Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1722/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya icraatının mümkünsüzlüyü, şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı, onun vəkili X1, cavabdehin vəkili X2 iştir akı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-807/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 21.03.2019-cu ildən pensiya təyinatı aparılması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4321/2020 saylı qərarı ilə (hakim: R.L.Kərimli) iddia rədd edilmişdir.
3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xüsusi stajı 10 ildən az olduğundan onun iddia tələbi əsaslı sayıla bilməz.
4. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-807/2021 nömrəli iş üzrə 30 aprel 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: C.A.Yusifov və A.Ə.H üseyn) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4321/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 7.İddiaçı həmin qərardan kassasiya şikayəti verərək şikayətin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
8. İddiaçının kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir.
9. Bununla əlaqədar iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikay ət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması 05 oktyabr 2021-ci il tarixinə təyin edilmiş, bu barədə tərəflərə müvafiq məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətinin mümkün sayılmasını xahiş etdilər.
11. Cavabdehin vəkili kassasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə işt irak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Bu Qərarın 12-13-cü bəndlərində qeyd edilən normaların tələbindən göründüyü kimi, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməlidir.
15. İddiaçının şikayəti vəkil tərəfindən tərtib olunmadığından, eləcə də şikayətə vəkilin orderi əlavə edilmədiyindən onun dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması məhkəmə iclasına təyin edilmiş, bu barədə müvafiq məhkəmə bildirişi göndərilməklə yuxarıda qeyd olunan çatışmamazlığın aradan qaldırılması, vəkil tərəfindən tərtib edilib imzalanmış və vəkilin orderi əlavə edilmiş kassasiya şikayətinin təqdim edilməsi ona təklif olunmuşdur. 16. 05 oktyabr 2021-ci il tarixdə keçirilm iş məhkəmə iclasında fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iddiaçı ilə bağladığı müqaviləni məhkəmə kollegiyasına təqdim etsə də, vəkil tərəfindən tərtib edilib imzalanmış kassasiya şikayətini təqdim etməmişdir.
17. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya müvafiq məhkəmə bildirişi göndərilməklə şikayətin mümkün sayılması üçün məhkəmə iclasının keçiriləcəyi vaxtadək (05 oktyabr 2021-ci il tarixədək) mövcud çatışmazlığın aradan qaldırılması ona təklif edilməsinə və bununla bağlı kifayət qədər vaxt olmasına baxmayaraq o, vəkillə müqavilə bağlasa da, qeyd edilən çatışmazlıq aradan qaldırılmadığından, yəni vəkil tərəfindən tərtib edilib imzalanmış kassasiya şikayəti məhkəməyə təqdim edilmədiyindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulund an imtina edilməlidir.
18. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-807/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.