Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-172/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, iddia müddəti Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “müvafiq dövlət tibb təhsil məktəblərinin birinə köçürülməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-979/2021 saylı, 1 iyul 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kas asiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2205/2206-cı tədris ili üçün test imtahanında iştirak etmiş və “Loğman” Tibb Məktəbinin “Əczaçılıq” ixtisasına (əyani, ödənişli əsaslarla) qəbul olunmuşdur. 2. “Loğman” Tibb Məktəbi 2007-ci ilin sonunda fəaliyyətini dayandırmışdır.
3. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, onun digər orta ixtisas təhsil müəssisəsinə köçürülməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 14.03.2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Xamətova (hal-hazırkı soyadı: Əlisultanova) İnayət Feyzulla qızı adlı şəxs (doğuld uğu tarix xx.xx.1988) 2005/2006-cı tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak etmiş və “Loğman” Tibb Məktəbinin “Əczaçılıq” ixtisasının əyani (ödənişli əsaslarla) təhsilalma formasında qəbul olunmuşdur.
5. A seriyalı, 005472 nömrəli diplomun surətinə əsasən iddiaçının soyadı “Xamətova” qeyd olunmuşdur. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-761/2018 saylı, 19 iyul 2018-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Loğman Tibb Məktəbinin əczaçılıq ixtisasının bitirməsi ilə bağlı dövlət nümunəli diplom blankının verilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
7. Cavabdeh 16 iyul 2019-cu il tarixli məktubla iddia çının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 7 avqust 1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş “Ali və orta-ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”də fəaliyyəti dayandırılmış təhsil müəssisəsinin tələbələrinin başqa təhsil müəssisəsinə köçürülməsi nəzərdə tutulmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı 20 avqust 2019-cu il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “iddiaçının Bakı və ya Sumqayıt şəhərlərində hazırda fəaliyyət göstərən dövlət t ibb təhsil məktəblərinin birinə köçürülməsi ilə bağlı tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı dəfələrlə Təhsil Nazirliyinə müraciət edərək təhsil hüququnun bərpa edilməsinin təmin olunmasını xahiş etmişdir. Lakin Nazirlik onun müraciətlərinə müsbət cavab verməmişdir. “Loğman” tibb məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 fevral 1996-cı il tarixli 16 nömrəli qərarı ilə qeydiyyata alınmış və 1997 – 2005-ci illər ərzində Nazirlər Kabinetinin təsdiq etdiyi qəbul planı əsasında TQDK tərəfindən “Loğman” Tibb Məktəbinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu aparılmışdır. AR Nazirlər Kabinetinin 30 dekabr 2007-ci tarixli 221 nömrəli qərarı ilə “Loğman” Tibb Məktəbi ləğv edilmişdir. O, Dövlətin təsdiq etdiyi plan əsasında TQDK tərəfindən keçirilən test üsulu ilə imtahan verib “Loğman” tibb məktəbinə daxil olduğundan, Azərbaycan Respublikası Təhsil Nazirliyinə müxtəlif vaxtlarda müraciətlər göndərərək diplomunun tanınmasını, yaxud onun hazırda fəaliyyət göstərən müvafiq tibb məktəblərinin birinə köçürülməsini, yaxud ona dövlət nümunəli diplom blankının verilməsinin təmin olunmasını xahiş etmişdir. AR Təhsil Nazirliyi onun ərizələrini təmin etməmişdir. O, sonuncu dəfə 8 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş və Nazirlikdən onun Dövlətin təsdiq etdiyi plan əsasında TQDK tərəfindən keçirilən test üsulu ilə imtahan verib “Loğman” tibb məktəbinə daxil olduğundan, təhsilinin bərpa olunmasını, hazırda fəaliyyət gös tərən müvafiq dövlət tibb məktəblərinin birinə köçürülməsini xahiş etmişdir. Lakin, cavabdeh təşkilat uzun süründürməçilikdən sonra ona imtina məktubu göndərmiş və məktubda dayandırılmış təhsil müəssisəsinin tələblərinin başqa təhsil müəssisəsinə köçürülməsinin AR Təhsil Nazirliyinin 7 avqust 1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş “Ali və orta-ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”də nəzərdə tutulmadığı qeyd edilmişdir. Cavabdehin imtinası qanunsuzdur, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasıdır. Cavabdeh təşkilat əvvəllər də ona məktublar yazmış və müraciət etmək üçün 10 il müddətin keçdiyini bildirmişdir. Lakin o, Azərb aycan Respublikası Təhsil Nazirliyinə müraciətlər etmişdir ki, Nazirliyə 10 ildən tez müraciət etmişdir. Həmçinin 10 illik məhdudiyyətlə bağlı normativ sənəd yeni qəbul edildiyindən özündən əvvəlki münasibətlərə tətbiq oluna bilməz. Ona görə də hazırda Təhsil Nazirliyi ona başqa qanunsuz cavab göndərmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, o, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2005/2007-ci il tədris ili üçün test imtahanında iştirak etmiş və “Loğman” Tibb məktəbinin “əczaçılıq” ixtisasının əyani (ödənişli əsaslarla) təhsilalma formasında qəbul olunmuşdur. X2 göndərdiyi 12 sentyabr 2017-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 fevral 1996-cı il tarixli 16 nömrəli qərarı ilə “Loğman” tibb məktəbi qeydiyyata alınmış və 1997-2005-ci illər ərzində Nazirlər Kabinetinin təsdiq etdiyi qəbul planı əsasında TQDK tərəfindən “Loğman” Tibb Məktəbinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu aparılmışdır. Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 221 nömrəli qərarı ilə “Loğman Tibb Məktəbi ləğv edilmişdir. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8, 2-1(82)-3243/2019 saylı iş) 26 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının Bakı və ya Sumqayıt şəhərlərində hazırda fəaliyyət göstərən dövlət tibb təhsil məktəblərinin birinə köçürülməsi ilə bağlı tədbirlərin görülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının təhsilini başa vura bilməməsi obyektiv səbəblərdən baş verd iyindən, eləcə də onun oxuduğu təhsil müəssisəsinin fəaliyyəti dayandırıldığından, cavabdeh onun müvafiq dövlət tibb təhsil məktəblərindən birinə bərpa olunmaqla təhsilini davam etdirməsi üzrə bütün tədbirləri görməlidir.
12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X12məruzəçi, X9 və X15, 2-1(103)-1085/2020 saylı iş) 4 avqust 2020-ci il tarixli qərarı ilə cavabdeh apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
14. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kasasiya instansiyası məhkəməsindəki icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X1-məruzəçi, X3 və X10, 2-1(102)-2188/2020 saylı iş) 15 dekabr 2020-ci il tarixli qərarı ilə İddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Kasasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iddiaçıya “Loğman” Tibb Məktəbi tərəfindən diplom verilməsinə istinad etmişdir. İş materiallarında “Loğman” Tibb Məktəbi tərəfindən iddiaçıya diplom verilməsi barədə sübut yoxdur. Əgər, məhkəmə işin 16-cı səhifəsində olan, kserosurət ə istinad edirsə, bu kserosurət oxunması mümkün olmadığından, eləcə də diplomun lazımi qaydada təsdiq olunmuş surəti olmadığından sübut kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi öz xidməti vəzifəsinə görə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borclu olduğu halda bunu etməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.” ç) apelyasiya instansiyası məhkəməsindəki icraat
17. İşin təkrar apellyasiya icraatı zamanı məhkəmə tərəfindən işin obyektiv və hərtərəfli araşdırılması üçün, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişinə əsasən, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə sorğu ünvanlanaraq qeyd edilmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 29.06.2017-ci il tarixli məktubda (məktub istintaq idarəsinin rəisi baş ədliyyə müşaviri Əli Quliyev tərəfindən imzalanmışdır) göstərilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş materiallar əsasında Baş idarədə müxtəlif tibb məktəblərinin saxta diplomlarının əldə olunub istifadə olunması faktları üzrə Azərbaycan Respublikası CM-nin 308.1, 320.1 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* cinayət işinin istintaqı zamanı iddiaçının adına tərtib edilmiş qeyd edilən diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd hesab edilməməklə tanınmadığı üçün müvafiq qaydada baxış keçirilməklə götürülmüş, iş üzrə sənədlərin texniki ekspertizası təyin edilib, müvafiq rəy alınıb iş materiallarına əlavə edilmiş və digər zəruri istintaq hərəkətləri aparılmışdır. Yuxarıda qeyd edilənlərlə bağlı sənədlərin texniki ekspertizası zamanı daxil olan ekspertiza rəyinin surəti, diplomun müvafiq qaydada təsdiq edilmiş surətini, hazırda qeyd edilən cinayət işinin hansı mərhələdə (istintaq hərəkətləri davam etdirilir, ittiham aktı mövcuddurmu) olması barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir.
18. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 25.06.2021ci il tarixli cavab məktubunda (İstintaq İdarəsinin rəisi, ədliyyə müşaviri Fərid Nağıyev tərəfindən imzalanmışdır) iddiaçı və qeyrilərinin müxtəlif tibb məktəblərinə aid saxta diplomları əldə edərək istifadə etmələri faktı ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq idarəsində Azərbaycan Respublikası CM-nin 308.1. 320.1 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılır. İstintaq zamanı yaranmış zərurət ilə əlaqədar iddiaçıya məxsus A №005472 seriyalı 153 qeydiyyat nömrəli, 20 iyul 2007-ci il tarixli diplom baxış keçirilməklə götürülüb hüquqi qiymət verilməsi üçün cinayət işi materiallarına əlavə edilmiş və hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
19. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X5məruzəçi, X11 və X6, 2-1(103)-1085/2020 saylı iş) 4 avqust 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, hazırkı iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi rədd edilmişdir.
20. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçı “Loğman” Tibb Məktəbini təhsil müddətini bitirməsi və onun adına müvafiq diplom verilməsi təqdim etdiyindən, həmçinin Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli müvafiq qərarında ləğv edilmiş “Loğman” Tibb Məktəbinin tələbələrinin digər təhsil müəssisələrinə köçürülməsi qeyd edilmədiyindən, onun hazırkı - Bakı və ya Sumqayıt şəhərl ərində hazırda fəaliyyət göstərən dövlət tibb təhsil məktəblərinin birinə köçürülməsi ilə bağlı tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi əsassızdır və təmin edilə bilməz. İddiaçı təhsilinin yarımçıq qaldığını bildirsə də, dövlət nümunəli diplom blankının verilməsini xahiş etmişdir. Qeyd edilən ziddiyyətli məqamlar iddia tələbinin əsassız olmasını bir daha sübut edir.
21. İddiaçı 15 oktyabr 2021-ci il tarixdə qərarın surətini qəbul etmiş, 10 noyabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
22. Cavabdehin imtinasının dəlili ondan ibarətdir ki, iddiaçı hüquqlarının bərpası ilə bağlı 1 0 illik müddəti ötürdükdən sonra Təhsil Nazirliyinə müraciət edib və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27.01.2017-ci il tarixli 49 nömrəli əmri ilə təsdiq edilmiş “Orta ixtisas təhsil müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar”a əsasən onun ərizəsi təmin edilə bilməz.
23. Lakin apelyasiya instansiyası məhkəməsi hazırki qərarında həmin şikayət həddindən və cavabdehin hüquqi əsaslandırmasından kənara çıxaraq Azərbaycan Respublikası İPM-nin 81-ci maddəsinin tələbini pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Təhsil nazirinin 27 yanvar 2017-ci il tarixli 49 saylı əmri ilə təsdiq olunmuş Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair Müvəqqəti qaydalar
1. Ümumi müddəalar 1.1. Orta ixtisas təhsili müəssisələrində təhsilalanların (tələbələrin) köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar (bundan sonra Qaydalar) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2011-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq olunmuş "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nə və 26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəss isələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları”na uyğun hazırlanmış və tələbələrin bir orta ixtisas təhsili müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsi məsələlərini tənzimləyir. 1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün orta ixtisas təhsili müəssisələrinə (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) şamil edilir.
2. Tələbələrin köçürülməsi 2.1. Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından qəbul olunmuş tələbələrin birinci semestr, ümumi orta təhsil bazasından qəbul olunmuş tələbələrin isə üçüncü semestr başa çatdıqdan sonra mövcud Qaydalara əsa sən ixtisasını və ya təhsilalma formasını dəyişmək, bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülmək hüququ vardır. 2.2. Ölkə daxilində tələbələrin bir orta ixtisas təhsili müəssisəsindən (və ya ixtisasdan) digərinə köçürülməsi o şərtlə aparıla bilər ki, Azərbaycan Respublikasının X14 (bundan sonra - DİM) tərəfindən keçirilən imtahanlarda (qəbul ilindən asılı olaraq ümumi təhsil pilləsində yekun qiymətləndirmə imtahanlarında və ya orta ixtisas təhsili müəssisəsinə qəbul imtahanlarında) tələbənin topladığı bal (daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazidə yerləşən kollecə öz ixtisası üzrə köçürülmək istədiyi halda isə topladığı balın 1.5 misli) qəbul olunduğu ildə köçürülmək istədiyi orta ixtisas təhsili müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın v ə akademik göstəriciləri yüksək olsun. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.
3. Tələbələr sırasından xaric edilmə 3.1. Tələbə aşağıdakı hallarda orta ixtisas təhsili müəssisəsindən xaric edilir: 3.1.1. öz arzusu ilə; 3.1.2. başqa orta ixtisas təhsili müəssisəsinə köçürüldükdə; 3.1.3. orta ixtisas təhsili müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda; 3.1.4. səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən); 3.1.5. növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər orta ixtisas təhsili müəssisəsi i lə əlaqə saxlamadıqda; 3.2. Xaric olunmuş oğlan tələbələr barədə məlumat onların hərbi uçotda dayandıqları rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarəsinə orta ixtisas təhsili müəssisəsinin direktoru tərəfindən bir həftə müddətində verilməlidir. 3.3. Tələbələr sırasından xaric edilmiş şəxsə təhsil haqqında sənədin əsli və əgər müraciət edərsə təhsilini başa vurmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.01.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın 2 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış verilir. Həmin sənədlərin surətləri və xaric olunma haqqında əmrdən çıxarış orta ixtisas təhsili müəssisəsində tələbənin şəxsi işində saxlanılır.
4. Tələbələr sırasına bərpa 4.1. Orta ixtisas təhsili müəssisələri tələb ələri sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 10 il müddətində orta ixtisas təhsili müəssisəsinə bərpa olunmaq hüququna malikdir.
26. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və q anunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim ol unduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisəl ərə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
27. Mülki Prosessual Məcəllə (MPM): Fəsil 27 (30 iyun 2011-ci il tarixədək qüvvədə olmuşdur) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli səslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat Maddə
296. Ərizənin verilməsi 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 296.2. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. 296.3. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Maddə
297. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə baxılmalı olan qərarları və hərəkətləri (hərəkətsizliyi) 297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, h ərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində: 297.1.1. şəxsin hüquq və azadlıqları pozulmuş olsun; 297.1.2. şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın; 297.1.3. şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. 297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: 297.2.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar; 297.2.2. qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hü quqi aktlar. Maddə
298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Kasasiya şikayətinin mümkünlüyü, ka sasiya baxışının hədləri
29. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
32. İşdə olan sənədlərə əsasən iddiaçı 2005/2006-cı tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən al i və orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak etmiş və “Loğman” Tibb Məktəbinin “Əczaçılıq” ixtisasının əyani (ödənişli əsaslarla) təhsilalma formasında qəbul olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 221 nömrəli qərarı ilə “Loğman” Səhmdar Cəmiyyətinin Respublika təsərrüfat hesablı tibb məktəbinin qeydiyyata alınması haqqında” Nazirlər Kabinetinin 1996-cı il tarixli 16 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir.
33. MPM-in 30 iyun 2010-cu il tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
34. İddiaçının təhsil aldığı “Loğman” tibb məktəbi 2007-ci ilin dekabr ayından ləğv edilmiş, iddiaçı başqa müvafiq tibb məktəbinə köçürülməmiş, həmin vaxt bundan məlumatlı olmuş, lakin hüququnun pozulması barədə cavabdehin hərəkətsizliyindən MPMin 27-ci fəslinə uyğun 30 iyun 2011-ci il tarixə qədər hüquqlarının müdafiəsi ilə bağlı məhkəmə mübahisəsi açmamışdır.
35. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 27-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə m inmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli səslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.
36. İddiaçı həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşd ürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
37. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, habelə hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların, hərəkətsizliyin mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
38. İPM-in 35.1-ci maddəsinin, həmçinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 nömrəli qərarında olan tövs iyələri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir.
39. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir.
40. İddiaçı cavabdehin hərəkətsizliyi ilə bağlı iddia ilə 30 iyun 2011-ci il tarixədək məhkəməyə müraciət etmədiyindən, hazırda belə hərəkətsizliyin mübahisələndirilməsi imkanı aradan qaxdığından apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalı, kasasiya şikayəti təmin edilməməlidir.
41. Azərbaycan Respublikası Təhsil nazirinin 27 yanvar 2017-ci il tarixli 49 sayl ı əmri ilə təsdiq olunmuş “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair” müvəqqəti qaydalarda məktəbin qeydiyyata alınması haqqında qərarın qüvvədən düşmüş hesab edildiyi halda tələbənin köçürülməsi qaydası təsbit edilmədiyindən, iddiaçının tələblərin sırasından xaric edilməni şərtləndirən 3-cü bölmədə olan halların hər hansı biri baş vermədiyinə görə 10 il müddətinə bərpa olunma hüququ barədə 4-cü bölmənin tələbləri də iddiaçıya münasibətdə şamil edilə bilməz.
42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiy a Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-979/2021 saylı, 1 iyul 2021-ci tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası mümkün sayılmasın. Qərar qətidir.