Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1723/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xü susi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2016cı il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “X3” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-110/2023 nömrəli, 3 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALL ARİ
1. İddiaçı hərbi biletinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
2. Sabirabad rayon Dövlət arxivinin xx.xx.2018-ci il tarixli, 315 nömrəli arayışından görünür ki, İddiaçı 1976-cı ildə ”Komsomol” kolxozunda işləmişdir. 3. “X5” ASC-nin xx.xx.2020-ci il tarixli, 03 nömrəli arayışından görünür ki, İddiaçı 26 may 1977-ci ildən 2 №-li Sənaye kombinatına 108K nömrəli əmr ilə işə qəbul olunmuş və 14 iyul 1980-ci ildə 74K nömrəli əmr ilə işdən azad olunmuşdur. 4. "xxxx" ASC-nin 30 noyabr 2021-ci il tarixli, 07 nömrəli güzəştli iş stajı haqqında arayışında qeyd olunmuşdur: “Seyidhəsən Mirhadi oğlu xx.xx.1984-cü il tarixli, 19/k saylı əmrlə Əli-Bayramlı 15 saylı Yol Tikinti İdarəsinə 2-ci d ərəcə elektrik qaynaqçısı işinə qəbul edilmişdir. 30 Dekabr 1991-ci il tarixli 202/k saylı əmrlə 3-cü dərəcə verilmişdir, (əsas 30.Xİİ 1991-ci il 202/k saylı əmr sədr Mehtiyev Q.X). xx.xx.1999-cu il tarixli 16/k saylı əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı Mirhadi oğlu işlədiyi 15 il 7 ay 29 gün 3-cü dərəcə elektrik qaynaqçı peşəsində Azərbaycan Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli ümumi peşələrin, vəzifələrin və göstəricilərin siyahısında təsdiqlənib. Odur ki, İddiaçı Mirhadi oğlu güzəştli şərtlərə görə əmək pensiyası hüququnun olduğunu təsdiq edirik.”
5. Hacıqabul rayon Dövlət Arxivinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 57 nömrəli arxiv arayışından və əmək haqqı cədvəlindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə 40 nömrəli əmr ilə H acıqabul rayonu X7 X1 idarəsinə elektrik qaynaqçısı işinə qəbul olunmuş, xx.xx.2005-ci il tarixdə 35 nömrəli əmr ilə işdən azad olunmuş, həmin dövrlərdə əmək haqqı almışdır.
6. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş, lakin cavabdeh onun sığorta stajını təsdiq edən sənədlərin olmaması səbəbindən müraciətin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “X3” Qanunun 9.8-ci maddəsinə əsasən, xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqq ında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Sabirabad rayonunun Qaralı kəndində anadan olmuşdur. Hal-hazırda da Sabirabad rayon sakini olmaqla yaşayır. xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə kimi (2 il 18 gün) hərbi xidmətdə olmuşdur. xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə kimi Bakı Peşə Məktəbini “elektrik qaz qaynaqçısı" peşəsi üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ilin iyul ayından başlamış, xx.xx.2005-ci il tarixə kimi işləməklə 29 ildən çox ümumi əmək stajı vardır. İddiaçı əmək fəaliyyəti üzrə 1976-cı ilin iyul ayından 1977-ci ilin noyabr ayına kimi Sabirabad rayonu "Komsomol" adına kolxozda “kolxozçu”, xx.xx.1977-xx.xx.1980-cı il tarixə kimi “2 №-li Sənaye Kombinatı”nda “elektrik qaz qaynaqçısı”, xx.xx.1980-1981-ci ilin dekabr ayına kimi “Sabirabad 5 saylı Tikinti Sahəsi”ndə “qaynaqçı”, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi “Sabirabad rayon Meliorasiya Birliyi”ndə “qaynaqçı”, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixə kimi “24 №-li SMD”-də “qaynaqçı”, xx.xx.1984-cü il tarixdən xx.xx.1999-cu il tarixə kimi “3 saylı Avtomobil Yolları İdarəsi (15 saylı Yol-Tikinti İdarəsi)”ndə “elektrik qaynaqçısı”, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixə kimi “Sabirabad Suvarma İdarəsinin Balvar nasos stansiyası“nda "maşinist”, xx.xx.2000-ci il tarixdən xx. xx.2005-ci il tarixə kimi “Hacıqabul rayonu Qışlaqların Su ilə X1 İdarəsi"ndə “elektrik qaynaqçısı” və 2006-cı ilin sentyabr ayından 2007-ci ilin may ayına kimi "xxxx" MMC-də “elektrik qaynaqçısı” (lakin həmin cəmiyyət fəaliyyətini dayandırdığından və sənədlərini arxivə vermədiyindən işləməsinə dair arxivdən sənəd əldə edə bilməmişdir) vəzifələrində işləmişdir. Hal-hazırda işləmir. İddiaçı, əmək fəaliyyətinin təxminən hamısı ağır və zərərli iş stajı olduğuna görə hesab edir ki, ona xx.xx.2016-cı il tarixdən, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. xx.xx.2006-cı ilə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2016-cı il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Çünki, "X3" Q anunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən hüququ yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının Ümumi peşələr: “əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000-19906)” kodu ilə qeyd edilmişdir. «X3» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının “X3” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığ orta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı isə qeyd olunan 3 tələbdən heç birinə cavab vermir. Belə ki, iddiaçının əmək kitabçası 12 yanvar 1994-cü ildə açılmışdır, ona görə də, iddiaçının həmin tarixdən hər hansı qanunla müəyyən edilmiş qaydada sübut edilmiş əmək stajı mövcud deyil. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “X3” Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə ə sasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1.əmək kitabçası, 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 3.2.3. mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); 3.2.4. Hərbi qulluqçuların, qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; 3.2.5. İ qrup əlilə və sağl amlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud qanunvericiliyin tələblərinə əsasən, iddiaçının əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, ya əmək kitabçası, ya da onun üzrlü səbəblərdən olmadığı halda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə müəyyən edilir. İddiaçı iş stajının yalnız arayışlar əsasında müəyyən edilməsini tələb edir. Arayış əsasında stajın müəyyən edilə bilməsi isə yalnız 3.2.3-cü bənddə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxslər üçün nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının iş stajı qanunla müəyyən edilmiş qaydada təsdiq edilmədiyindən tələbin təmin ed ilməsi qeyri-mümkündür.
10. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1445/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim S.F.Həsənov) iddia təmin olunmuş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən, 57 yaşdan pensiya təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı təqdim etdiyi arxiv və işlədiyi müəssisələrin verdiyi arayışlarında öz əksini tapmışdır və həm in sənədlərdə göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə təqdim etdiyi sənədlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Şirvan Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 2-1(106)-110/2023 nömrəli, 3 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər O.N.İsmayılov /sədrlik edən və məruzəçi/, M.K.Həsənov və S.İ.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı S.M.X4 xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müraciətlərində ona dair əmək kitabças ını təqdim etməmişdir.
17. İddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli 03 nömrəli arayışa əsasən onun xx.xx.1977-xx.xx.1980-ci illərdə Sənaye kombinatında işlədiyi göstərilmişdir. Lakin qeyd olunan dövr İddiaçıya məxsus ******* nömrəli hərbi biletdəki xidmət illəri ilə üst-üstə düşür.
18. Bundan başqa iddiaçının təqdim etdiyi xx.xx.2021 -ci il tarixli 78 nömrəli arayışda onun xx.xx.1980-ci il tarixdə Sabirabad sahəsi üzrə fəhlə işinə qəbul olunduğu qeyd olunsa da işdən çıxış əmri müəyyən olunmamışdır.
19. Həmçinin, iddiaçının təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2021 -ci il tarixli 07 nömrəli arayışında onun xx.xx.1984-xx.xx.1991-ci illərdə 2-ci dərəcə elektrik qaynaqçısı, xx.xx.1991-xx.xx.1999-cu illərdə 3-cü dərəcə elektrik qaynaqçısı işlədiyi göstərilmiş və iş illərinin güzəştli şərtlərlə əmək pensiyası hüququ yaratdığı göstərilmişdir.
20. Lakin qeyd olunan güzəştli arayış tələb olunan rekvizitlərə cavab vermir. Həmin arayışda qeyd edilən vəzifənin sözügedən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının hansı bölmə, bənd, şifr, siyahısında sadalandığı göstərilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “X3” Qanun Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin ol unduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsin də qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə 67. v) bəndi. hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanl arında xidmət müddəti iş stajına daxil edilir. Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiy a təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 25. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə
13. Redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997- ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.
26. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya i nstansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSA SİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. X6 Məhkəməsinin hüquqi mövqeyinə görə, şika yətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin fak tiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Hazırkı işdə iddiaçının hüquqi marağı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi ilə bağlıdır.
33. İlk öncə qeyd edilməlidir ki, işdə mövcud olan arayışlara əsasən iddiaçının 25 ildən artıq ümumi stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir.
34. Cavabdeh kassasiya şikayətində iddiaçının əmək kitabçasını təqdim etməməsini və güzəştli iş stajını mübahisələndirir.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apelly asiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
38. Belə ki, cavabdeh tərəfindən mübahisələndirilən digər məsələ iddiaçının əmək kitabçasını təqdim edilməməsi ilə ba ğlıdır.
39. Bununla bağlı məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən çıxış etməklə qeyd edir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “X3” Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları (və ya müəssisə tərəfindən təqdim edilən arayışlar) nəzərə alına bilər.
40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilmişdir ki, iddiaçı 1976-cı ildə ”Komsomol” kolxozunda işləməsinə dair Sabirabad rayon Dövlət arxivinin xx.xx.2018ci il tarixli, 315 nömrəli arxiv arayışını, xx.xx.1977-ci ildən xx.xx.1980-ci il tarixədək 2 №-li Sənaye kombinatınd a işləməsinə dair X5” ASC-nin xx.xx.2020-ci il tarixli, 03 nömrəli arayışını, xx.xx.1980- ci il tarixdən 5 saylı tikinti sahəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sabirabad Kolxozlar arası Meliorasiya Birliyində və xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək 24 saylı SMD-də işləməsinə dair Sabirabad rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli, 78 nömrəli arayışlarını, xx.xx.1984-cü il tarixdən xx.xx.1999-cu il tarixədək ƏliBayramlı 15 saylı Yol Tikinti İdarəsində işləməsinə dair "xxxx" ASC-nin 30 noyabr 2021-ci il tarixli, 07 nömrəli arayışını, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək X2 İdarəsində Balvar nasos stansiyasında işləməsinə dair Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsinin xx.xx.2021-ci il tarixli, 103 nömrəli ara yışını, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Hacıqabul rayonu X7 X1 İdarəsində işləməsinə dair Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli, 221 nömrəli arxiv arayışını təqdim etmişdir
41. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının əmək fəaliyyəti təqdim etdiyi arayışlarla təsdiqləndiyindən sözü gedən dövr ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, məhkəmə araşdırmasının gedişində arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir.
42. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh in imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
43. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
44. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədə n saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-110/2023 nömrəli, 3 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.