Məhkəmə qərarları › İş №2-1(102)-1725/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1725/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1725/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1955-ci il; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döv lət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(105)-433/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ИТ-İ ******* saylı əmək kitabçasının dublikatının surətinə əsasən iddiaçı 24 dekabr 1972-ci ildə “Oktyabr inqilabı” adına üzümçülük sovxozunda çilingər vəzifəsinə təyin edilmiş, 20 noyabr 1978-ci ildə sovxozda sürücü təyin edilməklə çilingər vəzifəsindən azad edilmiş, 30 sentyabr 1998-ci ildə sovxozda aparılan islahatla əlaqədar sürücü vəzifəsindən azad edilmişdir.

2. Səfərbərlik və Hə rbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin 162 saylı, 18 sentyabr 2019-cu il tarixli arayışına əsasən, iddiaçı xx.xx.1974-cü ildən 12.1976-cı ilədək keçmiş SSRİ silahlı qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

3. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdehin 11 oktyabr 2021-ci il tarixli, **********4 nömrəli məktubu ilə iddiaçının müraciəti təmin edilməmiş və bildirmişdir ki, arxiv sənədlərində “Oktyabr inqilabı” adına sovxozda onun işə daxil olma əmrləri və əmək haqqları barədə hər hansı məlumat olmadığı üçün həmin, yəni xx.xx.1972-ci ildən xx.xx.1998-ci ilə kimi iş stajına daxil edilməsi mümkün olmamışdır. İŞ ÜZR a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı Sumqayıt İ nzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə 1972-ci ildə başlamış, 24 dekabr 1972-ci il tarixli 327 saylı əmrə əsasən, Qusar rayonunun sabiq “Oktyabr İnqilabı” sovxozuna çilingər işinə təyin olunmuş, 1978-ci ilin noyabr ayına kimi çilingər işləmiş, 20 noyabr 1978-ci il tarixli 372 saylı əmrə əsasən, həmin sovxozda sürücü təyin edilməklə çilingər işindən azad olunmuş və 30 sentyabr 1998-ci il tarixə kimi həmin sovxozda sürücü işləmiş, 30 sentyabr 1998-ci il tarixli 65 saylı əmrə əsasən sovxozda aparılan aqrar islahatlar ilə əlaqədar sürücülük işindən azad olu nmuşdur. 2020-ci ilin iyul ayında müvafiq sənədləri təqdim etməklə cavabdeh təşkilatdan yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh, ona yaşa görə əmək pensiyasının təyin edilməsini qeyri-mümkün hesab etmişdir. İmtina məktubu tərəfindən işə daxil olma əmrləri və əmək haqları barədə rəsmi məlumatın olmaması ilə əsaslandırılmışdır. Cavabdeh təşkilatın 11 oktyabr 2021-ci il tarixli **********4 saylı qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, 01 mart 1996-cı il tarixdə Qusar rayonunun Samur sovxozunun (sabiq Oktyabr İnqilabı) inzibati binasında baş vermiş yanğın nəticəsində sənədlər məhv olmuşdur. Sonradan müvafiq komissiya tərəfindən sovxoz fəhlələrinin adlı siyahısı bərpa olunmuş, yanğından xilas olunmuş sənədlər əsasında həmin siyahıda bir sıra məlumatlar veril mişdir. Yanğından xilas olunan sənədlər əsasında adına əmək kitabçasının dublikatı tərtib edilmiş, həmin dublikatda sovxoza 1972-ci ildə çilingər işinə qəbul edilməsi barədə, 1978-ci ildə çilingər işindən sürücülük işinə keçirilməsi barədə, həmçinin 1998-ci ildə işdən azad olunmağı barədə rəsmi əmrlər qeyd edilmiş, 1996-cı ildən 1998-ci ilə kimi hesablanmış əmək haqqı barədə arxiv arayışı mövcuddur. Başqa hər hansı bir təşkilatda işləməmişdir, təqdim etdiyi sənədlərlə sübuta yetirilir ki, ümumi əmək stajı 25 il 9 ay 7 gün təşkil edir, hesab edir ki, həmin iş stajına görə ona yaşa görə əmək pensiyası təyin edilməlidir.

6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etirazın dəlillərinə görə, cavabdeh tərəfindən Qusar rayon Dövlət Arxivinə sorğu göndərilmiş, cavab olaraq bildiri lmişdir ki, iddiaçı sabiq “Oktyabr İnqilabı” adına sovxozun direktorunun xx.xx.1988-ci il tarixli, 65 saylı əmri ilə müəssisədə aparılan aqrar islahatla əlaqədar xx.xx.1998-ci ildən işdən azad edilmişdir. Lakin işə daxil olma əmrləri, o, cümlədən 1996-cı il tarixədək əmək haqqı cədvəlləri barədə hər hansı məlumat olmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Həmçinin xx.xx.2021-ci il tarixli 519/70 nömrəli arxiv arayışından göründüyü kimi, iddiaçı 1996, 1997, 1998-ci il tarixlərdə müəyyən aylarda əmək haqqı almamışdır. İddiaçının sosial sığorta stajı arxiv arayışı əsasında qəbul edilsə belə, onun stajı 24 il 9 ay 6 gün təşkil edəcəkdir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

7. Sumqayıt İnzibat i Məhkəməsinin 1 mart 2022-ci il tarixli, 2-1(118)-418/2022 nömrəli qərarı ilə (hakim L.E.Mirzəyeva) iddia təmin edilmiş, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan dövrlər, onun əmək stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia nın təmin olunmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(105)-433/2022 nömrəli qərarı ilə (hakimlər: F.Ə.Məmmədov - sədrlik edən və məruzəçi, H.Ç.Babayeva və Z.İ.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 1 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmişdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kas

13. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh kassasiya şikayətini mahiyyətcə, imtina məktubu, etiraz ərizəsi, eləcə də apellyasiya şikayəti ilə eyni məzmunda tərtib etməklə qeyd etmişdir ki, iddiaçının “Oktyabr inqilabı” adına sovxozda işə daxil olma əmrləri və 1996-cı il tarixədək əmək haqları barədə hər hansı məlumat olmadığı üçün həmin, dövrləri onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

14. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “İnzibati icraat haqqında” Qanunun 19.2-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 21.1, 31.2-1-ci maddələrinə və İnzibati Prosessual Məcəllənin 12.1, 12.2, 94.1. 96.9-cu maddələrinə istinad edilmişdi r. b. Kas

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(105)-433/2022 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qa dınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müd dətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

17. Əmək Məcəlləsi: Maddə

87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir... 18. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”

4. Sosial sığorta stajının hesablanması 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haq qında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

20. İnzibati Prosessual Məcəllə Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsas landırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.

25. Məhkəmə kollegi yası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

26. Belə ki, Avropa İnsan hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Kassatorun təkrarlanan dəlili ondan ibarətdir ki, mübahisəli dövrdə işə daxil olma əmrləri və əməkhaqqı barədə hər hansı məlumat olmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

28. Bununla bağlı qeyd etmək lazımdır ki, mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının həmin dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə tərəfindən də əmək kitabçasının mötəbər liyini şübhə altına alan hallar müəyyən edilməmişdir. Bu baxımdan hazırkı qərarın 19-cu bəndində istinad olunan normada nəzərdə tutulmuş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

29. Hazırkı Qərarın 17-18-ci bəndlərinə istinad olunan hüquq normala əsasən iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İşçinin əmək fəaliyyəti haqqında əsas sənəd əmək kitabçası hesab edilir.

30. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünü r ki, iddiaçının müvafiq müəssisələrdə iş fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).

31. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, iddiaçı yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.

33. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(105)-433/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar