Məhkəmə qərarları › İş №2-1(102)-1726/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1726/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1726/2020 29.09.2020 ALİ MƏHKƏMƏ İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1 və X1, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə2, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qar şı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1136/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********193761 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Azərbaycan Respublikası Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin T əhqiqat şöbəsinin Q2000045 nömrəli, xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Qərarına əsasən İddiaçı MMC-də 116914,08 manat məbləğində, yəni külli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin iş icraata qəbul edilərək ibtidai araşdırma aparılması qərar alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2092/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakim-A.A.Abdullayeva) Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı c avabdeh tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********193761 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə 2- 1(112)-2092/2020 saylı inzibati işin icraatı iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraat başa çatanadək dayandırılmışdır.

4. İddiaçı qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1136/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov, X.A.Cəmilova) İddiaçı MMC-nin apelyasiya şikayətinin təmin edilməm əsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2092/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi, iddiaçının cavabdehə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə icraatın iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraat başa çatana kimi dayandırılmasına dair cavabdehin vəsatətinin təmin edilməməsi qərara alınmışdır.

6. Məhkəmə qərardadını cavabdeh xx.xx.2020-ci il tarixində almışdır.

7. Cavabdeh xx.xx.2020-ci il tarixində həmin qərardaddan kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1136/2020 nömrəli qərardadının ləğv edilməsi və iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİ NƏ QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2019-cu il tarixində, yəni cinayət işinin başlanması barədə qərar qəbul edilməmişdən daha əvvəl məhkəməyə təqdim edilmiş və məhkəmənin icraatına qəbul edilmişdir. Belə olan təqdirdə isə iddiaçı barəsində başlanılmış cinayət işinin Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-2092/2020 saylı inzibati işə təsir etməsi qeyri-mümkündür, əksinə cinayət işi Bakı İnzibati Məhkəməsinin icraatında olan 2(112)-2092/2020 saylı inzibati işin nəticəsindən bilavasitə asılıdır. Belə ki, iddiaçının iddia tələbi təmin edildikdə, verg i ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi barədə məhkəmə qərarı qəbul edildikdə başlanmış cinayət təqibinin icraatına xitam verilməli olacaqdır. c) Kassasiya şikayətinin mümkünlüyü

9. Kassasiya şikayəti nəzərdə keçirilərkən müəyyən olunmuşdur ki, cavabdeh qanunvericiliklə şikayət verilməsi nəzərdə tutulmayan qərardaddan kassasiya şikayəti vermişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, cavabdehin vəkili Vəkil2 əlavəsi olmadığını, nümayəndənin izahatı ilə razı olduğunu bildirmişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir və iddiaçının nümayəndələri Nümayəndə1 və X2 da vəkilin izahatı ilə razı olduqlarını bildirmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

13. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

14. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərb aycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

15. Mülki Prosessual Məcəllənin 258.1-ci maddəsinə əsasən, iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır.

16. Həmin Məcəllənin 258.2-ci maddəsinə görə iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Yuxarıda da qeyd edildiyi kimi, kassasiya şikayəti nəzərdə keçirilərkən müəyyən olunmuşdur ki, cavabdeh qanunvericiliklə şikayət verilməsi nəzərdə tutulmayan qərardaddan kassasiya şikayəti vermişdir.

18. Belə ki, hazırkı qərarın 16-cı bəndində göstərilən normadan aydın olur ki, tərəfin yalnız iş üzrə icraatın dayandırılması barədə barədə qərardaddan şikayət vermək hüququ var və hazırkı qan unvericiliyə görə iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin edilməməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

19. Odur ki, cavabdehin apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadından kassasiya şikayəti vermək hüququ yoxdur.

20. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya mümkün sayılmayaraq cavabdehin kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 90, 94 və 96-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1136/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Cavabdehin kassasiya şikayətinin qəbulundan imtina ed

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar