Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1725/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: 11.06.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı və cavabdeh şöbənin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasıqıq təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh şöbənin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qərarı ilə (hakim R.Kərimli; iş No 2-1 (82)-981/2018) iddianın təmin edilməsi, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva; iş № 21(103)-281/2019) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasın dan xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş İ ddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instans iya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. Onun işin materiallarında olan 14.01.1974-cü tarixli əmək kitabçasının surətinə əsasən, iddiaçı əmək fəaliyyətinə 14.01.1974-cü ildə suvaqçı - rəngsaz peşəsi üzrə başlamış, 22.10.1974-cü ildən Sovet ordusunda hərbi xidmət keçmiş, 14.01.197414.02.1977-ci ilədək 5 saylı Tikinti Trestində 2-ci dərəcəli suvaqçı işləmiş, 01.09.1977 17.07.1978-ci illər ərzində təhsil almış, 23.03.1979-cu ildən 02.09.1980-ci ilədək 26 saylı sexdə 3-cü dərəcəli xarrat vəzifəsində, 12.12.1980-ci ildən Abşeron montaj idarəsinin Mingəçevir m/sahəsinə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 11.01.1982-ci ildən 4-cü dərəcəli bourçu, 26.05.1991-ci ildən isə 5-ci dərəcəli texnoloji boruların montajçısı dərəc əsi verilmiş, 25.07.2002-ci ildə öz xahişi ilə vəzifədən azad edilmiş, 05.08.2002-ci ildən 01.11.2004-cü ilədək “xxxx” Birgə Müəssisəsinə boruçu peşəsi üzrə, 04.11.2004-cü ildən 09.03.2006-cı ilədək “xxxx” ASC-də boru quraşdırıcı, 13.03.2006-cı ildən 13.09.2006-cı ilədək 4-cü dərəcəli boruçu vəzifəsində işləmişdir. İddiaçı hesab etmişdir ki, qanunla tələb olunan 25 il ümumi və müvafiq güzəştli iş sığorta stajını 01.01.2006- cı il tarixədək toplamışdır. Bu əsasla iddiaçı cavabdeh şöbəyə müvafiq ərizə ilə müraciət etmişdir ki, ona 57 yaşdan güzəştli şətlərlə yaşa görə əmək pensiyası təyin edilsin. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 14 iyun 2017-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsas ən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahı üzrə çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından, onun gü zəştli şərtlərlə əmək pensiyası hüququ yaranmır. İşin materiallarında olan, apellyasiya instansiya məhkəməsi tərəfindən işə cəlb olunmuş mütəxəssis X1 tərəfindən tərtib edilmiş rəyə görə, yaşa görə pensiya təminatında əməyin xüsusi şəraiti ilə əlaqədar müəyyən olunan güzəştlərdən istifadə edənlərin dairəsi “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində açıqlanmışdır. Belə güzəştlərdən daha geniş formada yeraltı işlərdə əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilər istifadə edirlər. Bu kateqoriyadan olan şəxslərə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunarkən “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, sahələrin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na istinad olunur. Bu siyahıda pensiya almaq hüququ verən istehsalatlar, sahələr, peşələr, və zifələr, göstəricilər istehsal əlamətlərinə görə bölünür. Siyahının hər bir bölməsi özündə istehsalatların və ya bir neçə sənaye sahələrini birləşdirir. Buna görə də, ilk növbədə siyahının hansı bölmə və yarımbölmənin həmin müəssəsinin işçisinə pensiya təyinatı zamanı tətbiq olunmasının mümkünlüyünü aydınlaşdırmaq lazımdır. Konkret işin bu və ya digər istehsalata aid olması müəssisədə tətbiq olunan ixtisas tarif dərəcəsinə əsasən həll edilir. İstehsalat dedikdə hər hansı məhsulun istehsalı başa düşülür. İşçi tərəfindən məhsul istehsalı bütövlükdə müəssisədə və ya onun bir hissəsi olan sexdə şöbədə, qurğuda və s. həyata keçirilməsi onların güzəştli pensiya hüququnun müəyyən olunmasına təsir göstərmir. İddiaçı 14.01,1974-cü ildən 22.10.1974-cü ilədək və 14.01,1977-ci ildən 14.02.1977ci ilə dək tikinti idarəsində işlədiyi suvaqçı-rəngsaz peşəsi siyahının “Ümumi peşələr” Bölməsində 2290100a-13450 və 2290100a-19727 şifrələrində, 23.03.1979-cu ildən 02.09.1980-ci ilədək olan xarrat peşəsi 2180400a-19161 şifrədə tikinti materialları bölməsində, 12.12.1980-ci ildən 25.07.2002-ci ilədək “Qafqaz enerji quraşdırma” İdarəsində işlədiyi 1982-1991-ci illər üzrə (01.11.1982-ci ildən 26.05.1991 -ci illər) əmək kitabçasında çilingər kimi qeyd edilsə də, tərcümədə “boruçu” yazılıb. 2040400a-18559, 26.05.1991 -ci ildən 01.10.2001-ci illər üzrə texnoloji boru kəmərlərinin quraşdırıcıları Q peşəsi, 2040400a-14641 şifrələrlə metallurgiya istehsalı (qara metallar) bölməsinin 4-cü boru istehsalı yarımbölməsində nəzərdə tutulur. İddiaçı İsa oğlunun əmək kitabçasında işlədiyi peşələrin adları güzəş tli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən peşələrin siyahısında nəzərdə tutulmuşdur. İşlədiyi müəssisə tərəfindən işin xarakterini izah edən arayış da nəzərə alındıqda onun güzıəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr üzrə tələb olunan 12 il 06 aydan çox xüsusi iş stajı təsdiq olunur. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulduğundan və iddiaçı 01.01.2006-cı il tarixədək tələb olunan 12 il 06 aylıq güzəştli iş stajı topladığından iddiaçının güzəştli şərt lərlə yaşa görə əmək pensiyası həmin tarixdən yaranmış hesab olunmalı və ona həmin tarixdən pensiya təyin olunması qənaətinə gəlinmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda nəzərdə tutulduğundan və iddiaçı 01.01.2006-cı il tarixədək tələb olunan 12 il 06 aylıq güzəştli iş stajı topladığından, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya sı həmin tarixdən yaranmış hesab olunmalı və ona həmin tarixdən pensiya təyin olunmalıdır. Belə olan halda cavabdeh şöbənin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi sonuncunun qanunla qorunan hüquqlarını pozduğundan əsassız və qanunsuz olmuşdur. Odur ki, iddiaçının iddia tələbi əsaslı və qanunidir, həmn tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsaslı və qanuni olduğundan qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qəbul edərkən işə cəlb etdiyi mütəxəssis rəyinə əsaslansa da, həmin rəy qüsurludur və qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həmin rəydə göstərilir ki, iddiaçının 1974-1977-ci illərdə işlədiyi rəngsaz və suvaqçı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının “Ümumi peşələr” Bölməsində müvafiq olaraq 2290100a-13450 və 2290100a-19727 şifrələrində göstərildiyindən iddiaçıya tələb etdiyi cüzəştli şərtlərlə yaşa göər əmək pensiyası təyin edilməlidir. Birincisi, işin materiallarında olan əmək kitabçasına görə, iddiaçı qeyd edilən peşələrdə Leninqard İcraiyyə Komitəsinin Baş Leninqrad Ti kinti İdarəsinin 5 saylı Trestində işləmişdir ki, mütəxəssisin istinad etdiyi 2 No-li Siyahıda isə bu peşələr, yalnız Metropoliten, yer qurğularının tiktintisi və təmiri üzər yeraltı işlərdə icra olunarsa, zərərli peşə sayılır. İkincisi, mütəxəssisin rəyində iddiaçının 23.03.1979-cu ildən 02.09.1980-ci ilədiyi “Tokar”, yəni tornaçı (metal məmulatları üzrə usta) peşəsi yanlış olaraq “Xarrat” peşəsi kimi göstərimişdir. Halbuki, xarrat sözü rus dilində “stolyar” (taxta məmulatları üzrə usta) deməkdir. Belə olanda iddiaçı rəydə istinad olunan 2180400a-19161 şifrədəki xarrat peşəsi ilə məşğul olmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı tornaçı peşəsində “Russkiy dizel” zavodunda işləyib, lakin istinad olunan Siyahıdakı xarrat peşəsi yalnız azbestsement, azbestsilit və azbkarton iste hsalatında məşğul olanlar üçün zərərli iş sayılır. Daha sonra, rəydə göstərilir ki, iddiaçı çilingər-boru quraşdırıcı, borucu və ya boru kəmərlərinin quraşdırıcı peşələrində işlədyindən və həmin peşələr 2040400a-18559, 2040400a-14641 şifrələrlə işarə olunduğundan,iddiaçı müvafiq illərdə zərərli işlərdə işdəmişdir. Lakin qeyd olunmalıdır ki, iddiaçı sözügedən peşələrlə 2 No-li Siyahıda göstərildiyi kimi, İİİ Metallurgiya istehsalatı (qara metallar),
4. Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, borutökmə, fittinq, balon) və sinkləmə sexlərində deyil, metallurgiya sahəsinə aid olmayan “Kavkazenerqomontaj”trestində, “Enerji quraşdırma KEM” ATSC-də, “xxxx” Birgə müəssisəsində və sair müəssisələrdə işləmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, işçinin peşəsinin müvafi q Siyahılarda nəzərdə tutlmasını myəyyən etmək üçün həmin peşənin Siyahıda göstərilməsi kifayət deyil, bu peşəyə müvafiq sahə də uyğun gəlməlidir. Eyni peşə bir neçə sahədə və ya iş şəraitində icra oluna bilər, lakin onun zərərli olması Siyahılarda göstərilən sahəyə və ya iş şəraitinə (məs. yer altında) uyğun olmalıdır. Lakin araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsibu hallara lazımi diqqət yetirməmişdir. Belə olan halda, işin yenidən apellyasiya instansiya məhkəməsində araşıdırması zərurəti yaranır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində o nda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya məhkəmələri üçün məcburidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilmişdir. Kassa siya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarı ilə ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İş y