Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1721/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: Vergi Məcəlləsinin 85.4-cü maddəsinin xx.xx.2020-ci il tarixədək olan redaksiyasının tətbiqi; qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmə tinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)-268/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2018-ci il tarixli **********138481 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən, iddiaçı müəssisədə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu ilədək növbəti səyyar vergi yoxlaması keçirilmişdir.
2. Yoxlama 29 mart 2019-cu il tarixli **********1433927 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmiş və həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23 may 2019-cu il tarixli **********183645 nömrəli qərar qəbul edilmişdir. 3. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23 may 2019-cu il tarixli **********183645 nömrəli qərarla iddiaçı müəssisəyə 2016-cı ilin 1-ci rübünün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 70470,0 manat, 2015-ci ilin ÖMV üzrə 71517.90 manat, 2016cı ilin ÖMV üzrə 82090,20 manat hesablanmış və ümumilikdə 30713,30 manat maliyyə sanksiyası (azaldılmış vergi məbləğlərinə görə və vergi hesabatının və arayışın vaxtında verilməməsi görə) tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı 10 iyun 2019-cu ildə iddia əriz əsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23 may 2019-cu il tarixli **********183645 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən inzibati akt əsasında iddiaçıya əlavə vergi məbləği hesablanarkən Vergi Məcəlləsinin 36.3, 56.1 və 85.4-cü maddələrinin imperativ tələbləri gözlənilməmiş və qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, mübahisələndirilən qərarla hesablanan məbləğlər üzrə 3 illik müddət ötmüşdür. Bundan əlavə, səyyar vergi yoxlaması aktından göründüyü kimi, cavabdeh vergi orqanı mütəxəssis rəyinə əsasən müəyyən edilmiş 2.610 kv.m sahəsi olan zirzəmini qeyri-yaşayış sahəsi kimi qəbul edərək, iddiaçıya bununla əlaqədar olaraq 70.470 manat MTFSV hesablamışdır. Cavabdeh vergi orqanı göstərilən hesablamanı apararkən vergi və mənzil qanunvericiliyinin tələblərini pozaraq, zirzəmini əsassız olaraq qeyri-yaşayış sahəsi kimi qəbul etmişdir. Belə ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsində (taxes.gov.az) yerləşdirilən və Vergilər Nazirliyinin mövqeyini əks etdirən məlumata, eləcə də sual-cavab blokunda vətəndaşların suallarına verilən cavablara əsasən, Azərbaycan Respublikasının qanunvericilik aktlarında “qeyri-yaşayış sahəsi” anlayışı və ya həmin sahəyə binanın hansı hissələrinin aid edilməsi birbaşa müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi de dikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Mənzil Məcəlləsinin tələblərinə əsasən, çoxmənzilli binanın ümumi əmlakına paylı mülkiyyət hüququ olan sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik, ondan istifadə etmək, habelə bu Məcəllə ilə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarına malikdirlər. Belə ki, binanın ümumi əmlakı olan obyektlərin bilavasitə sahə mülkiyyətçiləri olan şəxslərə xidmət etmək məqsədi daşıdığını və həmin şəxslərin mənzilləri ilə bağlılığını nəzərə alaraq, həmin sahələrin sahibkarlıq fəaliyyəti m əqsədləri üçün istifadəsi nəzərdə tutulmadıqda bu hissələr sadələşdirilmiş vergiyə yaşayış sahəsi kimi cəlb olunmalıdır. Bununla yanaşı, Vergi Məcəlləsində yaşayış sahəsindən fərqli olaraq qeyri-yaşayış sahəsinə yüksəldici əmsalın tətbiqi qeyri-yaşayış sahəsindən istifadə etməklə gəlir əldə etmək imkanlarının olması ilə bağlıdır. Bu baxımdan tikilən binanın sahibkarlıq (kommersiya) fəaliyyəti məqsədləri üçün istifadəsi nəzərdə tutulan və ya istifadə olunan hissələri qeyri-yaşayış sahəsi kimi qiymətləndirilməli və yüksəldici əmsal tətbiq etməklə vergiyə cəlb olunmalıdır. İddiaçı tərəfindən tikilən binanın zirzəmisinin sahibkarlıq (kommersiya) fəaliyyəti (satmaq, icarəyə vermək və s.) məqsədləri üçün istifadəsi nəzərdə tutulmayıb və həmin sahə hazırda bina sakinlərinin təmənnasız ümumi istif adəsindədir. Göründüyü kimi, binanın zirzəmisinin iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməsi barədə hər hansı sübut olmadığı halda, cavabdeh vergi orqanı həmin sahəni qeyri-yaşayış sahəsi kimi qiymətləndirərək, əsassız əlavə vergi məbləği hesablamışdır. Əlavə olaraq, iddiaçıya mütəxəssis rəyi ilə müəyyən edilən əmək tutumu (332.171,30 adam saat) və əmək haqqı xərci (1.234.570,0 manat) əsas götürülməklə, ümumilikdə 153.608,09 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Cavabdeh vergi orqanı mübahisəli hesablamanı apararkən 9 ədəd yaşayış binasından 8 ədədinin müqavilə əsasında cəlb edilmiş podratçılar tərəfindən, 1 ədədinin isə iddiaçı tərəfindən tikildiyini və həmin tikintidə iştirak etmiş işçilərlə iddiaçı arasında əmək müqaviləsinin bağlanmasını və həmin işçilər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilərin hesablanaraq ödənildiyini nəzərə almamış və ehtimal əsasında hesablama aparmışdır. Halbuki, cavabdeh vergi orqanı qeyd olunan faktları, yəni 8 binanın podratçı tərəfindən tikildiyini və iddiaçı tərəfindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrində hər hansı kənarlaşmanın aşkar edilmədiyini səyyar vergi yoxlaması aktında qeyd və etiraf etmişdir. Bundan əlavə, cavabdeh vergi orqanı ümumilikdə 9 bina üzrə əmək tutumunu və əmək haqqı xərcini iddiaçının vergi öhdəliyi kimi qəbul etmişdir. Halbuki, 8 bina podratçı tərəfindən işə cəlb edilmiş işçilər tərəfindən tikilmişdir ki, bu zaman vergi orqanı əmək haqqı xərcini 8 binaya münasibətdə həmin podratçıya hesablaya bilərdi. Həmçi nin, cavabdeh vergi orqanı əmək tutumunun müəyyən edilməsi ilə bağlı mütəxəssis dəvət edərkən vergi qanunvericiliyində müəyyən edilən ardıcıllığı (Vergi Məcəlləsinin 67.1-ci maddəsi) gözləməmişdir.
6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilən yazılı etirazda göstərilmişdir ki, yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli 448 saylı Sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 0.79 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında 4 ədəd 2 girişli 7-8 mərtəbəli və 1 ədəd 9 mərtəbəli, 501 mənzilli yaşayış binasının tikinti işləri aparılmışdır. FHN-nin xx.xx.2018-ci il tarixli istismara hazırlıq aktına əsasən, tikinti işləri xx.xx.2017-ci il tarixdə başa çatdırılmışdır. Həmin tikinti üzrə vergi ödəyicisi tərəfindən 2016- cı ilin İ rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi metodu seçilərək bəyannamə təqdim edilmişdir. Bəyannamədə bu tikinti üzrə ümumi sahənin 46577.41 kv.m olduğu qeyd edilmiş və sahənin hər kvadrat metrinə 54,0 manat (45*1,2) olmaqla, cəmi 2.515.180,14 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanmışdır. Qeyd olunan tikintinin sahəsinin müəyyən edilməsinə zərurət yaranmış, bu məqsədlə cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli **********162759 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərar qəbul edilərək yoxlamaya Azərbaycan Respublikasının Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilmişdir. Mütəxəssis ona təqdim edilmiş sənədlər (tikintiyə aid layihələr) əsası nda iddiaçı tərəfindən inşa edilmiş yaşayış kompleksinin ümumi sahəsinin 46577.41 kv.m (yaşayış sahəsi 32146.35 kv.m, zirzəmi sahəsi 5606.20 kv.m (qaraja yararlı sahə - 2610.0 kv.m), pilləkən, dəhliz, lift sahəsi 8824.86 kv.m) olduğunu qeyd etmişdir. Beləliklə, yaşayış sahəsi kimi bina tikintisi üzrə sadələşdirilmiş vergiyə cəlb olunan sahənin 43967.41 kv.m, qeyriyaşayış sahəsi kimi bina tikintisi üzrə sadələşdirilmiş vergiyə cəlb olunan sahənin 2610.0 kv.m olduğu mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. Bununla da, Vergi Məcəlləsinin 220.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesabatda yaşayış sahəsi kimi göstərilmiş 2610.0 kv.m qaraja yararlı sahə üzrə düzgün hesablanmamış vergi məbləğinə yoxlama ilə düzəliş edilmişdir. Bundan əlavə, səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş 2610.0 kv.m zirzəminin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməməsi həmin sahənin qeyri-yaşayış sahəsi kimi vergiyə cəlb edilməsini istisna etmir. Belə ki, Vergi Məcəlləsinin 220.8-1 -ci maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Maddənin tələbindən aydın olur ki, tikilən binanın qeyri-yaşayış sahəsinin istifadəsinin təyinatı həmin sahənin vergitutma bazasının müəyyən edilməsinə təsir edən amil kimi müəyyən edilməmişdir. Belə olan halda, tikilən binanın yaşayış sahəsi kimi nəzərdə tutulmamış yararlı 2610 kv.m zirzəmisinin qeyri-yaşayış sahəsi kimi vergiyə cəlb edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğundur. Digər tərəfdən, vergi ödəyicisi tərəfindən ünvan 1 ünvanında inşa olunan 9 blokdan ibarət 4 ədəd 2 girişli 7-8 mərtəbəli və 1 ədəd 9 mərtəbəli yaşayış binaları üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində sərf olunan əmək tutumunun müəyyən edilməsi məqsədilə cavabdehin xx.xx.2018-ci il tarixli **********162759 saylı qərarına əsasən Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis dəvət edilmiş və çəkilmiş xərclərin tərkibində normativ əmək tutumunu müəyyənləşdirmək məqsədi ilə işlərin dəyərində əmək tutumunun müəyyən edilməsi barədə xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyinə əsasən, yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən aparılan tikinti işlərinin ümumi dəyərinin tərkibində əmək haqqı xərcinin ümumilikdə 1234570,0 manat olduğu müəyyən edilmişdir. Tikinti işlərinin əsasən 2015-ci və 2016-cı illərdə aparıldığını və həmin dövrlərdə vergi ödəyicisinin öz işçilərinə ödədiyi 53243,59 manat əmək haqqı məbləği, habelə işlərin podratçı tərəfindən görülməsi ilə bağlı müəssisə tərəfindən 84125,74 manat "xxxx" MMC-yə ödənilmiş vəsaiti nəzərə almaqla 1097200,67 manat əmək haqqı xərcinin hesabatda göstərilməməklə vergidən yayındırıldığı müəyyən edilmişdir. İddiaçının 3 illik müddətin ötürülməsi ilə bağlı dəlilləri ilə əlaqədar qeyd olunur ki, vergi qanunvericiliyinin müvafiq maddələri ilə səyyar vergi yoxlamasının vergi ö dəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə etməsi müəyyən edilmişdir. Yoxlamanın keçirilməsi barədə qərar xx.xx.2018-ci il tarixdə qəbul edilmiş, yoxlama isə xx.xx.2018-ci il tarixdə başlanılmışdır. Həmin tarixdən əvvəlki 3 illik müddət 2015-ci ilin 1-ci rübündən başladığından, qeyd olunan yoxlama ilə bağlı iddiaçının 3 illik müddətə dair iddiaları əsassızdır. Əlavə olaraq, Vergi Məcəlləsinin 67-ci maddəsində vergitutma obyektlərinin müəyyən edilməsində hər hansı ardıcıllıq nəzərdə tutulmamışdır. Eyni zamanda, Vergi Məcəlləsinin 45.1-ci maddəsində səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən, mütəxəss is dəvət olunması nəzərdə tutulmuşdur. Səyyar vergi yoxlaması zamanı qanunvericiliyin tələbləri qaydasında cəlb olunmuş mütəxəssisin yoxlamaya təqdim etdiyi məlumatlar əsasında iddiaçının vergi öhdəliyinin müəyyən edilməsinin mümkünlüyü, hər hansı ardıcıllıqla şərtləndirilməmişdir. 7. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2-1(82)2503/2019 nömrəli qərardadına əsasən, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2020-ci il tarixli 30823 nömrəli ekspert rəyinə əsasən, iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən e dilmir. Bundan başqa, 2610.0 kv.m qaraja yararlı sahənin qeyri-yaşayış sahəsi kimi qəbul edilmədiyi təqdirdə, müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan az hesablanmış sadələşdirilmiş vergi məbləği müəyyən olunmur. Əks halda, yəni həmin sahənin qeyri - yaşayış sahəsi kimi qəbul edildiyi təqdirdə, müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 70470,0 manat məbləğində sadələşdirilmiş verginin az hesablanması müəyyən olunur.
8. Bakı İnzibati Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2-1(112)-1350/2020 nömrəli qərardadına əsasən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/2754 nömrəli ekspert rəy ində iddiaçı tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının texniki sənədlərdə göstərilmiş 2610 kv.m zirzəmi sahəsinin istifadəyə yararlı olduğu göstərilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-189/2021 nömrəli qərarı (hakim M.C.Qarayeva) ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23 may 2019-cu il tarixli **********183645 nömrəli qərarı ləğv edilmişdir.
10. Birinci instansiya məhkəməsi cavabdehin 2610 kv.m zirzəmi sahəsinə qeyriyaşayış sahəsi kimi vergi hesablamasına dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, işin materialları ilə 2610 kv.m zirzəmi sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə hər hansı hal müəyyən edilməmiş, binanın iş materialların da olan tikinti-texniki sənədlərində həmin sahənin zirzəmi sahəsi olması göstərilmiş, cavabdeh tərəf də zirzəmi sahəsinin qeyri-yaşayış sahəsi olması barədə mötəbər sübut təqdim etməmişdir. Cavabdeh vergi orqanı bina sakinlərinin ümumi istifadəsində olan və sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadəsi nəzərdə tutulmayan (buna dair hər hansı sübut olmayan) 2610 kv.m sahəsi olan zirzəmini əsassız olaraq qeyri-yaşayış sahəsi kimi qiymətləndirərək iddiaçıya qanunsuz əlavə vergi məbləği hesablamışdır.
11. Mübahisələndirilən qərarın iddiaçının üzərinə ödəmə mənbəyində tutulan vergi (ÖMV) öhdəliyi qoyan hissəsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh vergi orqanı mübahisəli hesablamanı apararkən 9 ədəd yaşayış binasından 8 ədədinin müqavilə əsasında cəlb edilmiş pod ratçılar tərəfindən, 1 ədədinin isə iddiaçı tərəfindən tikildiyini və həmin tikintidə iştirak etmiş işçilərlə iddiaçı arasında əmək müqaviləsinin bağlanmasını və həmin işçilər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilərin hesablanaraq ödənildiyini nəzərə almamış və ehtimal əsasında hesablama aparmışdır.
12. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən qərar həmçinin cavabdeh tərəfindən yoxlama aparılması üçün qanunla müəyyən olunmuş müddətlər pozulduğuna görə də qanunsuzdur. Vergi orqanının müddətin uzadılmasına dair qərarları 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Eyni zamanda, səyyar vergi yoxlaması müddətinin artırılması yalnız müstəsna hallarda həyata keçirildiyindən, belə müstəsna halın zəruriliyini özündə əks e tdirən sübut iş materiallarında mövcud deyil. Bundan əlavə, məsuliyyətə cəlb etmə haqqında qərardan göründüyü kimi, iddiaçıya 2016-cı ilin İ rübü üzrə 70.470 manat MTFSV və 20.903,6 manat ÖMV, 2015-ci ilin İ-İV rübləri üzrə isə 71.517,90 manat ÖMV hesablanmışdır. Halbuki, Vergi Məcəlləsinin 36.3, 56.1 və 85.4-cü maddəsinin tələblərinə əsasən, vergi nəzarəti, o cümlədən səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən vergi ödəyicisinin son 3 ildən (hesabat dövrü illik olan vergilər üzrə təqvim ilindən) çox olmayan fəaliyyəti əhatə oluna bilər. Cavabdeh vergi orqanı mübahisələndirilən inzibati aktı qəbul edərkən və iddiaçıya 2015-ci ilin İ-İV rübləri üzrə 71.517,90 manat, 2016-cı ilin İ rüb üzrə isə 91.373,60 manat əlavə vergi öhdəliyi yaradarkən müddətlə bağlı vergi qanunvericiliyin t ələblərini və iddiaçının qanunla qorunan hüquq və maraqlarını kobud şəkildə pozmuşdur.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(103)-2473/2021 nömrəli qərardadına əsasən, iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2022-ci il tarixli, 9/9318 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya vergi orqanı tərəfindən səyyar vergi yoxlaması nəticəsində hesablanmış 70.470,00 manat bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin və 153.608,10 manat ödəmə mənbəyindən tutulan verginin, ümumillikdə 224.078,10 manat əlavə vergi məbləğinin düzgünlüyü müəyyən olunmur.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)-268/2022 nömrəli qərarı (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və C.A.Yusifov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-189/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayətində işin hallarını və iddia tələbinə etirazdakı dəlilləri təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, göstərilən zirzəminin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməməsi həmin sahənin qeyri-yaşayış sahəsi kimi vergiyə cəlb edilməsini istisna etmir. Eyni zamanda, qanunvericilikdə qeyri-yaşayış sahəsi sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə ilə şərtləndirilməmişdir. Vergi Məcəlləsinin 220.8-1-ci maddəsində tikilən binanın qeyri-yaşayış sahəsinin istifadəsinin təyinatı həmin sahənin vergitutma bazasının müəyyən edilməsinə təsir edən amil kimi müəyyən edilməmişdir. Bundan əlavə, vergi ödəyicisi səyyar vergi yoxlaması zamanı podratçı təşkilatlarla bağlanmış müqavilələri, həmin işlərin podratçı təşkilatlar tərəfindən aparılmasını təsdiq edən sənədləri vergi orqanının vəzifəli şəxslərinə təqdim etməmişdir. Səyyar vergi yoxlaması aktının dördüncü səhifəsindən göründüyü kimi, fiziki şəxslərlə bağlanmış əmək müqavilələri və əmək haqqının hesablanması cədvəlləri təqdim edilməmiş və bu barədə, Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən, xx.xx.2018-ci il tarixli akt tərtib edilmişdir. Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, mütəxəssis dəvət edilmiş və müvafiq rəy alınmışdır.
19. Vergi Məcəlləsinin 67-ci maddəsində əlaqəli məlumatların istifadə ardıcıllığı nəzərdə tutulmamışdır.
20. ƏLavə olaraq, məhkəmənin mövqeyinə əsasən, vergi orqanının müddətin uzadılmasına dair qərarları 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Səyyar vergi yoxlamasının keçirilməsi müddəti sadəcə 30 günlük müddət lə məhdudlaşmır. Məhkəmə kollegiyası qənaətə gələrkən səyyar vergi yoxlamasının həyata keçirilməsi üçün nəzərdə tutulmuş müddətləri yanlış olaraq iş günü ilə deyil, təqvim günü ilə hesablamışdır. Qanunvericiliyin təhlili nəticəsində formalaşmış olan hüquqi mövqeyə əsasən, səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş prosessual müddətlə bağlı heç bir pozuntuya yol verilməmiş, yəni Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri cavabdeh tərəfindən pozulmamışdır. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Qeyd olunan sonuncu maddəyə və onun həqiqi mahiyyətini ortaya qoyan məzmununa diqqət edilmiş olarsa, aydın olacaqdır ki, vergi orqanının səyyar vergi yoxlamasını yalnız vergi orqa nı üçün müəyyən edilmiş iş günlərində həyata keçirmək imkanı olacaqdır. Belə olan halda, 30 gün ifadəsini təqvim günü kimi qəbul etmiş olsalar, o zaman 30 gün ərzində olan qeyri-iş günlərində yoxlamanın keçirilməsi təbii ki, imkansız olacaqdır.
21. Vergi ödəyicisinin fəaliyyətinin son üç ilinin yoxlanılması ilə bağlı isə qeyd edilməlidir ki, növbəti səyyar vergi yoxlaması 1 fevral 2018-ci ildə təyin edilmişdir. Bu baxımdan həmin tarixdən öncə son üç il nəzərə alınarsa, yoxlama dövrü baxımından heç bir pozuntuya yol verilməmişdir. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin 36.3-cü maddəsini iş üzrə tətbiq etməli olmadığı halda tətbiq etmişdir.
22. Həmçinin, məhkəmə tərəfindən İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinin tələbləri pozulmuş, iş üzrə icraatın dayandırılması barədə əsaslandır ılmış vəsatətin təqdim edilməsinə baxmayaraq, icraat dayandırılmamışdır. Məhkəmələrin sözügedən vəsatətə baxıb-baxmadığı, vəsatəti təmin edib-etmədiyi bəlli deyildir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2020-ci il tarixli 30823 nömrəli ekspert rəyini ümumiyyətlə qiymətləndirmədən mötəbər hesab etmiş, lakin yayındırılmış məbləğlə bağlı cinayət işinin istintaqı zamanı alınmış və məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 9/3605 saylı ekspert rəyinə heç bir münasibət bildirmədən mötəbərliyini qəbul etməmişdir. Bununla da məhkəmə kollegiyası tərəfindən ədalətli məhkəmə araşdırması hüququ kobud şəkildə pozulmuşdur. 26 fevral 2022-ci il tarixli 9/9318 saylı ekspert rəyindən aydın olur ki, ekspert faktiki olaraq öz üzə rinə məhkəmənin səlahiyyətlərini götürmüş, qanunvericiliyi təfsir etməklə öz səlahiyyətlərindən kənar çıxmışdır. Ekspertin hüquqi məsələlərə toxunaraq rəy verməsi qanunvericiliyə ziddir və həmin rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası üzərinə düşən vəzifələri tam və hərtərəfli icra etməmiş, iş üzrə heç bir araşdırma aparmamış və sübutları qiymətləndirməmişdir.
23. Sonuncu olaraq, apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qərarında apellyasiya şikayətinin aşağıdakı dəlillərinə münasibət bildirməmişdir (tikilən binanın qeyriyaşayış sahəsinin istifadəsinin təyinatının həmin sahənin vergitutma bazasının müəyyən edilməsinə təsir edən amil kimi müəyyən edilməməsinə dair dəlilinə; Səyyar vergi yoxlaması zamanı podratçı təşkilatlarla bağlanmış müqavilələrin həmin işlərin podratçı təşkilatlar tərəfindən aparılmasını təsdiq edən sənədlərin vergi orqanının vəzifəli şəxslərinə təqdim etməməsinə dair dəlilinə; yoxlama müddətinin artırılması və dayandırılması barədə qərarların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsinə dair dəlilinə; səyyar vergi yoxlamasının vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə etməsinə dair dəlilinə). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbət i səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan m üddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda.... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minə nədək.... Maddə
39. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır.... 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 39.6. Bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların ar adan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. 39.7. Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Maddə
49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çı xarılması... 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.... Maddə
85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi... 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər (1 yanvar 2020-ci il tarixədək olan redaksiyada). Maddə
219. Vergitutma obyekti... 219.3. Bina tikintisi f əaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Qeyd: 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir.
26. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”: İ. Ümumi müddəalar 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hə r bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 27. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunm uş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağ lı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv olun a bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olun duğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin tə min edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qər arı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunverici liyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Bununla belə, məhkəmə kollegiyası aşağıda göstərilənlərin qeyd edilməsini zəruri hesab edir.
36. Hazırkı iş üzrə keçirilmiş səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdə b aşlamış və xx.xx.2019-cu il tarixdə sona çatmışdır. Bu müddət ərzində cavabdeh tərəfindən yoxlamanın müddəti 2 dəfə uzadılmış, yoxlamanın müddəti 6 dəfə dayandırılmış və 1 dəfə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir.
37. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.
38. Oxşar işlər üzrə məhkəmənin icraatında olan işlərdə vergi orqanının əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarının Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalı olması ilə bağlı dəlili ondan ibarət olmuşdur ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnam ə»də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarların Reyestrə daxil edilməli olması barədə imperativ norma yoxdur.
39. Məhkəmə kollegiyası bu mövqe ilə bağlı qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzar ətetmə üsullarından biridir. 40. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər.
41. Vergi qanunvericiliyinin müddəalarına əsasən, vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – səyyar vergi yoxlamasının aparılmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyya r vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər.
42. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi isə o mənaya gəlir ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıbhesablanmadığını yoxlayır.
43. Vergi orqanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qay dası haqqında Əsasnamə”nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmalı olmasına dair müddəa nəzərdə tutulmadığını qeyd etsə də, həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır. Əks hal, yəni reyestrdə qeydiyyata alınmadan keçirilən əlavə vergi tədbirləri nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyi mübahisəlidir.
44. Bunda n əlavə, məhkəmə kollegiyası cavabdehin səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilən zaman Vergi Məcəlləsinin 85.4-cü maddəsindəki 3 illik müddətin ötürülməməsi ilə bağlı təkrarlanan dəlilləri ilə əlaqədar qeyd edilməlidir ki, həmin maddənin məzmununa əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
45. Həmin maddəyə 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (xx.xx.2020-ci il tarixdən qüvvəyə min mişdir) ilə edilmiş dəyişikliyə əsasən “bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir”.
46. Qeyd edilməlidir ki, Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər h ansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Qərardadı, bənd 48).
47. Göründüyü kimi, VM-nin 85.4-cü maddəsinin xx.xx.2020-ci il tarixədək olan redaksiyasında vergi orqanının vergi orqanlarının vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququ olmuşdur və hesablama dedik də isə əlavə vergilərin hesablanması ilə müvafiq inzibati aktın qəbul edilməsi başa düşülür. Bu baxımdan, həmin maddəyə edilmiş dəyişikliyə qədər 3 illik müddət məsuliyyət qərarının qəbul edilməsindən əvvəlki 3 illik dövrü əhatə edirdi. Odur ki, mübahisələndirilən qərar (xx.xx.2019-cu il tarixli), o cümlədən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar (xx.xx.2018-ci il tarixli) qəbul olunarkən sözügedən maddənin redaksiyasında dəyişiklik olmadığından cavabdehin qeyd edilən dəlilləri əsassızdır.
48. Qeyd edilənlərə əsasən (əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaması; 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin və 20 15-ci il üzrə ÖMV-nin hesablanması zamanı Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələblərinin pozulması) mübahisələndirilən inzibati akt maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbi baxımından qanunsuzdur və ləğv edilməlidir. Odur ki, mübahisələndirilən inzibati aktın ləğvi ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
49. Belə olan halda isə, cavabdehin kassasiya şikayətində irəli sürdüyü digər dəlillərin qiymətləndirilməsinə zərurət yoxdur.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yo l verilməmişdir.
51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 21(103)-268/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.