Məhkəmə qərarları › İş №2-1(102)-1720/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1720/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1720/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: vergi məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X1 (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edi lməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 2-1(103)-134/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Vergilər Nazirliyinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********174395 nömrəli səyyar vergi yoxlaması aktına əsasən, Vergilər Nazirliyinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Təmir-tikinti və istehsal sahələri üzrə şöbəsinin əməkdaşları tərəfindən Vergi Məcəllənin 38.3.6-cı maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə (2013-2018-ci illər üzrə aksiz vergisi, İ rüb 2013-İİ rüb 2018-ci illər üzrə sadələşdirilmiş vergi, 2013-2017-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, yanvar 2013-avqust 2018-ci illər üzrə mədən vergisi, İ rüb 2013-İİ rüb 2018-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergi, yanvar 2013-avqust 2018-ci illər üzrə əlavə dəyər vergisi, 2013-2017-ci illər üzrə gəlir vergisi üzrə növbədənkənar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanıb, xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. 2. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********194742 nömrəli qərar ilə iddiaçıya yoxlanılan dövrün 2016-2017-2018-ci illəri üzrə ümumilikdə 44423,73 manat, ƏDV üzrə cəmi 13758,66 manat (o cümlədən: 2016-cı il üçü n 5109,89 manat, 2017-ci ı 5278,22 manat, 2018-ci il üzrə 3370,55 manat), mədən vergisi üzrə cəmi 23306,82 manat, o cümlədən: 2016-cı il üçün 10102,96 manat, 2017-ci il üçün 8742,56 manat, 2018-ci –il üzrə 4461,30 manat), ödəmə mənbəyində tutulan vergi üzrə cəmi 4200,00 manat (o cümlədən: 2016-cı il üçün 1680,00 manat, 2017-ci il üçün 1680,00 manat, 2018-ci il üzrə 840,00 manat), gəlir vergisi üzrə cəmi 3158,25 manat (o cümlədən: 2016-cı il üçün 977,17 manat 2017-ci il üçün 2181,08 manat) əlavə vergilər hesablanmış və ümumilikdə 16120,45 manat (ƏDV üzrə 4749,59 manat, mədən vergisi üzrə 7501,03 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 1400,0 manat, gəlir vergisi üzrə 1579,13 manat, ƏDV məbləğinin ödənilməməsinə görə 530,7 manat, vergi hesabatının və arayışın verilməməsinə görə 360,0 mana t) maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək son olaraq cavabdehin xx.xx.2019-cu il tarixli, **********194742 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, səyyar vergi yoxlaması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə riayət edilmədən və qanunvericiliyin tələblərinə əməl etmədən kobud pozuntularla aparılmışdir. Vergi Məcəlləsinin 36.3-cü maddəsində göstərilməsinə baxmayaraq, səyyar vergi yoxlaması vergi ödəyicisinin son 3 təqvim ilindən çox olan fəaliyyətini əhatə etmişdir. Yoxlamanın keçirildiyi xx. xx.2018-ci il tarixindən bu günə kimi dəfələrlə bu barədə vergi orqanına müraciət etsə də, nəticəsiz qalmışdır. Vergilər Nazirliyinin Bakı şəhəri X8 üzrə Baş idarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, **********174395 nömrəli (bundan təxminən 3 ay sonra, yəni - 11.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə eyni nömrəli) səyyar vergi yoxlaması aktı tərtib edilmiş və həmin aktla bağlı dəfələrlə müraciətlərə məhəl qoymadan vergi orqanı 07 oktyabr 2019-cu il tarixində əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında 07 oktyabr **********1170 nömrəli qərar çıxararaq, xx.xx.2019-cu il tarixli, **********174395 nömrəli səyyar vergi yoxlaması aktının yenidən araşdırılması barədə qərar vermişdir. Hansı ki, həmin aktda vergi yoxlaması 5 illik dövrü əhatə etmişdir. Halbuki Vergi M əcəlləsinin 83.3-cü maddəsində göstərilmişdir ki, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmçinin qeyd edir ki, səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdə başlanmış və xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz, yəni xx.xx.2018-ci il tarixdə başlanan yoxlama xx.xx.2019-cu il tarixdə başa çatmalı idi. Vergi Məcəlləsinə əsasən səyyar vergi yoxlamasının müddəti iş günü ilə deyil, günlərin sayı ilə müəyyən edilmişdi r. Lakin səyyar vergi yoxlaması aktında müddətlər iş günləri ilə hesablanmışdır. Göstərilən hallar qərarın ləğv edilməsi üçün əsasdır.

5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının icrasının təmin olunması üçün qəbul edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********172758 nömrəli qərar ilə iddiaçının sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.3.6-cı ma ddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlanılan dövrdə iddiaçı faktiki olaraq dekorativ və tikinti daşlarının hasilatı ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması ilə əlaqədar məlumatların əldə olunması üçün "xxxx" ASC-yə rəsmi müraciət olunmuş və təşkilatdan elektrik daşıyıcılar barəsində rəsmi məlumat alınmışdır. Həmçinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Departamentinə müraciət olunmuşdur. xx.xx.2019-cu il tarixli **********392400 nömrəli cavab məktubunda Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 158 nömrəli sərəncamı ilə fiziki şəxs X4 “Şahqaya” əhəngdaşı yatağından mişar daşı karxanasının təşkili məqsədi ilə icarəyə verilmiş 3 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdə bağlanmış müqavilə əsasında fiziki şəxs X3 icarəyə verilmişdir. Fiziki şəxs X7 və Təbii Sərvətlər Nazirliyi tərəfindən yerin təkindən istifadə dair xx.xx.2012-ci il tarixdə 00594 nömrəli dağ-mədən ayırma aktı və ekoloji ekspertiza rəyi verilmişdir. Dağmədən ayırma aktının qüvvədə olma müddəti xx.xx.2017-ci il tarixdə bitməsinə baxmayaraq yeni dağ-mədən ayırma aktı alınmamışdır. İddiaçı qeyd olunan müddətdə istismar işləri apardığı bildirilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin fəaliyyət göstərdiyi Bakı şəhəri Qaradağ rayonu, Şahqaya yatağının cənubunda yerləşən daş karxanasında hasil edilmiş mişar daşlarının həcminin müəyyən edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixli **********173967 nömrəli qərarla mütəxəssis və mişar daşının bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixli **********173966 nömrəli qərarla isə ekspert dəvət edilmişdir. Mütəxəssis tərəfindən hesablamalar istehsalda istifadə edilmiş elektrik enerjisinin həcminə görə aparılmışdır. xx.xx.2012-ci il tarixli "Torpaq sahəsinin razılaşma haqqında" müqaviləyə əsasən 3,0 hektar torpaq sahəsini X2 27 il müddətinə götürülməsinə baxmayaraq ödəmə mənbəyində tutulan vergi hesablanmamışdır. Bu səbəbdən "Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2019-cu il tarixli qərarla icarəyə götürülmüş torpaq sahəsinin real bazar qiyməti müəyyənləşdirilmişdir. Bildirirlər ki, səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2019-cu il tarixli akta və yoxlama ilə əlaqədar toplanmış materallara baxılan zaman əlavə yoxlama tədbirlərinin keçirilməsinə zərurət yarandığından “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********91170 nömrəli qərar qəbul edilmiş, əlavə yoxlama tədbirləri keçirilmiş və yoxlamanın nəticəsi üzrə xx.xx.2019- cu il tarixli **********174395 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Yoxlama zamanı aşağıdakılar müəyyən edilmişdir. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim edərək, xx.xx.2015-ci il tarixli **********7 saylı ƏDV ödəyicisinin şəhadətnaməsini almış və qeydiyyat xx.xx.2015-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama zamanı dövriyyələr cəlb edilmiş mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən edilmişdir. Bununla əlaqədar, xx.xx.2016-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə ƏDV-yə cəlb olunan dövriyyəsi 198077,47 manat məbləğində müəyyən edilmiş və ondan 30215,21 manat ƏDV-si hesablanmışdır. (198077,47/1.18*18%=30215.21). Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrdə dövriyyədən 16456,54 manat ƏDV məbləğinin göstərildiyini, eyni zamanda may 2016-ci il tarixdə əlavə dəyər vergisi üzrə 32,95 manat artıq hesablandığı nəzərə alınaraq, 13758,66 manat ƏDV-nin azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 214-cü maddəsinə əsasən yoxlanılan dövrdə müəssisə mədən vergisinin ödəyicisi olmuşdur. Vergi yoxlaması Cəmiyyətin istehlak etdiyi enerji barədə "xxxx" ASC-dən alınmış məlumatlar, yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert rəylərinə əsasən aparılmışdır. Yoxlanılan dövr xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olmasına baxmayaraq, 2012-ci ilin mart ayından 2013-cü ilin ma rt ayınadək olan dövr xx.xx.2013-cü il tarixli **********681024 nömrəli, 2013-cü ilin mart ayından 2014-cü ilin mart ayınadək olan dövr xx.xx.2014-cü il tarixli **********750056 nömrəli və 2014-cü ilin mart ayından 2015-ci ilin mart ayınadək olan dövr xx.xx.2015-ci il tarixli **********894393 nömrəli aktlarla rəsmiləşdirilmişdir. Yoxlama zamanı xx.xx.2016xx.xx.2018-ci il tarixədək olan dövr üzrə mütəxəssis rəyinə əsasən sahibkar 1056413,15 ədəd mişar daşı istehsal etmişdir. Bununla əlaqədar, Vergi Məcəlləsinin 216-cı maddəsinə əsasən 29 344,82 manat mədən vergisinin ((1056413,15/72 = 14672.40 kubmetr) (xx.xx.2016 - xx.xx.2018) 14672,40*2,0 manat = 29344,82 manat) vergisinin büdcəyə hesablamalı və ödənilməli olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrdə 6038,0 manat mədən vergisinin göstərildiyini nəzərə alaraq, 23306,82 manat (o cümlədən: 2016-cı il üçün 10102,96 manat, 2017-ci il üçün 8742,56 manat, 2018-ci il üçün 4461,30 manat)mədən vergisinin azaldılması aşkar edilmişdir. Ödəmə mənbəyindən verginin yoxlanılması üzrə: Yoxlama zamanı fiziki şəxs X5 xx.xx.2012-ci il tarixli "Torpaq sahəsinin razılaşma haqqında" müqaviləyə əsasən 3,0 hektar torpaq sahəsini X2 27 il müddətinə götürülməsinə baxmayaraq ödəmə mənbəyində tutulan vergilər hesablanmamışdır. Bu səbəbdən xx.xx.2019-cu il tarixli **********187382 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" qərara əsasən ekspertiza təyin edilmiş, icarəyə götürülmüş torpağın xx.xx.2019-cu il rəyə əsasən real bazar qiyməti hər ay üçün 1000,0 manat müəyyənləşdirilmişdir. Bununla əlaqədar, xx.xx.2 016-xx.xx.2018-ci il tarixədək olan dövr üçün Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən 4200,0 manat (2016-cı il üçün 1 680,0 manat, 2017-ci il üçün 1680 manat, 2018-ci il üçün 840,0 manat) ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Gəlir vergisinin yoxlanılması üzrə: yoxlanılan dövr xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olmasına baxmayaraq, 2012-ci ilin mart ayından 2013-cü ilin mart ayınadək olan dövr xx.xx.2013-cü il tarixli **********681024 nömrəli, 2013-cü ilin mart ayı tarixdən 2014-cü ilin mart ayı tarixədək olan dövr xx.xx.2014-cü il tarixli **********750056 nömrəli və 2014-cü ilin mart ayı tarixindən 2015-ci ilin mart ayı tarixədək olan dövr xx.xx.2015-ci il tarixli **********894393 nömrəli aktlarla rəsmiləşdirilmişdir. Yoxlama zamanı mütəxəssis və ekspert rəyl ərinə əsasən vergi ödəyicisinin gəliri müəyyən edilmişdir. Yoxlamaya gəlirdən çıxılan xərclərlə bağlı sənədlər təqdim edilmədiyindən vergi ödəyicisinin gəlirini bir başa müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda analoji vergi ödəyicilərinin uyğun olmadığından (işçi sayı, sahə, təsərrüfat subyektlərinin sayı, tədiyyə, istehsal məhsulun fərqliliyi və s.) vergi ödəyicisinin gəliri Vergi Məcəlləsinin 83.9-cu mədəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 55 nömrəli Qərarına uyğun olaraq şərti rentabellik səviyyəsi 20% götürülərək 2016-cı və 2017-ci illər üçün cəmi 3158,25 manat (o cümlədən: 2016-cı il üçün 977,17 manat, 2017-ci il üçün 2181,08 manat) gəlir vergisi hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********194742 nömrəli qərar qəbul edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinın 22 fevral 2021-ci il tarixli, 2-1(112)-408/2021 nömrəli qərarı ilə (hakim F.İ.Mədətli) iddia tələbi təmin edilmiş, cavabdehin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********194742 nömrəli qərarı ləğv olunmuşdur.

7. Məhkəmə qeyd etmişdi ki, cavabdeh tərəfindən yoxlanılan dövr ərzində, yəni xx.xx.2016-xx.xx.2018-ci il üzrə sahibkar tərəfindən mədən vergisinin 23306,82 manat, gəlir vergisinin 3158.25 manat, əlavə dəyər vergisinin 13758.66 manat, ödəmə mənbəyində tutulan verginin 4200,0 manat yayınd ırılması və buna görə də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasan yayındırılmış vergi məbləğinin Vergi Məcəlləsinin 56.1-ci maddəsini nəzərə alaraq 50 faizi miqdarında, yəni 15283,26 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunaraq nəticədə 44.456.68 manat məbləğində azaldılmanın, 44.423.73 manat məbləğində fərqin yaranması əsasında 16.120.45 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi müəyyən edilsə də, lakin qeyd olunan yayındırma hallarını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 21(103)-134/2022 nömrəli qərarı ilə ((hakimlər H.Ü.Həmidov - sədrlik edən və məruzəçi, A.V.Tanrıverdiyev və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinın 22 fevral 2021-ci il tarixli, 2-1(112)-408/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq cavabdehin apellyasiya şikayətinin dəlili olan məhkəmə inzibati işdə olan iki ekspert rəyi arasında olan ziddiyyəti aradan qaldırmaq üçün təkrar ekspertiza təyin etməməsi ilə bağlı qeyd etmişdir ki, işin apellyasiya icraatı zamanı cavabdehin bu dəlili nəzərə alınmış və iş üzrə kompleks məhkəmə ekspertizası təyin edilmişdir. Lakin məh kəməyə daxil olmuş ekspert vəsatətlərindən görünür ki, məhkəmə mühəndis-texniki ekspertizası ilə bağlı karxananın fəaliyyətinin dayandığından, daş kəsən maşınların götürüldüyündən və elektrik enerji təchizatının dayandırıldığından ekspert rəyinin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə-mühasibat ekspertizasının isə əlavə materialların təqdim olunmadığından aparılması mümkün olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən müvafiq ekspertiza təyin ediləcəyi təqdirdə belə iş üzrə ekspert rəyinin təqdim edilməsinin mümkünsüzlüyü sübuta yetirilir, həmçinin dəlil kimi göstərilmiş məhkəmənin fəaliyyət dairəsinə aid olmayan xüsusi bilik tələb olunan sahə üzrə ekspert və mütəxəssisin səlahiyyətlərini öz üzər inə götürərək, mişar daşının ölçüləri və 1 m3 kütlədən istehsal olunan mişar daşının miqdarı barədə gəldiyi nəticənin əsassız olması ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi formal mülahizələrə əsaslanmayaraq, işin faktiki hallarını və iş materiallarını əsas götürərək xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində mişar daşının sayının artıq göstərilməsi və saat dövriyyəsinin şişirdildiyi qənaətinə gəlmişdir.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən et məmiş, obyektiv həqiqətin müəyyən edilməsi üçün heç bir hərəkət etməmiş, cavabdehin işin faktiki halları ilə bağlı dəlillərini və onlara tətbiq edəcək hüquq normalarını qəbul etməməsini, yəni cavabdehin dəlillərinin rədd edilməsi səbəblərini əsaslandırmamışdır.

13. Eyni zamanda apellyasiya məhkəməsi İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2, 58.7, 68.1, 69.4-cü maddələrinin iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 2-1(103)-134/2022 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Vergi Məcəlləsi: Maddə 38.3. Növbədənkənar vergi yoxlaması ver gi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması ba rədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3. 8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamas ının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblə rdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.

16. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid mə lumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»: 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 3.4-cü bəndinə əsasən reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (...) 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə);

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya inst ansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının apellyasiya şikayətindən irəli gələn tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

23. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məlum olduğu kimi xx.xx.2019-cu il tarixli **********174395 nömrəli səyyar vergi yoxlaması aktına əsasən, Vergilər Nazirliyinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Təmir-tikinti və istehsal sahələri üzrə şöbəsin in əməkdaşları tərəfindən Vergi Məcəllənin 38.3.6-cı maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə (2013-2018-ci illər üzrə aksiz vergisi, İ rüb 2013-İİ rüb 2018-ci illər üzrə sadələşdirilmiş vergi, 2013-2017-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, yanvar 2013-avqust 2018-ci illər üzrə mədən vergisi, İ rüb 2013-İİ rüb 2018-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergi, yanvar 2013-avqust 2018ci illər üzrə əlavə dəyər vergisi, 2013-2017-ci illər üzrə gəlir vergisi üzrə növbədənkənar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanıb, xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır.

24. Yoxlamanın nəticəsində iddiaçı barəsində "Vergi ödəyicisinin vergi qa nunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 13 dekabr 2019-cu il tarixli, **********94742 saylı qərar qəbul edilmişdir. Həmin qərara əsasən iddiaçı yoxlanılan dövr ərzində tərəfindən mədən vergisinin 23306,82 manat, gəlir vergisinin 3158.25 manat, əlavə dəyər vergisinin 13758.66 manat, ödəmə mənbəyində tutulan verginin 4200,0 manat yayındırılması müəyyən edilmişdir və buna görə də cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasan yayındırılmış vergi məbləğinin Vergi Məcəlləsinin 56.1-ci maddəsini nəzərə alaraq 50 faizi miqdarında, yəni 15283,26 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunaraq nəticədə 44.456.68 manat məbləğində azaldılmanın, 44.423.73 manat məbləğində fərqin yaranması əsasında 16.120.45 ma nat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

25. Bununla bağlı məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı qərarın 16-cı bəndinə qeyd edilmiş normaların tələblərindən məlum olur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən də vahid məlumat reyestrində qeydiyyata alınmamış yoxlamalar qanuni hesab edilmir.

26. Cavabdeh vergi orqanı tərəfindən iddiaçının vergilər üzrə qanunvericiliyə əməl etməsinin düzgünlüyünün yoxlanılması məqsədilə aparılmış növbədənkənar səyyar vergi yoxlaması, həmçinin əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi vahid məlumat reyestrində qeydiyyata al ınması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur.

27. Növbədənkənar səyyar vergi yoxlaması zamanı iddiaçıya məxsus müəssisədə mişar daşının istehsal həcminin və bazar qiymətinin müəyyən edilməsi üçün “Azərekspertiza” Birliyindən mütəxəssis və ekspert dəvət edilmiş, həmin mütəxəssis tərəfindən hesablamalar elektrik enerjisinin həcminə görə aparılmışdır.

28. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır, yəni gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz, belə ki, hər hansı maddi və prosessual hüquq normasına əsaslanmır. Digər tərəfdən qeyd edilməlidir ki, verg i ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burada başqa o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, gəlirləri istifadə olunan elektrik sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır. Eyni zamanda və bu xüsusi olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir.

29. Həmin maddəyə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər.

30. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur.

31. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

32. Azərbayc an Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir.

33. Göründüyü kimi, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi 55 saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə 16120.45 manat əlavə vergi məbləği hesablanmışdır.

34. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə ızah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istif adə etdiyini əsaslandırmağa borcludur.

35. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.

36. Beləliklə, vergi orqanının mübahisələndirilən qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 13 dekabr 2019-cu il tarixli, **********94742 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qəbulunun vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə apellyasiya instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur.

37. Bütün yuxarıda göstərilənlərə əsəsən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 21(103)-134/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar