Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1725/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı firmasının Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, əsaslandırma hissənin dəyişdirilməsi (iş № 2-1(102)-1725/2020) Bakı şəhəri xx xxxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı firmasının vəkili X1, cavabdeh Bakı şəhəri Cavabdeh vəkili Vəkil1 iştirakı ilə, İddiaçı firmasının (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri C avabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs “xxxxxxxxxxx” MMC, bundan sonra üçüncü şəxs) “cavabdehin 182 saylı, xx xxxxxxxx 2016-cı il tarixli sərəncamının qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1180/2020 saylı, x xxxx 2020-ci il tarixli qərardadından cavabdeh və üçüncü şəxsin verdiyi kasasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında iddiaçının xüsusi mülkiyyətində 130 kv.m (0,013 ha) torpaq sahəsi vardır. Bu torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X9 tərəfindən xx xxxx 2016-cı il tarix də daşınmaz əmlakın dövlət reyestrində 613 nömrəli reyestr kitabının 52031 vərəqində qeydiyyata alınmaqla iddiaçıya ******* nömrəli çıxarış və 051988 saylı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi üzrə 051988 saylı torpaq sahəsinin plan və ölçüsünə əsasən torpaq sahəsinin kadastr göstəriciləri, yəni torpaq sahəsinin əsas döngə nöqtəsinin koordinatları və qonşu sərhədləri müəyyən edilmişdir.
2. İddiaçıya görə cavabdehin 182 saylı xx xxxxxxxx 2016-cı il tarixli sərəncamı ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsi yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün üçüncü şəxsə verilmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-65/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı firmasının cavabdeh “xxxxxxxxx xx” MMC-yə qarşı İddiaçı firmasının xüsusi mülkiyyətindəki 130 kv.m (0,013 ha) torpaq sahəsinin “xxxxxxxxxxx” MMC tərəfindən zəbt etməsinin qanunsuz hesab edilməsi, həmin hissənin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsinin cavabdehə həvalə edilməsi, torpaq sahəsi üzrə qonşu sərhədlərinin ara məsafələri nəzərə alınmaqla həmin sahələrdə tikinti işlərinin aparılmasının cavabdehə qadağan olunması, cavabdehdən kəsilmiş 3 ağaca görə 45000 manatın alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 182 saylı, xx xxxxxxxx 2016-cı il tarixli sərəncamının qanunsuz hesab edilməsi barədə qə rar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin qanunsuz sərəncamı əsasında üçüncü şəxs tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsi qanunsuz zəbt edilərək orada tikinti işlərinin aparılmasına başlanılmışdır. Üçüncü şəxs tərəfindən iddiaçının torpaq sahəsindəki 3 çoxillik ağac da kəsilərək iddiaçının mülkiyyətindəki torpaq sahəsinə daxil olması və orada inşaat işlərinə başlanması qəsdən məhdudlaşdırılmışdır. Üçüncü şəxs iddia edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən ona verilmişdir. Cavabdeh qanunsuz olaraq 182 saylı xx xxxxxxxx 2016-cı il tarixli sərəncamı verməklə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini və iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur.
6. Üçüncü şə xs iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün tələb edilən müddət şərtlərinə əməl olunmamışdır. Buna görə də iddia mümkünsüz hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarının icrası üzrə cavabdehin “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” xx xxxxxxxx 2016-cı il tarixli, 182 saylı sərəncamı ilə Mirəsədulla Mirqasımov, Süleyman Rüstəm, İmran Qasımov və Xan Şuşinski küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 0,65 ha sahəsində mövcud yaşayış və qeyri- yaşayış bina və qu rğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi üçüncü şəxsə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması üçüncü şəxsə həvalə edilmişdir və Cəmiyyət bu sərəncamla ona verilmiş 0,65 ha torpaq sahəsində yaşayan sakinlərlə razılıq əldə edərək ərazidə tikinti işlərinə başlamış, artıq yeni bi nanın tikintisini başa çatdırmışdır. İddiaçı tərəfindən həmin sərəncamın ləğv olunması ilə bağlı inzibati orqana hər hansı müraciət olmamışdır. İddiaçının 4 ilə yaxın vaxt keçdikdən sonra xx xxxxxxxx 2016-cı il tarixli sərəncamın ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi isə qanunun tələbləri ilə ziddiyyət təşkil edir. İddiaçı ona məxsus torpaq sahəsinin Cəmiyyət tərəfindən qanunsuz olaraq zəbt edilib orada tikinti işləri aparıldığını göstərmişdir. Halbuki onun torpaq sahəsinə müdaxilə uydurmadır, iddiaçı tərəfindən həmin hallara dair hər hansı sübut göstərilməmişdir. Cəmiyyət Cavabdeh tərəfindən ona müvafiq sərəncam əsasında ayrılmış torpaq sahəsində lazımi qaydada icazələr almaqla tikinti aparır, iddiaçıya məxsus torpaq sahəsində heç bir tikinti işləri aparmamışdır və apar mır.
7. Bakı İnzibati Məhkəməsinin (hakim X5, 2-1(112)-879/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəf inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini buraxmışdır.
9. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X2məruzəçi, X6 və X3, 2-1(103)-1180/2020 saylı iş) x xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
11. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırkı iddia tələbi müəyyən etmə və tanınma haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə müraciət etdiyi zaman cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 182 saylı, xx xxxxxxxx 2016-cı il tarixli sərəncamı üçüncü şəxs tərəfindən artıq icra olunmuşdur. İddiaçı ərizəsində də məhz cavabdehin icra olunmuş sözügedən sərəncamının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, iddiaçının hüquqi marağı tanınma haqqında iddia növünə aid olduğu halda, məhkəmə iddia tələbini mübahisələndirmə haqqında iddia növü kimi qiymətləndirərək iddia müddətinin ötürülməsini rəhbər tutmuş və iddianı mü mkünsüz saymışdır. Halbuki, tanınma haqqında iddia növünə münasibətdə iddia müddətinin ötürülməsi mümkünlük şərti hesab olunmur.
12. Cavabdeh və üçüncü şəxs həmin qərardaddan xx xxxx 2020-ci tarixdə kasasiya şikayətləri vermişlər. Şikayətlərdə qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmaması xahiş edilmişdir. Kasasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
13. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia inzibati aktın qanunsuz hesab olunması tələbi ilə verilməklə, hər hansı hüquq münasibətinin mövcud olub-olmamasının və ya inzibati aktın etibarsızlığının tanınması ilə bağlı deyildir.
14. İddia ərizəsinin hüquqi əsasını müəyyən etmə və tanınma haqqında münasibətləri tənzimləy ən normalar təşkil etmir. İddia ərizəsində və apelyasiya şikayətində müəyyən etmə və tanınma haqqında iddia növü ilə bağlı hər hansı hüquq normasına istinad edilməmişdir.
15. İddiaçının əsassız inkar mövqeyinə, guya indi mübahisələndirdiyi sərəncamdan məlumatlı olmadığına dair göstərdiklərinə baxmayaraq, hələ 2017-ci ildən etibarən istər iddiaçının üçüncü şəxsə qarşı torpaq sahəsinin boşaldılması və sair iddia tələbləri üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində gedən çoxsaylı məhkəmə proseslərində, istərsə də üçüncü şəxsin iddiaçıya qarşı iddiaçının mülkiyyətində olan 0,013 ha torpaq sahəsində üçüncü şəxs tərəfindən tikinti işlərinin aparılmaması faktlarının müəyyən olunması, Cəmiyyətin sahibkarlıq və təsərrüfat fəaliyyətinə qanunsuz müdaxilələrin qadağan edilməsi” tələbinə dair Bak ı Şəhəri Nəsimi Rayon Məhkəməsində gedən məhkəmə proseslərində adıçəkilən sərəncam dəfələrlə vurğulanmış, həm Cəmiyyət tərəfindən iddiaçının iddia ərizəsinə verilən yazılı etirazda, həm də şikayətlərdə Cavabdeh xx xxxxxxxx 2016-cı il tarixli sərəncamına istinad olunmuş və sənədlərə də qoşulmuşdur. Bu sənədlərin hamısı məhkəmə çəkişmələrində iştirak edən iddiaçının nümayəndəsinə təqdim olunmuşdur, əksi mümkün də deyildi.
16. İddiaçı adıçəkilən sərəncamla illər əvvəl tanış olduğu halda onu mübahisələndirməmiş, 3 ildən artıq vaxt keçdikdən sonra “sərəncamın ləğv edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sərəncamın qanunsuz sayılmasını məhkəmədən tələb etmişdir ki, bununla İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin tələbləri pozulduğundan, iddia mümkünsüz hesab olunma lıdır.
17. İnzibati-Prosessual Məcəllənin 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün ərzində qaldırıla bilər.
18. Üçüncü şəxsin kasasiya şikayətinin dəlilləri cavabdehin kasasiya şikayətinin dəlilləri ilə eynidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kasasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
21. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini qəbul etməyərək təmi n olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq
22. İnzibati Prosessual Məcəllə (bundan sonra İPM): Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Maddə 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Maddə 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
23. Ali Məhkəmənin Plenum qərarı: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamasıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını...yoxlamalıdırlar (2.3-cü bənd); İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd).Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2-ci bənd).İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1-ci bənd).Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar (5.2-ci bənd).İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır (5.3-cü bənd). Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
24. İPM-in 94.1-ci maddəsinə əsasən, kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
25. Kasasiya şikayətləri vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
26. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
27. Kasasiya məhkəməsinin mövqeyi
28. Kasasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. İddiaçı cavabdehin 182 saylı, xx xxxxxxxx 2016-cı il tarixli sərəncamının qanunsuz hesab edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin əvvəlində sərəncamın ləğv edilməli olmasını bildirmişdir.
30. İddiaçı hesab edir ki, mülkiyyətində olan 130 kv.m torpaq sahəsi də daxil olmaqla cavabdehin qanunsuz sərəncamı nəticəsində torpaq sahəsində 3-cü şəxs bina tikintisini həyata keçirir. 31. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-65/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı cavabdeh “xxxxxxxxxxx” MMC-yə qarşı İddiaçı firmasının xüsusi mülkiyyətindəki 130 kv.m (0,013 ha) torpaq sahəsinin “xxxxxxxxx xx” MMC tərəfindən zəbt etməsinin qanunsuz hesab edilməsi, həmin hissənin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi və sair tələbləri ilə bağlı iddiası təmin edilməmişdir. 32. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-65/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsində “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi izahatında iddiaçının mübahisə açdığı cavabdehin 182 saylı, xx xxxxxxxx 2016-cı il tarixli sərəncamına istinad etmişdir.
33. Birinci instansiya məhkəməsi həmin qətnaməyə istinad edərək iddiaçının qanunvericilikdə nəzərdə tutulan iddia müddətini buraxdığı qənaətinə gəlmişdir.
34. Apelyasiya məhkəməsi isə İPM-nin 2.2.5-ci maddəsinə istinad edərək iddia növünün müəyyən etmə və ya tanınma haqqında iddia olduğunu bildirib bu növ iddialara iddia müddətinin tətbiq edilməli olmadığı nı bildirmişdir.
35. Cavabdehin xx xxxxxxxx 2016-cı il tarixli sərəncamında qeyd edilmişdir ki, “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” xx xxxxxxxx 2016-cı il tarixli, 182 saylı sərəncamı ilə Mirəsədulla Mirqasımov, Süleyman Rüstəm, İmran Qasımov və Xan Şuşinski küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 0,65 ha sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilsin.
36. İddiaçı tələbində xx xxxxxxxx 2016-cı tarixli sərəncamın ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddiasında bildirmişdir ki, cavabdehin sərəncamı ilə qanunsuz olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsi yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün üçüncü şəxsə verilmişdir. Üçüncü şəxs ona məxsus torpaq sahəsinin bir hissəsini qanunsuz zəbt edərək orada tikinti işləri aparmağa başlamışdır.
37. İddiaçı mübahisə açdığı sərəncamın ləğvini xahiş etdiyindən İPM-in 32.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır.
38. Həm iddiaçı mübahisə predmeti olan sərəncamın etibarsızlığı ilə mübahisə açmadığından, həm iddiaçı, həm də apelyasiya məhkəməsi inzibati aktın etibarsız sayılması əsaslarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə istinad etmədiyindən iddia növünün müəyyən etmə və tanınma haqqında iddia olması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
39. Məhkəmə koll egiyası hesab edir ki, iddiaçı İPM-in 38.1-ci maddəsində nəzərdə tutulan iddia müddətini buraxmamışdır.
40. Cavabdehin xx xxxxxxxx 2016-cı il tarixli sərəncamının iddiaçıya təqdim edilməsi barədə işdə hər hansı sübut mövcud olmamışdır.
41. Birinci instansiya məhkəməsinin istinad etdiyi xx xxxxxxx 2018-ci il tarixli qətnamədən görünür ki, iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. İşdə qətnamənin iddiaçıya təqdim edilməsinə dair sübut da mövcud olmamışdır. Bundan başqa, xx xxxxxxx 2018-ci il tarixli qətnamədə “xxxxxxxxxxx” MMC-nin nümayəndəsinin izahatında xx xxxxxxxx 2016-cı il tarixli sərəncama toxunulmuş, qətnamədə məhkəmə tərəfindən sərəncama sübut növü kimi istinad edilməmişdir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının İPM-in 38.1-ci maddəsində nəzərdə tutulan i ddia müddətini buraxması təsdiqini tapmadığından, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərardad digər əsaslara görə düzgün olduğundan, şikayətlər təmin edilmədən, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1180/2020 saylı x xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.