Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1723/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə qərarına onun məzmununu dəyişdirmədən izah verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızın və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dördüncü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqqın pensiyasına hesablanmaqla pensiyanın yenidən hesablanıb, məbləğin müəyyən edilməsi və keçən müddət üçün pensiya hüququ yarandığı vaxtdan, yəni 12 aprel 2007-ci ildən hazıra kimi olan müddət ərzində yaranmış fərqin birdəfəlik qaydada ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1137/2024 nömrəli, 05 mart 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Resp ublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dördüncü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqqın pensiyasına hesablanmaqla pensiyanın yenidən hesablanıb, məbləğin müəyyən edilməsi və keçən müddət üçün pensiya hüququ yarandığı vaxtdan, yəni 12 aprel 2007-ci ildən hazıra kimi olan müddət ərzində yaranmış fərqin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-3602/2022 saylı qərarı ilə (hakim X1) iddia qismən təmin edilmiş, İddiaçı dördüncü ixtisas dərəcəsinə görə Respub likada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqqın pensiyasına hesablanmaqla pensiyanın yenidən hesablanması və 16 iyun 2018-ci il tarixdən ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddianın qalan hissədə rədd edilmişdir.
3. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün 19 avqust 2022-ci il tarixdə cavabdeh inzibati orqana göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. Cavabdeh 07 sentyabr 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2022 saylı 12 may 2022-ci il tarix li qərarına izah verilməsini xahiş etmişdir.
5. Ərizədə göstərilmişdir ki, məhkəmə qərarına əsasən, İddiaçı ixtisas dərəcəsinə görə əlavənin ödənildiyi dövr ilə (xx.xx.1993- xx.xx.1996-ci il, xx.xx.1996- xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər) adıçəkilən şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının hesablanması zamanı əsas götürülən dövr (xx.xx.1987- xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər) fərqli olduğundan həmin pul təminatının əmək pensiyasına tətbiq edilib- edilməməsi hissəsində məhkəmə qərarına izah verilməlidir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim X1) Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3602/2022 saylı iş üzrə qəbul edilmiş 12 may 2022-cu il tarixli qərarına izah verilməsi barədə cavab deh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) ərizəsinin təmin edilməməsi qərara alınmışdır. 7. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 1-ci bəndində göstərilmişdir: “Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.” Həmin Qərarın 5-ci bəndinə əsasən, “məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazıl mamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” Həmin Qərarın 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin izah verilməsi barədə ərizəsi qərardakı hüquqi terminlərin və ifadələrin yerində və Azərbaycan dilinin qrammatik qaydalarına uyğun işlədilməməsi, qərarın tərtib olunmasında anlaşılmayan, iki və ya çoxmənalı söz və ifadələrdən istifadə olunması, həmçinin ziddiyyətli olması nəticəsində məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və qərarı n icrasında çətinlik yaranması ilə əlaqədar olmamışdır.
8. Daha sonra iddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-3602/2022 saylı qərarına izah verilməsini xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibatı Məhkəməsinin 12 may 2022-ci il tarixli 2-1(112)-3602/2022 nömrəli qərarı ilə iddiaçının cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 4-cü ixtisas dərəcəsinə görə əlavə haqqın pensiyaya hesablanması tələbinə dair iddia qismən təmin edilmiş, həmin qərardan bu vaxta kimi şikayət verilmədiyindən qərar öz qanuni qüvvəsini almışdır. Uzun sürən müraciətləri və məhkəmənin xəbərdarlıq məktubları nəticəsində məhkəmənin qərarı 2023cü ilin mart ayında icraya yönəldilsə də, iddiaçının pensiyasına hesablanmış bu əlavə haqq düzgün hesablanmamış və 11 aprel 2023-cü il tarixdə bu məsələ ilə əlaqədar qəbulda olarkən qərarın icrasına qarşı mərkəzi filiala narazılığını bildirmiş, bu barədə rəsmi qaydada cavabdeh təşkilata 14 aprel 2023-cü il tarixdə ərizə ilə müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Mövcud qanunvericiliyin tələbinə əsasən keçmiş, hazırki və sonrası dövrlər (illər) üçün ixtisas dərəcəsinə görə əlavə haqqın hesablanması həmin dövrlərdə mövcud olan respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləği əsasında həll edilməlidir, lakin cavabdeh təşkilat keçmiş dövrə görə ixtisas dərəcəsinə əlavəni həmin dövrlərdə mövcud olan minimum əmək haqqı məbləği əsasında həll etdiyi halda, 2023-cü ildə respublikada minimum əmək haqqı xx.xx.2023-cü ildən 345 manat olmasına baxmayaraq cavabdeh bu əlavəni 300 manatdan pensiyasına səhvən hesablayır ki, bu hal da qanunvericiliyin tələbinə ziddir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2022 saylı, 18 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakim X1) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2022 saylı inzibati iş üzrə 12 may 2022-ci il tarixli qərarına (icrasına )izah verilməsi barədə ərizə təmin edilərək qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2022 saylı inzibati iş üzrə 12 may 2022-ci il tarixli qərarına izah verilməsi barədə cavabdehin ərizəsi təmin edilməli, “dördüncü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqqın pensiyaya hesablanmaqla pensiyanın yenidən hesablanıb, məbləğin müəyyən edilməsi və keçən müddət üçün pensiya hüququ yarandığı vaxtdan, yəni 12 aprel 2007-ci ildən hazıra kimi olan müddət ərzində yaranmış fərqin birdəfəlik qaydada” dedikdə 2023-cü il də daxil olmaqla 2023-cü ilin yanvar ayından minimum əmək haqqının iki misli (345 manat x 2 ) məbləğində nəzərə alınmaqla ödənilməsi izah olunmalıdır.
11. Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericiliyə əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilməklə 2023-cü ilin yanvar ayından tətbiq edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan məhkəmə qərarının icrası zamanı Azərbaycan Respublikasının Prezidentinin sözügedən sərəncamının nəzərə alınmasını məqsədə uyğun hesab etməmişdir. Məhkəmə qərarı düzgün və tam icra edilməməsi nəticəsində iddiaçıya 2023-cü il üçün əmək pensiya sının məbləği düzgün müəyyən edilməmişdir. Buna görə də, cavabdehə izah edilməlidir ki, iddiaçının 2023-cü il üçün əmək pensiyası məbləği, məhkəmələrin ixtisas dərəcəsinə görə əlavə haqqın 2023-cü ilin yanvar ayından minimum əmək haqqının iki misli (345 manat x 2 ) məbləğində nəzərə alınmaqla, hesablanmalıdır.
12. Cavabdeh apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)3602/2022 saylı, 18 oktyabr 2023-cü il tarixli izah qərardadının ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1137/2024 nömrəli iş üzrə 05 mart 2024-cü il tarixli qərardadı ilə (hakimlər X2 (məruzəçi), X3 və X4) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3602/2022 saylı, 18 okt yabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmşdır.
15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Şikayətdə MPM-in 230.3-cü maddəsinə, İPM-in 12.1, 58.7-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticənin qanunsuz və əsassız olduğu qeyd edilir.
17. Belə ki, iş üzrə yekun məhkəmə aktına əsasən apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, icrasına izah verilməsi xahiş edilən Bakı İnziba ti Məhkəməsinin 2-1(112)-3602/2022 nömrəlin inzibati iş üzrə 14 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən, eləcə də həmin qərar qismən icra olunduğuna görə iddiaçının ərizəsinə əsasən onun izah edilməsi mümkündür. Həmçinin məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilməklə 2023-cü ilin yanvar ayından tətbiq edilməsi nəzərdə tutulur.
18. Lakin Bakı Apellyasiya Məhkəməsi prosessual hüquq normasını düzgün tətbiq etməyərək iş üzrə düzgün olmayan qərar çıxarmışdır. “Əmək pensiyaları haqqında" Qanunun 20.7-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən sabiq hakimlərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Bununla əlaqədar iddiaçının müraciətində göstərdiyi ölkə üzrə minimum əmək haqqının 1 yanvar 2023-cü il tarixindən artırılması ilə əlaqədar əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli 2-1(112)-3602/2022 nömrəli qərarı artıq icra olunduğundan, həmin qərara izah gətirilməsi ilə bağlı ərizənin təmin olunması qanunvericiliyin tələblərin ə ziddir. 20. “Məhkəmə qətnamə haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı,24 noyabr 2005-ci il tarixli Qərarında qeyd olunur ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır.
21. Qanunvericilik zərurət olduqda məhkəmə qərarına, habelə icra sənədinə onun məzmununu dəyişmədən izah verilməsi qaydasını nəzərdə tutmuşdur. Lakin qanunun mənasına görə, belə izah məhkəmə qərarı icra olunanadək, onun məzmununu dəyişdirmədən yalnız o halda verilməlidir ki, həmin sənəddə ifadə edilmiş tələb aydın göstərilməsin, qeyri-müəyyən və anlaşılmayan olsun. Hazırkı işdən müəyyən olunmuşdur ki, məhkəmənin 12 may 2022-ci il tarixli 2-1(112)-3602/2022 qərarı qanuni qüvvəsini almış, cava bdeh tərəfindən artıq icra olunmuşdur. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi iş üzrə xx.xx.2024-cü il tarixli 2-1(103)- 1137/2024 nömrəli qərardad qəbul edərkən maddi və prosessual qanunvericiliyin tələb və göstərişlərinə lazımi qaydada əməl etməmiş, qanunvericilik normalarını düzgün şərh edərək tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
230. Qətnamənin və ya qərardadın izah edilməsi 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəy işirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.
24. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə
155. Əmək haqqının minimum məbləği
1. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
2. Minimum əm ək haqqı-iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir....
6. Minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən b axılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmə də icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivə sində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının izah edilməsi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi izahla bağlı halları kifayət q ədər təhlil etməmişdir. 30. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdi rilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir.
31. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq bildirir ki, qəbul edilmiş qərardad qərarın izahına dair tələblərə cavab vermir. Belə ki, qərara verilmiş izahda (apelyasiya instansiyası məhkəməsi bu izahla tam razılığını qəbul etdiyi qərardadla ifadə etmişdir) “dördüncü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqqın pensiyaya hesablanmaqla pensiyanın yenidən hesablanmasını” qeyd etmişdir.
32. Lakin məhkəmə minimum əmək haqqı məbləği ilə bağlı məqama izah verərkən bunun hansı dövrləri əhatə etdiyini qeyd etməmişdir. Qüvvədə olan əmək qanunvericiliyinə əsasən minimum əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsində olan sosial normativdir. Bu sosial normativ müvafiq icra hakimiyyəti orqanının qərarı ilə (Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur) Azərbaycan Respublikasında əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə hər il müxtəlif pul məbləğində özünü ehtiva edir.
33. Azərbaycan Respublikasında minimum əməkhaqqı dinamik formada dəyişkən xarakterə malik olmaqla, müxtəlif illərdə fərqli məbləğlərdə olmuşdur.
34. Bu səbəbdən də yuxarı da qeyd edildiyi kimi izahla bağlı qərardadda “Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləği” ifadəsinin işlədilməsinin hansı dövrlərə aid olması əksini tapmamışdır.
35. Qərardadda qeyri-müəyyənlik yaradan məqamlardan biri də iddiaçının pensiya hüququnun yaranma vaxtı ilə əlaqədardır. Birinci instansiya məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-3602/2022 saylı qərarında (iddiaya mahiyyəti üzər baxılaraq hüquqi qiymət verilmişdir) iddiaçının pensiya hüququnun 16 iyun 2018-ci il tarixdən yarandığı qeyd edilsə də, izahla bağlı qərardadda bu hüququn 12 aprel 2007-ci il tarixdə mövcud olduğu göstərilmişdir.
36. Məhkəmə kollegiyası bu qeyri-müəyyənliyin aradan qaldırılmasının və iddiaçının pensiya hüququnun, daha dəqiq yenidən hesablanmanın konkret hansı vaxtdan müəyyən edilməsi nin əhəmiyyətli olması qənaətindədir.
37. Nəzərə alınmalıdır ki, məhkəmə qərarına onun məzmunu dəyişdirilmədən izah verilə bilər. Apelyasiya instansiyası məhkəməsi qanunun bu tələbini pozmuş, gəldiyi nəticəni əsaslandırmamışdır.
38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin Bakı İnzibati Məhkəməsinə ünvanlandığı 18 aprel 2023-cü il tarixli məktubunda Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-3602/2022 nömrəli qərarının icrası məqsədi ilə İddiaçı ötən dövr üzrə ödənilməli olan 14072,16 manat fərq məbləğinin müəyyən edildiyi, həmin məbləğin xx.xx.2023-xx.xx.2027-ci il tarixlər arasındakı dövr ərzində hissə-hissə hər ay 293,17 manat olmaqla iddiaçının müvafiq kart hesabına köçürülməklə məhkəmə qərarının tam başa çatdırılacağı bildirilmişdir (iş vər 97).
39. La kin apelyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilinə münasibət bildirməmiş, hesabalanmış əlavə pensiya məbləğinin hansı qaydada müəyyən edilməsini, habelə məhkəmə qərarının icrasının başa çatıb-çatmamasını, icranın qərara uyğun həyata keçirilməsini yoxlamamışdır.
40. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən halların ətraflı araşdırılması üçün cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, əlavə araşdırmaya zərurət yarandığından şikayət ərizənin rədd olunması hissəsində təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 05 mart 2024-cü il tarixli, 21(103)-1137/2024 saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Şikayət qalan hissədə təmin olunmasın. Qərar qətidir.