Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-172/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın qeyri-mümkünlüyü, hüquq varisliyi, subyektiv hüququnun pozulmasının müəyyən edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun tələb edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılması” tələbinə dair inzibat i iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(103)-59/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş və xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış Nizamnaməsinə əsasən, iddiaçı, “Publik hüquqi şəxslər haqqında” 2015-ci il 29 dekabr tarixli, 97-VQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli, 759 nömrəli Fərmanının 2.7.1-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəh ər Baş Səhiyyə İdarəsinin X1 əsasında publik hüquqi şəxs statusunda yaradılmışdır. 2. xx.xx.2019-cu il tarixli təhvil aktına əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin X1 təşkilati hüquqi formasının publik hüquqi şəxsə dəyişməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56-cı və 57-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin X3 məxsus olan bütün əmlak, əmlak hüquqları, şəxsi qeyri-əmlak hüquqları, digər təşkilatların nizamnamə kapitalında və əmlakında iştirak payları, icazələr və lisenziyalar, borclar və öhdəliklər yeni yaradılmış və onun hüquq varisi olan iddiaçıya keçmiş, təsis sənədləri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində dövlət qeydiyyatına alındığı gündən iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin X1 hüquq və vəzifələri üzrə hüquq varis hesab edilmişdir. Həmin təhvil aktı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin X1 müdiri və iddiaçının direktoru tərəfindən imzalanaraq təsdiq edilmişdir.
3. Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən, iddiaçı (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır.
4. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən, ona xx.xx.2019-cu il tarixinə vergi orqanı tərəfindən əsas vergi borcu üzrə 67015,46 manat borc məbləği hesablanmışdır.
5. İddiaçının bank hesabından 85113,37 manat vergi borcunun tutulmasına dair vergi orqanı tər əfindən xx.xx.2020-ci il tarixli, **********6 nömrəli sərəncam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vergi orqanı tərəfindən əvvəlki Bakı şəhər Baş Səhiyyə İdarəsinin X3 hesablanmış borcun iddiaçıdan tələb edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya 85113,37 manat məbləğində borc hesablayaraq onun "xxxx" ASC-nin “28 May” filialındakı bank hesabına xx.xx.2020-ci il tarixli, **********9 nömrəli sərəncam qoymuşdur. İddiaçı cavabdehə xx.xx.2020-ci il tarixdə elektron müraciət ünvanlayaraq hüquqi şəxsin dövlət büdcəsinə vergi borcunun olmadığını bildirməklə qeyd olunan sərəncamın ləğv edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndələri məsələnin aydınlaşdırılması üçün cavabdeh inzibati orqanda olmuş, aidiyyəti əməkdaşlarla görüşmüşlər. Görüş zamanı məlum olmuşdur ki, iddiaçıya münasibətdə xx.xx.2020-ci il tarixdə **********6 nömrəli yeni sərəncam qəbul edilmişdir. Həmin sərəncamda qeyd olunmuş borcların yaranma tarixi və mənbəyinin nədən ibarət olması barədə məlumat verilməsi xahiş edilmiş, cavabdehin əməkdaşları şəxsi hesab vərəqəsini analiz etməyə çalışsalar da, borcun nədən ibarət olması barədə iddiaçıya heç bir məlumat verə bilməmişlər. Sərəncamın surəti əldə edilərkən məlum olmuşdur ki, həmin sərəncamda 85113,37 manat borc, o cümlədən 32285,43 manat ƏDV, 57,75 manat HŞTV, 178,76 manat MV, 123,15 manat HŞƏV, 47231,89 manat MÖMV, 5236 manat MÖMV borcu mövcuddur. Vergi əməkdaşlarına bildirəndə ki, nə iddiaçı, nə də 2008-ci ildən hüquqi şəxs olmayan eyni adda fəaliyyət göstərən büdcə təşkilatı ƏDV ödəyicisi olmayıb, necə ola bilər ki, ƏDV hesablanmışdır? Əməkdaşlar suala cavab verə bilməsələr də, şikayəti təmin etmək istiqamətində hər hansı bir tədbir görməmiş və məsələnin araşdırılacağını bildirmişlər. İddiaçı xx.xx.2019-cu il tarixdə yaradılmış yeni hüquqi şəxsdir. Yarandığı tarixdən bu günədək heç bir vergi borcu yaranmamışdır. Bakı şəhər Baş Səhiyyə İdarəsinin X1 borcları yeni yaranmış hüquqi şəxsin üzərinə qoyula bilməz. Həmin Avtobaza hüquqi şəxs statusu olmayan təsərrüfat hesablı dövlət qurumu idi. “Publi k hüquqi şəxslər haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, publik hüquqi şəxs — dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən, publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər. Göründüyü kimi, iddiaçı dövlət qurumu tərəfindən yaradılmış və əvvəlki Bakı şəhər Baş Səhiyyə İda rəsinin X1 əmlakı onun nizamnamə fonduna qoyulmuşdur. Yeni yaradılan hüquqi şəxsin nizamnamə fonduna hansısa dövlət qurumlarındakı əmlakların qoyulması yeni yaradılan hüquqi şəxsin həmin qurumların varisliyini yaratmır.
8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının bank hesabına sərəncam qoyulmasının əsası 2019-cu ilin 4-cü rübünün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 24052,55 manat vergi və 60945,73 manat faiz borcu olmuşdur. Hesablanmış vergi borcu barədə iddiaçıya muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2020-ci il tarixli bildiriş göndərilmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, iddiaçı tərəfindən müvafiq dövrlərdə edilmiş ödənişlər Vergi Məcəlləsinin 88-c i maddəsinin tələblərinə əsasən yaranma tarixi ardıcıllığı ilə əvvəlki dövrlər üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən hesablanmış vergi borclarına aid edilmiş və iddiaçının vergi öhdəlikləri yuxarıda qeyd olunan vergi borcu və faizlə birlikdə 85113,37 manat olmuşdur. Digər tərəfdən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçının xx.xx.2018-ci il tarixə işsizlik sığortasına cəlb olunan hüquqi şəxslər üzrə 3551,83 manat, büdcə vəsaitləri üzrə 88039,96 manat, xüsusi vəsaitlər üzrə 366,48 manat borcu olmuşdur. Əlavə olaraq, iddiaçının şəxsi hesab vərəqəsindən göründüyü kimi, xx.xx.2020-ci il tarixli sərəncamdan sonra onun tərəfindən dövlət büdcəsinə sadəcə 2430,81 manat ödəniş edilmişdir.
9. Bakı İnzibati Məh kəməsinin (hakim: Elvin Əliyev) xx.xx.2021-ci il tarixli, 21(112)-732/2021 nömrəli qərarı ilə iddianın təmin edilməsi, vergi orqanı tərəfindən əvvəlki Bakı şəhər Baş Səhiyyə İdarəsinin X3 hesablanmış borcun iddiaçıdan tələb edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılması qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən borc iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması faktı ilə əsaslandırılmadığından və iddiaçının təqsiri sübuta yetirilmədiyindən, iddiaçıya vergilər hesablanarkən heç bir məlumat mənbəyinə əsaslanılmadığından, eləcə də cavabdeh inzibati orqan tərəfindən müvafiq dövrlər üzrə verginin hesablanmasına əsas olan hallara dair hər hansı əlavə sübut və dəlillər təqdim olunmadığından, həmin borcun iddiaçıdan tələb edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz sayılmalıdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aida Hüseyn /sədrlik edən və məruzəçi/, Vüsalə Baxışova və Raqib Qurbanov) 16 iyun 2023-cü il tarixli, 2-1(103)-59/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının publik hüquqi şəxs olaraq xx.xx.2019-cu il tarixdə yaranmasına baxmayar aq, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2019-cu il tarixinə şəxsi hesab vərəqəsinə əsas vergi borcu üzrə 67015,46 manat borc məbləği hesablanmışdır. Göründüyü kimi, əvvəlki hüquqi şəxsə məxsus borc hazırkı iddiaçının şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Bundan başqa, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2020-ci il tarixli, **********942000 nömrəli bildirişdə, xx.xx.2020-ci il tarixli aktda və hesab vərəqəsində fərqli borc məbləğləri göstərilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş “Vergi borcunun tərkibi haqqında xx.xx.2020-ci il tarixli aktdan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixinə şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə əsas vergi borcunun məbləği 24052,55 manat olmuşdur. İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2019-cu il tarixinə iddiaçıya vergi orqanı tərəfindən 67015,46 manat borc işlənmişdir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, dəfələrlə məhkəmə proseslərinin təxirə salınaraq hüquqi şəxslərin borcunun mövcud olub-olmaması, olduğu təqdirdə hansı dövrü əhatə etməsi, borcun tərkibi, yaranma əsası ilə bağlı sübut təqdim edilməsi üçün şərait yaradılsa da, cavabdehin nümayəndəsi bununla bağlı hər hansı bir sənəd məhkəməyə təqdim edə bilməmişdir. Əksinə cavabdehin nümayəndəsi hər prosesdə mövqeyini dəyişdirmiş – iddiaçının hər hansı bir borcunun olmadığını, artıq ödənişin olduğunu, təqdim edilmiş bəyannamələrə əsasən yaranmış borc olduğunu, hansı dövrü əhatə etdiyini bilmədiyini, əvvəlki hüquqi şəxsin borcunun olduğunu, ödənişlərin əvvəlki hüquqi şəxsin borcuna silindiyinə görə məbləğin dəyişdiyini bildirmişdir. G öründüyü kimi, cavabdeh orqan borcun hesablaması ilə bağlı vahid mövqe nümayiş etdirməmişdir. İş materiallarında mövcud olan sənədlər əsasında, eyni zamanda cavabdehin nümayəndəsinin izahatlarından borcun məbləğini, silinmiş məbləğlərin təyinatını və məbləğini dəqiq müəyyən etmək mümkün olmamışdır.
14. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əvvəlki Bakı şəhər Baş Səhiyyə İdarəsinin X3 hesablanmış borcun iddiaçıdan tələb edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və silinmiş 67015,46 manat əsas və 14711,07 manat faiz vəsaitinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı qeyd olunan borc məbləğinin bərpa edilməsi ilə bağlı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmə k hüququna malik olduğundan ərizə icraata qəbul edilməmişdir. Beləliklə, Bakı şəhər Baş Səhiyyə İdarəsinin X3 hesablanmış borcun hazırkı iş üzrə iddiaçıdan tələb edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün araşdırma aparsaydı görərdi ki, borcun əsası vergi orqanı tərəfindən iddiaçıya hesablama ilə deyil, özü tərəfindən təqdim edilmiş bəyannamələr və əvvəlki hüquqi şəxsin vergi borcları yeni yaradılmış və onun hüquqi varisi olan iddiaçıya keçən öhdəliklərdən ibarətdir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin X4 əsasında publik hüquqi şəxs statusunda yaradılmışdır. xx.xx.2019-cu il tarixli təhvil aktından da göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin X3 məxsus olan onun bütün əmlakı, əmlak hüquqları, şəxsi qeyri-əmlak hüquqları, digər təşkilatların nizamnamə kapitalında və əmlakında iştirak payları, icazələri və lisenziyaları, borcları və öhdəlikləri yeni yaradılmış və hüquq varisi olan iddiaçıya keçmişdir. Odur ki, cavabdeh tərəfindən qanunvericiliyə uyğun olaraq əvvəlki hüquqi şəxsin borclarının yeni yaradılmış iddiaçıdan tutulması ilə bağlı tədbirlər görülmüşdür. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Maddə 43.7. Publik hüquqi şəxslərin fəaliyyəti bu Məcəllə, “Publik hüquqi şəxslər haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Maddə 55.1. Hüquqi şəxsin yenidən təşki li (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Maddə 56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Maddə 57.1. Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Maddə 57.2. Təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştira kçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur. Maddə 57.3. Nizamnamələrlə birlikdə təhvil aktının və bölünmə balansının təqdim edilməməsi, habelə onlarda yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların olmaması yeni yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur.
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsi rsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvaf iq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenu munun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılma sı prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdı rlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apel lyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamal ıdır.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
26. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq ol unmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
27. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
28. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədə n mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
29. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. 30. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunl a müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
31. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. 32. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikas ı Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müdd ətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”
33. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır.
34. Mübahisəyə dair hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi vergi orqanı tərəfindən əvvəlki Bakı şəhər Baş Səhiyyə İdarəsinin X3 hesablanmış borcun iddiaçıdan tələb edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılmasına və bunun üzərindən vergi öhdəliyinin ləğv edilməsinə nail olmaqdan ibarətdir. İddia çı hesab edir ki, əvvəlki Bakı şəhər Baş Səhiyyə İdarəsinin X3 hesablanmış vergi borcu ondan tələb edilə bilməz və bu zaman özünün Bakı şəhər Baş Səhiyyə İdarəsinin X1 hüquqi varisi olmadığına istinad edir.
35. Hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin X1 əsasında və onun təşkilati-hüquqi formasını dəyişməsi nəticəsində publik hüquqi şəxs statusunda yaradılmışdır. İddiaçının nizamnaməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş və xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2019-cu il tarixli təhvil aktına əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdar əsinin X3 məxsus olan onun bütün əmlakı, əmlak hüquqları, şəxsi qeyri-əmlak hüquqları, digər təşkilatların nizamnamə kapitalında və əmlakında iştirak payları, icazələri və lisenziyaları, borcları və öhdəlikləri yeni yaradılmış və onun hüquq varisi olan iddiaçıya keçmişdir. Təsis sənədləri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində dövlət qeydiyyatına alındığı gündən iddiaçı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin X1 hüquq və vəzifələri üzrə hüquq varis hesab edilmişdir.
36. Bu qərarın 18-ci bəndində istinad edilən normalara əsasən, bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxs in hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Nizamnamədə və təhvil aktında hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların olmaması yeni yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına almaqdan imtinaya səbəb olur.
37. Bu qərarın 19-cu bəndində istinad edilən normalara əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Bu baxımdan Bakı şəhər Baş Səhiyyə İdarəsinin X3 hesablanmış vergi borcunu onun hüquq varisi olan iddiaçıdan tələb etməsi cavabdehin məsuliyyət sferasına aid olmaqla onun müvafiq səlahiyyətlərinin həyata keçirilməsi, o cümlədən vergi ödəyicisi tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsinin təmin olunması məqsədlərinə xidmət edir.
38. Bundan əlavə, xüsusi o laraq qeyd edilməlidir ki, vergi borcunun iddiaçının (onun sələfinin) təqdim etdiyi bəyannamələrə əsasən yarandığı müəyyən olunur və bu hal iddiaçı tərəfindən təkzib olunmur. İddiaçı vergi borcunu deyil, həmin borcun cavabdeh tərəfindən tələb edilməsini mübahisələndirir. Belə ki, iddiaçı tərəfindən həmin borcla bağlı hər hansı dəqiqləşdirilmiş bəyannamənin təqdim olunduğu və ya borcun mübahisələndirildiyi iş üzrə materiallardan görünmür. Halbuki, vergi borcunun tələb edilməsi ilə bağlı hərəkətin qanunsuz sayılması üçün, ilk növbədə həmin tələbin əsası qismində çıxış edən borcun özünün və ya borcun hesablanmasına dair aktın qanunsuzluğu müəyyən olunmalıdır. Bunun üçün də ilk mərhələdə borcun mövcudluğu halının aradan qaldırılmasına yönəlmiş hüquqi müdafiə vasitələrindən istifadə olunmalıdır. Bu baxımdan, vergi borcunun qanunsuz və əsassız hesablandığı müəyyən olunmadan, həmin borcun tələb edilməsinə yönəlmiş hərəkətin qanunsuz sayılması tələb edilə bilməz.
39. Odur ki, iddiaçının hazırkı məzmunda iddiası mümkün sayıla bilməz. Bununla belə qeyd olunmalıdır ki, iddiaçı ondan tələb edilən vergi borcunu, iddianın mümkünlük şərtlərinin ödənilməsi şərti ilə, mübahisələndirmək hüququna malikdir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 21(103)-59/2023 nömrəli qərarı ləğv edilir. İddia mümkün sayılmır. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.