Məhkəmə qərarları › İş №2-1(102)-1721/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1721/2019

07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1721/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: 07.08.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X3 ibarət tərkibdə, İddiaçı MMC-nin direktoru-nümayəndəsi X2 və vəkili Vəkil və cavabdeh Departamentin nümayəndəsi X1 və vəkili X4 iştirakları ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin İnzibati-İqtisadi Kollegiyasının 01 fevral 2019-cu il tarixli qərarından iddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı (hazırda Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentidir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Departamentin 24.05.2013-cü il tarixli **********669931 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli qərarı ilə (hakim M.Bayramov; iş No 2-1(81)-11/2016) iddia tələbinin təmin edilməsi; cavabdeh Departamen tin 24.05.2013-cü il tarixli **********669931 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28.02.2017-ci il tarixli qərarı ilə (sədrlik edən E.Nağıyeva, hakimlər H.Həmidov və E.Vəliyeva; iş No 2-1(103)320/2017) cavabdeh Departamentin apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.01.2018-ci il tarixli qərarı ilə (sədrlik edən S.Hüseynova; hakimlər İ.Dadaşov və K.Bədəlov; iş No 2-1 (102)-12/18) cavadeh Departament tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad i Kollegiyasının 28.02.2017-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.05.2018-ci il tarixli qərarı ilə (sədrlik edən S.Seyidova; hakimlər S.Hüseynov və V. Məmmədov; iş No 2-1(103)- 1127/2018) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli qərarının ləğv edilməsi; iş üzrə yeni qərar qəbul edilməsi; iddianın təmin edilməməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiiqtisadi Kollegiyasının 17.10.2018-ci il tarixli qərarı ilə (sədrlik edən N.Rəsulbəyova; hakimlər Z.Quliyev və İ.H üseynov; iş No 2-1 (102)-1738/2018) iddiaçı MMC-nin kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 18.05.2018-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki işə 3-cü dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən V.Baxışova, hakimlər M.Tağızadə və İ.Əhmədov; iş № 2-1(103)-160/2019) cavabdeh Departamentin apellyasiya şikayətinin təmin edilməsi; 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixlii qərarının ləğv edilməsi; iş üzrə yeni qərar qəbul edilməsi; iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı MMC kassasiya şikayəti verərək, qərarın ləğv olunması, iş üzrə müəyyən olunmuş sübutlar əsasında iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi obyektiv araşdırma aparmamış, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, təqdim olunmuş sənədlərə və sübutlara düzgün hüquqi qiymət vermemiş və nəticədə düzgün olmayan bir qərar qəbul etmişdir. Kassasiya şikayətinə dair yazılı etirazın dəlilləri Cavabdeh Departament kassasiya şikayətinin dəlillərinə dair yazılı etiraz ərizəsi ilə məhkəmə kollegiyasına müraci ət edərək, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan həmin şikayətin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 01 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barəjə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçı MMC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlilərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 fevral 2019-cu il tarixli qərarının ləğv olunması, iş üzrə müəyyən olunmuş sübutlar əsasında iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçı MMC-nin direktoru-nümayəndəsi M.Qu luzadə vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Departamentin vəkili İ.Əhməd kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Departamentin nümayəndəsi H.Baloğlanov vəkilin dediklərinə uyğun izahat vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, cavabdeh Departamentin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 24.08.2012-ci il tarixli qərarı ilə iddiaçı MMC-nin fəaliyyəti üzrə avqust 2009-iyul 2012 dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. İddiaçı MMC-də 10 sentyabr 2012-ci il tarixdən 08 aprel 2013-cü il tarixədək yoxlama aparılmış və nəticəsi 12 aprel 2013-cü il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdır. Həmin akta görə, vergi orqanı iddiaçı MMC tərəfindən mənfəət və ƏDV üzrə vergilərin azaldılmasını müəyyən etmişdir. Belə ki, iddiaçı MMC-nin idxal etdiyi Çin istehsalı olan taxta qapıların alış, gömrük rəsmiləşdirilməsi sənədləri olmadığından və satış qiymətləri qüvvədə olan orta bazar qiymətində aşağı göstərildiyindən, malların dəyəri kimi göstərilmiş xərcləri təsdiq edən sənədlər təqdim olunmadığından, eyni zamanda qarşılıqlı əməliyyatlar aparılmış müəssisələrdən əldə edilmiş sənədlərdə həmin xərcləri təsdiq edən sənədlər olmadığından vergi orqanı tərəfindən “Azərekspertiza” Birliyinə həm in qapıların bazar qiymətinin müəyyənləşdirilməsi üçün müraciət edilmiş və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, müəssisə tərəfindən bir qapının orta topdan satış qiyməti 59,56 manat (ƏDVsiz) göstərildiyi halda, həmin dövr üçün həmin malın Respublika daxilində orta topdan satış qiyməti 93,22 manat (ƏDV-siz) təşkil etmişdir. Vergi hesablanarkən bazar qiymətinin tətbiq edilməsi əsas kimi, Vergi Məcəlləsinin 14.3.1-ci maddəsi göstərilmişdir. Yoxlama zamanı müəssisə tərəfindən iddiaçı MMC-nin 2010-cu və 2011-ci illər üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə, Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarına (04.04.2003-cü tarixli 42 saylı dəyişikliklə) əsasən şərti rentabellik səviyyəsi 20 % göt ürülərək müəssisənin mənfəəti aşağıdakı kimi hesablanmışdır: 2010-cu il üzrə hesablanmış 536 manat mənfəətdən (2009-cu il üzrə 1.464 manat zərər nəzərə alınmaqla) 20% dərəcə ilə 107,2 manat, 2011-ci il üzrə hesablanmış 50.000 manat mənfəətdən 20% dərəcə ilə 10.000 manat mənfəət vergisi hesablanmış, müəssisə tərəfindən hesablanmış 2010-cu il üzrə 8,41 manat və 2011-ci il üzrə 2.094 manat mənfəət vergisi nəzərə alınmaqla cəmi 8.004,79 manat mənfəət vergisinin azaldılması aşkar edilmişdir. Bu akta əsasən iddiaçı MMC barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24 may 2013-cü il tarixli, **********6669931 saylı qərar qəbtıl ettmişdir. Həmin qərarla 2010-cu il üzrə 98,79 manat, 2011-ci il üzrə 7.906 manat mənfəət vergisi, 2012-ci il üzrə 15.341,17 manat ƏDV, cəmi 23.345,96 manat vergi azaldıldığına görə həmin vergilər hesablanmış, 11.672,99 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması 10.09.2012-ci ildə başlanmış, yoxlamanın müddəti 30 iş günü müəyyən edilmiş, Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən 17.10.2012-ci il tarixdə, 03.12.2012-ci ildə və 29.01.2013-cü il tarixlərdə yoxlamanın müddəti 30 gün artırılmış, 27.12.2012, 13.02.2013, 26.02.2013, 12.03.2013, 28.03.2013-cü il tarixlərdə müvəqqəti olaraq dayandırılmışdır. Yoxlama 25.08.2012-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış, bu barədə bildiriş iddiaçıya təqdim edilmişdir. Mübahisələndirilən qərar əsasında hesablanmış əlavə vergilər və tətbiq olunan maliyyə sanksiyaları iddiaçı MMC tərəfindən 27.05.2013-cü il tarixdə dövlət büdcəsinə ödənilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyun 2016-cı il tarixli, 25060 saylı ekspert rəyinə görə iddiaçı MMC tərəfindən vergilərin azaldılmadığı müəyyən edilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, belə hesab etmişdir ki, bu iş üzrə təyin edilmiş ekspertiza zamanı ekspert tərəfindən iddiaçı MMC-nin 2010-2011-ci illər üzrə mənfəəti xərc sənədləri əsasında devil, mənfəət vergisi bəyannaməsi əsasında hesablandığından, rəydə ekspertin gəldiyi nəticə kifayət qədər əsaslandırılmadığından, o cümlədən rəyi hər iki tərəf əsassız hesab etdiyindən bu rəy işin hər hansı halını müəy yən edən sübut kimi qəbul olunmur. Bundan başqa, hazırki işə baxmış Ali Məhkəməsinin 17.10.2018-ci il tarixli qərarında apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi əsası kimi göstərilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 3.4.16-cı və 4.5.1-ci bəndlərinin tələblərinə (yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumatın reyestrə daxil edilməli olması) cavabdeh vergi orqan tərəfindən əməl edilibedilmədiyi iş materiallarından aydın olmadığından apellyasiya instansiya məhkəməsi işə yenidən baxılarkən bununla bağlı araşdırma aparmalıdır. Bu göstərişlə əlaqədar aparılan araşdırma zamanı cavabdeh inzibati orqanın bu dəlili ilə razılaşmaq olar ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 3.4.16-cı və 4.5.1-ci bəndləri Azərbaycan Respublikası Prezidentinin 16.03.2017-ci il tarixli fərmanına əsasən, yəni iddiaçı müəssisədə vergi yoxlaması keçirildikdən 5 il sonra Əsasnamənin mətninə əlavə edildiyindən cavabdeh vergi orqanı tərəfindən həmin dövrdə nəzərə alına bilməzdi. Yuxarıda göstərilənlərə əsasən, iddia ərizəsində irəli sürülən dəlillər “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24.05.2013-cü il tarixli **********669931 saylı qərarının ləğv edilməsi üçün əsas olmadığından iddianın təmin edilməsi barədə 1-ci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassız hesab edilməlidir. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçı MMC-nin kassasiya şikayətində qeyd olunan dəlillər əsaslı olduğundan qəbul edilməlidir. İş üzrə müəyyən edilir ki, bu işə baxmış 1-ci instansiya məhkəməsinin müvafiq qərardadı ilə vergi orqanının təşəbbüsü ilə keçirilmiş ekspertizanın nəticələri mübahisələndirildiyindən, təkrar ekspertizanın keçirilməsi qərar alınmış və nəticədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyun 2016cı il tarixli, 25060 saylı ekspert rəyi əldə olunmuşdur ki, 1-ci instansiya məhkəməsi həmin rəyə əsaslanaraq iddiaçı MMC-nin iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul etmişdir. Bunan sonra işə baxmış apellyasiya instansiya məhkəməsi qeyd edilən ekspertizanın nətic ələrini sübut növü kimi qəbul etməmiş, vergi orqanının təşəbbüsü ilə keçirilmiş 1-ci ekspertiza rəyinə əsaslanaraq iddiaçı MMC-nin iddia tələbini rədd etmişdir. Bununla əlaqədar məhkəmə kollegyiası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin üzərinə qoyulan prosessual vəzifələr icra olunmamışdır, iş yekun olaraq araşdırılmamış, mübahisələndirilən vergi qəranının düzgün olub-olmaması məsələsi açıq qalmışdır. Belə olan halda, iddiaçı MMC-nin məhkəmə tərəfindən işə ədalətli baxılmasını tələb etmək hüququ pozulmuşdur, çünki, iddiaçı MMC onun xeyrinə olan məhkəmə ekspertizasının nəticələrinə istinad etsə də, apellyasiya instansiya məhkəməsi bu rəyi nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəy yən edilən vergilərin xüsusiyyətlərinə malik olmayan və bu Məcəllənin müəyyən edilməyən, yaxud bu Məcəllənin müəyyən edilən qaydalarından fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası İPM-nin 11.2-ci maddəsinə müvafiq olaraq məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işə təkrarən baxacaq apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almalı və işin ədalətli və hərtərəfli araşdırılması üçün yenidən məhkəmə ekspertizasını təyin etməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqla rı faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya məhkəməsi məhkəməsi üçün məcburidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 fevral 2019-cu il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üç ün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar