Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1724/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 4 uşaq anası kimi 50 yaşından yaşa görə əmək pensiyasının yenidən hesablanması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Abşeron-Xızı regional filialına qarşı iş üzrə “ hüququnun yarandığı 2008-ci il tarixdən 4 uşaq anası kimi 50 yaşından 25 il stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(105)-456/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Ailəlidir, doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 4 övladı var. xx.xx.1983-cü il taixdə X2, xx.xx.1986-cı il tarixdə X5, xx.xx.199 1-ci il tarixdə isə əkiz övladları Cəfərov Sarvan və X3 dünyaya gəlmişlər. O, 4 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmişdir. ИТ-2294966 saylı əmək kitabçasından görünür ki, o, 28 avqust 1981-ci ildən 01 sentyabr 2006-cı ilədək kənd məktəbində, 08 noyabr 2018-ci ildən 03 yanvar 2019-cu ilədək Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyində işləmişdir. O, 5 ildən artıq sığorta stajına malikdir və xx.xx.2019-cu il tarixdə 60 yaşında təqaüdə çıxmışdır.
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Abşeron-Xızı regional filialına ərizə ilə müraciət edərək hüququnun yarandığı 2008-ci il tarixdən 4 uşaq anası kimi 50 yaşından 25 il stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesabla naraq ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirilmişdir ki, ‘‘Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanunun 7ci maddəsinə əsasən pensiya yaşına çatmış hər bir vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vedikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sğorta stajı olduqda (2017-ci il iyulun 1-nədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğ un şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Onun ərizəsinə əlavə etdiyi sənədlərdə 4 uşaq göstərildiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ona hüququnun yarandığı 2008-ci il tarixdən 4 uşaq anası kimi 50 yaşından 25 il stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, o xx.xx.1958-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Düdəngi kəndində anadan olmuşdur. 1 975-ci il tarixdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş,1981-ci il tarixdə həmin institututu bitirib Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun, Düdəngi kənd məktəbinə müəllimə təyin olunmuş, xx.xx.2006-cı il tarixdə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə yenidən hazırlanma kursunu bitirmiş, xx.xx.2018-ci il tarixdə Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə 60 yaşda təqaüdə çıxmışdır. Ailəlidir, 4 övladı var. Övladları 18 yaşlarına qədər himayəsində olmuşdur. Son dövrdə ona məlum olmuşdur ki, onun 2008-ci il tarixdə, 4 uşaq anası kimi 50 yaşında (h əmin dövrdə) qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyası almaq hüququ olmuş, lakin o, 2008-ci il tarixdə əmək pensiyası almaq üçün müraciət etməmişdir. Qeyd olunan hüququndan istifadə etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafə Fondunun Sumqayıt şəhər şöbəsinə xx.xx.2021-ci il tarixdə əmək pensiyasının yenidən hesablanmasına dair müraciət etmiş, imtina cavabı almışdır.
6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Etirazda qeyd edilmişdir ki, iddiaçıya hüququ yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı daha sonra yenidən cavabdehə müraciət edərək 4 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiy ini və pensiya almaq hüququnun 2008-ci il tarixində yarandığını və bu səbəbdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmalı olduğunu bildirmişdir. Fondun 1 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubunda iddiaçının 4 övladı olduğundan mövcud qanunvericiliyə əsasən ona çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların həmin Qanunun 7ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Lakin bü tün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-440/2022 nömrəli, 05 mart 2022-ci il tarixli qərarı ilə (hakim L.Mirzəyeva) iddia qismən təmin edilmiş, İddiaçı 12 mart 2018-ci il tarixdən çoxuşaqlı ana kimi əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Abşeron-Xızı regional filialının üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iddiaçının övladları X5 28 yanvar 1986-cı ildə, X1 23 noyabr 1991-ci ildə, X2 24 avqust 1983-cü ildə, X4 23 noyabr 1991-ci ildə anadan olmuşlar. Bununlada iddiaçının 4 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi yuxarıda qeyd edilən sənədlərlə təsdiq edilir. Eyni zamanda iddiaçıya məxsus ИТ2294966 saylı əmək kitabçasından görünür ki, o, 28 avqust 1981-ci ildən 01 sentyabr 2006-cı ilədək kənd məktəbində, 08 noyabr 2018-ci ildən 03 ya nvar 2019-cu ilədək Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyində işləmişdir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, iddiaçı 5 ildən artıq sığorta stajına malikdir. Bundan başqa 10 yanvar 2010-cu il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçının 50 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, qanunun tələblərini əsas götürdükdə iddiaçının 50 yaşı 2008-ci ilin iyul ayının 7-də tamam olmuş, həmin vaxt iddiaçı dörd uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadın statusuna malik olmuşdur. Lakin, iddiaçı cavabdehə 12 mart 2021-ci il tarixində müraciət etdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbləri baxımından pensiya məbləği ona 12 mart 2018-ci il tarixdən ödənilməlidir.
9. Cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(105)-456/2022 nömrəli qərarı ilə (sədrlik edən – F.Ə.Məmmədov, hakimlər – İ.K.Dəmirov və Z.İ.Məmmədov) apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2-1(118)-440/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayəti imtina məktubunun və iddia tələbinə qarşı etirazın məzmunu ilə eynidir.Bundan başqa əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı inzibaii orqana (cavabdehə) ona çoxuşaqlı ana kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı hər hansı bir müraciət etməmişdir. Eyni zamanda apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən iddiaçıya çoxuşaqlı ana kimi əmək pensiyasının təyin olunması öhədliyinin cavabdehin üzərinə qoymamış, yəni iddiaçını belə hüquqla təmin etməmişdir.Sadəcə çoxuşaqlı ana kimi əmək pensiyasının yenidən hesablanmalı olduğunu bildirmiş dir.Bu isə mövcud olmayan bir hüququn icra olunması deməkdir. Belə olan təqdir də istər qanunvericilik baxımından, istərsə də praktiki olaraq hər iki instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə qərarları təmin olunmamış bir hüququn icrasını tələb edə bilməz. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci, 8.1-ci və 32.1-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Konstitusiyası Maddə
38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təmin at almaq hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (01 yanvar 2010-cu il tarixədək qüvvədə olan redaksiya): Maddə
8. Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası 8.1. Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; 5 uşağı olanlar - 49 yaşına çatdıqda; 6 uşağı olanlar - 48 yaşına çatdıqda; 7 uşağı olanlar - 47 yaşına çatdıqda; 8 uşağı olanlar - 46 yaşına çatdıqda; 9 uşağı olanlar - 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar - 44 yaşına çatdı qda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
17. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qəra rı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisə li hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şi kayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
23. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD saylı Qanunu qüvvəyə minənədək yaranmışdı.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, əmək pe nsiyaları haqqında qanunvericiliyin sadalanan normalarından göründüyü kimi iddiaçıya çox uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edə bilmək üçün üç şərt tələb olunur: 4 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi; azı 5 il sığorta stajının olması; şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması.
25. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətləri ilə təsdiq olunur ki, iddiaçının övladları X5 28 yanvar 1986-cı ildə, X1 23 noyabr 1991-ci ildə, X2 24 avqust 1983-cü ildə, X4 23 noyabr 1991-ci ildə anadan olmuşlar.
26. Daha sonra ИТ-2294966 saylı əmək kitabçasına əsasən iddiaçı, 28 avqust 1981-ci ildən 01 sentyabr 2006-cı ilədək kənd məktəbində, 08 noyabr 2018-ci ildən 03 yanvar 2019-cu ilədək Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyində işləmi şdir.
27. Eyni zamanda şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması şərti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 10 yanvar 2010-cu il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçının 50 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Qanunun tələblərini əsas götürdükdə iddiaçının 50 yaşı 2008-ci ilin iyul ayının 7-də tamam olmuş, həmin vaxt iddiaçı dörd uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadın statusuna malik olmuşdur.
28. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda şərh edilənlərə və Azərbaycan R espublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(105)-456/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.