Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1724/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə Açar sözlər: vergi öhdəliyini ödənilməsini təmin etmək üçünəmlakın siyahıya alınması, vergi orqanının rəhbəri, sahibkarlıq sahəsində aparılan yoxlama tədbiri. QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin nümayəndəsi oğlunun v ə vəkili iştirakı ilə İddiaçı-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarın etibarsız sayılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-426/2019 saylı iş üzrə 08 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəli rlər Departamenti tərəfindən 11.05.2017-ci il tarixli “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” ********** nömrəli qərarının etibarsız (qanunsuz) sayılması, həmin qərar əsasında 17.05.2017-ci il - 29.06.2017-ci il tarixləri arasında keçirilmiş iddiaçının əmlakının siyahıya alınmasının etibarsız (qanunsuz) sayılması, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin səlahiyyətli vəzifəli şəxslər tərəfindən tərtib edilmiş 29.06.2017-ci il tarixli, ********** nömrəli “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirilməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında Protokol”un etibarsız (qanunsuz) sayılması və Azərbaycan Respublikası Vergilər Naz irliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktorunun müavini Telman Hüseynli tərəfindən imzalanmış, İddiaçı-yə ünvanlanmış və **********497700 qeydiyyat nömrəsi ilə 19.06.2017-ci il tarixdə onlayn kargüzarlıq qutusuna daxil olmuş məktubunu etibarsız (qanunsuz) sayılmasına dair qərarın qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-161/2018 saylı, 21 sentyabr 2018-ci il tarixli qərardadı (hakim – Z.M.Tağıyev) ilə İddiaçı-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “əmlakının siyahıya alınması, buna dair protokolun və məktubun etibarsız sayılması” barədə iddia tələbi “qərar əsasında 17.05.2017-ci il-29.06.2017-ci il tarixləri arasında keçirilmiş iddiaçının əmlakı nın siyahıya alınmasının etibarsız (qanunsuz) sayılması, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin səlahiyyətli vəzifəli şəxslər tərəfindən tərtib edilmiş 29.06.2017-ci il tarixli, ********** nömrəli “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirilməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında Protokol”un etibarsız (qanunsuz) sayılması və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktorunun müavini Telman Hüseynli tərəfindən imzalanmış, İddiaçı-yə ünvanlanmış və **********497700 qeydiyyat nömrəsi ilə 19.06.2017-ci il tarixdə onlayn kargüzarlıq qutusuna daxil olmuş məktubunu etibarsız (qanunsuz) sayılması” hissəsində mümkün sayılmamı şdır. İddiaçı həmin qərardadı mübahisələndirməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-161/2018 saylı, 21 sentyabr 2018-ci il tarixli qərarı (hakim – Z.M.Tağıyev) ilə isə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən 11.05.2017-ci il tarixli “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” ********** nömrəli Qərarının etibarsız (qanunsuz) sayılmasına dair iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan isə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-426/2019 saylı, 08 fevral 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – S.S.Seyidova, hakimlər – V.M.Məmməd ov və İ.B.Əhmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-161/2018 saylı, 21 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-426/2019 saylı, 08 fevral 2019-cu il tarixli qərarını ləğv edib işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” ********** nömrəli, 11.05.2017-ci il tarixli qərardan görünür ki, həmin qərar Azərbaycan Respublika sı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktorunun müavini tərəfindən qəbul edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 89.7 və 89.9cu maddələrində birmənalı şəkildə göstərilmişdir ki, verpgi ödəyicisinin əmlakının siyahıya alınması haqqında müvaifq qərarları qəbul etmə səlahiyyəti yalnız vergi orqanının rəhbərinə məxsusdur. Bundan başqa, mübahisələndirilən qərar yoxlamaların vahid məlumat reyestrində də qeydiyyata alınmamışdır. Bununla da, apellyasiya məhkəməsi mübahisəyə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.1, 1.1.2, 1.1.11, 2.1, 2.2, 3.2, 13.1, 13.2, 13.3. və 20.1-ci maddələrinin normalarını tətbiq etməli olduğu halda, tətbiq etməmişdir. Tərəflər in izahatları Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahis ə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti (hazırki hüquqi varisi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamenti) İddiaçı barəsində “Vergilərin hesablanması barədə” 11 mart 2016-cı il tarixli **********281900 saylı qərarla 2013-c ü ilin dekabr ayı üçün 2495267.71 manat ƏDV, **********288800 saylı Qərarla 2260713.28 manat 2013-cü il üzrə mənfəət vergisi, **********286400 saylı Qərarla qərarla 2014-cü ilin dekabr ayı üçün 2007491.39 manat ƏDV, **********289500 saylı Qərarla 2226165.07 manat 2014-cü il üzrə mənfəət vergisi, 19 aprel 2016-cı il tarixli **********157600 saylı Qərar ilə 335235.22 manat 2015-ci il üzrə mənfəət vergisi hesablamışdır. Həmin qərarlarla razılaşmayan İddiaçı isə məhkəməyə müraciət edərək “Vergilərin hesablanması barədə” 11 mart 2016-cı il tarixli **********281900 saylı, **********288800 saylı, **********286400, **********289500 saylı Qərarların, 19 aprel 2016-cı il tarixli **********157600 saylı Qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Həmin mübahisə üzrə qəbul edilmiş məhkəmə aktl arı (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-2138/2016 saylı 22 sentyabr 2016-cı il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2572/2016 saylı 29 dekabr 2016-cı il tarixli qərarı və Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(101)965/2017 saylı 25 aprel 2017-ci il tarixli qərarı) ilə son nəticədə İddiaçı-nin iddiası təmin edilməmiş, hesablanmış vergi borcu qətiləşmişdir. Bundan sonra isə sözügedən vergi öhdəliyi vergi ödəyicisi tərəfindən yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən 11.05.2017-ci il tarixdə “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” ********* * nömrəli qərar qəbul edilmişdir. Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, mübahisələndirilən qərarın etibarsız sayılmasına dair əsasların olmadığı, həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olduğu ilə bağlı apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Vergi Məcəlləsinin 89-cu maddəsinə görə: 89.1.Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, vergi orqanı ve rgi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əla qədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Göründüyü kimi qanunvericiliyin sadalanan normalarına əsasən vergi öhdəliyinin yerinə yetirilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Hazırkı iş üzrə isə İddiaçınin dövlət büdcəsi qarşısında ödənilməmiş vergi öhdəliyinin mövcudluğu müəyyən olduğundan cavabdeh tərəfindən qəbul edilmiş əmlakın siyahıya alınmasına dair 11.05.2017-ci il tarixli qərar qanuni və əsaslı olmuşdur. Kollegiya aşağıda göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Kassasiya şikayətində göstərilən dəlillərdən biri ondan ibarət olm uşdur ki, “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” ********** nömrəli, 11.05.2017-ci il tarixli qərar Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktorunun müavini tərəfindən qəbul edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 89.7 və 89.9-cu maddələrində birmənalı şəkildə göstərilmişdir ki, vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında müvafiq qərarları qəbul etmə səlahiyyəti yalnız vergi orqanının rəhbərinə məxsusdur. Bu dəlillə bağlı olaraq kollegiya qeyd edir ki, Vergi Məcəlləsinin 89.7 və 89.9-cu maddələrində təsbit edilmiş əmlakın siyahıya alınmasına dair qərarın vergi orqanının rəhbəri tərəfindən qəbul ediləcəyinə dair müddəa hərfi mənasına uyğun şərh olunmamalıd ır. Qanunda nəzərdə tutulmuş vergi orqanının rəhbəri ifadəsi qərarın vergi orqanının müvafiq səlahiyyətli məsul vəzifəli şəxsi tərəfindən qəbul edilməsini nəzərdə tutur. Belə məsul vəzifəli şəxs kimi həm də səlahiyyət sahibi olan şəxs tərəfindən müvafiq qaydada səlahiyyətləri ötürülmüş şəxs də qəbul edilə bilər. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktorunun müavini isə belə səlahiyyətli məsul vəzifəli şəxs olduğundan onun tərəfindən qəbul edilmiş əmlakın siyahıya alınması haqqında ********** nömrəli, 11.05.2017-ci il tarixli qərar Vergi Məcəlləsinin 89.7 və 89.9-cu maddələrinin tələb etdiyi qaydada səlahiyyətli şəxs tərəfindən qəbul edilmiş qərar olmuşdur. İddiaçının bir digər dəlili mübahisələndirilən qərarın yoxlamaların va hid məlumat reyestrində qeydiyyata alınmaması ilə bağlı olmuşdur. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsi mübahisəyə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.1, 1.1.2, 1.1.11, 2.1, 2.2, 3.2, 13.1, 13.2, 13.3. və 20.1-ci maddələrinin normalarını tətbiq etməli olduğu halda, tətbiq etməmişdir. Kollegiya aşağıda göstərilənlərə əsasən bu dəlili də əsassız hesab edir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiym ətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Bu Qanun cinayət təqibinin həyat a keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Ələt azad iqtisadi zonasında sahibkarlıq sahəsində aparılan yoxlamalar “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüqu qi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunvericiliyin qeyd edilən müddəlarını nəzərə almaqla kollegiya hesab edir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən qəbüul edilmiş ********** nömrəli, 11.05.2017-ci il tarixli “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqq ında” qərar sahibkarlıq sahəsində aparılan yoxlama tədbiri deyildir. Bu qərar artıq qətiləşmiş vergi öhdəliyinin icrasını təmin etməyə yönəlmiş tədbir kimi qanunvericilikdə nəzərdə tutulmuş üsullardan biridir. Vergi orqanı tərəfindən qəbul edilmiş belə qərarın müvafiq olaraq sahibkarlıq sahəsində aparılan yoxlama kimi yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması da tələb olunmur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəs ini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-426/2019 saylı iş üzrə 08 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1724/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1724/2019
18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver