Quliyev Xəlil Malik oğlu 3 №-li TSEK-nin xx.xx.1999-cu il tarixli qərarına əsasən İİ qrup əlil (sağlamlıq imkanları məhdud) hesab edilmişdir. Əlilliyin müddəti isə xx.xx.2001-ci ilə qədər müəyyən edilmişdir.

20. TSEK-nin xx.xx.2002-ci il 44564242 №-li müayinə aktına əsasən, Quliyev Xəlil Malik oğlu xx.xx.2003-cü ilə qədər İİ qrup əlil hesab edilmişdir. 21. 3 №-li TSEK-nin xx.xx.2004-cü il tarixli 672475 №-li müayinə aktına əsasən, Quliyev Xəlil Malik oğlu xx.xx.2006-cı ilə qədər İ qrup əlil hesab edilmişdir. 22. 3 №-li Zona TSEK-nin xx.xx.2007-ci il tarixli 377567 №-li müayinə aktına əsasən, Quliyev Xəlil Malik oğlunun İ qrup əlillik müddəti xx.xx.2009-cu ilə qədər müəyyən edilmişdir. 23. 3 №-li Zona TSEK-nin xx.xx.2009-cu il tarixli 764984 №-li müayinə aktına əsasən, Quli yev Xəlil Malik oğlunun İ qrup əlilliyi müddətsiz müəyyən edilmişdir. 24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

26. Bundan başqa əmək kitabçasına əsasən iddiaçının xx.xx.1980-ci ildən xx.xx.1985-ci il tarixə iş stajı var ki, bunlar birlikdə iddiaçıya yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 25 illik sosial sığorta stajının yaranmasını istisna edir (15 il 07 ay 28 gün + 05 il 25 gün = 20 il 8 ay 23 gün). b. məhkəmə icraatı iştirakçılarının izahatları

27. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

28. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qull uq edilməsi müddəti;...

30. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.9. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. 4.1.5. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Misal 7. 1964-cü il 20 avqust tarixində anadan olmuş sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ananın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 30130 manat təşkil edir. Həmin pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verdiyi üçün onun stajından asılı olmayaraq 57 il 6 ay yaş həddinin (xx.xx.2021-xx.xx.2022-ci il tarixədək olan dövr üçün qadınlar üzrə müəyyən edilmiş 62,5 il pensiya yaş həddi 5 il azaldılmaqla) tamam olduğu xx xxxxxx 2022-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır.

31. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1 0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vax tında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Şikayət qərarın ləğv edilməsi hissəsində qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...iddiaçının oğlu xx.xx.1986-cı il təvəllüdlü Quliyev Xəlil Malik oğlu sağlamlıq imkanları məhdud uşaq olmuş,xx.xx.1999-cu il tarixdən ömürlük İ qrup əlilliyə görə sosial müavinət təyin edilmiş və ona xx.xx.2009-cu il dən müddətsiz əlillik verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı yaşa görə əmək pensiyasına çıxmaq üçün yaş həddi 5 il azaldılmaqla ona 55 yaşdan yaşa görə əmək pensiyası təyin edilməlidir.”.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini İPM-in 12.1, 57.8, 82 və 87.8-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya hansı səbəblərdən məhz 55 yaşdan əmək pensiyası təyin edilməli olduğuna dair qənaətini qərarında əsaslandırmamışdır.

37. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinin və bununla bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının yuxarıda qeyd edilən 3.9-cu bəndinin tələblərinin təmin olunduğuna dair işdə məlumat yoxdur.

38. Beləliklə, İPM-in 12.1, 58.7 və 87.8-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

39. Məhkəmə kollegiyası iddiaçının sığorta stajının hesablanması ilə bağlı şikayətin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 40. “Əmək pensiyaları haqqında” Qanunun 21.2, 21.2.4-cü maddələrinin məzmunundan göründüyü kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhd ud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilir.

41. İşdən göründüyü kimi, iddiaçının x xxxx 1986-cı ildə doğulmuş oğlu X.Quliyevin 1999-cu ildən sağlamlıq imkanı məhdud uşaq olduğu müəyyən edilmiş, onun 18 yaşının tamam olduğu x xxxx 2004-cü il tarixə isə, artıq o, İ qrup əlil hesab edilmişdir (xx xxxx 2004-cü il tarixli müayinə aktı). Onun İ qrup əlilliyi xx xxxx 2009-cu il tarixədək dəyişməmiş, həmin tarixdən müddətsiz İ qrup əlil hesab edilmişdir. 42. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” xx xxxxxx 1992-ci il tarixli 284 nömrəli Qanunun {(xx xxxx 2008-ci il tarixli 648-İİİQD nömrəli Qanunla edilmiş əlavə və dəyişikliklərlə) (xx xxx 2018-ci il tarixli 1153-VQ nömrəli Qanunla ləğv edilmişdir)} 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır.

43. Hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx xxx 2018-ci il tarixli 1153-VQ nömrəli Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli işti rakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq nəzərdə tutulur. 44. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əlavəyə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyasının Qərarında Əlilli yin qiymətləndirilməsinin nəticələri kimi “əlillik dərəcəsi (İ, İİ, İİİ) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” nəzərdə tutulur.

45. İstinad edilən normaların məzmununa görə, qanunverici “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq”lara münasibətdə əlillik qrupları müəyyən etmir.

46. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində təsbit olunmuş “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa... qulluq edilməsi müddəti” müddəası iddiaçıya münasibətdə tətbiq edilərkən 1986-cı ildə doğulmuş və 1999-cu ildən sağlamlıq imkanın məhdudluğu müəyyən edilmiş Quliyev Xəlil Malik oğlunun 18 yaşına çatanadək ona qulluq müddəti əllik qrupundan asılı olmayaraq - sağlamlıq imkanı məhdu d uşaq kimi nəzərə alınmalıdır.

47. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd olunan prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 avqust tarixli 21(103)-381/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar