Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1722/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahələrinin üst-üstə düşməsi. Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X10 oğlunun iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs “xxxx” MMC-yə qarşı bağ torpaq sahəsinin qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın, plan və ölçünün verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-170/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: Keçmiş Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx xxxxx 1989-cu il tarixli, 3/86 saylı qərarı ilə Azərbaycan SSRİ X8 Heyətinin 30 nəfər bağçılıq-yoldaşlıq üzvünə Bakı ş., Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Şimal-Şərq massivi ünvanında kollektiv bağların salınması üçün 1.99 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin ünvanda yerləşən ümumi sahəsi 1.99 ha torpaqdan 0,06 ha ölçüdə olan 27 saylı bağ sahəsi mərhum X2 ayrılmış və Azərbaycan SSR X3 Komitəsi tərəfindən ona bağçılıq kitabçası verilmişdir. Bağ sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan X5 vəfat etmişlər. İddiaçı1 və İddiaçı2 Ruidə Dadanovanın vərəsələri kimi tanınmışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi İddiaçı1 verdiyi xx.xx.2018-ci il tarixli 02/825 saylı “vəfat etmiş şəxsə məxsus olmuş daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə” arayışda göstərmişdir k i, İddiaçı1 təqdim etdiyi hüquqmüəyyənedici sənədlər, mərhum X4 aid olan Bakı ş., Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X11-Şərq massivi ünvanında yerləşən 0,06 ha ölçüdə olan 27 saylı torpaq sahəsi üzərində mülkiyyət və əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Bakı şəhəri 12 saylı Notariat Kontoru tərəfindən İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqları tanınmaqla, qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli şəhadətnamə verilmiş, həmin şəhadətnamədə miras əmlak kimi Bakı ş., Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X11-Şərq massivi ünvanında yerləşən 0,06 ha ölçüdə olan 27 saylı torpaq sahəsi də göstərilmişdir. İddiaçılar həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və torpaq sahəsinin planı və ölçünün verilməsi barədə ərizə ilə cavabdeh idarəyə müraciət etmiş, lakin cavabdeh iddiaçıların xahişini təmin etməmiş, xx xxxxxx 2018-ci il tarixli **********55 saylı bildirişlə onlara cavab verərək bildirmişdir ki, torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl-lçmə işlərinin aparılmasına şərait yaradılmadığına dörə qeydiyyatdan imtina edilmişdir. İddiaçılar cavabdehin imtinasını qanunsuz hesab etmiş və iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçıların Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X11-Şərq massivi ünvanında yerləşən 0.06 ha ölçüdə olan 27 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qo yulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıların əsaslandırması: İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən xx xxxx 2018-ci il tarixli 02/825 saylı “vəfat etmiş şəxsə məxsus olmuş daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə” arayış veilrmiş və həmin arayış əsasında bu torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Lakin cavabdeh əsassız olaraq iddiaçıların müraciətinə baxmaqdan yayınaraq, heç bir araşdırma aparmadan idarənin mütəxəssislərinə çöl ölçmə işlərinin aparılmasına şərait yaradıldığı təqdirdə guya ki, ərizəyə yenidən baxılacağını əsas gətirərək, mülkiyyət hüquqlarının qeydiyyatından imt ina etmişdir. Halbuki, cavabdehə onlar tərəfdən təqdim edilmiş 1:2000 miqyasda olan 1.99 ha ölçüdəki torpaq sahəsinin bölgü planında bağ sahəsinin hər dörd tərəfdən küçələri də qeyd edilməklə yerləşdiyi yer və ünvanı dəqiq göstərilmişdir. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan hər bir müraciəti hərtərəfli, tam və obyektiv araşdırmalı, formal səbəblərə görə müvafiq qərarın qəbul olunmasından imtina etməməli və maraqlı şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə yardım göstərməli, eləcə də inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməlidir. Cavabdehin qanunsuz imtinası nəticəsində onların hüquqları kobud surətdə pozulmuşdur. Cavabdehin etiraz dəlilləri: Cavabdehin nümayəndəsi hər hansı ətraflı dəlil irəli sürmədən iddianın əsassız olduğunu bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-3822/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. İş üzrə yuxarı instansiya məhkəmələrində olan icraat: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2974/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə “xxxx” MMC inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Eyni zamanda, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli digər bir qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olan xx.xx.2019-cu il tari xli 2724 №-li məlumatında bildirilmişdir ki, həmin ünvanda olan şəxslər tərəfindən icazə verilmədiyindən bağ sahəsinə baxış keçirilməsi və mütəxəssis arayışı Mərkəzə təqdim edilmədiyindən rəyin verilməsindən imtina olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-87/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Əhmədov (sədrlik edən və məruzəçi) S.Seyidova və V.Məmmədov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3822/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)775/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apelyasiya məhkəməsinin qərarı ləğv olunmuş və iş təkrar baxılması üçün göndərilmişdir. Ali Məhkəmənin qərarında qeyd edilən göstərişlərə əsasən əvvəlki məhkəmə çəkişmələrinin gedişində torpaq sahəsinin «xxxx» MMC-nin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş 2995 saylı bağ sahəsi ilə üst-üstə düşdüyünün cavabdeh tərəfindən bildirilməsinin səbəbləri aydınlaşdırılmaqla bu hala müvafiq qiymət verilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-170/2020 saylı, 12 mart 2020-ci il tarixli qərardadı ilə (hakimlər C.A.Yusifov (sədrlik edən və məruzəçi) V.M. Ağayev və A.B.Nuriyeva) cavabdehAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-3822/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apelyasiya instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia olunan bağ sahəsi faktiki olaraq iddiaçılara məxsus olmayan, üçüncü şəxsin istifadəsində və mülkiyyətində olan ərazidə yerləşir və tamamilə başqa bir bağçılıq yoldaşlığına mənsub torpaqlara aid olan sahədir. Belə olan halda, mübahisənin xarakteri də artıq dəyişir. Belə ki, iddiaçılarla üçüncü şəxs arasında torpaq sahəsinə hüququn kimə məxsus olmasına da ir mülki münasibətlərdən irəli gələn başqa bir mübahisənin predmetini təşkil edə biləcək hal yaranır. Yəni, konkret halda cavabdeh qeydiyyat orqanı tərəfindən iddiaçının qanunla qorunan hüquqlarını pozan hərəkətlərinin mövcudluğu müəyyən olunmur. Həmin qərardaddan isə iddiaçılar kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində işin faktik halları barədə iddia ərizəsində təsvir olunan hallar təkrarlanmış, əlavə olaraq qeyd edilmişdir ki, hazırkı iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarında belə qeyd olunur ki, “bağ sahələrinin üst-üstə düşməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdı r... məhkəmə bağ sahələrinin üst-üstə düşüb düşmədiyini yalnız müvafiq ekspert rəyi ilə müəyyən edə biləcəyini nəzərə alaraq təmin etməlidir. Bunun üçün isə "xxxx" MMC-nin adına qeydə alınmış sahənin ilkin torpaq ayırma sənədləri əldə olunmaqla tədqiq olunmalıdır. İş materiallarından müəyyən olunur ki, bununla bağlı iddiaçılar tərəfindən vəsatətlər verilmiş olsa da, məhkəmə həmin vəsatətləri heç bir əsaslandırma göstərmədən təmin etməmişdir. Halbuki, həmin vəsatətlərdə göstərilən sənədlərin əldə edilib tədqiq olunması işin hallarının tam və hərtərəfli araşdırılması üçün zəruri olmuşdur”. Lakin apelyasiya məhkəməsi Ali Məhkəmənin göstərişlərinə əməl etməmişdir. İddianın düzgün həlli üçün iddiaçılara məxsus olan torpaq sahəsinin yeri naturada müəyyən olunmalıdır. Bununla bağlı iddiaçı tərəfi n vəsatətləri də təmin olunmamışdır. Tərəflərin izahatları İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X10 oğlu kassasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Əsaslandırıcı hissə Kollegiya cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə i lə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki,birinci instansiya məhkəməsi tərəfindən iş hərtərəfli araşdıdılrmamış, gəldiyi nəticə üçün işin əhəmiyyəti olan halları, iddianın mümkünlüyünə dəlalət edən bütün faktiki halları aydınlaşdırmamışdır. Məhkəmə qərarı maraqlarına toxuna biləcək şəx si («xxxx» MMC-ni) üçüncü şəxs kimi işə cəlb etmədən və mübahisəli torpaq sahəsini yerində müayinə etmədən, mahiyyəti üzrə işə baxmış, bunun nəticəsi olaraq iddianın təmin olunması barədə düzgün olmayan nəticəyə gəlmiş, bununla da qərar qəbul edərkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Çünki İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ malik olan şəxs tərəfindən qanunla müəyyən edilən müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozulması ntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxılması mümkün olsun. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəmənin gəldiyi nəticə əsaslıdır. Belə ki, iş materiallarında olan daşınma z əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, iddiaçıların özlərinə məxsus olduğunu iddia etdiyi və göstərdiyi yer faktiki olaraq başqa şəxs tərəfindən hasarlanaraq ev inşa edilmişdir. Məhz bu əsasla cavabdeh iddiaçıların tələbini təmin etməmişdir. Ali Məhkəmənin bu iş üzrə xx.xx.2019-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən apelyasiya məhkəməsi tərəfindən bu xüsusatı araşdırmaq məqsədi ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilmiş və mütəxəssis tərəfindən iddiaçılara məxsus mübahisələndirilən torpaq sahəsinə baxış keçirilmiş, koordinatları müəyyən edilərək ölçülmüş, verilmiş sorğulara və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında araşdırma aparılmış və sxemlər hazırlanmı şdır. Mütəxəssis tərəfindən müəyyən edilmişdir ki, iddiaçıların göstərdiyi sahə, ümumi mişar daşı ilə hazırlanmış ərazi daxilində yerləşir. Ümumi hasar daxilindəki ərazidə yaşayış evi və köməkçi tikililər inşa olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə **********99-11302 (bağ evi) reyestr nömrəsi ilə «xxxx» MMC-nin adına qeydiyyatdan keçmişdir. Elektron bazada sözügedən (yəni, Azərbaycan SSRİ X8 Heyətinin 30 nəfər bağçılıq-yoldaşlıq üzvünə Bakı ş., Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X11-Şərq massivi ünvanında kollektiv bağların salınması üçün ayrılmış) 1,99 ha sahənin ayrıc aktı barədə məlumat yoxdur. İş materiallarına əlavə olunmuş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çı xarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivində ölçüsü 0,66 ha olan 2995 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2010-cu il tarixdə “xxxx” MMC-nin adına qeydə alınmışdır. Həmçinin iş materiallarına əsasən, eləcə də, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarına əsasən müəyyən olunur ki, mütəxəssis tərəfindən yerində tədqiq olunan ərazinin üçüncü şəxs «xxxx» MMC-nin mülkiyyətinə aid olduğu və orada yaşayış və sair tikilələr olduğu və cəmiyyətin adına reyestrdə qeydiyyat mübahisələndirilmir. Bundan başqa, həmin ərazinin məhkəməyə təqdim olunmuş sxematik planından da aydın görünür ki, həmin mübahisləndirilən torpaq sahəsi ümumiyyətlə X8 Heyətinin 30 nəfər bağçılıq-yoldaşlıq üzvünə heç aidiyyəti yoxdur, başqasına - Xəzər bağ çılıq yoldaşlığına aid olan ərazidir. Mübahisəyə tətbiq olunmalı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.2-ci müddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır:... 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Cavabdeh sözügedən qanunun 9-cu maddəsinə əsasən iddiaçının müraciəti əsasında araşdırma aparmış və iddiaçının tələb etdiyi torpağın başqasının mülkiyyətində olması əsası ilə iddiaçıların tələbinə uyğun qeydiyyatdan imtina etmişdir. İşin bu vəziyyətində iddiaçının hazirki iddiasının mümkünlük məsələsi ortaya çıxır. Çünki, mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüquqları, torpaq sahələrinin mülkiyyətçiləri olmuş fiziki şəxslərlə b ağlanmış alqı-satqı müqavilələri əsasında qeydə alınmışdır. Yəni cavabdeh orqanın həmin torpaq sahəsi üzərində hüquqların qeydiyyatı, passiv legitimləşdirmədən ibarət olmuşdur. İnzibati orqan iddiaçının tələbindən imtina etmiş olsa belə, bunun nəticəsində onların hüquqları və qanunla qorunan maraqlarının inzibati orqan tərəfindən pozulması baş verməmişdir. Əgər iddiaçının israrlı şəkildə bəyan etdiyi kimi, ona verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilən torpaq sahəsi həqiqətən də üçüncü şəxsin adına mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsidirsə, bu halda iddiaçının hüquqlarının bərpası mülki mübahisə sahəsinə keçmiş olur. Buna əsasən də apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar ilə üçüncü şəxs arasında torpaq sahəsinə hüququn kimə məxsus olmasına dair mülki münasibətlərdən irəli gələn başqa bir mübahisənin predmətini təşkil edə biləcək hal yaranır. Bu hüquqi əsasın dəyişməsi həm də ona görə baş verir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci müddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Bu norma onu ehtiva edir ki, hüquqların qeydə alınması üçün əsaslar, hüququn əmələ gəlməsinin Mülki Məcəllədə nəzərdə tutulmuş müddəalarına tam uyğun yaranmalıdır. Məhkəmə kollegiyası ekspertiza təyin olunması barədə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iş üzrə torpaq sahələrinin yerini müəyyən etmək üçün səlahiyyətli orqanın - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilmiş və iş üzrə rəy alınmışdır. Həmin rəylə müəyyən olunan halları şübhə altına almağa əsas verəcək hər hansı sübut iş materiallarında yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır və apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qəra rı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-170/2020 saylı işüzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1722/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1722/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver