Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1720/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: keçmiş illərdə qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya, əmək haqqı fərqi üzrə hesablanmış pul vəsaiti, xəstəlik müavinətinin hesablanaraq bidəfəlik verilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1981-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasın ın Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “keçmiş illərdə qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya, əmək haqqı fərqi üzrə hesablanmış pul vəsaiti, xəstəlik müavinətinin hesablanaraq verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 27 fevral tarixli, 2-1(106)-14/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 2021ci il 6 avqust tarixli, Ə-1154ş/h-038-21 saylı əmri ilə 2021-ci il 6 avqust tarixindən öz arzusu ilə xidmətdən xaric edilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edə rək keçmiş illərdə qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya, əmək haqqı fərqi üzrə hesablanmış pul vəsaiti, xəstəlik müavinətinin hesablanaraq verilməsini xahiş etmişdir.
3. Cavabdeh 2021-ci il 14 oktyabr tarixli, 286-608 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, xidmətdən xaric olunması ilə əlaqədar iddiaçıya iki aylıq 920 manat vəzifə və rütbə maaşı müqabilində birdəfəlik kompensasiya hesablanmış və keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya 3.929,85 manat, əmək haqqı fərqi 2.862,91 manat, xəstəlik müavinəti 1.322,50 manat hesablanmış, cəmi 9.035,26 manat alacağı olmuşdur. Ondan 1120 manat bu günkü günə qədər ödənilmişdir. 2021-ci il 13 oktyabr tarixinə 7.915,26 manat alacağı qalmışdır. Cavabdeh BMİ-nin 2012-ci il 10 sentyabr tarixli 018/6-4 göst-39 nömrəli göstərişinə uyğun olaraq maliyyə imkanı daxilində qalan məbləğ hər ay hissə-hissə ödəniləcəkdir. Hal-hazırda şöbənin maliyyə vəziyyəti həmin vəsaitin birdəfəlik ödənilməsi imkanı xaricindədir. Gələcəkdə şöbənin maliyyə vəziyyəti sabitləşdikdə həmin vəsait birdəfəlik ödənilməsi təmin olunacaq. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 2021-ci il 10 oktyabr tarixində Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək keçmiş illərdə qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya, əmək haqqı fərqi üzrə hesablanmış pul vəsaiti, xəstəlik müavinətinin hesablanaraq verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, cavabdehin imtinasında göstərilən hər ay ödənilmə 5 il, 10 il, 15 il və s. uzana bilər. Halbuki birdəfəlik kompensasiya, keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiyanın, yaranmış əmək haqqı fərqinin və xəstəlik müavinətinin konkret olmayan uzun müddət ərzində verilməsi qanunla nəzərdə tutulmamışdır.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Etirazda əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsi və onun struktur hissələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 may tarixli 197 nömrəli Qərarına əsasən özünümaliyyələşdirməprinsipi ilə fəaliyyət göstərir, mülkiyyətçilərləbağlanmış müqavilələr əsasında alınan vəsaitlər hesabına saxlanılır. Mühafizə xidmətinin spesifikliyi ondan ibarətdir ki, mühafizə olunan obyektlərdən daxil olan vəsait hesabına əməkhaqları və digər müavinətlər ödənilir. Baş Mühafizə İdarəsinin və onun yerli struktur hissələrinin hesabına dövlət büdcəsindən məzuniyyətlərə görə pul kompensasiyalarının ödənilməsi nəzərdə tutulmadığından, bu yük Baş Mühafizə İdarəsinin üzərinə düşür. Ona görə də İddiaçı ödənilməli olan məbləğ hissə-hissə ödənilir.
7. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən təqdim edilmiş 2003-cü il 12 yanvar tarixli, 18ş/h nömrəli əmrə əsasən iddiaçı 2003-cü il 27 yanvar tarixdən Sabirabad rayon Mühafizə bölməsinə polis nəfəri v əzifəsinə təyin edilmiş və ona “polis sıravisi” xüsusi rütbəsi verilmişdir.
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin məhkəməyə ünvanladığı 2022-ci il 29 aprel tarixli, 286-233 nömrəli məktuba görə iddiaçıya təqaüdə çıxmasına görə xidmətdən xaric olunması ilə əlaqədar ona vəzifə və rütbə maaşı müqabilində birdəfəlik kompensasiya hesablanmış və keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya, əmək haqqı fərqi və xəstəlik müavinətinə görə cəmi 9.035,26 manat hesablanmış və həmin vəsaitdən 2820 manat bu günkü günə ödənilmişdir. 2022-ci il 1 may tarixinə 6.215,26 manat alacağı qalmışdır və həmin vəsait maliyyə imkanı daxilində hər ay hissə-hissə ödənilir.
9. Şirvan İnzibati Məhkəməsinin 2022-ci il 18 iyul tarixli, 2-1(120)-526/2 022 nömrəli qərarı (hakim: Samir Həsənov) ilə iddia qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya 6.215,26 manat vəzifə və rütbə maaşı müqabilində birdəfəlik kompensasiyanın, keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiyanın, əmək haqqı fərqinin, xəstəlik müavinətinin verilməsi öhdəliyi qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnaməyə uyğun iddiaçıya vəzifə və rütbə maaşı müqabilində birdəfəlik kompensasiya, keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya, əmək haqqı fərqi və xəstəlik müavinətinə görə cəmi 9.035,26 manat pul hesablamışdır. Həmin hesablanmış məbləğdən 6.215,26 manat ödəmişdir. Odur ki, iddiaçının tələbi qismən təmin olunmalı, cavabdehin üzərinə iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 saylı Qərarı, 2004-cü il 3 sentyabr tarixli, 730— İİQD saylı Qanunla edilmiş əlavə nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 88-ci maddəsi şamil edilməklə əlaqədar hesablanmış 6.215,26 manat keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiyanın, əmək haqqı fərqinin və xəstəlik müavinətinin verilməsi öhdəliyi qoyulmalıdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 2023-cü il 27 fevral tarixli, 2-1(106)-14/2023 nömrəli qərarı (hakimlər: Orxan İsmayılov (sədrlik edən və məruzəçi), Müşfiq Həsənov, Tale Kərimov ) ilə Bakı or şirvan İnzibati Məhkəməsinin 2022-ci il 18 iyul tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə:
76. Daxili işlər orqanları əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir: hər il verilən əsas məzuniyyət (bundan sonra əsas məzuniyyət); qısamüddətli; xəstəliyə görə; tətilə çıxmaqla əlaqədar rəlmivadüm) üçün); Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar; əlavə (xidmət illərinə, xüsusi şəraitdə vəzifələrin icrasına, əlahiddə xidmətə görə);
88. Əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili ( iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətəgörə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir.
97. Daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində pulsuz tibb xidməti göstərilir. Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir.
18. İnzibati Prosessu al Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissə sində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Ape llyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız on a aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə tərkibi xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edildiyindən, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya ödənilməli olan pulun verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərt ərəfli araşdırılmış, məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirdiyinə görə məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri yenidən təkrarlamağa prosessual qənaət prinsipi nəzərə alınmaqla zərurət qalmır.
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. İşin apellyasiya instansiyası məhkəməsi tərəfin dən müəyyən olunmuş hallarına əsasən, cavabdeh iddia tələbində göstərilən ödənişləri iddiaçıya ödəməyi qəbul edir, sadəcə maliyyə vəziyyəti ilə əlaqədar həmin ödənişlərin birdəfəlik deyil, hissə-hissə ödənilməli olduğuna istinad edir.
28. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qərarı qəbul edildikdən sonra aparılmış ödənişlərlə bağlı apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, bu hal məhkəmə qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz və həmin ödənişlər sonda məhkəmə qərarının icrası zamanı nəzərə alınmalıdır.
32. Yuxarıda qeyd olunanları ümumiləşdirərək işə kassasiya qaydasında baxan məhkəmə tərkibi hesab edir ki, iddiaçının keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya, əmək haqqı fərqi üzrə hesablanmış pul vəsaiti, xə stəlik müavinətinin hesablanaraq verilməsi cavabdehin vəzifəsidir və buna görə də iddiaçıya birdəfəlik ödənişin edilməsindən cavabdehin imtinası qanuni olmamışdır.
33. Beləliklə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olduğundan, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 27 fevral tarixli, 2-1(106)-14/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 27 fevral tarixli, 21(106)-14/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.