Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1720/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçıı İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1720/2020) Açar sözlər: diplomun tanınması Bakı şəhəri xx xxxxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi və İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-902/2020 saylı xx xxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı Belarus Respublikası PHİ-Hüquq İnstitutu tərəfindən ona xx.xx.2016-cı il tarixdə verilmiş A ******* nömrəli diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edərək, diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Təhsil Nazirliyi iddiaçının xahişini təmin etməmiş və ona xx.xx.2017-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahib ə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmiş, ekspert qrupunun mənfi rəyi əsasında onun diplom üzrə ixtisasının tanınmasından imtina olunmuşdur. İddiaçı imtinanın dəlilləri ilə razılaşmamış, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Belarus Respublikası PHİ-Hüquq İnstitutu tərəfindən onun adına xx.xx.2016-cı il tarixdə verilmiş A ******* nömrəli diplomun Azərbaycan Respublikasının ərazisində tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Belarus Respublikası PHİ-Hüquq İnstitutunu “hüquqşünaslıq” ixt isası üzrə bitirmiş və institut tərəfindən ona xx xxxx 2016-cı il tarixli A ******* nömrəli diplom verilmişdir. Onun diplomu Belarus Respublikasında səlahiyyətli orqan tərəfindən apostil olunmuşdur. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nda ixtisas biliyinin yoxlanılmasına dair heç bir tələb qoyulmadığı halda Təhsil Nazirliyinin onun diplomunu tanımaqdan imtina etməsi qanunsuzdur. Cavabdehin etirazları: Cavabdehin etiraz dəlilləri iddiaçıya göndərdiyi xx.xx.2017-ci il tarixli məktubda göstərilmiş dəlillərə uyğundur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3345/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin e dilərək, İddiaçı Belarus Respublikası PHİ-Hüquq İnstitutu tərəfindənverilmiş xx xxxx 2016-cı il tarixli A ******* nömrəli diplom üzrə ixtisasın tanınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Belarus Respublikasının səlahiyyətli orqanı iddiaçıya PHİ-Hüquq İnstitutu tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli A ******* nömrəli diploma (təhsil sənədinə) apostil verməklə, həmin ölkədə diplomun qanuniliyi tanımışdır. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 2-1(103)-902/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev (sədrlik edən və məruzəçi), A.Nuriyeva və Ü.Mayılov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia təmin edilməmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmamış, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan ekspert rəyindən göründüyü kimi, komissiya iddiaçının aldığı ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığını müəyyən etmişdir. İddiaçı və vəkili qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayət ini onunla əsaslandırmışdır ki, onun diplomu Belarus Respublikasında səlahiyyətli orqan tərəfindən apostil olunmuşdur. Bundan başqa tədris olunan fənləri hansı səviyyədə bilməsini müəyən etmək cavabdeh orqanın deyil, məhz onun təhsil aldığı ölkədəki müvafiq təhsil müəssisəsinin səlahiyyəti çərçivəsindədir və onun vəzifəsidir. Ekspert tərəfindən mənfi rəy verilməsi üçün əsaslar nə inzibati icraatda, nə də məhkəmə icraatında müəyyən edilməmişdir. Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndində nəzərdə tutulmuş ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün mənfi rəy verilməsinə əsas olan hallar sı rasında şəxsin aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyəsinin qənaətbəxş olmaması kimi hal müəyyən edilməmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyinə görə Azərbaycan Respublikası MPM-in 67ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstəril ənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir (maddə 27.1, 27.4, 29.0, 29.0.21, 42.2). Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli, xx.xx.2005-ci il tarixi Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-8.28-ci bəndlərinə görə Nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ek vivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) həyata keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 №li qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 saylı Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Bu Qaydalar məhz “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun və onun icrası məqsədilə hazırlanmışdır. Qaydaların: 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qa ydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. 2.2-ci bəndində qeyd edilir ki, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. - 3.3.-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki böl mələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. - 3.4-cü bəndinə görə, ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri, öyrənilmiş fənlərin həcmi. - 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. - 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasınd a təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. - 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisasl ar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Sadalanan normalardan görünür ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır və bu hal Qaydalarda nəzərdə tutulmuş ixtisasın tanınmasından imtina üçün nəzərdə tutulmuş 3.7-ci bəndin geniş təfsirinə əsas verir. Cavabdeh orqanın isə diplomun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirmək hüququ «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»na uyğun olmuşdur. Qeyd edilən qanunvericilik aktlarından görünür k i, ixtisas üzrə bilik səviyyəsinin müəyyənləşdirilməsi cavabdehin qiymətləndirmə azadlığı ilə bağlı olub, onun müstəsna səlahiyyətinə aiddir. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin ekspert qrupu tərəfindən iddiaçı ilə aparılmış müsahibə zamanı onun ixtisas üzrə bilik səviyyəsinin qənaətbaxış olmaması müəyyən edilmişdir ki, bu hal ixtisasın tanınması üçün nəzərdə tutulmuş təhsilin keyfiyyət göstəricisinə cavab vermədiyini sübut edir. Belə olan halda, cavabdeh orqan iddiaçının diplomunun tanınmasından imtina etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olduğundan iddiaçının diplomunun tanınmasından imtina edilməsi onun hüquqlarının pozulması k imi qiymətləndirilə bilməz. İPM-in 73.3-cü maddəsinə görə, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini n əzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəy işdirilə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-902/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1720/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1720/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver