Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1722/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi və birdəfəlik ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi və birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1075/2022 nömrəli, 18 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 424349 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X4 1 iyul 1956-cı il tarixdə İddiaçı ilə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 avqust 1978-ci il tarixdə 56 nömrə ilə qeyd aparılmışdır. 2. 428659 nömrəli ölüm haqqında şəhadətnam ənin surətindən görünür ki, X4 31 avqust 1993-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 24 noyabr 1993-cü il tarixdə 1043 nömrə ilə qeyd aparılmışdır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 12 dekabr 2016-cı il tarixli, 6/191031 saylı arayışından məlum olur ki, İddiaçı mərhum əri X4 15 aprel 1973 - 29 noyabr 1974-cü il tarixlərdə Zəngilan rayon xalq məhkəməsinin dəftərxana katibi, 30 dekabr 1976 – 12 mart 1981-ci il tarixlərdə həmin məhkəmənin məhkəmə icraçısı, 3 iyun 1981 – 13 yanvar 1982-ci il tarixlərdə Ali Məhkəmənin məhkəmə nizamlayıcısı, 13 yanvar 1982 – 18 aprel 1983-cü il tarixlərdə həmin məhkəmənin məhkəmə iclas katibi, 18 aprel 1983 – 12 iyul 1983-cü il tarixlərdə Ali Məhkəmənin Rəyasət Heyəti və Plenumunun Katibliyinin məsləhətçisi, 12 iyul 198 3 - 29 avqust 1990-cı il tarixlərdə həmin Katibliyin baş məsləhətçisi, 29 avqust 1990 - 31 avqust 1993-cü il tarixlərdə isə Qubadlı rayon xalq məhkəməsinin hakimi olmuşdur. 4. 7 iyul 2021-ci il tarixli, 76/21 saylı məktuba əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin baş məsləhətçisinin vəzifə maaşı 1 dekabr 2013-cü il tarixdən 12 yanvar 2017-ci il tarixədək 815 manat, 12 yanvar 2017-ci il tarixdən 1 mart 2018-ci il tarixədək 930 manat, 1 mart 2018-ci il tarixdən 1 sentyabr 2019-cu il tarixədək 1025 manat, 1 sentyabr 2019-cu il tarixdən bu günə kimi 1540 manat təşkil edir. 1981-1990-cı illər ərzində əmək haqqı cədvəlləri üzrə ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətinin icrasına görə ödəniş barədə heç bir məlumat tapılmamışdır.
5. İddiaçı cavabdeh inzibati orqana 22 dekabr 2020-ci il t arixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun 32.3cü maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti asında ailə başçısını itirməyə görə-əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Qanuna 10 mart 2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, “ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən” sözləri çıxarılmışıdır. Buna uyğun olaraq cavabdehə bildirmək istəyir ki, pensiya hüququ 3 iyul 2016-cı il tarixdən yaranmışdır. Nəticədə həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq ailə başçısını itirməyimə görə pensiya hüququna əsasən ona ödəniləcək məbləğ ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən hesablanmalıdır. Mərhum həyat yoldaşı şəhid X1 dövlət qulluqçusu kimi əmək stajı və orta aylıq əmək haqqı nəzərə almaqla, 3 iyul 2016-cı il tarixdən başlayaraq aradakı yaranmış fərqi ödəməklə ona ailə başçısını itirməyə görə əlaqədar ömürlük pensiya təyin edilməsini xahiş etmişdir.
6. Cavabdehin imtinası ilə bağlı iş materiallarında heç bir məlumat aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehin hərəkətsizliyi qanunsuz hesab edilməklə, iddiaçının mər hum həyat yoldaşı şəhid X1 (xx.xx.2016-cı il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən) dövlət qulluqçusu kimi əmək stajı və hazırkı orta aylıq əmək haqqı nəzərə alınmaqla, xx.xx.2016-cı il tarixdən başlayaraq aradakı yaranmış fərq birdəfəlik ödənilməklə ona ailə başçısını itirməyə görə ömürlük pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X4 ilə 21 avqust 1978-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həyat yoldaşı uzun müddət dövlət qulluqçusu və hakim kimi məhkəmə orqanlarında çalışmışdır. Belə ki, o, xx.xx.1973xx.xx.1974-cü il tarixlərdə Zəngilan rayon Xalq Məhkəməsinin dəftərxana katibi, xx.xx.1976-xx.xx.1981-c i il tarixlərdə həmin məhkəmənin məhkəmə icraçısı, xx.xx.1981xx.xx.1982-ci il tarixlərdə Ali Məhkəmənin məhkəmə nizamlayıcısı, xx.xx.1982-xx.xx.1983cü il tarixlərdə həmin məhkəmənin məhkəmə iclas katibi, xx.xx.1983-xx.xx.1983-cü il tarixlərdə Ali Məhkəmənin Rəyasət Heyəti və Plenumunun Katibliyinin məsləhətçisi, xx.xx.1983-xx.xx.1990-cı il tarixlərdə həmin katibliyin baş məsləhətçisi, xx.xx.1990xx.xx.1993-cü il tarixlərdə isə Qubadlı Rayon Xalq Məhkəməsinin hakimi olmuşdur. X4 xx.xx.1993-cü il tarixdə birinci Qarabağ döyüşlərində şəhid olmuş və Şəhidlər Xiyabanında dəfn edilmişdir. xx.xx.1956-cı il tarixdə doğulduğu üçün onun ailə başçısını itirməyə görə pensiya hüququ yaranmışdır. Özü isə xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyasına çıxmışdır. Eyni zamanda həmin tarixdən ailə başç ısını itirməyə görə pensiya hüququ da yaranmışdır.
9. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının mərhum əri Sərdar Hüseynovun vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi 24 noyabr 1993-cü il tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Buna görə də iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin oluna bilməz. İddiaçının mərhum ərinin dövlət qulluqçusu statusuna malik olduğu fərz edilsə belə, onun “Dövlət qulluğu haqqında” qanunun qəbulundan əvvəl vəfat etdiyi, bu səbəbdən də, həmin qanunda nəzərdə tutulmuş təminatları almadığı aşkardır. Bu səbəbdən iddiaçı hazırkı orta aylıq əmək haqqı əsasında pensiya təyin edilməsini tələb edə bilməz. Həmçinin iddiaçı hüququnun yarandığını i ddia etdiyi 2016-cı il tarixdən ona pensiya təyin edilməsini də tələb edə bilməz. Belə ki, müvafiq Qaydaların tələblərinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1dən ödənilir.
10. Bakı İnzibati Məhkəməsi tərəfindən cavabdehə sorğu verilərək, 11 mart 2021-ci il tarixədək iddiaçıya pensiya işində saxlanılan bütün sənədlərin, o cümlədən pensiyanın bir növündən digər növünə keçmə ilə bağlı materialların məhkəməyə təqdim edilməsi xahiş edilmişdir.
11. Cavabdehin 22 aprel 2021-ci il tarixli, **********9 nömrəli məktubu ilə iddiaçının müraciəti ilə əlaqədar inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Həmin materiallara əsasən, iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsini cavabdeh xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubla cava blandırmış və iddiaçının tələbini təmin etməkdən imtina edən cavabdeh cavab məktubunda göstərmişdir ki, təqdim edilən sənədlərdə qeyd olunan mərhum həyat yoldaşı X2 vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi 24 noyabr 1993-cü il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Bu səbəbdən də ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4560/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim S.İ.Salahova) iddianın qismən təmin edilməsi, iddiaçı ərizə ilə cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən dövlət qulluqçusu olan ailə başçısı X3 itirməyə görə əmək pensiya sının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə DSMF-nin Binəqədi rayon şöbəsinə ərizə ilə müraciət edərək mərhum əri X1 hakim işləməsinə istinad edərək onun əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin iddiaçı bu ərizə ilə ona təyin edilmiş əmək pensiyasının növünün dəyişdirilməsini xahiş etməmiş, digər tərəfdən ərizədə mərhum ərinin dövlət qulluqçusu kimi deyil, hakim kimi işləməsinin nəzərə alınmasını xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya dövlət qulluqçusu olan ailə başçısını itirməyə görə pensiya onun hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən deyil, əmək pensiyasının bir növündən digər növünə keçirilmə b arədə cavabdehə müvafiq ərizə ilə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən təyin edilməlidir.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarının tam ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1075/2022 nömrəli, 18 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci ins tansiya məhkəməsinin qərarı qismən, iddiaçıya ailə başçısını itirməyə görə pensiyanın müraciət etdiyi xx.xx.2020-ci il tarixdən təyin olunması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbi təmin edilməsi, İddiaçı ailə başçısını itirməyə görə pensiyanın hüququnun yarandığı vaxtdan - xx.xx.2016-cı il tarixdən təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya qaydasında işə baxmış məhkəmə iddiaçının xx.xx.2016-cı il tarixdə 60 yaşının tamam olduğu və həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun dövlət qulluqçusu olan ailə başçısını itirməyə görə pensiya hüququnun yarandığı barədə düzgün nəticəyə gəlsə də, iddiaçıya xx.xx.2007-ci il tarixdən çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası təyin edildiyinə, 60 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdə iddiaçının ailə başçısını itirməyə görə pensiyaya çıxmaq hüququ olsa da, onun pensiyasının bir növdən başqa növə keçirilməsi ilə bağlı müraciət etmədiyinə istinad edərək hesab etmişdir ki, iddiaçıya ailə başçısını itirməyə görə pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən deyil, inzibati orqana bu barədə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən təyin edilməlidir.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının tam ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiy a şikayətlərinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027 -ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya hə lak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1.Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Maddə 20.1.8. Dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla). 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir (1 iyul 2017-ci ilə qədər olan redaksiya): 20.11.1. Dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. Dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq st ajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; Hazırkı redaksiya: 20.11.1. Dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. Dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə
31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir 31.3. Təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir. Maddə
34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. 22. “Dövlət qulluğu haqqında” Qanun: Maddə
17. İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi 17.1. İ xtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Şikayətin əsaslı olduğu hallarda Ali M əhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəmə sinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şik ayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən iddiaçının əri S.Hüseynovun vəfat etdiyi xx.xx.1993-cü il tarixədək dövlət orqanlarında qulluq stajı (hakim kimi fəaliyyət göstərdiyi xx.xx.1990-xx.xx.1993) dövr çıxılmaqla) 15 ildən (15 il 26 gün) artıq olmuşdur. Odur ki, həm iddiaçının pensiya yaşı, həm də vəfat etmiş ərinin malik olduğu dövlət qulluğundakı sığorta stajı “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına görə iddiaçıya dövlət qull uqçusu olmuş ailə başçısını itirməyə görə pensiya almaq hüququnu verir.
31. Məhkəmə kollegiyası iddiaçının qanunla müəyyən edilmiş pensiya yaşı həddinə çatmasına, onun mərhum ərinin vəfat etdiyi tarixə qanunvericilikdə nəzərdə tutulmuş həddə dövlət qulluğunda sığorta stajına malik olmasına istinad edərək hesab edir ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyasını almaq hüququ yaranmışdır.
32. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1075/2022 nömrəli, 18 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən s