Məhkəmə qərarları › İş №2-1(102)-1722/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1722/2025

02.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1722/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: riskli vergi ödəyicisi, sübutetmə yükü ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 2-1(103)-1233/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarla, İddiaçı (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Döv lət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əsas fəaliyyəti reklam üçün yerlərin verilməsindən ibarətdir. İddiaçı Əqli Mülkiyyət Agentliyinin N2024 0467 nömrəli şəhadətnaməsi əsasında İddiaçı əmtəə nişanını almışdır. Müəssisənin əsas fəaliyyəti İddiaçı internet saytı ilə bağlı olmuşdur. Belə ki, iddiaçı xidmət göstərdiyi müəssisələrə İddiaçı saytı üzərindən xidmətlər göstərməsinə baxmayaraq cavabdeh əsassız olaraq reklam sahəsində xidmətlərin həyata keçirilməsi üçün tələb olunan iqtisadi resurslara malik olmadığımızı bildirmişdir. Halbuki, İddiaçı saytına daxil olarkən müvafiq reklamların sayta yerləşdirildiyi görünür. İş üzrə təqdim olunmuş protokollardan da göründüyü kimi, iddaçı tərəfindən "xxxx" ASC-yə İddiaçı saytında reklam bannerlərinin yerləşdirilməsi, digital marketing ilə bağlı reklamların hazırlanması, “google adwords” xidmətlərini göstərmişdir. Aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında müqavilələr bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, sifarişçi tərəfindən podratçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə görə, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunu n 61.2-ci maddəsinə görə, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmçinin cavabdeh iddiaçının əmtəəsiz əməliyyat apardığını iddia etsə də, onun satış dövriyyəsini olduğu kimi qəbul edir. Əgər əməliyyat əmtəəsizdirsə, demək ki, gəlir (satış) da yoxdur və cavabdeh bəyannamələrdə həmin məbləğləri də azaltmalı idi. Göründüyü kimi, cavabdehin əməliyyatı əmtəəsiz hesab etməsi onun öz yanaşması ilə də ziddiyyət təşkil edir.

4. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixdə 228,9 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Reklam sahəsində xidmətlər" a dlı xidmətlərin satışda qeyd olunduğu müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən qeyd edilən xidmətin həyata keçirilməsi üçün tələb olunan iqtisadi resurslara malik olmadığı müəyyən edilmişdir ki, bu da həmin əməliyyatların faktiki olaraq yerinə yetirilmədiyini deməyə əsas verir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin müddəalarına əsasən bu cür əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilir. Qeyd edilən hal nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən hüquqi şəxs İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş, xx.xx.2024-cü il t arixli **********635700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq cəmiyyətin elektron qutusuna göndərilmiş və təqdim etdiyi e-qaimələr AVİS-in risk alt moduluna əlavə edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11096/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim X4) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, müəssisənin əsas fəaliyyəti İddiaçı internet saytı ilə bağlı olmuşdur. Belə ki, iddiaçı xidmət göstərdiyi müəssisələrə İddiaçı saytı üzərindən xidmət lər göstərməsinə baxmayaraq, cavabdeh tələb olunan iqtisadi resurslara malik olmadığını bildirmişdir. İddiaçı saytında müvafiq reklamların yerləşdirilib-yerləşdirilməməsi, xidmətlərin faktiki olaraq təqdim edilib-edilməməsi cavabdeh tərəfindən araşdırılmamışdır.

7. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 21(103)-1233/2025 saylı qərarı ilə (hakimlər X2 (məruzəçi), X1 və X3) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11096/2024 saylı, 30 oktyabr 2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Məhkəmə kolleg iyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

11. Şikayətdə Vergi Məcəlləsinin 13.2.69, 13.2.82-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 2.1.1, 2.1.3, 2.1.6 və 3.1.1-ci bəndlərinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.

12. Bildirilmişdir ki, cavabdeh tərəfindən iş materiallarına vergi ödəyicisinin təqdim etdiyi və əldə etdiyi elektron qaimə fakturalar, yük gömrük bəyannamələri, alış aktları, obyekt və işçi məlumatları əlavə edilmişdir. Belə ki, iddiaçının uçot məlumatlarından görünən işçi qüvvəsinin kifayət qədər olmaması, həmçinin heç birinin reklam sahəsi üzrə mütəxəssis olmaması vergi ödəyicisinin əmtəəsiz əməliyyat aparmasına əsasdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş m ənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 1.3. Riskli vergi ödəyicisinin, o cü mlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparılması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalç ının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla), 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyici si tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1. 1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.

3. Riskli əməliyyatların meyarları 3.1.Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim edilməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə: Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nə zərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qan uniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya ş ikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Hazırkı iş üzrə iddiaçının tələbi cavabdehin xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarının ləğv edilməsi barədə qərarın ləğv edilməsinə yönəlmişdir.

24. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iddiaçının iddia tələbini əsaslı hesab etsələr də, cavabdeh məhkəmələrin gəlmiş oldu qları nəticəni qanunvericiliyə ziddi hesab edir.

25. Cavabdeh vermiş olduğu kassasiya şikayətində mövqeyinin haqlı olmasını onunla əsaslandırır ki, iddiaçını riskli vergi ödəyicisi kimi qəbul edərkən inzibati orqan onun uçot məlumatlarından görünən işçi qüvvəsinin kifayət qədər olmamasını, həmçinin həmin işçilərin heç birinin reklam sahəsi üzrə mütəxəssis olmamasını əsas götürmüşdür.

26. Məhkəmə kollegiyası bildirir ki, qeyd edilən halların heç biri hər hansı normaya, eləcə də mötəbər sübuta dayanmadığından əsaslı sayıla bilməz.

27. İşçi qüvvəsinin kifayət qədər olmaması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, əvvəla “kifayət qədər olmama” anlayışı mücərrəddir. Yəni, hər hansı mübahisənin həlli zamanı bu bir ölçü meyarı kimi qəbul edilə bilməz.

28. Digər tərəfdən qanunverici reklam sahəsində fəaliyyətin həyata keçirilməsi üçün konkret işçi sayını müəyyən etməmişdir. Belə olan halda məhz işçi sayının “kifayət qədər olmama” meyarına əsaslanmaqla vergi ödəyicisini riskli vergi ödəyiciləri siyahısına daxil etmək qanuni deyildir.

29. İşçilərin heç birinin reklam sahəsi üzrə mütəxəssis olmaması ilə bağlı cavabdehin növbəti arqumentinə gəlincə məhkəmə kollegiyası bu dəlili də əsaslı hesab etmir. Belə ki, “Reklam haqqında” Qanunda reklamın məhz reklam sahəsi üzrə mütəxəssis tərəfindən aparılmalı olması qeyd edilməmişdir. Başqa sözlə, qanunverici reklam fəaliyyətinin məhz bu sahədə ixtisaslaşmış mütəxəssis tərəfindən aparılmasını imperativ qaydasını müəyyən etməyib. Cavabdeh həm də konkret olaraq hansı işçinin həqiqətən reklam sa həsi üzrə mütəxəssis olmaması barədə dəlilini əsaslandırmamışdır. İşin hallarında iddiaçının reklam xidməti göstərdiyi hüquqi şəxsin ona yarıtmaz xidmət etməsi də təsdiq olunmur.

30. Belə olan halda iddiaçının reklam fəaliyyətinin reklam sahəsi üzrə mütəxəssis olan şəxslər tərəfindən aparılmaması (hətta bu hal inzibati orqan tərəfindən mötəbər sübutlarla təsdiq edilsə belə) onun riskli vergi ödəyicisi kimi qəbul edilməsini şərtləndirə bilməz.

31. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə iddianın növünə görə sübutetmə yükü inzibati orqanın üzərinə düşsə də, inzibati orqan öz mövqeyini-iddiaçının riskli vergi ödəyicisi olduğunu sübut edə bilməmişdir.

32. Vergi Məcəlləsinin tələbinə görə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsir inin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Hazırkı vəziyyətdə cavabdehin kassasiya şikayətində əks etdirdiyi arqumentlər hər hansı normaya, eləcə də mötəbər sübuta söykənmədiyindən iddianın rədd edilməsi üçün əsas ola bilməz.

33. Beləliklə, məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəli rlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 21(103)-1233/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar