Məhkəmə qərarları › İş №2-1(102)-1726/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1726/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1726/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 190 manat birdəfəlik ödəmənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2023-cü il tarixli, 2-1(103)-1292/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şimliridşəlzəkrəM“ Elektron İnformasiya Sistemi”nin qulluğşəM“ Altsistemi”nə əsasən iddiaçı xx.xx.2019-cu il tarixdən işsiz kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişləri” alt sistemində onun adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şimliridşəlzəkrəM“ Elektron İnformasiya Sistemi”nin qulluğşəM“ Altsistemi”nə əsasən Kərimova Bənövşə Emin qızı xx.xx.2020-ci il t arixindən işsiz kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişləri” alt sistemində onun adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.

3. İddiaçılara aztəminatlılıq meyarına uyğun gəlmədiyinə görə (2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri olması əsası ilə) birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar iddiaçılar X1, İddiaçı3 və İddiaçı1 ödənilməli olan 190 manat aylıq sosial müavinətin 4 ay üçün (may, iyul, avqust və dekabr) hesablamaqla 2280 manat məbləğin onlara ödənilməsi” öhdəliyin in cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçılar tələblərini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Pandemiya dövründə işləməmiş, əlavə gəlirləri olmamış, aldıqları borc hesabına yaşamışlar.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq İddiaçı1 aztəminatlılıq meyarına uyğun gəlmədiyinə görə, yəni 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olduğuna görə ona birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir. Qeyd edilməlidir ki, Nazirlər Kabinetinin müvafiq Qərarının 3.8-ci bəndinə əsasən, birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, iqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Habelə əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı özü də etiraf etmişdir ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində ona ölkə xaricindən pul vəsaitləri göndər ilmişdir. Belə olduğu təqdirdə müvafiq inteqrasiya edilmiş sistemlər vasitəsilə iddiaçıya aztəminatlılıq meyarına uyğun gəlməmə səbəbilə verilən imtina qanuni və əsaslı xarakter daşımaqdadır.

7. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Beynəlxalq Bankının xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 oğlunun adına "xxxx" ASC-nin Mərkəzi filialında ******************** saylı əmək haqqı hesabı olmuşdur və hesab xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Hesaba vəsaitlər yalnız əmək haqqı təyinatı ilə mədaxil edilmiş və bankomatlar vasitəsilə nağdlaşdırılmışdır. Əlavə olaraq, İddiaçı1 oğlunun adına "xxxx" ASC vasitəsi ilə heç bir pul köçürmə əməliyyatı həyata keçirilməmişdir.

8. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci i l tarixli məktubunda göstərilmişdir ki, İddiaçı1 oğlunun adına "xxxx" ASC-də xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrü əhatə edən sürətli pul köçürmə sistemləri vasitəsilə aparılan əməliyyatlara dair uyğunluq aşkar edilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-714/2022 nömrəli qərarı (hakim: X2) ilə iddia qismən təmin edilmiş, xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar İddiaçı1 ödənilməli olan 190 manat aylıq sosial müavinətin 4 ay üçün (may, iyul, avqust və dekabr) hesablanmaqla 760 manat məbləğin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi iddia tələbini İddiaçı1 münasibətdə əsaslı hes ab etmişdir. Belə ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Alt Sistemində işaxtaran kimi qeydiyyata alınmasına baxmayaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 5.5-ci maddəsinə əsasən 5 iş günü ərzində ona münasib iş təklif olunmadığından, iddiaçı həmin maddənin tələbinə uyğun olaraq işsiz sayılır. Həmçinin iddiaçının adına pandemiya dövründə pul köçürmələrinin olması məhkəmə araşdırması ilə təsdiqlənməmişdir. Odur ki, İddiaçı1 müvafiq dövrdə (2020-ci ilin may, iyul, avqust və dekabr aylarında) işsiz kimi qeydiyyatda olması və “Əmək müqaviləsi bildirişləri” alt sistemində onun adına qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsi, həmçinin İddiaçı1 ölkə xaricindən pul vəsaitləri göndərilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından iddia tələbi İddiaçı1 münasibətdə əsaslıdır.

11. Bununla belə, birinci instansiyası məhkəməsi İddiaçı3 münasibətdə iddia ərizəsini rədd etmiş və qeyd etmişdir ki, İddiaçı3 işsiz kimi qeydiyyatda olsa da, hazırkı iddia ilə onun ailə üzvü olan əri İddiaçı1 190 manat birdəfəlik ödəmənin verilməsi təmin edilmişdir. Mövcud qanunvericiliyə əsasən birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilməsi nəzərdə tutmuşdur. Bu baxımdan hazırkı iddia tələbi İddiaçı3 ailə üzvünə (ərinə) münasibətdə təmin edildiyindən, İddiaçı3 münasibətdə əsassızdır və təmin edilməməlidir.

12. Birinci instansiya məhkəməsi “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetin in 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli Qərarına, “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli 283 nömrəli Qərarına istinad etmişdir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2023-cü il tarixli, 2-1(103)-1292/2023 nömrəli qərarı (hakimlər: Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Yusifov, Pərviz Hüseynov) ilə Bakı İn zibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-714/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya etirazın və apelyasiya şikayətinin məzmununa uyğundur. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, hazırda birdəfəlik ödəmənin verilməsi p roqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi, bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və vəsait həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Nəzərə alınmalıdır ki, barəsində birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs MAS-da işsiz kimi qeydiyyatda saxlanılır və bu şəxsin istəyi və müraciəti olduğu halda onun məşğulluğunun təmin olunması məsələsinə Qanuna müvafiq olaraq baxılır. Qeyd edilməlidir ki, mümkün olduğu halda dayanıqlı məşğulluq tədbirlərindən imtina edən, yalnız passiv şəkil də ödəmə almaq niyyətində olan şəxs işsiz anlayışına uyğun gəlmir. Lakin məhkəmə qanunvericiliyin bu imkanından istifadə etməyərək, dövlətin, o cümlədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olur. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Apellyasiya məhkəməsi isə yuxarıda göstərilən əsaslarla iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda, bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, beləliklə də, prosessual pozuntuya yol vermiş dir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”: Bənd 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Bənd 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Bənd 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqın da” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Bənd 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Bənd 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alan lara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə o lanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Bənd 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı: Bənd 2-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci i l 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. 22. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli Qərarı: Bənd

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəm ənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. 23. “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli 283 nömrəli Qərarı: Bənd

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qər arı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

24. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət formal tələblərə uyğun verilmiş, lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə qərarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası i şin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Bu baxımdan kassasiya şikayətinin məzmun və mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Hazırkı mübahisə iddiaçıya işsiz kimi qeydiyyatda olan şəxslər üçün nəzərdə tutulmuş koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 190 manat məbləğində aylıq birdəfəlik ödəmənin verilməsindən cavabdehin imtin ası ilə bağlıdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, cavabdeh ödəmədən imtina barədə qərar qəbul edərkən ödəmənin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş dispozisiya şərtlərinin şəxsə münasibətdə mövcud olub-olmamasını xidməti vəzifəsinə görə araşdırmalıdır. Yalnız belə araşdırma nəticəsində tələb olunan dispozisiya şərtlərinin şəxs tərəfindən ödənilmədiyinin müəyyən olunduğu təqdirdə, cavabdeh həmin vəsaitin ödənilməsindən imtina etməyə haqlıdır.

31. Nəzərə alınmalıdır ki, birdəfəlik ödəməni nəzərdə tutmaqda dövlətin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiqi ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin minimal yaşayış ehtiyaclarını və sosial müdafiəsini təmin etməkdən ibarətdir.

32. Bu baxımdan hazırkı qərarın 20-ci bə ndində istinad olunan normalar pandemiya dövründə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtlərini və qaydalarını, birdəfəlik ödəmənin verilməsi əsaslarını, habelə ödəmənin veriləcəyi şəxslərin dairəsini müəyyənləşdirir.

33. Yuxarıda istinad olunan normalara görə, birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və yuxarıda istinad olunan Qaydaların 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla, 01 aprel 2020-ci il tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejim inin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri).

34. Cavabdeh iddiaçıya birdəfəlik ödəmənin verilməsi məsələsini həll edərkən məhz yuxarıda qeyd olunan qaydalara uyğun davranmalı, həmin normalarda nəzərdə tutulmuş şərtlərin və əsasların iddiaçıya münasibətdə mövcud olub-olmadığını yoxlamalı idi. Bu konkret mübahisəyə münasibətdə həm də ona görə xüsusi əhəmiyyət daşıyır ki, müvafiq qaydalarda nəzərdə tutulmuş kateqoriyadan olan şəxslər dövlətin sosial müdafiə tədbirlərindən kənarda qalmasınlar. Başqa sözlə, birdəfəlik ödəmə sosial müdafiəyə ehtiyacı olan və qanunvericiliklə müəyyən olunmuş kriteriyalara cavab verən şəxslərə onların buna hüquqlarının yarandığı təqdirdə ödənilməlidir.

35. Nəzərə alınmalıdır ki, barəs ində birdəfəlik ödəmənin həyata keçirilməli olduğu şəxsin MAS-da işsiz kimi qeydiyyatda saxlanılması və həmin şəxsin müraciəti olduğu halda, onun məşğulluğunun təmin olunması məsələsinə baxılması, qaydalarda nəzərdə tutulmuş digər şərtlərin ödənildiyi təqdirdə, həmin şəxsin birdəfəlik ödəməni almaq hüququnu istisna edən hal kimi təfsir oluna bilməz. Bu mənada birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə hüququ yaranmış şəxslərə yuxarıda istinad olunan qaydalara uyğun olaraq ödənilir.

36. Lakin hazırkı mübahisəyə münasibətdə pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə iddiaçıya işsiz kimi 190 manat məbləğində aylıq birdəfəlik ödəmənin verilməsini istisna edən qa nunvericiliklə nəzərdə tutulmuş hər hansı əsasın mövcudluğu iş üzrə materiallardan görünmür. Həmçinin kassasiya şikayətində də belə əsasların mövcud olduğunu təsdiq edən hər hansı bir dəlilə istinad olunmamış və heç bir mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

37. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, cavabdehin imtinaya haqq qazandırmaq üçün kassasiya şikayətində istinad etdiyi arqumentlər (birdəfəlik ödəmənin verilməsi proqramının başa çatması, 600 min şəxsə münasibətdə ödəmənin həyata keçirilməsi, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsaitin həmin dövrdə təyinatı üzrə artıq istifadə olunması, dövlət büdcəsinin üzərinə əlavə maliyyə yükünün qoyulması) şəxsin qanunvericiliklə təsbit olunmuş hüququnun təmin edilməsindən im tina üçün yetərli sayıla bilməz. Nəzərə almaq lazımdır ki, şikayətdə qeyd olunan məsələlər vətəndaşların sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirləri ehtiva edən müvafiq normativ hüquqi aktların hazırlanması çərçivəsində aparılan normativ aktların hüquqi təsirinin qiymətləndirilməsi və həmin tədbirlərin maliyyə təminatının müəyyən olunması mərhələsində həll olunmalıdır. Sosial müdafiə tədbirlərinin şamil olunacağı ehtimal edilən şəxslərin dairəsi və sayı da məhz həmin mərhələdə müəyyən edilməlidir. Başqa sözlə, vətəndaşların sosial müdafiəsi və sosial təminatı ilə bağlı normativ hüquqi aktlar dövlətin maliyyə imkanları və müvafiq resursları nəzərə alınmaqla və qiymətləndirilməklə hazırlanmalıdır. Bu sahədə qəbul olunmuş normativ aktlarda şəxsin tələb hüququ təsbit edildikdən so nra, müəyyən edilmiş şərtləri ödəyən şəxsə münasibətdə maliyyə yükünə istinadən hüququn təmin olunmasından imtina vətəndaşların qanunvericiliyə etimadına ciddi zərbə vurmuş olardı. Hazırkı mübahisəyə münasibətdə həm də nəzərə almaq lazımdır ki, şəxs sosial müdafiə tədbirinə cəlbetmə müddətinə aid olan aylar üzrə birdəfəlik ödəməni tələb edir və ödəmənin gecikdirilməsi onun məsuliyyət sferasına aid edilə bilməz. Bu zaman inzibati orqanların qanunçuluq və bərabər yanaşma kimi konstitusion prinsiplərə bağlı olduğu da diqqətə alınmalıdır.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 190 manat məbləğində birdəfəlik aylıq ödəmənin verilməsindən cavabdehin imtinası qanunsuz sayılmalı və şəxsin həmin ödəməyə olan hüququnun pozulması kimi qiymətləndirilməlidir.

39. Odur ki, apelyasiy a məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2023-cü il tarixli, 2-1(103)-1292/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar