Məhkəmə qərarları › İş №2-1(102)-1720/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1720/2019

16.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1720/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpası giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X5 və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X8, vəkili X4 iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı diplom üzrə ixtisasın tanınması və ekviva lentlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-3050/2018 saylı, 21 dekabr 2018-ci il tarixli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçıya məxsus 6 iyul 2017-ci il tarixdə verilmiş bakalavr diplomundan görünür ki, o, Rusiya Federasiyası Ali təhsil qeyri-dövlət qeyri-kommersiya təhsil müəssisəsi İ.S.Turgenev adına Oryol Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. Təhsilin forması qiyabi olmaqla iddiaçının deməsinə görə təhsil müddəti 5 il olmuşdur. İddiaçı diplomun tanınması üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmaması əsası ilə diplomu tanımaqdan imtina etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (2-1(82)-2929/2018 saylı iş, hakim X1) 28 avqust 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək 6 iyul 2017-ci il tarixli diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, eyni zamanda şikayət üzrə buraxılmış prosessual müddətin üzrlü sayılmaqla apellyasiyanın mümkün sayılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2-məruzəçi, X3 və X6, 2-1(103)-3050/2018 saylı iş) 21 dekabr 2018-ci il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilməyərək apellyasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsinə əsaslanaraq ərizəni təmin etməmişdir. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti vermiş, şikayət üzrə müddəti buraxdığından buraxılmış müddətin bərpasına dair ərizə vermiş, məhkəmə kollegiyasının 18 iyun 2019-cu il tarixli qərarı ilə ərizə təmin edilərək apellyasiya instansiyası məhkəməsinin 2-1(103)-3050/2018 saylı, 21 dekabr 2018-ci il tarixli qərardadından verilən kassasiya şikayəti üzrə buraxılmış müddət üzrlü sayılaraq bərpa edilmiş, cavabdehin kassasiya şikayəti mümkün sayılmışdır. kassasiya şikay ətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsinə baxmayaraq buraxılmış müddətin İnzibati Prosessual Məcəllənin 24-cü maddəsinin tələbinə əsasən buraxılması barədə müddətin bərpasına dair ərizə verilmiş, apellyasiya məhkəməsi ərizəni təmin etməmişdir. Baxmayaraq ki, təqdim edilmiş ərizədə Təhsil Nazirliyinin kargüzarlıq işlərinin elektronlaşdırılması ilə əlaqədar olaraq sənədlərdə texniki cəhətdən ləngimə olması bildirilsə də, məhkəmə şikayətin mümkünsüzlüyü barədə qərardad qəbul etmişdir. tərəflərin izahatı: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili şikayətin təmin edilməsi üçün əsaslar olmadığından rədd edilməsini xahiş etmişdir. əsasla ndırma hissəsi: İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsi ilə verilir (İPM-in 85.1-ci maddəsi). İPM-in 23.1-cü maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Cavabdeh tərəfindən mübahisə olunan birinci instansiya məhkəməsinin qərarı 15 sentyabr 2018-ci ildə ona təqdim edilmişdir. Apellyasiya şikayəti 21 noyabr 2018-ci ildə imzalanmış, 22 noyabr 2018-ci ildə apellyasiya məhkəməsinə təqdim edilmişdir. Cavabdeh apellyasiya şikayəti üzrə müddətin buraxılması ilə bağlı mübahisə açmamışdır. Cavabdeh apellyasiya şikayəti üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddətin buraxılması barədə ərizəsini nazirlikdə kargüzarlığın apa rılmasının elektron dövriyyəyə keçməsi və bu sahədə yaranmış olan texniki nasazlıqla əlaqələndirmişdir. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçılarının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin ərizəsində qeyd edilən dəlilini araşdırıb münasibət bildirməmişdir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). İPM-in 12.2-ci maddəsinə əsasən, məhk əmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). İPM-in 12-ci maddəsinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kolleg iyasının 2-1(103)-3050/2018 saylı, 21 dekabr 2018-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar