Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1720/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pe nsiyasının təyin edilməsi və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli, 2-1(103)-218/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. 17 noyabr 1977-ci il tarixdən 19 dekabr 1979-cu il tarixədək keçmiş SSRİ Silahli Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.
2. İddiaçı əmək kitabçasına əsasən 01 iyun 1977-ci il tarixdə 44/3 nömrəli əmrlə X1 İdarəsində üç aylıq öyrənci kimi “elektrik qaynaqçısı” vəzifəsinə qəbul olunmuş, 12 sentyabr 1977-ci il tarixdə 77/7 əmrlə müvəqqəti olaraq işə buraxılmışdır. 8 oktyabr 1977 ci ildə hərbi xidmətə çağırışla əlaqədar işdən azad olunmuşdur. 11.02.1980-ci il tarixdə Sabirabad Təsərrüfatlararası Tikinti İdarəsində 3-cü dərəcəli “elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmişdir. 25.01.1982-ci ildə Sabirabad Təsərrüfatlararası Tikinti İdarəsində “4-cü dərəcəli elektrik qaynaqçısı” vəzifəsindən azad edilərək, 26.01.1982-ci ildən həmin idarədə “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmişdir.06.04.1982-ci ildə Əli Bayramlı şəhərinə köçdüyü üçün Sabirabad Təsərrüfatlararası Tikinti İdarəsində “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsindən azad edilmişdir. 12.04.1982-ci il tarixli 49-K saylı əmrlə 3 saylı SMD-yə “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmiş, 25.04.1984-cü il tarixli 22 saylı əmrlə “6-cı dərəcəli elektrik qaynaqçısı” vəzifə sinə təyin edilmiş, 15.09.1986-cı ildə 115 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. 15.10.1986-cı ildə 65 nömrəli əmrlə Sabirabad 24 nömrəli SMD-yə “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmiş, 16.02.1986-cı ildə isə 13 nömrəli əmrlə işdən azad olunmuşdur. 17.02.1987-ci ildə 14 nömrəli əmrlə “Sabirabad SPMK-2”-yə qaynaqçı vəzifəsinə qəbul edilmiş, 01.08.1996-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. 23.07.1999-cu ildə 21 nömrəli əmrə əsasən X2 İdarəsində “çilingər” vəzifəsinə qəbul edilmiş, 16.11.1999-cu ildə işdən azad edilmişdir. 15.11.2012-ci ildə 22 nömrəli əmrlə "xxxx" ASC-də “elektrik qaynaqçısı” vəzifəsinə qəbul edilmiş, 08.07.2013-cü ildə işdən azad edilmişdir. 22.04.2014-cü ildə 14 nömrəli əmrlə “X3 İdarəsi”ndə “təmirçiçilingər” vəzifəsinə qəbul edilmiş, 24.10.2017-ci ildə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən “təmizləyici qurğuların operatoru” vəzifəsinə keçirilmişdir. 10.10.2018-ci il də əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 4 saylı X5 İdarəsinin X3 Sahəsinin istismarçı nəzarət qrupunda “təmizləyici qurğuların operatoru” vəzifəsinə keçirilmişdir. 31.08.2019-cu il tarixli 425-k nömrəli əmrə əsasən başqa işə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. 01.08.2019-cu ildən "xxxx" ASC “X4” MMC-nin 4 saylı X5 İdarəsinin X3 Sahəsi üzrə istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunda “təmizləyici qurğuların operatoru” vəzifəsinə keçirilmişdir və hazıradək işləyir.
3. Azərbaycan Respublikası Sabirabad rayonu Sabirabad Tikinti ASC-nin 07 avqust 2020-ci il tarixli 07 nömrəli və 06 sentyabr 2020-ci il tarixli 07 nömrəl i arayışlarında qeyd edilir ki, iddiaçı həqiqətən 12 aprel 1982-ci ildən 49 saylı əmrlə 3 saylı SMD-yə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 25 aprel 1984-cü il tarixli, 22 saylı əmrlə 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə təyin edilmiş, 15 oktyabr 1986-cı tarixli, 115 saylı əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir.
4. Azərbaycan Respublikası "xxxx" ASC-nin 05 avqust 2020-ci il tarixli arayışında qeyd edilir ki, iddiaçı həqiqətən 15 noyabr 2012-ci il tarixdən (Əmr N-22) 08 iyul 2013-cü il tarixədək Sabirabad rayonu, konserv zavodunda elektrik qaynaqçısı işləmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X1 İdarəsinin 05 avqust 2020-ci il tarixli 247 nömrəli arayışında qeyd olunur ki, İddiaçı həqiqətən X1 İdarəsində 01 iyun 1977-ci il tarixli 44/3 nömrəli əmrə əsasən üç aylıq öyrənci kimi elektrik qaynaqçısı qəbul edilmişdir. 12 sentyabr 1977-ci il tarixli 77/7 nömrəli əmrə əsasən müvəqqəti olaraq işə buraxılmışdır. 30 sentyabr 1977-ci il tarixli 85/7 nömrəli əmrə əsasən həqiqi hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmişdir. 12 fevral 1980-ci il tarixli 9/2 nömrəli əmrə əsasən 3-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş və 25 yanvar 1982-ci il tarixli 9 nömrəli əmrə əsasən öz arzusu ilə işdən azad edilmişdir.
5. Azərbaycan Respublikası "xxxx" ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin 12 avqust 2020-ci il tarixli arayışında qeyd olunur ki, iddiaçı həqiqətən Azərsu” ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin Sabirabad Sukanal sahəsi üzrə İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunda təmizləyici qurğular ın operatoru vəzifəsində çalışmışdır. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya görə (dəyişən və sabit cərəyanla işləyən əl qaynağı) güzəştli şərtlərlə pensiya hüququ yaradır.
6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşının tamam olduğu 01.07.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
7. Cavabdehin iddiaçıya ünvanladığı 12.11.2019-cu il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə istinad edilərək bildirilmişdir ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, ümumi iş stajı 25 ildən az təşkil etməklə yanaşı, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, 01.07.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqq ına uyğun olaraq hesablanmasının və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia işin hallarına uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçası hesab olunur.
10. Cavabdehin iddiaya etirazının dəlilləri iddiaçıya pensiya təyin edilməsindən imtinanın əsasları ilə eynidir.
11. Birinci instansiya məhkəməsinin 20.08.2020-ci il tarixli, 2-1(112)-4217/2020 nömrəli (sədrlik edən hakim Kərimli Rüstəm ) qərarı ilə iddia təmin edilməmişdir.
12. Məhkəmə hesab etmişdir ki, İddiaçı 1977-ci ildən əmək fəaliyyətinı başlasa da, hərbi xidmət dövrü də daxil edilməklə 2006-cı ilin yanvar ayının 1-dək 25 il ümumi iş stajı toplamamışdır. 2006-cı ilin yanvar ayının 1-dən sonrakı dövrdəki iş stajı nəzərə alındıqda isə, 2019-cu ildə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 60 yaşı tamam olsa da, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməmişdir.
13. İddiaçı apelyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə- apelyasiya instansiyası məhkəməsi) 10.03.2021-ci il tarixli, 2-1(103)-218/2021 nömrəli (hakimlər Nuriyeva Afaq - sədrlik edən və məruzəçi, Ağayev Valeh və Hüs eyn Aida) qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20.08.2020-ci il tarixli, 2-1(112)-4217/2020 saylı qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək iddiaçıya 57 yaşından, 01.07.2016-cı il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işdə olan sənədlərlə və iddiaçının əmək kitabçası ilə iddiaçının texniki peşə məktəbində təhsil aldığı (20.08.1977-ci ildə verilmiş 914 N-li attestata əsasən 01.09.1976-20.08.1977-ci illər) və hərbi xidmətdə olduğu (17.11.1977-19.12.1979-cu illər) müddət nəzərə alınmaqla, 19761999-cu illər üzrə 21 il 07 ay 03 gün iş stajı, 2012-ci ildən 01.07.2017- ci il tarixə kimi 03 il 06 ay 02 gün iş stajı mövcud olur. Belə olan halda 01.07.2017-ci ilə kimi iddiaçının 25 ildən çox iş stajı olur, ondan 12 il 06 aydan çoxu güzəştli iş stajı təşkil edir və güzəştli iş stajı iş materiallarında olan arayışlarla öz təsdiqini tapır. İddiaçının işlədiyi peşə AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın
35. Ümumi peşələr bölməsinin “əli ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun gəlir.
16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ K assasiya şikayətinin dəlilləri
17. İddiaçı iddia ərizəsində göstərdiyi iddia tələblərini təsdiq etmək məqsədi ilə əmək kitabçasını, X1 idarəsi tərəfindən tərtib edilmiş 21.08.2019-cu il tarixli 252 saylı arayışı və Sabirabad rayon Dövlət Arxivindən verilmiş çıxarışları təqdim etmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçası və digər sənədlərdən göründüyü kimi, iddiaçı əmək fəaliyyətinə 01.06.1977-ci ildən başlayaraq 16.11.1999-cu il tarixədək 19 il 10 ay 25 gün (hərbi xidmət keçdiyi müddət daxil edilməklə) müxtəlif yerlərdə işləmişdir. Daha sonra iddiaçı əmək fəaliyyətinə 15.11,2012-ci il tarixdə başlamışdır. 18. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının "b" yarımbəndinə əsasən iddiaçıya güzəştli şərtlərl ə yaşa görə pensiya təyin edilə bilməz. Belə ki, onun iş stajı qanunla nəzərdə tutulmuş 25 ildən azdır.
19. İddiaçının iddia ərizəsində qeyd etdiyi elektrik qaynaqçısı peşəsinə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş siyahıda, eləcə də 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda yoxdur. Belə ki, qeyd edilən siyahılarda müxtəlif növ sahələrdə əl ilə elektrik qaynaqçıları qeyd edilsə də, elektrik qaynaqçısı peşəsi qeyd edilməmişdir. Qaynaq işlərinin əl ilə elektrik qaynağı, avtomat və yarımavtomat növləri var. Lakin, iddiaçının əmək kitabçasında bu barədə qeyd edilməmişdir.
20. İddiaçının işlədiyi həmin peşənin məhz əl ilə elektrik qaynaqçısı peşəsi olması sübuta yetirilsə belə, o həmin peşədə qanunda nəzərdə tutulmuş 12 il 6 aydan az müddətdə işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir.
21. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensi ya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 25. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual M əcəlləsi Maddə 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma h issəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunil iyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini və yeni qərarın qəbulunu şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
30. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisə nin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir.
31. Cavabdehin kassasiya şikayətində iddiaçının iş stajının qanunda nəzərdə tutulmuş 25 ildən az olduğu, iddiaçının iddia ərizəsində qeyd etdiyi elektrik qaynaqçısı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda, eləcədə 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda olmadığı göstərilmişdir. Eyni zamanda kassasiya şikayətində iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi qeyd edilmişdir.
32. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) 01.07.2017-ci ilə qədər 57 yaşının tamam olması; 2) 57 yaşı tamam olarkən azı 25 il ümumi iş stajının mövcud olması; 3) 57 yaşı tamam olarkən azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
33. Araşdırılmalı olan ilkin şərt iddiaçının 57 yaşının tamam olduğu vaxt 25 il ümumi iş stajının mövcud olub-olmamasıdır.
34. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan sənədlərlə və iddiaçının əmək kitabçası ilə iddiaçının texniki peşə məktəbində təhsil aldığı (20.08.1977ci ildə veri lmiş 914 N-li attestata əsasən 01.09.1976-20.08.1977-ci illər) və hərbi xidmətdə olduğu (17.11.1977-19.12.1979-cu illər) müddət nəzərə alınmaqla, 1976-1999-cu illər üzrə 21 il 07 ay 03 gün iş stajı, 2012-ci ildən 01.07.2017-ci il tarixə kimi 03 il 06 ay 02 gün iş stajı müəyyən olunur. Belə olan halda 01.07.2017-ci ilə kimi iddiaçının 25 ildən çox ümumi iş stajı, 12 il 06 ay çox güzəştli iş stajı mövcuddur. İddiaçının işlədiyi peşə AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bənd Ümumi peşələr bölməsinin “əli ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun gəlir.
35. Apelyasiya instansiyası məhkəməsi iddiaçının 2012-c i ildən 01.07.2017-ci il tarixə kimi 03 il 06 ay 02 gün iş stajının müəyyən olunduğunu qeyd etsə də, bu barədə əsaslandırma aparmamışdır. Belə ki, qeyd edilən dövrlərdə iddiaçının 03 il 06 ay 02 gün iş stajının olması işdə olan sübutlarla təsdiq edilmir. İddiaçının həmin dövrlərdə 2 il 4 ay 16 gün iş stajı olmuşdur.
36. İddiaçı xx.xx.1959-cu ildə doğulmuş, 01.07.2016-cı il tarixdə 57 yaşı tamam olmuşdur. Həmin vaxta iddiaçının stajı 23 il 11 ay 19 gün təşkil edir. İşdə olan sənədlərə görə onun 57 yaşı tamam olarkən 25 il ümumi stajı mövcud olmamışdır.
37. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin yuxarıda göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzə ştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
38. İddiaçının işlədiyi müəssisələr tərəfindən təqdim edilmiş arayışlardan (güzəştli iş arayışı) onun 12 il 6 ay həmin peşələrdə işləməsi müəyyən olunmur.
39. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 57 yaşının tamam olduğu vaxta qədər zəruri olan 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staja malik olması da iş üzrə materiallarla təsdiq edilmədiyindən apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
40. Bu baxımdan, yuxarıda istinad olunan normalara əsasən iddiaçı ona 57 yaşı tamam olduğu tarixdən, yəni 01.07.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı tələbində haqlı sayıla bilməz. Bu səbəbdən kass asiya şikayəti təmin olunaraq apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə qərar qəbul edilməlidir.
41. Yuxarıda şərh edilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2021-ci il tarixli, 21(103)218/2021 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilmir. Qərar qətidir.