Məhkəmə qərarları › İş №2-1(102)-1723/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1723/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1723/2021 19.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: yeni məlumat vərəqəsinin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X1, üçüncü şəxsin vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi ş əxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iş üzrə “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 2-1(103)-329/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1949-cu il tarixində doğulmuş, 30.08.1977-ci il tarixində daxili işlər orqanlarında xidmətə qəbul olunmuş, 15.11.2002-ci il tarixindən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”-nin 135-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq (səhhəti ilə əlaqədar) DİO-dan xidmətdən xaric olmuşdur. Xidmətdən xaric olunarkən xidmət müddəti təqvimi hesablama ilə 26 il, 02 ay, 2 4 gün, imtiyazlı hesablama ilə 35 il, 05 ay, 09 gün təşkil etmişdir

2. İddiaçı barəsində Daxili İşlər Nazirliyi tərəfindən məlumat vərəqəsi tərtib olunmuş, məlumat vərəqəsində iddiaçının 35 il 5 ay 09 gün xidmət ili ilə 14.11.2002-ci il tarixdə ehtiyata buraxıldığı, ehtiyata buraxılarkən pul təminatı sonuncu tutduğu vəzifəyə Qax rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsinə müvafiq olaraq qeyd edilmiş, həmin məlumat vərəqəsinə əsasən cavabdeh orqan tərəfindən iddiaçının pensiyası hesablanmış və hal-hazırdada iddiaçıya ödənilməkdə davam edir.

3. İddiaçı 30.08.2019-cu il tarixində DSMF-yə müraciət edərək pensiyasının Qax rayon Polis İdarəsinin əməliyyat müvəkkilinin əmək haqqı ilə deyil, Bakı şəhər Baş Polis İdarəsinin CAİ-nin rəisinin əmək haqqı ilə hesabla nıb verilməsini xahiş etmişdir. DSMF-nin 13.09.2019-cu il tarixli məktubunda iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar şəxsin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən İdarəyə göndərilməlidir.

4. Bundan sonra iddiaçı cavabdehə orqana müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh 09.11.2019-cu il tarixli məktubunda qeyd etmişdir ki, imtiyazlı xidmət illəri hesablanarkən mövcud qan unvericiliyə əsasən Naxçıvan Muxtar Respublikasında xidmət etdiyi illər (01.01.1988-01.04.1992) 1 ay 1 ay yarım kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli, 631 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin qorunması dövrü (01.04.1992-01.05.1997) 1 ay 2 ay kimi və ali təhsil aldığı müddətin yarısı iş stajına daxil edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 26.10.2002-ci il tarixdə Qax rayon Polis Şöbəsinə Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edildiyinin xidmət mənafeyi naminə olduğunu nəzərə alaraq barəsində yeni məlmat vərəqəsi nin göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o. 30.08.1977-ci il tarixdən 15.11.2002-ci il tarixədək daxili işlər orqanlrında xidmət etmişdir. 15.11.2002-ci il tarixdə Qax rayon Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsindən təqaüdə çıxarılmışdır. Xidmət etdiyi dövrdə, yəni 1988-1997-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin vaxt ağır vəziyyət yarandığı üçün keçirdiyi stress və həyəcan sağlamlığına çox mənfi təsir edib və yüksək təzyiq, şəkər xəstəliyinə tutulmuşdur. Nəticədə hər iki gözünə qan sızmış və müxtəlif dövrlərdə əməliyyat olunmudur. Lakin faydası olmadığı üçün “İ dərəcəli göz dən əlil” kimi tanınmışdır. Onda yaranmış şəkərli diabet və yüksək təzyiq xəstəliyi nəinki gözlərinə, bütün orqanlarına mənfi təsir göstərmiş, ürəyi də sıradan çıxarmışdır. Nəticədə ürəyinin düzgün işləməsi üçün əməliyyat edilib kardiostimulyator qoyulmuşdur. Bununla əlaqədar 2002-ci ilin noyabr ayında ərizə ilə xidmət etdiyi orqana müraciət edərək onu təqaüdə çıxarmalarını xahiş etsə də, 26.10.2002-ci ildə Bakı şəhər Baş Polis İdarəsində CAİ-nin rəisi vəzifəsindən Qax rayon Polis Şöbəsinə Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsinə xidmət mənafeyi naminə təyin edilməsi barədə əmr verilmişdir. Lakin səhhəti və xəstəliyi yüksək dağlıq ərazidə işləməsinə imkan vermirdi. Buna baxmayaraq, sonuncu vəzifəyə 1 günlük təyin edilmiş və 15.11.2002-ci il tarixdə təqaüdə çıxarılmışdır. S onuncu təyinatının xidmət mənafeyi naminə olduğunu nəzərə alaraq, cavabdehə müraciət edərək əvvəlki vəzifəsi üzrə pensiya təyin edilməsini xahiş etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi əvvəlki vəzifəsi üzrə məlumat vərəqəsinin daxil olmadığı bildirilmişdir. İddiaçı isə imtinanı əsassız hesab etdiyi üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-900/2020 saylı, 11.03.2020-ci il tarixli qərardadı iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanı nda Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir.

8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh etirazı belə əsaslandırmışdır ki, iddiaçıya daxili işlər orqanlarından xaric olunduğu vaxt qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 40-cı maddəsinə əsasən xidmət etdiyi sonuncu vəzifənin müvafiq təminat xərcliyinin 100 faizi hesabı ilə pensiya təyin edilmişdir. İddiaçının sonuncu xidmət yeri Qax rayon polis şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsi olduğundan onun pensiya təminatında bu vəzifənin pul təminatı əsas götürülmüşdür. İddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsi səhhəti və ya yaşı ilə əlaqədar xidməti mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş şəxslərə aiddir. İddiaçı isə Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin rəisi vəzifəsindən səhhətinə və ya yaşına görə azad edilmədiyindən həmin maddənin müddəalarını ona tətbiq etmək olmaz.

9. Bakı İnzibati Məhkəməsinin 03.09.2020-ci il tarixli, 2-1(112)-900/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Aygün Abdullayeva).

10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş məlumat vərəqəsi qanunvericiliyin tələblərinə uyğundur. İddiaçı Qax RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilməsinin xidməti mənafeyi naminə olmasına istinad etsə də, iş materialları ilə müəyyən edilir ki, iddiaçının Bakı şəhər Baş Polis İdarəsinin cinayət axtar ış idarəsinin rəisi vəzifəsindən azad edilməsi və Qax RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 21.10.2002-ci il tarixli və 24.10.2002-ci il tarixli əmrlərində iddiaçının Qax RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilməsinin xidməti mənafeyi naminə olması ilə bağlı hər hansı qeydlər mövcud olmamışdır.

11. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli 21(103)-329/2021 nömrəli qərarına əsasən (sədrlik edən Afaq Nuriyeva, hakimlər Səadət Bəktaşi və Aida Hüseyn) apellyasiya şikayətinin təmin edilməm əsi, Bakı İnzibati Məhkəməsinin 03.09.2020-ci il tarixli, 2-1(112)-900/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Məhkəmə qərarı iddiaçıya 09.07.2021-ci il tarixində təqdim edilmişdir.

15. İddiaçı 28.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli 2-1(103)-329/2021 nömrəli qərarının ləğv edilməsini və iddian tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı sonu ncu vəzifəyə təyin olunsa da, DİN iddiaçının işləmədiyi, əmək haqqı almadığı vəzifədən ona pensiya təyin edilməsi üçün DSMF-yə 2002-ci ildə məlumat vərəqəsi göndərmişdir. Məhkəmə isə bu halı nəzərə almamışdır. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinə əsasən vəzifədə olma müddətinin bir ili təminat xərcliyindən iddiaçıya pensiya hesablanmalı olsa da, iddiaçı Qax Rayon Polis Şöbəsində 18 gün əməliyyat müvəkkili vəzifəsində çalışmışdır və təminat xərcliyində 11 ay 12 gün Bakı şəhər Baş Polis İdarəsində cinayət axtarış idarəsinin rəisi vəzifəsi hesablanmamışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən göstərilən halları nəzərə almamış, bununla da maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, eyni zamanda İnzibati Prosessual Məcəllənin 12.1, 13-cü maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 və üçüncü şəxsin vəkili X4 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya iste faya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

21. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.

22. Həmin Qanunun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən burax ılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir.

24. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qa nununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır.

25. Həmin Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidnə hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur.

26. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret hal da istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

27. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

29. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış v ə şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olduğu kimi, iddiaçı 15. 11.2002-ci il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”-nin 135-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq (səhhəti ilə əlaqədar) DİO-dan xidmətdən xaric olmuş, onun barəsində Daxili İşlər Nazirliyi tərəfindən məlumat vərəqəsi tərtib olunmuş, məlumat vərəqəsində iddiaçının 35 il 5 ay 09 gün xidmət ili ilə 14.11.2002-ci il tarixdə ehtiyata buraxıldığı, ehtiyata buraxılarkən pul təminatı sonuncu tutduğu vəzifəyə - Qax rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsinə müvafiq olaraq qeyd edilmiş, həmin məlumat vərəqəsinə əsasən cavabdeh orqan tərəfindən iddiaçının pensiyası hesablanmış və hal-hazırdada iddiaçıya ödənilməkdə davam edir.

34. İddiaçı isə pensiyanın Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İda rəsinin rəisinin əmək haqqı əsasında yenidən hesablanmasını xahiş edir. İddiaçı kassasiya şikayətinin dəlillərində də ona istinad edir ki, məhkəmələr “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinin işin hallarına tətbiqində səhvə yol vermişdir.

35. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 22-ci bəndində göstərilən normanın məzmunundan görünür ki, səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Göründüyü kimi, iddiaçının istinad etdiyi norma məhz səhh əti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçulara aiddir.

36. İddiaçı pensiyasının düzgün hesablanmamasının əsası kimi 21.10.2002-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin cinayət axtarış idarəsinin rəisi vəzifəsindən azad edilərək sərəncama götürüldüyü və 24.10.2002-ci il tarixli əmrlə Qax RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilən zaman xidməti mənafeyi naminə olmasının nəzərə alınmamasını göstərmişdir. Lakin işə aşağı instansiya məhkəmələrində baxılarkən iddiaçı 24.10.2002-ci il tarixli əmrlə Qax RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilməsinin xidməti mənafeyi naminə olmasını sübut edə bilməmişdir.

37. Eyni zamanda, iş materialları ilə cavabdeh tərəfindən verilmiş məlumat vərəqəsinin hazırkı qərarın 23-25-ci bəndlərində göstərilən tələblərə cavab verdiyi müəyyən olunmuşdur. Beləliklə, cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

38. İddiaçının dəlilləri öz təsdiqini tapmadığından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

39. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli 2-1(103)-329/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

40. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İd diaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli 21(103)-329/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar