Məhkəmə qərarları › İş №2-1(102)-1721/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1721/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1721/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, şikayətin vəkilsiz tərtib edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənzilə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(106)-42/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qərarından üçüncü şəxs X1 verdiyi kassasiya şik ayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, onun ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

3. Şirvan İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(120)1291/2022 saylı qərarı ilə iddia təmin olunaraq, İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.

4. Qərardan narazı qalan üçüncü şəxs X2 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barə də yeni qərar çıxarılmasını xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(106)-42/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

6. Üçüncü şəxs X2 apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti vermiş, şikayət vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tə tbiq oluna bilər. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...

8. Mülki Prosessual Məcəllə (bundan sonra MPM): Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır... Maddə 407.4. Şikayətə vəkilin orderi... əlavə olunur. Maddə. 408.1.3. Kassasiya şikayətinə vəkilin o rderi... əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

9. İddiaçı apellyasiya məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərarından kassasiya şikayəti tərtib etmiş, kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə edilməmişdir. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından və vəkilin orderi şikayətə əlavə edilmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və bu məqsədlə kassasiya şikayətinin mümkünlük məsələsinə baxılması təyin edilmişdir. Bu barədə kassasiya şikayətini tərtib etmiş iddiaçıya 2 iyun 2023-ci il tarixli məhkəmə bildirişi göndərilmiş, ona şikayətin vəkil tərəfindən tərtib edilmədiyi və imzalanmadığı qeyd edilərək gö stərilən nöqsanın aradan qaldırılması təklif edilmiş, əks halda kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur.

11. Ali Məhkəmə tərəfindən iddiaçıya məlumat verilərək kassasiya şikayəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tələblərə əməl edilməsi ona bildirilmiş, nöqsanlar aradan qaldırılmadığı halda, onun hüquqi nəticələri iddiaçıya izah edilmişdir. Buna baxmayaraq iddiaçı vəkillə tərtib edilmiş kassasiya şikayətini təqdim etməmişdir.

12. Kassasiya şikayətinэ vəkil imza etmədiyindən və şikayətə vəkilin orderi əlavə olunmadığından, həmçinin verilən müddətdə nöqsanlar aradan qaldırılmadığından kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X1 Şirvan Apellyasiya Məhkəmə sinin İnzibati kollegiyasının 2-1(106)42/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qərarından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar