Məhkəmə qərarları › İş №2-1(102)-1723/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1723/2019

07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1723/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1723/19 Bakı şəhəri 07 avqust 2019-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili XXXin iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnziba ti-İqtisadi Kollegiyasının 01 fevral 2019-cı il tarixli, 2-1(103)-44/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestn Xidmətinə (bundan sonra mətndə cavabdeh) qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağ sahəsinin ünvanında uyğunsuzluq aradanm qaldırılmaqla ona mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, ünvan X rayonu XXX NQÇİ rəhbərliyi tərəfindən 15 dekabr 1985-ci il tarixdə bağçılıq-yoldaşlıq təsərrüfa tı üzvlərinin 250 üzvdən ibarət siyahısı təsdiq olunmuş, 11 sentyabr 1987-ci il tarixdə bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ümumi yığıncağı tərəfindən rayon rəhbərliyi qarşısında bağçılıq təsərrüfatına torpaq sahəsi ayrılmasına dair vəsatət qaldırılması barədə qərar qəbul edilmiş, Bakı Şəhər XDS İK-nın 27 oktyabr 1987-ci il tarixli 10/396 saylı qərarı və Bakı Şəhər XDS İK Baş Memarlıq Planlaşdırma İdarəsinin təsdiq etdiyi 1988-ci il tarixli eskiz-layihəsinə əsasən ünvan X rayonu, XXX NQÇİ-yə "Azneft" İB-nin ərazisində 250 üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatı üçün torpaq sahəsi ayrılmışdır. XXX NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqi Komitəsinin Rəyasət Heyətinin birgə iclasının 03 oktyabr 1994-cü il tarixli, 01 saylı qərarı ilə 1200 kv.m torpaq sahəsi olan bloq “A” 50 sa ylı bağ sahəsi iddiaçının daimi istifadəsinə verilmiş və eyni zamanda 30 oktyabr 1994-cü il tarixdə “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçası ona təqdim edilmiş və həmin müddətdən sonra bağ sahəsindən istifadə etmişdir. Bağı sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən qanunsuz olaraq imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81 )-835/2018 saylı, 01 may 2018-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) ilə iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının adına verilmiş “üzvlük kitabçası” və bağçılıq yoldaşlığın 03 oktyabr 1994-cü il tarixli protokoldan çıxarış onlardakı məlumatların həqiqətə uyğun olmadı ğı cavabdeh tərəfindən sübuta yetiilmədiyindən, mötəbər hesab olunmalıdır. İddiaçıya torpaq sahəsi ARDNŞ-nin tərkibindəki XXX NQÇİ-nin tabeliyində yaradılmış bağçılıq yoldaşlığı tərəfindən ayrılmışdır və bu sahə də ona aid olan əraziyə düşmüşdür. Bağ sahəsi mübahisəli deyil, onun nömrəsi təkrarlanır. Bağ sahəsinə yeni ünvan verilməsi və nömrədəki uyğunsuzluğun ardan qaldırılması cavabdehin səlahiyyətindədir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 dekabr 2018-ci il tarixli, 2-1(103)-2524/18 saylı qərardadı ilə (sədrlik edən hakim Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və İlham Əhmədov) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs kimi zəruri cəlb etmə qaydasında işə cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 fevral 2019-cü il tarixli, 2-1(103)-44/1 saylı qərarı ilə (sədrlik edən hakim Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və İlham Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli bağ sahəsi 12 iyun 2001-ci il tarixli Azərbaycan Respublikasının Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə əsasən “X1 Limited” şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudlar ı daxilində yerləşdiyindən, həmin bağ sahəsinə iddiaçının hüququnun qeydə alınmasından imtina qanuna zidd deyildir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə X2 Ltd. (“xxxx”) və ARDNŞ-nın Ortaq Neft Şirkəti ("ONŞ”) arasında sazişin qəbul edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə 12 iyun 2001-ci il tarixli Azərbaycan Respublikasının Respublikasının Qanununun 5, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9, 15-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv olunmasını xahiş etmişdi r. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, cavabdehin imtinaya əsas olmuş hallar, o cümlədən iddiaçının bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyasından olmaması araşdırılmamış, həmin siyahı cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış. Halbuki, üçüncü şəxsin məhkəməyə təqdim etdiyi siyahıda iddiaçının adının olmasına baxmayaraq, məhkəmə bu hala qiymət verməmişdir. Digər əsas kimi bildirilmişdir ki, eyni cografi riyazi mövqedə yerləşən digər torpaq sahələri üzərində cavadeh tərəfindən mülkiyyət hüququ qeydə alınmış və dövlət reyestrdən çıxarışlar verilmişdir. Habelə, torpaqların yerləşdiyi qəsəbədə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı qanuni qü vvəyə minmiş məhkəmə qərarları qəbul edilmişdir. Məhkəmə qeyd olunmuş hallara “qanunçuluq və bərabərlik prinsipləri”nin tələnləri baxımından qiymət verməlidir. Daha bir dəlillə bildirilmişdir ki, məhkəmə torpaq sahəsinin 1410 nömrəli quyudan 477 metr məsafədə yerləşdiyini bildirsə də, lakin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarxili, 31 saylı qərarının İİİ bəndindəki cədvələ əsasən şəxsi tikililər və digər obyektlər quyulardan, separatorlardan 300 metr məsafədə olmalıdır. Məhkəmə iddiçının istifadəsində olan torpaq sahəsinin 12 iyun 2001-ci il tarixli Azərbaycan Respublikasını n Respublikasının Qanununu ilə “X1 Limited” şirkətinin istifadəsinə verilməsini qeyd etsə də, lakin nəzərə almamışdır ki, Bakı Şəhər XDS İK-nın 27 oktyabr 1987-ci il saylı qərarı və Bakı Şəhər XDS İK Baş Memarlıq Planlaşdırma İdarəsinin təsdiq etdiyi 1988-ci il tarixli eskiz-layihəsinə əsasən ünvan X (Suraxanı) rayonu NQÇİ-yə (XXX NQÇİ) “Azneft” İB-nin ərazisində bağçılıq-yoldaşlıq təsərüffatı üçün torpaq sahəsi ayrılarkən həmin ərazilər “Azneft” İB-nin ərazisi olmuşdur. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli qərarına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 8.0.7, 9, 15-ci maddələri ilə əsaslandırmışdır Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı v əkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. ünvan X rayonu XXX NQÇİ rəhbərliyi tərəfindən 15 dekabr 1985-ci il tarixdə bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin 250 üzvdən ibarət siyahısı təsdiq olunmuş, 11 sen tyabr 1987-ci il tarixdə bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ümumi yığıncağı tərəfindən rayon rəhbərliyi qarşısında bağçılıq təsərrüfatına torpaq sahəsi ayrılmasına dair vəsatət qaldırılması barədə qərar qəbul edilmiş, Bakı Şəhər XDS İK-nın 27 oktyabr 1987-ci il tarixli 10/396 saylı qərarı və Bakı Şəhər XDS İK Baş Memarlıq Planlaşdırma İdarəsinin təsdiq etdiyi 1988-ci il tarixli eskizlayihəsinə əsasən ünvan X rayonu, XXX NQÇİ-yə "Azneft" İB-nin ərazisində 250 üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatı üçün torpaq sahəsi ayrılmış, XXX NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqi Komitəsinin Rəyasət Heyətinin birgə iclasının 03 oktyabr 1994-cü il tarixli, 01 saylı qərarı ilə 1200 kv.m torpaq sahəsi olan bloq “A” 50 saylı bağ sahəsi iddiaçının daimi istifadəsinə verilmiş və eyni zaman da 30 oktyabr 1994-cü il tarixdə “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçası iddiaçıya təqdim edilmişdir. DƏDRX Bakı şəhər Ərazi İdarəsinin ərizəçi İddiaçı ünvanlanmış 07 noyabr 2017-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan bağ massivi, blok "A" 50 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrindəqeydiyyata alınması ilə bağlı poçt vasitəsilə daxil olmuş ərizəyə baxılmışdır. Bildirilir ki, təqdim olunmuş sənədlər surətdir. DƏDRX Bakı şəhər Ərazi idarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adı aşkar olunmamışdır. Sözügedən bağçılıq yoldaşlıqda eyni bağ nömrəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Bundan əlavə, bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Üçüncü şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş, “X1 Limited” tərəfindən verilmiş 10 yanvar 2019-cu il tarixli, 0025 nömrəli məktubda qeyd edilmişdir ki, sözügedən 1200 kv. m torpaq sahəsi 1410 nömrəli quyudan 477 metr məsafədə yerləşməklə Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsi hüdudları daxilində yerləşir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyin dən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, mübahisəli bağ sahəsi Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Sazişə əsasən “X1 Limited” şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyindən, həmin bağ sahəsinə iddiaçının hüququnun qeydə alınmasından imtina qanuna zidd deyildir. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, istinad edilən Qanun 2001-ci il tarixində qəbul edilmiş, halbuki bundan daha əvvəl Bakı Şəhər XDS İK-nın 27 oktyabr 1987-ci il saylı qərarı və Bakı Şəhər XDS İK Baş Memarlıq Planlaşdırma İdarəsinin təsdiq etdiyi 1988-ci il tarixli eskiz-layihəsinə əsasən, ünvan X (Suraxanı) rayonu NQÇİ-yə (XXX NQÇİ) “Azneft” İB-nin ərazisində iddiaçının da üzvü olduğu bağçılıq-yoldaşlıq təsərüffatı üçün torpaq sahəsi ayrılarkən həmin ərazilər “Azneft” İB-nin ərazisi olmuşdur. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun): - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsi nin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Müddəanın tələbindən göründüyü kimi, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq vətəndaşa verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışdaşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İşin hallarından göründüyü kimi, iddiaçı XXX NQÇİ- nin rəhbərliyi və Həmkarlar İttifaqi Komitəsinin Rəyasət Heyətinin birgə iclasının 03 oktyabr 1994-cü il tarixli, 01 saylı qərarını və 03 oktyabr 1994-cü il tarixli “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçasını təqdim etmiş, lakin cavabdeh tərəfindən onun bağ sahəsinin qeydiyyata alınmasından imtina edilmişdir. Belə ki, istinad edilən Qanunun: - 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyy ən edilməsi. Maddələrin tələbləri belə izah olunur ki, şəxsin hüququnun qeydə alınması üçün təqdim edilmiş sənədlərin cavabdehdə olan sənədlərlə uyğunluğunun yoxlanılması cavabdehin səlahiyyətinə aid olmaqla imperativ qaydada müəyyən edilmişdir. Qeyd edilmiş nəticə həmçinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarxili qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası razılaşır ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin qanunauyğunluğunun yoxlanılması onun səlahiyyətində olmaqla onda saxlanılan məlumatlarla üzləşdirilməsi zəruri olmuşdur. Lakin aşağıdakılra əsəsən məhkəmə kollegiyası cavabdehin və məhkəmənin “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti («ARDNŞ») ilə X2 Ltd. («xxxx») və ARDNŞ-nin Ortaq Neft Şirkəti («ONŞ») arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanununa istinadən iddiaçının bağ sahəsinin qeydiyyata alınmasından imtinanın qanunvericiliyin tələblərinə uyğun olmadığı kimi qiymətləndirir. Həmin Qanunun: - 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzindəbu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur; - 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verili r. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli məsələyə apellyasiya məhkəməsinin istinad etdiyi Qanunun 5-ci bəndinin tətbiqi düzgün olmamışdır, çünki məhkəmə həmin bənddə nəzərdə tutulmuş tələbləri düzgün təfsir etməmişdir. Belə ki, 4-cü bəndin tələblərinə görə, Qanun qüvvəyə mindikdən sonra Sazişin qüvvədə olduğu müddət ərzində onun tələblərinə zidd olan hər hansı bir normativ-hüquqi və ya inzibati akt qəbul edildiyi təqdirdə, onların daha sonra qəbul edilməsinə baxmayaraq, daha yüksək hüquqi qüvvə Qanunla təsdiq edilmiş Sazişə, Hökumət təminatına və Əlavələrə verilmişdir. 5-ci bəndin mahiyyəti isə ondan ibarətdir ki, əgər həmin Saziş bağlanmadan əvvəl kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün hər hansı bir digər saziş, kontrakt və ya bu cür başqa sənəd mövcud olmuşdursa, onların hüquqi qüvvəsi ləğv edilmiş hesab olunmalıdır. Qeyd edilmiş bənddə nəzərdə tutulmuş tələblər bilavasitə həmin sahənin hər hansı bir məqsədlə və hüquqla başqa şəxslərə verilməsini nəzərdə tutmamış, yalnız məqsədli təyinatı neft-qaz əməliyyatları aparmaq üçün verildiyi halda, bu çür əqdlərin qüvvəsinin ləğv edildiyini müəyyən etmişdir. Bu nəticə həmçinin ondan irəli gəlir ki, Azərbaycan Respublikasının qanunvericiliyində hər hansı bir torpaq sahəsinin hər hansı bir hüquqla məxsusluğu müəyyən edildiyi təqdirdə, müvafiq təzminat ödənilmədən ona dair hüquqların bu qaydada ləğv edilməsi nəzərdə tutulmamışdır. Çünki əks halda məsələ “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həll edilməsi müəyyən olunmalı idi. İddi açının kassasiya şikayətində istinad etdiyi sənədlərə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 7 iyul 1970-ci il tarixdə qəbul edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinə əsasən, torpaq sahələrinin ayrılması və rəsmiləşdirilməsi qaydası aşağıdakı kimi müəyyən edilmişdir: - 13-cü maddəyə əsasən, torpaq sahələrinin ayrılma qaydasında istifadəyə verilməsi, torpaq sahələrinin istifadəyə verilməsinin Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı və ya müvafiq xalq deputatları Sovetinin İcrayyə Komitəsinin qərarı əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur; - 23-cü maddəyə əsasən, torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. - 26-cı maddəyə əsasən, verilmi ş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. - 66-cı maddəyə əsasən, müəssisələrə, idarələrə və təşkilatlara kollektiv bağçılıq və bostançılıq üçün torpaq sahələri SSR İttifaqı qanunvericiliyində və bu Məcəllənin 97- 99-cu maddələrində müəyyən edilən qaydada və şərtlərlə verilə bilər; - 97-ci maddəyə əsasən, kollektiv bağçılıq üçün torpaqlar Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında dövlət ehtiyatından, kollektiv bostançılıq üçün torpaqlar isə şəhər xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, şəhərlərin yaxın illərdə tikinti işləri üçün və ya başqa ehtiyaclar üçün ayrılmamış boş torpaqlarından və qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan qaydada ayrılmış dövlət ehtiyatı torpaqlarından istifadəyə verilir. Nəzdində kollektiv bostançılıq təşkil edilən müəssisələrin, idarələrin və təşkilatların istifadəsində olan torpaqlar rayon, şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin icazəsi ilə kollektiv bostançılıq üçün verilə bilər. Maddələrin tələblərindən göründüyü kimi, torpaq sahəsinin ayrılması müvafiq xalq deputatları Sovetinin İcrayyə Komitəsinin səlahiyyətinə aid olmaqla, bu barədə qərar qəbul edildikdən sonra, həmin torpaq sahəsinin yerində hüdudları müəyyən edilməli, yəni digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılmalıdır. Bu qayda həmçinin mü əssisələrə kollektiv bağçılıq və bostançılıq üçün torpaq sahələrinin ayrılmasına münasibətə də tətbiq olunmalıdır. Sadalanmış qanunvericiliyin tələblərinə müvafiq olaraq Bakı Şəhər XDS İK-nın 27 oktyabr 1987-ci il tarixli, 10/396 saylı qərarı ilə ünvan X rayonu, XXX NQÇİ-yə "Azneft" İBnin ərazisində 250 üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatı üçün torpaq sahəsi ayrılmışdır. Yəni 1987-ci ilə münasibətdə hazırda inzibati akt kimi qiymətləndirilən torpaq sahəsinin ayrılması barədə qərar qəbul olunmuşdur ki, onun yuxarıda istinad edilən Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanununu ilə ləğv edilməsi nəticəsi yaranmır. Bu hissədə məhkəmə kollegiyası iddiaçının dəlilini əsaslı, apellyasiya məhkəməsinin mövqeyini isə düzgün hesab etmir. Apellyasiya məhkəməsinin qərarında idd ia tələbinin təmin olunmamasının digər hüquqi əsasları barədə bildirmədiyindən, məhkəmə kollegiyası iddiaçının bildirdiyi dəlillər üzrə əlavə qiymətləndirmənin aparılmasını zəruri hesab etmir. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa bo rcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının bağ sahəsi üzərində hüquqlarının qeydə alınması üçün cavabdeh tərəfindən bildirilmiş digər əsaslar üzrə araşdırma aparılmaqla tələbə qiymət verilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 fevral 2019-cı il tarixli, 2-1(103)- 44/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar