Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1726/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının Ərizəçi “xxxx” ASC-nin ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin sığortalanması Fonduna qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Azər Hüseynov, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovuniştirakı ilə, Ərizəçi “xxxx” ASC-nin ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kreditor tələbinin qeydə alınma müddətinin bərpa olunması və kreditor tələbinin qeydə alınması” tələbinə dair iş üzə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 20 fevral 2019-cu il tarixli, 2-1(103)-693/19 saylı qərardadından ərizəçi tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 24 iyul 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Ərizəçi “xxxx” ASC 23 sentyabr 2015-ci il tarixli “Banklararası depozit Müqaviləsi”nə əsasən 1000000,00 manat məbləğində əsas, 81250,00 manat məbləğində hesablanmış faiz, cəmi 1081250,00 manat borc öhdəliyi ilə bağlı kreditor tələbinin və CBHK-0014 saylı 01.12.2015-ci il tarixli “Kredit xətti müqaviləsi” üzrə “xxxx” MMC-yə verilmiş kredit xətti üzrə 01.12.2015-ci il tarixdə MT-760 formatında SWİFT vasitəsilə daxil olan bank qarantiya məktubuna əsasən ******* ABŞ dolları məbləğində borc öhdəliyi ilə bağlı kreditor tələbinin verilməsi üçün müəyyə n olunmuş müddətin bərpa olunmasına dair müvafiq məhkəmə aktı çıxarılması barədə iddia ərizəsi ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda ərizəçi “xxxx” ASC kreditor tələbin qeydə alınması barədə ərizə ilə məhkəməyə müraciət edərək 23 sentyabr 2015-ci il tarixli “Banklararası depozit Müqaviləsi”nə əsasən 1000000,00 manat məbləğində əsas, 81250,00 manat məbləğində hesablanmış faiz, cəmi 1081250,00 manat borc öhdəliyi ilə bağlı kreditor tələbinin və CBHK-0014 saylı 01.12.2015-ci il tarixli “Kredit xətti müqaviləsi” üzrə 01.12.2015-ci il tarixdə MT-760 il tarixdə MT-760 formatında SWİFT vasitəsilə daxil olan bank qarantiya məktubuna əsasən ******* ABŞ dolları məbləğində borc öhdəliyi ilə bağlı kreditor tələbinin qeydə alınması barədə məhkəmə aktı çıxarılmasını xahiş etm işdir. Sonradan ərizəçi “kreditor tələbinin qeydə alınma müddətinin bərpa olunması barədə ərizəyə dəqiqləşdirmə verərək 23 sentyabr 2015-ci il tarixli “Banklararası depozit Müqaviləsi”nə əsasən 1000000,00 manat məbləğində (əmanət qoyulmuşdur) əsasən yaranmış müqavilə müddətinin bitdiyi tarixə qədər olan 1000000,00 məbləğində borc öhdəliyi ilə bağlı kreditor tələbinin, CBHK-0014 saylı 01.12.2015-ci il tarixli “Kredit xətti müqaviləsi” üzrə “xxxx” MMC-nin müqavilə müddətinin bitdiyi tarixə olan 2,203918,85 ABŞ dolları əsas borc, 14264,26 ABŞ dolları faiz borcu, ümumilikdə 2218183,11 ABŞ dolları məbləğində borc öhdəliyi ilə bağlı kreditor tələbinin verilməsi üçün müəyyən olunmuş müddətin bərpa olunmasına dair müvafiq məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 20.02.2019-cu il tarixli iş № 2-1(103)-693/2019 (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, Ü.Mayılov və K.Abiyeva) qərardadı ilə ərizələrin təmin edilməməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Ərizəçi “xxxx” ASC-nin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin sentyabr 2016-cı il tarixli məktubun əslinin, eləcə də həmin məktubun ləğvediciyə çatdırılmasını təsdiq edən hər hansı sənədin təqdim edilmədiyini əsas gətirərək ərizələrin təmin edilməməsini düzgün hesab etmək olmaz. Çünki barəsində şikayət verilən qərardadda adı çəkilən Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-117/18 saylı, 18 dekabr 2018-ci il tarixli qərardadında göstərilənlər bu faktı təkzib edir və qeyd edilən mək tubun ləğvediciyə rəsmi şəkildə çatdırılmasını sübut edir. Aydın məsələdir ki, əgər həmin məktub rəsmi şəkildə ləğvediciyə təqdim edilməsə idi, 23 sentyabr 2015-ci il tarixli “Banklararası depozit Müqaviləsi”nə əsasən müəyyən olunan 1000000,00 manat məbləğində tələb kreditorların reyestrinə daxil edilməzdi. Məhkəməyə təqdim olunan həmin məktubda digər tələblər də olmasına baxmayaraq, ləğvedici həmin tələbləri qeydiyyata almamışdır. Yuxarıda göstərilən hallardan aydın olur ki, kollegiya Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-117/18 saylı, 18 dekabr 2018-ci il tarixli qərardadında göstərilən məsələlərə əhəmiyyət verməmiş, qərardadını əsaslandırarkən formal mülahizələrə söykənərək işi hərtərəfli tam və obyektiv araşdırmayaraq prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Məhkəmənin vəz ifəsi idi ki, işdə olan sənədlər, sübutlar və digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həllinə xidmət edən digər halları da araşdırsın. Belə ki, İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin məhkəmə qeyd edilən hüquq normasının tələblərini pozmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən ərizəçi kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2-1(103)-693/2019 saylı qərardadınin ləğv edilməsini və yeni qərardad çıxarılmasını xahiş etmişdir. Tərəfl ərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 20.02.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Al i Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi 20 fevral 2019-cu il tarixli, 2-1(103)693/2019 saylı qərardadla, ərizəçi “xxxx” ASC-nin ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kreditor tələbinin qeydə alınma müddətinin bərpa olunması” və “kreditor tələbinin qeydə alınması barədə ərizələrinin təmin edilməməsi qənaətinə gələrkən “Banklar haqqında” Qanunun 76.1, 77.1, 77.5, 77.6-cı maddələrinə, İnzibati Prosessual Məcəllənin 131.1, 131.2-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, iş üzrə ləğvedicinin tələbin qeydiyyata alınması ilə bağlı hərəkəti qanunun tələblərinə zidd olmamış və ərizəçinin hüquq və qanuni mənafelərini pozmamışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi 20 fevral 2019-cu il tarixli qərardadla və həmin qərardaddan ərizəçi tərəfindən verilmiş kasasiya şikayətində ki dəlillərlə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, ərizəçinin öz tələblərinin yazılı şəkildə qeydə alınmaları üçün irəli sürdüyü məbləğ “xxxx” ASC-nin 25 noyabr 2015-ci il tarixli 1016,15 “Bank qarantiyası”na əsaslanır ki, həmin bank qarantiyasında “xxxx” ASC-nin ərizəçi qarşısında 2700000,00 manat məbləğində öhdəlik götürüldüyü bildirilmişdir. Lakin göründüyü kimi həmin məbləğ depozitə qoyulmuş məbləğ deyil, «bank qarantiyası» adlanan sənəddir. Digər tərəfdən sözügedən “bank qarantiyası”nın mətnində yazıldığı kimi, “göstərilən bank qarantiyası 25 noyabr 2015-ci il tarixdən qüvvəyə minir və 30 dekabr 2016-cı il tarixədək qüvvədədir”. Ərizəçi isə məhkəməyə ərizə ilə yalnız 31 yanvar 2019-cu il tarixdə, yəni, həmin qarantiyanın qüvvədə olma müddəti bitəndən 2 il sonra müraciət etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən “Banklar haqqında” Qanunun 76.1, 77.1, 77.5, 77.6-cı maddələrini də düzgün tətbiq etmişdir. Belə ki, “Banklar haqqında” Qanunun - 76.1-ci maddəsinə görə bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. - 77.1-ci maddəsinə əsasən bankın mühasibat uçotu və hesabatı sənədlərində əks et dirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. - 77.5-ci maddəsinə müvafiq olaraq qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateq oriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. - 77.6-ci maddəsinə görə hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi tərəfindən 25 avqust 2016-cı il tarixdən tələblərin qeydə alınması barədə elan “Xalq” qəzetində dərc edilmiş, kreditorlara öz tələblərinin yazılı şəkildə qeydə aldırmaları üçün 60 təqvim günü vaxt verilmişdir. Ərizəçi “xxxx” ASC “X1” tərəfindən “xxxx” ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına başlandığı tarixdən (25 avqust 2016-cı il) 29 gün sonra, 23 sentyabr 2016-cı il tarixli məktubla Əmanətlərin Sığortalanması Fondundan tələb hüquqlarının qeydiyyata alınması ilə bağlı müraciət etdiyini, bununla da qanunla nəzərdə tutulmuş 60 günlük müddətin ötürülmədiyini bildirmişdir. Ərizəçinin bununla əlaqədar “X1” ASC-nin “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı 23 sentyabr 2016-cı il tarixli məktubuna istinad etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, adı çəkilən məktub məzmunca 23 sentyabr 2015-ci il tarixli “Banklararası depozit Mü qaviləsi” və 01 dekabr 2015-ci il tarixli “Kredit xətti müqaviləsi” üzrə borc öhdəliyinin qeydə alınması ilə bağlı olmaqla ərizəyə əlavə edilmiş nüsxəsi kserosurətdir. Apelyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən ərizəçinin nümayəndəsinə həmin məktubun əslini təqdim etmək təklif edilsə də nümayəndə “X1” ASC ləğv edildiyindən, onlarda yalnız məktubun kserosurəti qaldığını, əslini tapa bilmədiklərini bildirmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi 23 sentyabr 2016-cı il tarixli məktubun əslinin, eləcə də həmin məktubun ləğvediciyə çatdırılmasını təsdiq edən hər hansı sənədin təqdim edilmədiyini, məsələn, poçt qəbzi, yaxud həmin məktubun üzərində ləğvediciyə təqdim edildiyini sübut edən möhür-ştamp vurulmadığını nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, “X1” ASC-nin tələbin qeydə alınması ilə bağlı ləğvediciyə qanunla müəyyən edilmiş 60 günlük müddət çərçivəsində müraciət etməsi öz təsdiqini tapmamışdır. Həmçinin ərizəçi tələbin qeydə alınmasının üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı mötəbər sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, kreditor tələbinin qeydə alınması ilə bağlı prosessual müddət “X1” ASC tərəfindən ötürüldüyündən, halda müddət həm də onun hüquqi varisi olan “xxxx” ASC-yə münasibətdə də buraxılmış hesab olunmalıdır. Bununla belə apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin qeydə alınmasını tələb etdiyi tələblərdən biri 23 sentyabr 2015-ci il tarixli “Banklararası depozit M üqaviləsi”nə əsasən müqavilə müddətinin bitdiyi tarixə qədər olan 1000000,00 məbləğində kreditor tələbinin qeydə alınması ilə bağlı olmuşdur. Ləğvedicinin 21 dekabr 2018-ci il tarixli məktubunda da bildirilmişdir ki, “X1 (CDB)” ASC-nin hesab qalığı tələbi olaraq mühasibat uçotu sənədlərində (hesabdan çıxarışda) əks etdirilmiş ******* ABŞ dolları və 290 avro məbləğində tələbi ləğvetmə prosesində olan “xxxx” ASC tərəfindən 1458 nömrəsi ilə kreditorların reyestrinə daxil edilmişdir və bu Qanunun 82-ci maddəsinin tələblərinə əsasən bankın aktivləri onun kreditorları arasında növbəlilik qaydasında bölüşdürüləcəkdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 20 fevral 2019-cu il tarixli qərarda dı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Ərizəçi “xxxx” ASC-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli, 21(103)-693/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1726/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1726/2019
24.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver