Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1722/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1722/19 Bakı şəhəri 07 avqust 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinin müdi r vəzifəsini icra edən XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 fevral 2019cu il tarixli, 2-1(103)-51/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmək kitabçasında öz əksini tapmış bütün işlədiyi dövrlərin iş stajına əlavə edilərək ona 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblə rinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 16 may 1995-ci il tarixdən 02 yanvar 2001-ci il tarixinədək Kriogen məhsulların istehsalı üzrə ixtisaslaşdırılmış təsərrüfatların hesablı sahədə köməkçi fəhlə vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək 02 fevral 2018-ci il tarixdən ikinci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxxxx 1958-ci ildə anadan olmuşdur. 1975-ci ildən 12 fevral 2018-ci il tarixə qədər müəyyən fasilələrlə müxtəlif vəzifələrdə işləmiş, həmin illər əmək kitabçasında qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanın da Dövlət Tibbi-sosial Ekspertiza və Reablitasiya xidmətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 02 fevral 2018-ci il tarixdə əlil olmağı faktı təsdiqlənmişdir. Əlilliyə görə pensiya almaq üçün müvafiq sənədləri toplayaraq cavabdehə müraciət etmiş, lakin sosial sığorta stajının olmaması əsası ilə imtina cavabı almışdır. Halbuki, əmək kitabçası və ona əlavədən də göründüyü kimi, onun ümumilikdə tələb olunan 20 ildən artıq stajı mövcuddur. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli, 2-1(82)2963/2018 saylı qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının əmək kitabçası ilə onun 16 may 1995-ci ildən 02 yanvar 2001-ci ilədə k işlədiyi təsdiq edildiyindən, həmin illər nəzərə alınmaqla 02 fevral 2018-ci il tarixdən ikinci qrup əlilliyə görə əmək pensiyasını təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 fevral 2019-cu il tarixli, 2-1(103)-51/2019 saylı qərarı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və İlham Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.02, 21.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv və işin yenidən apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçının tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığından ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Lakin məhkəmə bu hallara əhəmiyyət verməmişdir. Dəlilin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları M əhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilm işdir. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsin surətinə əsasən, İddiaçı xx xxxxxx 1958-ci il tarixdə Dəvəçi rayonu, Şahnəzərli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatına əsasən, İddiaçı 02 fevral 2018-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlil hesab edilmişdir. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti 02 fevral 2023-cü ilə kimidir. 30 iyun 1976-cı il tarixli nömrəli əmək kitabçasının surətinə əsasən, İddiaçı 22.10.1975-ci ildən əmək fəaliyyətinə başlamış 25.04.1977-ci ilədək işləmiş, 06.05.1977-ci ildən 15.05.1980-ci ilədək hərbi hissədə xidmət keçmiş, 01.09.1980-ci ildən 28.10.1980-ci ilədək, 04.12.1980-ci ildən 04.05.1981-ci ilədək, 27.06.1981-ci ildən 23.03.1983 -cü ilədək, 15.08.1983-cü ildən 04.01.1984-cü ilədək, 02.04.1984-cü ildən 19.09.1984-cü ilədək, 26.10.1984-cü ildən 05.02.1985-ci ilədək, 05.03.1985-ci ildən 20.06.1987-ci ilədək, 29.06.1987-ci ildən 16.05.1995-ci ilədək, 16.05.1995-ci ildən 02.01.2001-ci ilədək, 23.08.2011-ci ildən 13.09.2015-ci ilədək, 21.09.2015-ci ildən 12.02.2018-ci ilədək müxtəlif vəzifələrdə işləmişdir. 12 fevral 2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsini Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundan xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xətai rayon şöbəsinin iddiaçıya ünvanladığı 24 aprel 2018-ci il tarixli, 19/3735 a saylı məktubunda qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə təqdim edilmiş sənədlərinizə şöbənin Pensiya təyinatı komissiyasında baxılmışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Nəzərinizə çatdırırıq ki, sizin tələb olunan sosial sığorta stajınız və pensiya kapitalınız olmadığı üçün ərizəniz i təmin etmək mümkün deyildir. Nəzərə almağınızı xahiş edirik. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nə ticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya əlilliyə görə pensiyanın təyin edilməsi üçün zəruri olan sığorta stajı ona məxsus əmək kitabçası ilə öz təsdiqini tapdığından iddia tələbi əsaslı olmuşdur. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlillərinə görə, iddiaçıya əliliyə görə pensiyanın təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş şərtlər iş stajı və pensiya kapitalına münasibətdə ödənilmədiyindən, onun tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Tələblə iddiaçı əlil kimi pensiyanın təyin edilməsini xahiş etmişdir. İstinad etdiyi hallara görə (əlilliyi 02 fevral 2018-ci il tarixində müəyyən olunmuş), pensiya h üququnun yarandığı zaman qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınaniş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ə mək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icr a hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddələrin tələblərinə görə İİ və İİİ qrup əlillərə pensiya hüququnun yaranmasının şərtlərinə şəxsin müvafiq sığorta stajına malik olması və müəyyən məbləğdə pensiya kapitalının toplanması aiddir. Əlilliyə görə əməkpensiyasının təyin edilməsinin müddətinin başlanğıcı isə əlilliyin müəyyən edildiyi gün hesab edilir. Qeyd edilməlidir ki, apellyasiya məhkəməsi tərəfindən maddənin tətbiqi üçün pensiya kapitalına dair faktiki və hüquqi əsaslar barədə bildirilməmişdir və bu halda məhkəmənin həmin məsələnin hansı qaydada tənzimlədiyi qeyri-müəyyəndir. Eynilə, apellyasiya məhkəməsi maddələrin tələblərinə uyğun olaraq zəruri olan sığorta stajının müddətini müəyyən etməmişdir. Halbuki, əlilliyə görə pensiyanın təyin edilməsini üçün sığorta stajının neçə il təşkil edildiyi müəyyən olunmalı idi. Həmin müddətin müəyyən edilməsinin qaydası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasınınQanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.3.3-cü bəndində əks olunmuşdur. Bununla yanaşı, cavabdehin mübahisələndirdiyi əmək fəaliyyəti iddiaçının 16 may 1995-ci il tarixdən 02 yanvar 2001-ci il tarixinədək Kriogen məhsulların istehsalı üzrə ixtisaslaşdırılmış təsərrüfatların hesablı sa hədə işləməsi ilə bağlıdır. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə və daha sonra qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd kimi əmək kitabçası müəyyən edilmişdir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Lakin məhkəmə kollegiyası cavabdehin bildirdiyi dəlillə qismən razılaşaraq aşağıdakıları qeyd edir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun iddia çının işlədiyi müddətlərə aid olan dövrdə qüvvədə olmuş: - 2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir; - 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən (...) bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar; - 13-cü maddəsinə əsasən, işəgötürənlər təsərrüfat subyektləri kimi dövlət qeydiyyatına alındıqdan, (...) sonra bir aydan gec olmayaraq, işçilərinin sayı barədə məlumatları təqdim etməklə, (...) məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar; - 18-ci maddəsinə əsasən, m əcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu) həyata keçirir və məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır və s. Habelə, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu kollegiyasının 1997-ci il 23 aprel tarixli 3/1 nömrəli qərarı ilə təsdiq olunmuş və 26 iyun 1997-ci il tarixdə 55 sayla qeydiyyata alınmış “Məcburi dövlət sosial sığorta üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”nın 6-cı bəndinə əsasən, Dövlət Sosial Müdafiə Fondu orqanları sığortaedənlərin uçota alınmasında X1 və Ədliyyə orqanları ilə sıx qarşılıqlı əməkdaşlıq edirlər. Bu müddəaların ümumiləşdirilmiş təhlilinə görə, işçilərin məcburi sosial sığortasının həyata keçirilməsi məqsədilə işəgötürənlərin təsərrüfat subyektləri kimi dövlət qeydiyyatına alındıqdan sonra sığortaçı təşkilatda uçota durması, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın isə məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirlərin görülməsi vəzifələri müəyyən edilmiş dir. Beləliklə, bu müddəaların tələblərinin tətbiqi üçün ilk olaraq işəgötürənlərin dövlət qeydiyyatına alınması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasınınQanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3-cü bölməsi “Sosial sığorta stajının hesablanması proseduru”nu müəyyən etmiş və 3.5-ci bənddə göstərilmişdir ki, 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, (...) iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PAS-a daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Lakin bildirilmiş əsasları, yəni həmin müəssisənin, ümumiyyətlə, hüquqi şəxs kimi dövlət qeydiyyatında olması halını yoxlamadan, apellyasiya məhkəməsinin nəticəyə gəlməsini məhkəmə kollegiyası yuxarıda göstərilmiş maddələrin tələblərinə görə qanuni hesab etmir və bu halda həmin məhkəmə tərəfindən həmçinin Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində təsbit edilmiş işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifəsinin icra etmədiyini bildirir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə, göstərilmiş halların - iddiaçının işlədiyi müddətdə Kriogen məhsulların istehsalı üzrə ixtisaslaşdırılmış təsərrüfatların hesablı sahənin dö vlət qeydiyyatında olduğununmüəyyən edilməsi üçün müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə və Vergilər Nazirliyinə sorğular göndrəlməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Mə hkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinin müdir vəzifəsini icra edən XXX tərəfindən tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 fevral 2019-cu il tarixli, 2-1(103)-51/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1722/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1722/2019
07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver