Məhkəmə qərarları › İş №2-1(102)-1723/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1723/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1723/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ Açar sözlər:(daşınmaz əmlakın sökülməsinə görə kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu-məruzəçi, Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdeh3nə qarşı (3-cü şəxslər “X1 LTD”nin Azərbaycan Respublikasındakı filialı və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) kompensasiya tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-837/ 2022 nömrəli, 18 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Balaxanıneft” Neft-qazçıxarma İdarəsinə məxsus, ünvan 1 ünvanında yerləşən binadan 848.38 kv.metr sahə (bağça binası) 1992-ci il tarixdə “Aygün” kooperativi tərəfindən alqı-satqı qaydasında alınmışdır. İş üzrə materiallara əlavə olunmuş ödəmə sənədinə əsasən, qeyd olunan ünvanda yerləşən həmin binaya görə “Balaxanıneft” Neftqazçıxarma İdarəsinə 51600 manat vəsait ödənilmişdir.

2. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 907/3-61 nömrəli,xx.xx.1997-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı “Balaxanıneft” Neft-qazçıxarma İdarəsi cavabdeh “Aygün” kooperativinə (Xüsusi İstehsal Kommersiya şirkətinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinin ləğv olunmasını və binadan çıxarılma barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qətnaməyə əsasən, ünvan 1 ünvanında yerləşən binanın alqı-satqısına dair tələb üzrə icraata xitam verilmiş, “Aygün” Xüsusi İstehsal Kommersiya şirkətinin ünvan 1 nömrəli binadan çıxarılmasına dair iddiaçının tələbi rədd edilmişdir.

3. İddiaçı həmin binanın söküldüyünə istinad edərək kompensasiyanın ödənilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, həmin müraciətlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhər icra Hakimiyyətinin Mənzil-kommunal Təsərrüfatı Departamentinə və Cavabdeh3nə göndərilmişdir. Bakı şəhəri Cavabdeh3 tərəfindən İddiaçı MMC-nin müraciətlərinə cavab olaraq xx.xx.2019-cu il tarixli məktubda iddiaçıy a bildirilmişdir ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarından vətəndaşların köçürülməsi nəzərdə tutulmuşdur. Lakin müraciətlərdə qeyd edilən qeyri-yaşayış obyektinin sökülməsi barədə Cavabdeh3ndə heç bir məlumat yoxdur. xx.xx.2019-cu il tarixli cavab məktubunda isə qeyd olunmuşdur ki, iddiaçının müraciəti baxılması üçün Bakı şəhər Mənzil-kommunal Təsərrüfatı Departamentinə göndərilmişdir.

4. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış Y-07 nömrəli, xx.xx.2019-cu il tarixli məktubda, ünvan 2 saylı qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar kompensasiya ödənilməsi barədə müraciətinə baxıldığı, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa ə sasən, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil- Kommunal Xidmətlər Departamentinin balansında olan, ünvan 2 ünvanında yerləşən qeyd edilən daşınmaz əmlakın yaşayış binası kimi balansa qəbul edildiyi və orada qeyri-yaşayış sahəsinin mövcud olmadığı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə və Bakı şəhəri Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,“X1 LTD”-nin Azərbaycan Respublikasındakı filialı 3-cü şəxs qismində işə cəlb edilməklə, Sabunçu rayonu, Sabunçu qəsəbəs i, 2 Aprel küçəsi, 8 A ünvanında yerləşən, 848.38 kv.m sahəsi olan binanın sökülməsi ilə əlaqədar hər kv.metr üçün 1000 manat hesablanmaqla, cəmi 848.380 manat kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəlki Lenin rayon X2 İcraiyyə Komitəsinin 30/31 saylı, xx.xx.1988-ci il tarixli qərarı əsasında xalq tələbatı mallarının istehsalı üçün Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı, ev 8də “Aygün” Kooperativini yaratmışdır. Sonradan “Aygün” Kooperativinin fəaliyyət göstərdiyi Sabunçu qəsəbəsi, əvvəlki 26 ünvan 3 ünvanında yerləşən evin 848.38 kv.m sahəsi “Balaxanıneft” Neft-Qaz Çıxarma İdarəsindən xx.xx.1992-ci il tarixində “Aygün” K ooperativi üçün onun tərəfindən alınmışdır. Qeyd olunan ünvanda yerləşən həmin sahəyə görə “Balaxanıneft” Neft-qaz Çıxarma İdarəsinin Mənzil-Komunal Təsərrüfatına balans dəyəri 43000 manat və əlavə dəyər vergisi 8600 manat olmaqla, 51600 manat pul ödəmişdir. xx.xx.1992-ci il tarixdə 848.38 kv.metr olan sahə təhvil-təslim aktı əsasında “Aygün” Kooperativinə təhvil verilmişdir. Həmin vaxtdan da, sahə uzun müddət kooperativin istehsalat-kommersiya sahəsi olmuşdur. 1996-cı ildə “Balaxanıneft” X3 İdarəsi kooperativə satılmış sahənin geri qaytarılmasını tələb etmiş və bu barədə Azərbaycan Respublikası İqtisad Məhkəməsində “Aygün” Kooperativinə qarşı alğı-satqı müqaviləsinin pozulması və binadan çıxarılma tələbi barədə iddia qaldırmışdır. Məhkəmə xx.xx.1997-ci ildə işə baxaraq iddiaçı “Balaxanıne ft” Neft-Qaz Çıxarma İdarəsinin iddiasını təmin etməmiş, qeyd olunan sahənin alğı-satqısının həmin dövrdə qüvvədə olan “Müəssisələr haqqında” Qanunun 10-cu maddəsinin 4-cü bəndinə müvafiq olduğunu göstərmiş və Sabunçu qəsəbəsi, Bakı fəhləsi 8 a ünvanında yerləşən həmin sahənin alğı-satqısına dair tələb üzrə icraata xitam vermiş və “Aygün” xüsusi istehsalat kommersiya şirkətinin ünvan 12 nömrəli binadan çıxarılmasına dair iddiaçının iddia tələbi rədd edilmişdir. Hazırda qeyd olunan ünvandakı evdə - yəni 848.38 kv.metr sahədə yaşayan sakinlərə kompensasiya verilməklə binanın sökülməsi qərara alınmışdır, iddiaçıya aid olan sahənin bir qismi daxili hissədən sökülmüşdür. Lakin, fiziki şəxs kimi nə onun adı, nə də, hüquqi şəxs kimi İddiaçı MMC-nin adı həmin siyahıya salınmamışdır.

7. Bakı şəhəri Cavabdeh3 tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı MMC-nin iddia ərizəsində istinad etdiyi 907/3-61 saylı, xx.xx.1997-ci il tarixli məhkəmə qətnaməsində 848.38 kv.metr sahəsi olan bina Sabunçu qəsəbəsi, ünvan 5 ünvanda yerləşir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Sabunçu rayonu ərazisində sökülməsi və sakinlərin köçürülməsi üçün vəsait ayrılmış binaların siyahısında Sabunçu qəsəbəsi, ünvan 5 ünvanda yerləşən bina mövcud deyildir. İddiaçı MMC-nin iddia etdiyi 26 ünvan 7 ünvanı heç zaman ünvan 8 Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 422 saylı sərəncamı əsasında 2 Aprel küçəsi adlandırılmışdır. 1997ci ildən sonra küçənin 26 Bakı Komissarı adlandırılması isə tamamilə absurd bir hal olardı. Bundan əlavə onun iddia etdiy i 26 ünvan 9 ünvanda yerləşən binanın ümumi sahəsi 468 kv.metrdir. Qeyd edilən bina Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kommunal Xidmətləri Departamentinin balansında olmuş, 2012-ci ildə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Yaşayış binası təhvil verilən zaman iddiaçıya məxsus hər-hansı hissə təhvil-təslim aktında nəzərdə tutulmamışdır. Eyni zamanda müəssisə çəkmə istehsalı ilə məşğul olmuşdur. Çəkmə istehsal edən müəssisə istehsal prosesini yaşayış sahəsində deyil, qeyri-yaşayış sahəsində etməli idi. Azərbaycan Respublikası Prezidentinin tapşırığında köçürülməsi nəzərdə tutulmuş binalarda qeyriyaşayış sahələri olmamış və buna görə də, tapşırıqda hər-hansı qeyri-yaşayış sahəsinə kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçı MMC-ni n sökülmüş 26 ünvan 9 ünvanda yerləşən binaya hər-hansı subyektiv hüququ mövcud olmadığından, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3892/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və 2-1(112)-3892/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadları ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və “X1 LTD”-nin Azərbaycan Respublikasındakı Filialı iş üzrə 3-cü şəxs qismində cəlb edilmişlər.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-782/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 782/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə v ə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə münasibətdə iddia mümkün sayılmamışdır.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakla bağlı tələbinin yeganə əsasını təşkil edən xx.xx.1997-ci il tarixli məhkəmə qətnaməsi (həmin iqtisadi işə məhkəmə tərəfindən baxış keçirilmişdir) və həmin qətnamədə istinad edilən sənədlər mövcud olsa da, lakin, həmin müddətdən sonra iddiaçı tərəfindən sözügedən ünvanda yerləşən binanın iddiaçı ilə bağlı sonrakı müqəddəratı barədə hər-hansı bir sənəd və sübut təqdim edilməmiş, iddiaçının binaya dair dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət, sahiblik və istifadə hüququnu təsdiq edən sübut aşkar edilməmişdir. İddiaçının tələbinin əsası kimi is tinad etdiyi digər hallar isə (“Balaxanıneft” Neft-Qaz Çıxarma İdarəsi və Bakı şəhəri MKTD-nin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 148 saylı Mənzil Kommunal Təsərrüfatı İdarəsi ilə aralarında olan məcburi köçkünlərin yerləşdirilməsinə dair razılaşma) onun iddia tələbinin təmin olunmasına əsas vermir.

11. İddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-837/2022 nömrəli,18 may 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Ü.Həmidov-sədrlik edən, V.Ə.Baxışova və C.A.YUsifov) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-782/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətlərinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa iddiaçı qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-837/2022 saylı, 18 may 2022-ci il tarixli qərarında Bakı İnzibati Məhkəməsinin 2-1(112)-782/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanmasının əsası kimi ona istinad edilmişdir ki, iddiaçının sözügedən ünvanda yerləşən daşınmaz əmlaka dair hər-hansı qeydiyyata alınmış mülkiyyət, istifadə və icarə hüququ olmamışdır. İşdə olan sənədlərdən müəyyən olunmuşdur ki, sözügedən yaşayış binası 1908-ci il tarixli tikili olmaqla, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olmuş, sonradan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, hətta həmin yaşayış binasında olan mənzillərə dair ayrı-ayrı vətəndaşların mülkiyyət hüquqları tanınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Beləliklə, iddiaçının daşınmaz əmlakla bağlı tələbinin yeganə əsasını təşkil edən xx.xx.1997-ci il tarixli məhkəmə qətnaməsi və həmin qətnamədə istinad edilən sənədlər mövcud olsa da, lakin, həmin müddətdən sonra iddiaçı tərəfindən sözügedən ünvanda yerləşən binanın iddiaçı ilə bağlı sonrakı müqəddəratı barədə hər hansı bir sənəd və sübut təqdim edilməmiş, iddiaçının binaya dair dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət, sahiblik və istifadə hüququnu təsdiq edən sübut təqdim edilməmişdir. İddiaçının tələbinın əsasını təşkil edən digər hallar isə («Balaxanıneft» Neft-Qaz Çıxarma İdarəsi və Bakı şəhər MKTD-nin 3 saylı Mənzil-Kommunal Təsərrüfatı İdarəsi ilə aralarında olan məcburi köçkünlərin yerləşdirilməsinə razılaşma) onun iddia tələbinin təmin olunmasına əsas vermir. İddiaçı bununla bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin göstərilən hallara əsaslanmaqla iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanması ilə bağlı gəldiyi nəticə əsassızdır.

16. Bundan başqa iddiaçı qeyd etmişdir ki, xx.xx.1992-ci il tarixində Balaxanı NQÇİdən Bakı şəhəri, Sabunçu qəsəbəsi, əvvəlki 26 Bakı Komissarı 8 a ünvanında yerləşən 848.38 kv.metr sahəni Balaxanı NQÇİ-nin Mənzil-Komunal Təsərrüfatının balansına 51600 manat ödəməklə almışdır. Göstərilən sahə təhvil-təslim aktı əsasında “Aygün” kooperativinə təhvil verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiy yətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır.... İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstə qil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-) Maddə

58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın dav am etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-) 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma p rinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

24. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

25. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

26. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallara əlavə olunmuş sənədlərə, o cümlədən “Balaxanıneft” NQÇİ və “Aygün” Kooperativi arasında təhvil-təslim aktına əsasən Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı 8a ünvanında yerləşən 848.38 kv.metr sahəsi olan binanın (bağçanın) “Aygün” kooperativinə təhvil verildiyi, kassa mədaxil çeklərinə əsasən əmlakın alqı-satqısı üzrə-onun balans dəyəri 43000 manat və əlavə dəyər vergisi 8600 manat olmaqla-51.600 manat vəsaitin “Aygün” kooperativi tərəfindən “Balaxanıneft” NQÇİ-yə ödənildiyi görünür.

28. Bundan başqa, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 907/3-61 nömrəli, xx.xx.1997-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı “Balaxanıneft” Neft-qazçıxarma İdarəsi cavabdeh “Aygün” kooperativinə (Xüsusi İstehsal Kommersiya şirk ətinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinin ləğv olunmasını və binadan çıxarılma barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin qətnaməyə əsasən, ünvan 12 ünvanında yerləşən binanın alqı-satqısına dair tələb üzrə icraata xitam verilmiş, “Aygün” Xüsusi İstehsal Kommersiya şirkətinin ünvan 12 nömrəli binadan çıxarılmasına dair iddiaçının tələbi rədd edilmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvan 13 ünvanında yerləşən, 848.38 kv.metr sahəsi olan daşınmaz əmlak (bina) üzərində hüquq əldə etdiyini təsdiq edən müqavilənin ləğv olunması və ya etibarsız sayılması barədə hər hansı sübut iş üzrə materiallara əlavə edilməmiş, eləcə də cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

30. Bununla bağlı nəzər ə almaq lazımdır ki, əmlak üzərində hüquq həmin əmlakın əldə edilməsi barədə hüquqmüəyyənedici sənəd, o cümlədən müqavilə əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ tanınmalıdır. Bu qayda hazırkı mübahisəyə münasibətdə iddiaçının hüququnun tanınmasına da aiddir.

31. Nəzərə almaq lazımdır ki, iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququnun mövcudluğu, habelə həmin tələbində haqlı olub-olmaması yalnız iddiaçının iddia etdiyi və həmin əmlakın əldə olunmasına dair ilkin sənədlərdə, eləcə də iqti sad məhkəməsinin qətnaməsində qeyd olunan ünvanın dəqiqləşdirilməsindən, bunun üzərindən həmin ünvanın cavabdehin istinad etdiyi 2 Aprel küçəsinə aidiyətinin olubolmamasının (küçələrin adlarının dəyişdirilib-dəyişdirilməməsinin və hansı küçə adının hansı ada dəyişdirilməsinin) aydınlaşdırılmasından sonra müəyyən oluna bilər.

32. Belə ki, Cavabdeh3 tərəfindən İddiaçı MMC-nin iddia ərizəsində, eləcə də 907/361 saylı, xx.xx.1997-ci il tarixli məhkəmə qətnaməsində qeyd olunan 848.38 kv.metr sahəsi olan binanın Sabunçu qəsəbəsi, ünvan 5 ünvanda yerləşdiyi bildirilmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, İddiaçı MMC-nin iddia etdiyi 26 ünvan 14 ünvanı heç zaman ünvan 8 Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 422 saylı sərəncamı əsasında 2 Aprel küçəsi adlandırılmışdır.

33. Apelyasiya məhkəməsi tərəfindən qeyd olunan uyğunsuzluqlar və ziddiyyətlər aradan qaldırılmamış, onların araşdırılması məqsədi ilə sorğu əsasında ünvanın dəyişikliyi ilə bağlı müvafiq sənədlərin, o cümlədən küçələrin pasportlarının məhkəməyə təqdim olunması təmin edilməmiş, həmin sənədlər tədqiq olunmamış, beləliklə də İPM-in 12-ci və 58-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin normalara görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apelyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kol legiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-837/2022 nömrəli, 18 may 2022-ci il tarixli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar