Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1722/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə T əyinat üzrə Mərkəzi Filialına qarşı iltşəzüg“ şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 21(106)-50/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1981-ci il tarixli, H3 ******* nömrəli hərbi biletinə əsasən İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. 2. xx.xx.1979-cu il tarixli, ИТ ******* nömrəli əmək kitabçasına görə İddiaçı “Azneft” Birliyinin Tamponaj kontorunda xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək “elektrik qaynaqçısı”, xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək “qaz qaynaq çısı”, ƏliBayramlı Avtomotoservis və ticarət müəssisəsində xx.xx.1988-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “qaz qaynaqçısı”, "xxxx" BMMM-də xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək “qaz qaynaqçısı” işləmişdir.
3. Şirvan Avtomotoservis və Ticarət Müəssisəsi tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1988-ci il tarixdə “Azneft” Tompanaj İdarəsindən göndərişlə xx.xx.1988-ci il tarixli, 71/k nömrəli əmrə əsasən Avtomotoservis və Ticarət Müəssisəsinə 2-ci dərəcəli “qaz qaynaqçısı” işinə qəbul edilib. xx.xx.1989-cu il tarixli, 24/n nömrəli əmrə əsasən 2-ci dərəcədən 4-cü dərəcəli “qaz qaynaqçısı” işinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş iltşəzüG“ şərtlərlə yaşa görə pensiy a hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edildiyi kimi “qaynaqçı” güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir.
4. İşdə olan SOCAR Mərkəzi Arxivi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, SSRİ Neft Sənaye Nazirliyinin xx.xx.1988-ci il tarixli, 360 nömrəli və “Azneft” Birliyinin xx.xx.1988-ci il tarixli, 233 nömrəli əmrlərinə əsasən Şirvan şəhərində yerləşən “Azneft” Birliyinin Tamponaj kontoru Əli-Bayramlı Tamponaj İdarəsi adlandırılmışdır. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 nömrəli Fərmanının icrası barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2003-cü i l tarixli, 25 nömrəli əmrinə əsasən Əli- Bayramlı Tamponaj İdarəsi Tamponaj sexi kimi “Azneft” X2 və X1 İdarəsinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2014-cü il tarixli, ARDNŞ/14-1000/01/SM-040000095 nömrəli əmrinə əsasən “Azneft” İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən Tamponaj və X1 İdarəsi ləğv edilmişdir. Mərkəzi Arxivə qismən təhvil verilən Tamponaj və X1 İdarəsinin sənədləri arasında İddiaçı “Azneft” Birliyinin Tamponaj kontorunda 1979-1981-ci, 1983-1988-ci illər üzrə çalışması barədə hər hansı bir sənəd aşkar olunmadığından həmin dövr üzrə iş stajı barədə arxiv arayışının təqdim olunması imkan xaricindədir.
6. X8 Sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2021ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır.
7. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
8. Cavabdeh 18 fevral 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə daxil olmuş müraciətinə və ona əlavə edilmiş sənədlərə baxılmışdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 48962,60 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı bugünə cəmi 21461,94 manat təşkil edir. Qeyd edilənlərə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
9. İddiaçı 5 aprel 2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət e dildiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. O bu barədə cavabdehə müraciət etmiş, lakin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi əsas gətirilərək ona imtina cavabı verilmişdir. Cavabdehin imtinası əsassızdır, əmək pensiyaları qanunvericiliyinin müvafiq tələblərinə cavab vermir və konstitusion baxımdan onun pensiya təminatından isti fadə etmək və ondan yararlanmaq hüququnu pozur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yaşa və staja görə xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilməklə təyin edilir. Cavabdehin imtinasında onun ümumi və güzəştli iş stajının yetərli olub-olmaması barədə heç bir münasibət bildirilmədiyindən, hesab edir ki, bu hallara dair hər hansı bir mübahisə yoxdur və cavabdeh onun güzəştli iş stajının olmasını qəbul edir.
11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
12. Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)1372/2022 nömrəli qə rarı (hakim: X5) ilə iddia təmin edilmiş, İddiaçı iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla, ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Belə ki, əmək kitabçasında qeyd olunan iş illəri (24 il 02 ay 25 gün) və hərbi xidmət dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə İddia çı xx.xx.2006-cı il tarixinə ümumi iş stajının 26 il 03 ay 16 gün, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnu yaradan iş stajının isı 17 il 01 ay 24 gün təşkil etdiyi müəyyən olunur. Belə olduğu təqdirdə iddiaçının 01 yanvar 2006-cı il tarixə 25 ildən az olmayan ümumi və azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmuşdur. Ona pensiyanın təyin olunması üçün müraciət etdiyi tarixə iddiaçı tələb olunan yaş həddinə çatmışdır. Bu baxımdan, iddiaçı 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.
14. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçının hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pen siya kapitalının qanunvericiliklə müəyyən edilmiş hədd çərçivəsində olmaması ilə bağlı qeyd etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olduğundan “Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşı tamam olan vaxt güzəştli pensiya hüququ yaranmışdır. Belə olan halda iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb oluna bilməz. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün belə şərt nəzərdə tutmurdu. Odur ki, iddiaçının zəruri pensiya kapitalına malik olmadığına görə güzəştli şərtlərlə pensi ya hüququnun yaranmadığı barədə cavabdehin imtinası əsaslı sayıla bilməz.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
16. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(106)-50/2023 nömrəli qərarı (hakimlər: Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), X3, X4) ilə Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarı qismən ləğv edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi hesa b etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunu ilə, həmçinin həmin Qanunun 9.8-ci maddəsinə əsasən yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə tələb olunan güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (25 il ümumi, o cümlədən 12 il 6 ay güzəştli iş stajını) topladığının müəyyən edilməsi hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçının 1988-2005-ci illərdə Əli-Bayramlı Avtomotoservis və Ticarət Müəssisəsində işlədiyi illərdə sosial sığorta ödənişləri etməməsi əsası ilə iş stajını mübahisələndirməsiilə bağlı qeyd etmişdir ki, qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının işə götürənlər tərəfindən ödənilməsinin təmin edilməsi ilə bağlı inzibati orqan tərəfindən görülməli müvafiq tədbirlər nəzərdə tutulmuşdur. Həmçinin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
18. Bununla belə, iddiaçıya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, işə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Belə olan halda, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2019-cu il tarixdən deyil, xx.xx.2021-ci il tarixdən təyin olunmalıdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ TƏ TBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 24. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətənda şların pensiya təminatı haqqında” Qanun Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş hədd i 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarına 2 nömrəli Əlavə: Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı XXXİİİ bölmə (Ümumi peşələr), “qaz qaynaqçıları 23200000—11620” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 35-ci bölmə (Ümumi peşələr), “qaz qaynaqçıları”
25. Əmək Məcəlləsi: Maddə
87. İşçilərin əmək fəaliyyəti h aqqında və müvafiq ödənclərinin haqqhesab sənədləri 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 26. “İnzibati icraat haqqında” Qanun: Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olun an sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
27. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.12006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əm ək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.
28. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə müba hisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxl aya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti v axtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 32.Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəmə si tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Mə hkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
35. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instan siyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
39. İddiaçı 57 yaşının tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh bundan imtina etmişdir.
40. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının işlədiyi müəssisə 1988-2005-ci illər dövrü üzrə məcburi dövlət sosial sığorta haqqı ödəməmiş, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan zəruri miqdarda pensiya kapitalı olmamışdır.
41. İddiaçı 17 oktyabr 1988-ci ildən 10 dekabr 2005-ci ilədək Əli-Bayramlı Avtomotoservis və Ticarət Müəssisəsində 2-ci dərəcəli qaynaqçı işləmişdir, onun bu dövrdə qaynaqçı işləməsi işdə olan sənədlərlə təsdiq olunur və cavabdeh bu barədə mübahisə açmamışdır.
42. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qiymətləndirməsini əsaslı sayaraq qeyd edir ki, 1988-2005-ci illər üzrə qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının işəgötürənlər tərəfindən ödənilməsinin təmin edilməsi ilə bağlı inzibati orqan tərəfindən görülməli müvafiq tədbirlər nəzərdə tutulmuşdur. Həmçinin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
43. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, formalaşmış vahid məhkəmə təcrübəsinə görə işin hazırkı vəziyyətində 1 yanvar 2006-cı il tarixədək iş dövrü sığorta haqqının işəgötürən tərəfindən ödənilməsindən asılı olmayaraq ümumi staja daxil edilir.
44. Məhkəmə kollegiyası onun da vurğulayır ki, “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsin ə görə 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilməsi nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Odur ki, 1988-19910ci illər haqlı olaraq məhkəmə tərəfindən iddiaçının sığorta stajına hesablanmışdır.
45. Kasasiya şikayətinin digər dəlili, zəruri miqdarda pensiya kapitalının olmaması dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçının pensiya hüququnun əmələ gəlməsinin hüquqi əsası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsidir. 9.8-ci maddədə qanunverici zəruri miqdarda pensiya kapitalının toplanılmalı olmasını nəzərdə tutmamışdır.
46. Odur ki, cavabdehin şikayətinin dəlilləri əsaslı olmamışdır.
47. İddiaçı “Azneft” Birliyinin Tamponaj kontorunda xx.xx.1983 -cü il tarixdən xx.xx.1988-ci il tarixədək (5 il 3 ay 26 gün) və Əli-Bayramlı Avtomotoservis və Ticarət Müəssisəsində xx.xx.1988-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (17 il 1 ay 23 gün) qaz qaynaqçısı işləmişdir. Onun işlədiyi “qaz qaynaqçısı” peşəsi 2 nömrəli Siyahıda (XXXİİİ bölmə (Ümumi peşələr), “qaz qaynaqçıları (23200000—11620)”) öz əksini tapmışdır. İddiaçının qeyd edilən tarixlərdə işlədiyi “qaz qaynaqçısı” peşəsi, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda da (35-ci bölmə (Ümumi peşələr), “qaz qaynaqçıları”) öz əksini tapmışdır.
48. Beləliklə qeyd edilənlərdən göründüyü k imi 1 yanvar 2006-cı ilədək iddiaçının 25 ildən çox ümumi stajı, 12 il 6 aydan çox güzəştli stajı mövcud olmuşdur.
49. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(106)-50/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.