Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-172/2023 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Ərizəçi İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Xaçmaz Ərazi Idarəsinə (hazırda cavabdeh1) qarşı iş üzrə QƏRAR (Açar sözlər: çıxarışın verilməsi; üçüncü şəxs qismində işə cəlb olunma; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən 2.* ha və *.81 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahələrinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** saylı ## ######## 2*22-ci il tarixli qərarından iddiaçı İddiaçı və cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- **/**** saylı ## ######## 2*22-ci il tarixli qərardadından “Müqəddəs Torpaq” KFT tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.“Torpağa mülkiyyət hüququna dair”JN64* seriyalı, kod ******** nömrəli Dövlət Aktı ilə *.81 ha torpaq sahəsi satıcı X3 ilə alıcı İddiaçı arasında Quba rayonu Dövlət Notariat Kontorunda bağlanmış ##.##.2**3-cü il tarixli, *-*** saylı müqavilə əsasında iddiaçı İddiaçı adına rəsmiləşdirilmişdir. 2.Quba rayon Qəçrəş Bələdiyyə sədrinin ## ### 2**7-ci il tarixli */** nömrəli qərarı ilə Quba rayonu, Qəçrəş kəndinin bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən alqı-satqı qaydasında iddiaçıya 2.* ha torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması, iddiaçıya Quba rayonu Qəçrəş bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan az yararlı torpaq sahəsindən 2.* ha torpaq sahəsinin satılması qərara alınmışdır. 3.Iddiaçı hər iki torpaq sahəsinə çıxarışların verilməsi üçün cavabdeh inzibati orqana ##.##.2*2*-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin tələbi təmin olunmamışdır. Belə ki, cavabdeh inzibati orqanın ##.##.2*2*-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: “Müraciətinizlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizənizdə qeyd edilən JN-*** nömrəli Dövlət Aktı eləcə də JN-*** nömrəli Dövlət Aktının yaranmasına əsas olmuş Quba şəhər Dövlət Notariat Kontorunun ##.##.2**3-cü il tarixli alqı-satqı müqaviləsində əsas olan JN-*** nömrəli Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır. Eyni zamanda ərizənizə əlavə olunmuş AN-******* nömrəli "Torpaq sahəsinin plan və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını ərazi idarəsinin elektron məlumat bazasına əsasən uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsi Qəçrəş kəndinin sərhədlərindən kənarda yerləşir. Qeyd olunan səbəblərdən ərizənin icrası Ərazi Idarəsi tərəfindən mümkün olmamışdır”. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı torpaq sahələrinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onun Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 2.* hektar və *.81 hektar torpaq sahələri üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və həmin torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 5.Iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Qəçrəş Bələdiyyə sədrinin ## ### 2**7-ci il tarixli */** nömrəli qərarı ilə Quba rayonu, Qəçrəş kəndinin bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən alqı-satqı qaydasında iddiaçıya 2.* ha torpaq satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması, iddiaçıya Quba rayonu Qəçrəş bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan az yararlı torpaq sahəsindən 2.* ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərarın icrası məqsədilə iddiaçı ilə Quba rayon Qəçrəş bələdiyyəsi arasında *7.*6.2**7-ci il tarixli torpaqların alqı-satqısına dair akt imzalanmışdır. Həmin akta əsasən Qəçrəş bələdiyyə ərazisində 2.* ha torpaq sahəsinin İddiaçı satılması müqabilində İddiaçı tərəfindən Qəçrəş bələdiyyəsinə 3*** manat məbləğində pul ödənilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı ##.##.2**7-ci il tarixində Quba rayonu Qəçrəş kəndi ərazisində 2**** kv.m. sahəsi olan torpaq sahəsinə dair plan və ölçü tərtib edilmişdir. Quba rayon Icra Hakimiyyəti Başçısının ## #### 2**7-ci il tarixli sərəncamına əsasən İddiaçı istirahət zonası yaradılması məqsədi ilə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında *2 iyul 2**7-ci il tarixli ərizəsində torpaq sahəsinin ayrılması barədə Qəçrəş bələdiyyəsinin ## ### 2**7-ci il tarixli qərarı, DT və XK-nin Quba rayon şöbəsinin rəy və arayışı, torpaq sahəsinin kadastr planı və mütəxəssis komissiyasının *4 iyul 2**7ci il tarixli akt-rəyinin nəzərə alınması, ona Qəçrəş kəndinin ərazisinə aid olan 2.* hektar torpaq sahəsində istirahət zonası yaratmaq məqsədi ilə tikinti işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Quba rayon Icra Hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilmiş *4.*7.2**7-ci il tarixli aktdan müəyyən olunur ki, istirahət zonasının yaradılması ilə əlaqədar yaranmış torpaq sahəsi 2.* ha olmaqla Qəçrəş kəndinin ərazisinə aiddir. Sahə sanitar-gigiyenik tələbata cavab verir. Sahə yanğın təhlükəsizliyi tələblərinə cavab verir. Sahədən yüksək gərginlikli elektrik xətti keçmir. Sahədən yeraltı kommunikasiya xətləri keçmir. Bundan əlavə, İddiaçı mülkiyyətində Quba rayon Qəçrəş kəndi ərazisində *.81 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsini İddiaçı ##.##.2**3-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X3 almışdır. Müqavilə əsasında İddiaçı həmin torpaq sahəsinə dair ##.##.2**3-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Quba rayon Icra Hakimiyyəti Başçısının *3.11.2**4cü il tarixli sərəncamına əsasən iddiaçının özəl torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi barədəki ərizəsinin, komissiyanın aktının nəzərə alınması, Quba rayonu Qəçrəş kəndi ərazisində 1,46 ha və *.81 ha özəl torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətli şəxslərinin təsdiqlədiyi *1.1*.2**4-cü il tarixli aktından müəyyən olunur ki, torpaq sahəsi sanitar-gigiyenik tələblərə uyğundur, sahə yanğına qarşı təhlükəsizdir, sahədən kommunikasiya xətləri keçmir. Hesab edir ki, iddiaçının istifadəsinə və mülkiyyətinə verilən qeyd olunan torpaq sahələrinə dair mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışın verilməsi zərurəti yaranmışdır. Iddiaçının mülkiyyətində olan torpaq sahələrinə çıxarışların verilməsi üçün cavabdeh inzibati orqana ##.##.2*2*-ci il tarixli ərizə ilə müraciət olunmuşdur. Ərizəyə cavab olaraq ona ##.##.2*2*-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Cavabdeh inzibati orqanının ##.##.2*2*-ci il tarixli məktubundan aşağıdakılar qeyd olunur: “Müraciətinizlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizənizdə qeyd edilən JN-*** nömrəli Dövlət Aktı eləcə də JN-*** nömrəli Dövlət Aktının yaranmasına əsas olmuş Quba şəhər Dövlət Notariat Kontorunun ##.##.2**3-cü il tarixli alqı-satqı müqaviləsində əsas olan JN-*** nömrəli Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır. Eyni zamanda ərizənizə əlavə olunmuş AN-******* nömrəli "Torpaq sahəsinin plan və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını ərazi idarəsinin elektron məlumat bazasına əsasən uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsi Qəçrəş kəndinin sərhədlərindən kənarda yerləşir. Qeyd olunan səbəblərdən ərizənin icrası Ərazi Idarəsi tərəfindən mümkün olmamışdır”. Hesab edir ki, cavabdeh inzibati orqanın imtina cavabının heç bir hüquqi və faktiki əsası yoxdur. Cavabdeh inzibati orqan çıxarışın verilməsinin mümkün olmadığını hüquqi cəhətdən əsaslandırmamış, hansı qanunvericilik normasına əsasən çıxarışın verilməsindən imtina edildiyini qeyd etməmişdir. Hazırkı iş üzrə mübahisəli torpaq sahələrindən biri olan *.81 hektar torpaq sahəsi ilə bağlı cavabdeh inzibati orqan qeyd edir ki, həmin torpaq sahəsinə dair 15.*5.2**-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş JN-*** nömrəli dövlət aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş qeydiyyat kitabında qeydiyyatdan keçməmiş və idarənin elektron məlumat bazasında öz əksini tapmamışdır. Qeyd etmişdir ki, əvvəla bütün bu hallar sübut olunmalı və sübut olunduğu halda belə bütün bu halların ona heç bir aidiyyatı yoxdur. Mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə alqı-satqı müqaviləsi əsasında keçmiş, həmin alqı-satqı müqaviləsi dövlət notariat kontorunda təsdiqlənmiş və alqı-satqı müqaviləsinin əsasında iddiaçıya mülkiyyət hüququ haqqında akt təqdim olunmuşdur. Göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə qanuni əsaslarla keçmişdir. Qeyd olunan halların qeydiyyat kitabında qeydiyyatdan keçməməsi və elektron məlumat bazasına daxil edilməməsi iddiaçının deyil, cavabdeh inzibati orqanın öhdəliyidir. Cavabdeh inzibati orqanın yerinə yetirilməmiş öhdəliyinə görə çıxarışın verilməsindən imtina oluna bilməzdi. Cavabdeh digər torpaq sahəsi ilə bağlı qeyd edir ki, “torpaq sahəsinin döngə koordinatlarının elektron məlumat bazasına əsasən uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsi Qəçrəş kəndinin sərhədlərindən kənarda yerləşir”. Əvvəla həmin torpaq sahəsinin Qəçrəş kəndinin sərhədlərindən kənarda yerləşdiyini müəyyən etmək üçün onların iştirakı təmin edilməklə ekspertiza keçirilməli, torpaq sahəsinin sənədləri təqdim edildikdən sonra ekspertin rəyi əsasında həmin hal müəyyən edilə bilərdi. Lakin cavabdeh inzibati orqan kompyuterdə olan natamam məlumatlara əsasən nədənsə bu halı "müəyyən" edə bilmişdir. Halbuki cavabdeh inzibati orqan Inzibati Icraat haqqında Qanunun 24-cü maddəsinə əsasən işin həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları obyektiv və hərtərəfli araşdırmağa borcludur. Digər tərəfdən həmin vəziyyətin mövcud olduğu halda belə iddiaçıya heç bir aidiyyatı yoxdur. Belə ki, həmin torpaq sahəsinin ərazisinin koordinatlarını müəyyən edən plan və ölçü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunsa da onun səlahiyyətləri və öhdəlikləri cavabddeh inzibati orqanın sərəncamına keçmişdir. Belə olduğu halda, bu öhdəlik yenə də məhz cavabdeh inzibati orqanın öhdəliyidir və torpaq sahəsinin ərazisinin koordinatlarını düzgün müəyyən edən plan və ölçünün verilməsi öhdəliyi də cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdehin qanunsuz imtinası inzibati icraatın əsas prinsiplərindən olan mötəbərlik prinsipinin pozulması ilə tərtib edilmişdir. Belə ki, həmin prinsipin mahiyyətinə əsasən tərəfindən təqdim edilmiş sənədlərin həqiqətə uyğun olmadığını sübut etmək vəzifəsi cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqana ünvanlanmış müraciətinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisəli torpaq sahələri alqı-satqı müqavilələri əsasında iddiaçının mülkiyyətinə keçmiş, torpaq sahələrinə dövlət orqanları tərəfindən plan və ölçü, mülkiyyət hüququ haqqında aktı təqdim edilmişdir. Məhz həmin sənədlər daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun tələblərinə əsasən mülkiyyət hüququ haqqında çıxarışın verilməsi üçün əsasdır. Həmin sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi üçün mötəbərlik prinsipinə əsasən iddiaçıya torpaq sahələrinə dair mülkiyyət hüququ haqqında çıxarış verilməli idi. "Inzibati Icraat haqqında" AR Qanununun 1*.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinin tələbinə əsasən Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinin tələbinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Ümumiyyətlə iddiaçıya qeyd olunan torpaq sahələrinə dair mülkiyyət hüququ haqqında çıxarış verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Həmin əsaslardan ikisi daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və 2**6-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələridir ki, hazırkı iş üzrə də həmin sənədlər mövcuddur və iddia ərizəsinə əlavə olunur. Göründüyü kimi, iddiaçının istifadəsində olan torpaq sahələrinə dair mülkiyyət hüququ haqqında çıxarış verilməsi üçün kifayət qədər qanuni əsas mövcuddur. 6.Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli ## ###### 2*21-ci il tarixli qərarı ilə (hakim C.Məmmədov) iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən 2.* ha və *.81 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahələrinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi, mütəxəssis rəyinin verilməsinə dair aparılmış tədqiqatın dəyəri olaraq 632 manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı tərəfindən “xxxx” MMC-nin hesabına (Kod 2***71, VÖEN **********, SWIFT kod AIIBAZ2X, Müxbir hesab AZ37NABZ*135*1**********1944 olan Kapital Bank ASC Xətai filialına, VÖEN **********, Hesab AZ23AIIB38*3**194437*17781*7) ödənilməsi qərara alınmışdır. 7.Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat 8.Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2-1(1*5)-81/2*22 nömrəli ##.##.2*22-ci il tarixli qərarı ilə (hakimlər: İ.Dəmirov /sədrlik edən və məruzəçi/, H.Babayeva və R.Ağayev) iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin ## ###### 2*21-ci il tarixli qərarı Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən *.81 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin olunamaması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmuş, Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən *.81 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə qoyulmuş, birinci instansiya məhkəməsinin ## ###### 2*21-ci il tarixli qərarı digər hissədə dəyişdirilmədən saxlanılmışdır. 9.Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli ## #### 2*22-ci il tarixli qətnaməsi ilə iddiaçı “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının rəhbəri X2 verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli ## ###### 2*2*-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bununla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli ## #### 2*22-ci il tarixli qətnaməsi ilə *.81 ha torpaq sahəsinin İddiaçı məxsus olması müəyyən edilmiş, həmin qətnamə iş materiallarına əlavə olunmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh inzibati orqanın *.81 ha torpaq sahəsinə dair hissədə hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın iddiaçıya verilməsindən imtinası əsassızdır. Iddiaçı İddiaçı Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən 2.* ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair hissədə isə məhkəmə kollegiyası hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təsdiq edilmiş ## #### 2**7-ci il tarixli torpaq sahəsinin kadastr göstəricilərinə əsasən müəyyən olunur ki, Quba rayonu Qəçrəş Bələdiyyəsi tərəfindən İddiaçı satılmış 2 ha torpaq sahəsinin bonitet balı 66-dır (i/v 2*1). “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2***-ci il tarixli *** nömrəli qərarına əsasən, kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının bu qərara əlavə edilmiş "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları" cədvəli təsdiq edilmişdir. Həmin cədvələ əsasən, Şabran-Xaçmaz kadastr qiymət rayonu üzrə bonitet şkalası 8*-61 olan torpaq sahələri ikinci keyfiyyət qrupuna daxil olmaqla kənd təsərrüfatına yararlı torpaq sahələri hesab edilir. Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Beləliklə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bələdiyyənin qərarına əsasən iddiaçıya satılması qanunvericiliyə uyğun aparılmamışdır. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2- 10. 1(1*5)-81/2*22 nömrəli ##.##.2*22-ci il tarixli qərardadı ilə (hakimlər: İ.Dəmirov /sədrlik edən və məruzəçi/, H.Babayeva və R.Ağayev) maraqlı şəxs “Müqəddəs Torpaq” X4 üçüncü şəxs qismində işə cəlb olunmasına dair vəsatəti təmin edilməmişdir. 11.Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisələndirlən torpaq sahəsi maraqlı şəxs “Müqəddəs Torpaq” X4 maraqlarına toxunmur. Belə ki, iş materiallarında olan ## ### 2**3-cü il tarixli torpağın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı *.8* ha torpaq sahəsini X3 almışdır. Həmin torpaq sahəsi Quba rayonu Qəçrəş bələdiyyəsinin ## ###### 2**3-cü il tarixli, *2 saylı müqaviləsinə IN:638 KOD:******** nömrəli Dövlət Aktına əsasən X3 adına rəsmiləşdirilmişdir. 12.Maraqlı şəxs “Müqəddəs Torpaq” X4 həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. 13.Iddiaçı İddiaçı məhkəmə qərarından kassasiya şikayəti verərək, qərarın qismən ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. 14.Həmçinin cavabdeh həmin məhkəmə qərarından kassasiya şikayəti verərək, qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini, qərarın qalan hissədə isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri: Iddiaçının kassasiya şikayətinin dəlilləri 15.Iddiaçının kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və şikayətdə qeyd olunmuşdur ki, torpaq sahəsinə dair plan və ölçü sənədi ləğv olunmuş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmişdir. Hazırkı cavabdeh inzibati orqan da məhz həmin dövlət qurumunun hüquqi varisidir. 16.Bundan başqa, məhkəmə torpağın təyinatını bonitet balı ilə müəyyən edir və qeyd edir ki, bonitet balı 66 olduğu üçün kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Məhkəmə eyni hüquqmüəyyənedici sənədin 1-ci səhifəsini etibarsız sayaraq torpağın təyinatının “turizm sahəsi” üçün yazıldığını nəzərə almır, lakin ikinci səhifəsini etibarlı sayaraq bonitet balının 66 olduğuna inanır. Həmin məlumatlar eyni sənəddə əks olunub, lakin nədənsə məhkəmə vətəndaşın xeyrinə olan məlumatı deyil, ziyanına şərh oluna biləcək məlumatı daha etibarlı sayır. Məhkəmənin bu mövqeyi olduqca ziddiyyətlidir.
Cavabdehin kassasiya şikayətinin dəlilləri 17.Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddiaya qarşı etirazın dəlillərinə uyğundur. Şikayətdə qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi maddi hüquq normasının pozulmasına yol vermiş və nəzərə almamışdır ki, * saylı Ərazi Idarəsi qanunvericiliyin tələblərinə riayət etməklə dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlamış və müəyyən etmişdir ki, JN*** nömrəli Dövlət Aktı, eləcədə onun yaranmasına əsas olmuş Quba şəhər Dövlət Notariat Kontorunun rəsmiləşdirdiyi ##.##.2**3-cüil tarixli, *-*** saylı alqı-satqı müqaviləsinə əsas olan JN-*** nömrəli Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş dövlət aktları kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda Ərazi Idarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır. Belə olan halda Ərazi Idarəsi tərəfindən iddiaçının hüququnun qeydə alınması mümkün deyildir.
“Müqəddəs Torpaq” X4 kassasiya şikayətinin dəlilləri 18.“Müqəddəs Torpaq” X4 nümayəndəsi kassasiya şikayətində göstərmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən “Müqəddəs Torpaq” X4 üçüncü şəxs qismində cəlb edilməməsi onun torpaq sahəsinə mülkiyyət hüququnu məhkəmədə müdafiə etmək hüquqlarını məhdudlaşdırmışdır. Iddiaçı İddiaçı əslində “Müqəddəs Torpaq” X4 torpaq sahəsinə iddia edir. Belə ki, onlar təsərrüfata məxsus olan torpaq sahəsinin bir tərəfinə hasar çəkmişlər və “Müqəddəs Torpaq” X4 məxsus torpaq sahəsinin hamısının onlara məxsus olduğunu iddia edirlər.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
kassasiya instansiyası məhkəməsində icraat 20.Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ***/**** nömrəli *7.*4.2*23-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2*22-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı iddianın rədd olunan hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilmiş, Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 2.* hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə qoyulmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2*22-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından verilmiş kassasiya şikayəti təmin edilməmiş, “Müqəddəs Torpaq” KFT tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2*22-ci il tarixli, *-*(***)- **/**** nömrəli qərardadından verilmiş kassasiya şikayəti təmin edilməmişdir. 21.Cavabdeh iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmişdir. 22.Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ***/**** nömrəli *4.*3.2*26-cı il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilmiş, iş üzrə icraat təzələnmişdir.
23. Iddiaçı İddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə kassasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət etmişdir. 24.Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ***/**** nömrəli ##.##.2*26-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizəsi rədd edilmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
25. Mülki Məcəllə Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun ... -2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... -8.*. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.*.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.*.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; ... -8.*.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; ... 8.*.5. 2**6-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... -12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina -15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; -15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; -15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; -15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; -15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. -15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
27. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 28.1. Iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
28.Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərnin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir. 29.Apellyasiya instansiyası məhkəməsinin qərar və qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə düzgün riayət edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 31.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərar və qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. 32.Hazırda iddiaçının hüquqi marağı Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 2.* hektar və *.81 hektar torpaq sahələri üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və həmin torpaq sahələrinə dair reyestrdən mülkiyyət hüququ haqqında çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. 33.Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gəlsə də, apelyasiya məhkəməsinin hüquqi mövqeyi fərqli olmuşdur. Belə ki, nəticə etibarilə iddiaçının iddiası qismən əsaslı hesab edilərək təmin edimişdir. 34.Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 35.Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. 36.Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır. 37.Əvvəla qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli *7.*4.2*23-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-**/**** nömrəli ## ######## 2*22-ci il tarixli qərarı iddianın rədd olunan hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilmiş, Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 2.* hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə qoyulmuş, qərar qalan, yəni iddianın təmin olunan digər hissəsində də dəyişdirilmədən saxlanılmışdır. 38.Lakin sonradan cavabdehin iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə verdiyi ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli *4.*3.2*26-cı il tarixli qərardadı ilə təmin edilmiş və iş üzrə icraat təzələnmişdir. 39.Məhkəmə kollegiyası hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin cavabdehə ünvanladığı ##.##.2*25-ci il tarixli, 3-14-27/2- ***/**** nömrəli məktubda qeyd edilmişdir ki, “baza məlumatlarında meşə fondu torpaqları kimi qeydiyyata alınmış 2 ha torpaq sahəsi 2**4 və 2*24-cü illərə aid meşə quruluşu materiallarına əsasən Quba meşəbəliyinin xidməti ərazisinə daxildir. Həmin sahə *,9 doluluğa malik II bonitetli meşə fondu olmaqla, əsasən iri diametrli vələs və fıstıq cinsi ağaclardan ibarətdir. Aparılan araşdırma zamanı sözügedən torpaq sahəsi ilə bağlı X1 Təsərrüfatı Mərkəzinin sabiq direktor əvəzi Şahlar Ələkbərovun *3.12.2**1-ci il tarixli, *** nömrəli məktubunda torpaq sahəsinin meşə fondu torpaqlarına aid olmadığına dair təqdim etdiyi məlumatların mövcud kadastr və meşə quruluşu materialları ilə uyğunluq təşkil etmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11-ci maddəsinin tələblərinə əsasən, meşə fondu torpaqlarının hüquqi statusu yalnız müvafiq dövlət uçotu, kadastr və meşə quruluşu materialları əsasında müəyyən edilir.” Göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ##.##.2*25-ci il tarixli, *-**-**/*-***/**** nömrəli məktubunda mübahisəli 2 ha torpaq sahəsinin meşə fonduna daxil olması faktı təsbit edilmişdir, bu isə, yeni hal olmaqla iş üzrə icraatın təzələnməsinə əsas verir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31.5-ci və 46-cı maddələrinə əsasən, meşə fondu torpaqları dövlət mülkiyyətinə aiddir və meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına yol verilmir. Təzələnmiş məhkəmə icraatı zamanı həmin halın təsdiq edilməsi iddiaçıya sözügedən torpaq sahəsinin satılmasına dair Quba rayon Qəçrəş bələdiyyəsinin ##.##.2**7-ci il tarixli, */** nömrəli qərarının mötəbərliyi baxımından əhəmiyyət kəsb edəcəkdir.” 40.Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Ali Məhkəmənin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qəbul etdiyi qərardadda göstərilən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmamışdır. Həmin məsələlərə işə yenidən apelyasiya qaydasında baxılarkən hüquqi qiymət verilməli və zəruri araşdırmalar aparılmalıdır. 41.Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs olan "Müqəddəs Torpaq" X4 üçüncü şəxs qismində işə cəlb edilməsi məsələsi də iş üzrə icraatın təzələnməsi üçün əsas olan hallar aspektindən yenidən qiymətləndirilməli, bu zaman işin yekununda qəbul ediləcək məhkəmə qərarının həmin şəxsin hüquq və mənafelərinə təsir göstərə biləcəyi, nəhayət onun icraata cəlb olunması məsələsinin zəruriliyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən müzakirə edilməlidir. 42.Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçının kassasiya instansiyasına təqdim etdiyi vəsatətlərə münasibətdə bildirir ki, Ali Məhkəmə yeni açılmış hallar üzrə icraatı təzələdikdən sonra əvvəlki kassasiya instansiyasının qərarını dəyişdirmədən saxlamaq səlahiyyətinə malik deyil, belə səlahiyyət Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. 43.Iddiaçı tərəfindən verilmiş digər vəsatətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ## ###### 2*25-ci il tarixli məktubunun əsaslandığı meşə quruluşu materiallarının, plan-xəritələrin, koordinat məlumatlarının, dövlət meşə kadastrı sənədlərinin və digər aidiyyəti materialların tələb olunaraq işə əlavə edilməsi, bundan sonra isə mübahisəli 2,* hektar torpaq sahəsinin ## ### 2**7-ci il tarixinə meşə fondu torpaqlarına aid olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə ekspertizasının təyin edilməsi xahiş edilmişdir. Göstərilən məsələlər kassasiya instansiyasının hədlərində baxış predmetinə aid olmayıb, işin yenidən apellyasiya instansiyası məhkəməsində mahiyyəti üzrə baxıldığı zaman qiymətləndirilə bilən məsələlərdir. 44.Iddiaçı daha bir vəsatətində isə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi əsaslarının Inzibati Prosessual Məcəllənin 1**-cü maddəsi baxımından yenidən qiymətləndirilməsini tələb etmişdir ki, bu barədə Kollegiya qeyd edir ki, artıq kassasiya instansiya məhkəməsinin həmin ərizəyə münasibətdə hüquqi mövqeyi aşkar olduğu üçün və həmin əsasların yenidən yoxlanılması qeyri-mümkün olduğundan vəsatət əsassızdır. 45.Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. 46.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, cavabdeh və “Müqəddəs Torpaq” KFT tərəfindən verilmiş tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin *-*(***)-**/**** saylı ## ######## 2*22-ci il tarixli qərarı və qərardadı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir. 47.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Iddiaçı, cavabdeh və “Müqəddəs Torpaq” KFT tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** saylı ## ######## 2*22-ci il tarixli qərarı və qərardadı ləğv edilsin. Iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılsın. Qərar qətidir.