Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1726/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ç ıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 fevral 2024-cü il tarixli, 2-1(103)703/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Əzizbəyov RİH başçısının 2415 nömrəli 30 dekabr 1999-cu il tarixli sərəncamı ilə iddiaçıya Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsində 57 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır.
2. İddiaçı cavabdehə müraciət edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina bildirişi ilə qeyd etmişdir ki, to rpaq sahəsinin yerləşmə cizgisi Pirallahı bələdiyyəsi tərəfindən təsdiq edilmişdir, cizgidə dəqiq istinad və məsafələr qeyd olunmaması və qeyd olunan torpaq sahəsinin əksər hissəsi ümumi istifadədə olan yol və yaşıllıq ərazisidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, 57 saylı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, 57 saylı bağ sahəsi Əzizbəyov Rİ H-in 30 dekabr 1999-cu il tarixli 2415 nömrəli sərəncamı ilə İddiaçı Elas oğlunun istifadəsinə verilmişdir. İddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, sözügedən torpaq sahəsinin onun adına ilkin hüquqi qeydiyyat alınmasını xahiş etmişdir. Lakin cavabdeh 12 avqust 2021-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina həmin torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmaması ilə əsaslandırılmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası tamamilə əsassızdır və ərizə təmin edilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən də görünür ki, hazırda onun istifadəsində olan torpaq sahəsi qeyd edildiyi kimi, RİH-in müvafiq sərəncamı ilə onun istifadəsinə verilmişdir və hal hazırda da həmin torpaq sahəsinə dair heç bir mübahis ə olmadan oradan istifadə edir. Bu səbəbdən cavabdehin imtinası tamamilə əsassızdır.
6. Cavabdeh tərəfindən iddia tələbinə imtina məktubuna uyğun yazılı etiraz verilərək, iddianın rədd edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli 10/1769 saylı ekspert rəyində qeyd edilmişdir ki, “göstərilən faktiki 1.200 kv.m torpaq sahəsinin sərhədlərinin bir hissəsi mişar daşı, digər hissəsi isə şərti olaraq sərhədlənmişdir. Torpaq sahəsinin üzərində birmərtəbəli tikililər mövcuddur. Şərti olaraq göstərilən 1.200 kv.m torpaq sahəsinin 620 kv.m hissəsi qəsəbə və məhəllədaxili yolun kənar ı olmaqla ümumi istifadə üçün nəzərdə tutulan dövlət mülkiyyəti torpağıdır.”
9. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(112)-413/2023 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “...iddiaçıya müvafiq torpaq sahəsi onun təyinatı nəzərə alınmadan, fərdi yaşayış evinin tikintisi üçün ümumi istifadədə olan ərazidən ayrılması ziddiyyətli xüsusatdır. Digər tərəfdən iddiaçının müraciəti üzrə cavabdeh inzibati orqanın imtinası “cizgidə dəqiq istinad və məsafələrin qeyd olunmaması” ilə əsaslandırılmışdır. Təqdim olunmuş cizgidə bu əlamətlərin əks olunmaması da məsələnin həllinə təsirsiz deyil. Torpaq sahəsinin dəqiq istinad və məsafələri əks olunmuş cizgisi təqdim olunduğu halda, ayrılmış torpaq sahəsinin iddiaç ının faktiki iddia etdiyi sahəyə deyil, tam və qismən fərqli koordinatlara uyğun başqa konfiqurasiyaya malik sahə olması ehtimal olunur. Odur ki, cavabdehin imtinasına gətirilən həmin dəlil də formal xarakterli deyil və sadalananlar iddiaçının ona RİH-in 30 dekabr 1999-cu il tarixli 2415 saylı sərəncamı ilə ayrılmış və iddia etdiyi torpaq sahəsi üzərində hüquqların qeydiyyat alınmasından imtina üçün əsasdır.”
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 fevral 2024-cü il tarixli, 2-1(103)-703/2024 nömrəli qərarı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, C.Yusifov və P.Hüseynov) apellyasi ya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətində özünün istinad etdiyi mütəxəssis rəyindən və həmçinin, işin araşdırılan hallarından müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin bir hissəsi (620 kv.m hissəsi) qəsəbə və məhəllədaxili yol, həmçinin yolkənarı yaşıllıq ərazisi olmuş, sonradan daş hasarla əsas sahəyə daxil edilmişdir. Həmçinin qeyd edilmişdir ki, məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə də gələ bilmir ona görə ki, torpağın cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır.
14. Apellyasiya məhkəməsi “Torpaq islahatı haqqında ” Qanunun 9-cu, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə istinad etmişdir.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, istinad olunan xx.xx.2023-cü il tari xli ekspert rəyi, cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyi əsasında verildiyindən mötəbər xarakter daşıya bilməz. Digər tərəfdən, həmin ekspert rəyinin özündə də, torpaq sahəsinin faktiki olaraq hasardaxili 1200.0 kv. metr təşkil etdiyi, torpaq sahəsinin üzərində birmərtəbəli tikili mövcud olduğu göstərilmişdir. əsasında ekspert rəyinin verildiyi mütəxəssis rəyini tərtib etmiş mütəxəssisin, torpaq sahəsinin bir hissəsinin yolkənarı yaşıllıq və məhəllədaxili yol olduğunu və sonradan daş hasarla əsas sahəyə daxil edildiyini hansı kriteriyalara əsasən müəyyən etdiyi rəydə şərh olunmur. Mütəxəssis tədqiqatı aparıldığı dövrdə torpaq sahəsi daş hasarın daxilində olduğu, beləliklə də iddiaçı tərəfindən faktiki istifadə edildiyi üçün, mütəxəssis həmin sahənin əvvəl lər ümumi istifadədə olub-olmadığı müəyyən edə bilməzdi. Göstərilən səbəblərdən, xx.xx.2023-cü il tarixli ekspert rəyinə, iddia tələbinin əsassız olmasına dair hissədə tənqidi yanaşılmalı, həmin hissədə rəy əsaslı hesab edilməməli idi.
17. Kassator hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normalarından AR Konstitusiyasının 13-cü, AR Mülki Məcəlləsinin 139-1.1.8, 157.1- ci, “İnzibati icraat haqqında” AR Qanununun 16.1, 24.1, 24.2, 61.1, 61.2, 64.1, 64.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 15.1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.7-ci bəndi, prosessual hüquq normalarından AR İPM-nin 14.3 və AR MPM-nin 101.7-ci maddələrinin tələbləri pozulmuş,AR Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının tələbinə zidd nəticə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti v ə bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 20. “Torpaq islahatı haqqında” Qanun: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
21. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 2.7. y erli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakç ılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı v ə ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədi kdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığ ı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
27. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Əzizbəyov RİH başçısının 2415 nömrəli 30 dekabr 1999-cu il tarixli sərəncamı ilə iddiaçıya Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsində 57 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır.
28. Hazırkı iş üzrə iddiaçının hüqu qi marağı da yuxarıda qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsinə yönəlmişdir.
29. Apellyasiya məhkəməsi iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən qeyd etmişdir ki, “...iddia olunan torpaq sahəsinin bir hissəsi (620 kv.m hissəsi) qəsəbə və məhəllədaxili yol, həmçinin yolkənarı yaşıllıq ərazisi olmuş, sonradan daş hasarla əsas sahəyə daxil edilmişdir.”
30. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya fərdi ev tikmək üçün ayrılması barədə sərəncam hüquqmüəyyənedici sənəddir. “İnzibati icraat haqqında” qanunun tələbinə əsasən hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırıl ana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
31. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
32. İş materiallardan hüquqmüəyyənedici sənəd olan həmin sərəncamın hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni sərəncam öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır.
33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan mütəxəssis və ekspert rəyindən görünür ki, şərti olaraq göstərilən 1.200 kv.m torpaq sahəsinin 620 kv.m hissəsi qəsəbə və məhəllədaxili yolun kənarı olmaqla ümumi istifadə üçün nəzərdə tutulan dövlət mülkiyyəti torpağıdır və apellyasiya məhkəməsi göstərilən səbəbə görə həmin hissədə tələbi əsassız hesab etmişdir.
34. Apellyasiya məhkəməsi Yerdə qalan 580 kv.m. torpaq sahəsinə münasibətdə iddianın qismən təmininin mümkünlüyünü araşdırarkən qeyd etmişdir ki, torpağın cizgisində dəqiq istinad və məsafələr qeyd olunmaması səbəbindən iddia qismən təmin edilə bilməz. 3
5. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, bununla da hazırkı qərarın 22 (a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
36. Belə ki, iş materiallarında (iş səh. 32) mübahisələndirilən torpaq sahəsini cizgisi mövcuddur. Həmin cizgi həm bələdiyyə, həm də Pirallahı Rayon İcra Hakimiyyəti Rayon təsərrüfatı şöbəsi tərəfindən təsdiq edilmiş və orada koordinatlar göstərilmişdir.
37. Eyni zamanda adıçəkilən cizgidə qeyd edilən koordinatlarla cavabdehin təqdim etdiyi xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilən koordinatlar (i.v. 83) cüzi fərqləri nəzərə almaqla demək olar ki, eynidir.
38. Bundan başqa, işdə olan (iş səh. 33) Xəzər RİH-nin Rayon Təsərrüfat şöbəsi və Pirallahı qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilən torpaq sahəsinin sxemi və xəritədən çıxarışın əsli mövcuddur.
39. Belə olan halda, apelyasiya məhkəməsinin torpağın cizgisində dəqiq istinad və məsafələr qeyd olunmaması barədə dəlili əsaslı sayıla bilməz.
40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinin, ümumi istifadə üçün nəzərdə tutulan dövlət mülkiyyəti torpağı istisna olmaqla, yerdə qalan torpaq sahəsinin onda olan hüquqmüəyyənedici sənədlər ilə uyğun gəlib-gəlməməsi istiqamətində məhkəmə araşdırma aparmalı olduğu halda bunu etməmiş, nəticədə hazırkı qərarın 22 (a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
41. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin hazırkı qərardakı hüquqi mövqeni nəzərə almaqla iddianın 0.580 ha torpağın mülkiyyət hüququnun qeydə alınması ilə bağlı hissədə hərtərəfli araşdırma aparılmalı, bundan sonra iş üzrə yekun qərar qəbul etməlidir.
42. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, hazırkı halda şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegi yası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 fevral 2024-cü il tarixli, 21(103)-703/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.