Məhkəmə qərarları › İş №2-1(102)-1723/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1723/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1723/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağ torpaq sahəsinə hüququn qeydə alınması, maraqlarına toxunan şəxslərin cəlb edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X5 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə(bundan sonra cavabdeh)qarşı “daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarışın verilməsi” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-660/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyətinin x xxxx 1993-cü il tarixli 1328 saylı qərarı ilə Ləhiş bağlar massivində yerləşən 6201 saylı 0.12 ha bağ sahəsi X6 ayrılmış və 64 nömrəli order verilmişdir.

2. X10 xx.xx.2003-cü il tarixdə vəfat etmiş və vərəsə kimi iddiaçı tanınmışdır.

3. İddiaçı xx.xx.2017-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 6201 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdehin xx.xx.2017-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ərizə ilə təqdim edilən 64 nömrəli orderə əsasən X6 ayrılmış Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 6201 nömrəli bağ sahəsinin digər şəxsin adına özəlləşdirilibözəlləşdirilməməsinə dair məlumatın əldə edilməsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin əsilləri təqdim edilməklə Bakı şəhər Ərazi İdarəsinə və ya İdarənin rayon şöbələrinə müraciət edilməsi tövsiyə olunmuşdur.

5. Cavabdehin xx.xx.2017-ci il tarixli bildirişində qeyd olunmuşdur ki, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 6201 nömrəli bağ sahəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Həmçinin bildirişdə qeyd olunur ki, orderdə ata adı “Əli” kimi, arxiv arayışında isə “Alı” kimi qeyd olunmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Ləhiş bağ massivində yerləşən sahəsi 0.12 ha olan 6201 saylı bağ sahəsi üzərində mərhum X4 adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 6201 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının iddiaçının mərhum atası X4 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin x xxxx 1993-cü il tarixli 1328 saylı qərarı ilə Ləhiş bağlar massivindən yerləşən 6201 saylı 0.12 ha bağ sahəsi mərhum atası X6 ayrılmışdır. Bu barədə mərhum atasına 64 nömrəli order verilmişdir. Ləhiş bağ massivində yerləşən sahəsi 0.12 ha olan, 6201 saylı bağ sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən mərhum atası X4 hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrində çıxarışın verilməsi məqsədilə dəfələrlə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh həmin bağ sahəsinin başqa şəxsin adına qeydiyyatdan keçməsinə istinad edərək, bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsindən imtina etmişdir. Sözügedən bağ sahə hasara alınaraq vəfat edənədək atası tərəfindən istifadə edilmiş, sonradan isə iddiaçının istifadəsində olmuşdur. Hal-hazırda iddiaçı həmin bağ sahəsindən istifadə edir. Belə olan halda, həmin bağ sahəsinin başqasına verilməsi qanunvericiliyə əsasən mümkün deyildir.

9. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən göstərilən sahə digər fiziki şəxslərin (X7 və X8) adına qeydiyyat dan keçmiş və təqdim olunmuş sənədlər arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, orderdə ata adı “Əli” kimi, arxiv arayışında isə “Alı” kimi qeyd edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2017-ci il tarixli **********01 saylı cavab məktubu ünvanlanmışdır. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2017-ci il tarixli 2-1(82)5510/2017 saylı məktubla mütəxəssis rəyinin alınması üçün AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etmişdir.

11. AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli **********41 saylı məktub ilə mütəxəssis rəyi təqdim edilmişdir.

12. Mütəxəssis rəyinə əsasən, iddiaçı tərəfindən naturada göstərilən sahə qeydiyyatdan keçmiş 6202 saylı bağ sahəsinin ərazisi ilə tam üst-üstə düşür. 6202 saylı bağ sahəsi dövlət qeydiyyatına alındıqdan sonra notarial alqı-satqı əsasında iki hissəyə bölünmüşdür. “Kadastr və X9 Mərkəzi” MMC-nin mövcüd bazasına əsasən iddiaçı tərəfindən naturada göstərilən 0.1219 ha torpaq sahəsinin 0.06 ha hissəsinə X1 reyestr nömrəsi **********62 nömrəli çıxarış, digər 0.06 ha hissəsi isə X2 reyestr nömrəsi **********63 olan çıxarış verilmişdir. 13. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)531/2018 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.

14. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 13785 saylı ekspert rəyinə əsasən iddiaçı tərəfindən naturad a göstərilən sahə qeydiyyatdan keçmiş 6202 saylı bağ sahəsinin ərazisi ilə tam üst-üstə düşür. 6202 saylı bağ sahəsi dövlət qeydiyyatına alındıqdan sonra notarial alqı-satqı əsasında iki hissəyə bölünmüşdür. “Kadastr və X9 Mərkəzi” MMC-nin mövcüd bazasına əsasən iddiaçı tərəfindən naturada göstərilən 0.1219 ha torpaq sahəsinin 0.06 ha hissəsinə X1 reyestr nömrəsi **********62 nömrəli çıxarış, digər 0.06 ha hissəsi isə X2 reyestr nömrəsi **********63 olan çıxarış verilmişdir. 15. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2018-ci il tarixli 2-1(82)531/2018 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.

16. Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında xx.xx.2019-cu il tarixli 1079 saylı məlumat təqdim etmişdir. 17. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X11) xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-43/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir.

18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 6201 saylı bağ sahəsi iddiaçının mərhum atası X6 məxsus olması iş materiallarında olan 241 saylı BTK 64 saylı orderi ilə öz təsdiqini tapdığından cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.

19. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat 2

0. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X16-məruzəçi, X12 və X21, 2-1(103)-660/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirmədən saxlamışdır.

21. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 6201 saylı bağ sahəsi iddiaçının mərhum atası X6 məxsus olması iş materiallarında olan 241 saylı BTK 64 saylı orderi ilə öz təsdiqini tapdığından cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.

22. Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını xx xxxx 2 020-ci il tarixdə almış, xx xxxx 2020-ci il tarixdə kasasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

23. Kasasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun tərtib edilmiş və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza iddiaçıya məxsus bağ sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı deyil, əsassız olaraq iddiaçıya məxsus olmayan bağ sahəsi ilə bağlı keçirilmişdir. İlkin ekspertiza düzgün keçirilmədiyindən təkrar ekspertiza keçirilməli idi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraa tı iştirakçılarının izahatları

25. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına k eçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-)... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;(-)... Həmin Qanunun 22.2.-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəm əsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icr aatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qəra rdaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

28. Cavabdehin kasasiya şikayəti vaxtında, y əni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl etməmişdir.

31. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

32. İddiaçı 6201 saylı bağ sahəsinə hüququn qeydə alınmasını xahiş etmişdir.

33. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının göstərdiyi bağ sahəsi qeydiyyatdan keçmiş 6202 saylı bağ sahəsinin ərazisi ilə üst-üstə düşür. İddiaçı tərəfindən naturada göstərilən 0.1219 ha torpaq sahəsinin 0.06 ha hissəsinə X1 reyestr nömrəsi **********62 nömrəli çıxarış və digər 0.06 ha hissəsinə isə X2 reyestr nömrəli **********63 olan çıxarış verilmişdir.

34. Cavabdehin bu dəlili Azərbaycan Respublikası ƏMDK yanında DƏKÜRX xx.xx.2018-ci il tarixli, **********41 saylı mütəxəssis rəyinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 13785 saylı ekspert rəyində də əksini tapmışdır. Rəyə görə iddiaçı tərəfindən naturada göstərilən sahə qeydiyyatdan ke çmiş 6202 saylı bağ sahəsinin ərazisi ilə tam üst-üstə düşür. 6202 saylı bağ sahəsi dövlət qeydiyyatından keçmiş 6202 saylı bağ sahəsinin ərazisi ilə tam-üst-üstə düşür. 6202 saylı bağ sahəsi dövlət qeydiyyatına alındıqdan sonra notarial alqı-satqı əsasında iki hissəyə bölünmüşdür.

35. Həmçinin “Kadastr və X9 Mərkəzi” MMC-nin mövcud bazasına əsasən iddiaçı tərəfindən naturada göstərilən 0.1219 ha torpaq sahəsinin 0.06 ha hissəsinə X1 reyestr nömrəsi **********62 nömrəli çıxarış və digər 0.06 ha hissəsinə isə X2 reyestr nömrəli **********63 olan çıxarış verildiyi qeyd olunmuşdur.

36. Bəhs olunanlara baxmayaraq apelyasiya məhkəməsi İPM-in 28-ci maddəsinin tələbini pozaraq X8 və X3 inzibati məhkəmə icraatına cəlb etməyib məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmamas ını araşdırmamışdır.

37. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır.

38. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

39. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kasasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın rədd edilməsi barədə şikayət təmin edilə bilməz.

40. Yuxar ıda göstərilənlərə və İPM-in 96.5, 96.9 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 2 iyun tarixli 21(103)-660/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Şikayət qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar