Məhkəmə qərarları › İş №2-1(102)-1727/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1727/2019

08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1727/2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Nizami rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 08.05.2019 GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs AR Maliyyə Nazirliyi) kompensasiyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-101/19 saylı 22 yanvar 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 08.05.2019-cu il tarixdə açıq məhkə mə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ AR Nazirlər Kabinetinin 171s saylı 12.03.2018-ci il tarixli Sərəncamına əsasən qəza vəziyyətinə düşmüş Ünvan ünvanındakı yataqxanadan 84 ailənin köçürülməsi üçün hər bir ailəyə ailə üzvlərinin sayı 1 nəfər olduqda-30.000 manat, 2 nəfər olduqda-35.000 manat, 3 nəfər və daha çox olduqda 40.000 manat hesabı ilə 3 135 000 manat birdəfəlik maddi yardım və binanın sökülərək ərazinin abadlaşdırılması üçün 250.000 manat olmaqla Nizami rayon icra hakimiyyətinə 3 385 000 manat pulun ayrılması qərara alınmışdır. Ünvan mənzil iddiaçının mülkiyyətində olmuş və həmin mənzildə yalnız özü qeydiyyatda olmuşdur. Bununla yanaşı iddiaçının ailə tərkibi 5 nəfərdən ibarətdir. Ünvan mənzilin sökülməsi ilə əlaqədar 30.03.208-ci il tarixli müqavilə il ə AR Nazirlər Kabinetinin 171s saylı 12.03.2018-ci il tarixli Sərəncamına əsasən iddiaçıya 30.200 manat ödənilmişdir. İddiаçı Iddiaçı cavabdeh Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ünvan mənzilinə görə ödənilməmiş 10.000 manat kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3081/2018 saylı, 21.08.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3081/2018 saylı, 21.08.2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-101/19 saylı 22 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3081/2018 saylı, 21.08.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən 10.03.2018-ci il tarixdə aparılan yoxlama zamanı iddiaçının ailə üzvlərinin tərkibinin 5 nəfər olması barədə hər hansı bir akt tərtib olunmadığından ödənilən kompensasiya AR Nazirlər Kabinetinin 171s saylı 12.03.2018-ci il tarixli Sərəncamına uyğun olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-101/19 saylı 22 yanvar 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə AR Nazirlər Kabinetinin 171s saylı 12.03.2018-ci il tarixli Sərəncamına əsasən qəza vəziyyətinə düşmüş Ünvan ünvanındakı yataqxanadan 84 ailənin köçürülməsi üçün hər bir ailəyə ailə üzvlərinin sayı 1 nəfər olduqda-30.000 manat, 2 nəfər olduqda35.000 manat, 3 nəfər və daha çox olduqda 40.000 manat hesabı ilə 3 135 000 manat birdəfəlik maddi yardım və binanın sökülərək ərazinin abadlaşdırılması üçün 250.000 manat olmaqla Nizami rayon icra hakimiyyətinə 3 385 000 manat pulun ayrılması qərara alınmışdır. Göründüyü kimi ödənilən kompensasiyanın məbləği qeydiyyatda olan şəxslərin sayına görə deyil, ailə üzvlərinin sayına əsasən müəyyən edildiyindən iddiaçıya 40.000 manat kompensasiya ödənilməl i idi. Kassator İPM-nin 34.1, 90.2, 96.5, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-101/19 saylı 22 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasına iştirak edən iddiаçı və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-101/19 saylı 22 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəməni n İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-101/19 saylı 22 yanvar 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Ünvan mənzil iddiaçının mülkiyyətində olmuş və həmin mənzildə yalnız özü qeydiyyatda olmuşdur. Bununla yanaşı iddiaçının ailə tərkibi 5 nəfərdən ibarətdir. AR Nazirlər Kabinetinin 171s saylı 12.03.2018-ci il tarixli Sərəncamına əsasən qəza vəziyyətinə düşmüş Ünvan ünvanındakı yataqxanadan 84 ailənin köçürülməsi üçün hər bir ailəyə ailə üzvlərinin sayı 1 nəfər olduqda30.000 manat, 2 nəfər olduqda-35.000 manat, 3 nəfər və daha çox olduqda 40.000 manat hesabı ilə 3 135 0 00 manat birdəfəlik maddi yardım və binanın sökülərək ərazinin abadlaşdırılması üçün 250.000 manat olmaqla Nizami rayon icra hakimiyyətinə 3 385 000 manat pulun ayrılması qərara alınmışdır. Ünvan mənzilin sökülməsi ilə əlaqədar 30.03.208-ci il tarixli müqavilə ilə AR Nazirlər Kabinetinin 171s saylı 12.03.2018-ci il tarixli Sərəncamına əsasən iddiaçıya 30.200 manat ödənilmişdir. Hazırkı iş üzrə Ünvan mənzil iddiaçının mülkiyyətində olması, həmin mənzilin Nizami rayon icra hakimiyyəti tərəfindən sökülməsi və iddiaçıya 30.200 manat kompensasiya ödənilməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Hazırkı iş üzrə mübahisə predmeti iddiaçıya kompensasiya ödənilərkən nəzərə alınan ailə üzvünün sayı ilə bağlıdır. Belə ki iddiaçı 5 nəfərdən ibarət ailə tərkibi olduğu (özü, yol daşı, 2 qızı və 1 oğlu) nəzərə alınaraq ona 40.000 manat kompensasiya ödənilməli olduğunu hesab edir. Cavabdeh isə hesab edir ki, sözügedən mənzildə yalnız iddiaçı qeydiyyatda olmuş, bununla yanaşı Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən 10.03.2018-ci il tarixdə yoxlama aparılmış və həmin yoxlama zamanı da faktiki olaraq iddiaçının 5 nəfər ailə üzvü ilə birlikdə həmin mənzildə yaşaması öz təsdiqini tapmadığından ödənilən kompensasiya qanunidir. Məhkəmə kollegiyası qeyd edir ki, AR Nazirlər Kabinetinin 171s saylı 12.03.2018-ci il tarixli Sərəncamına əsasən qəza vəziyyətinə düşmüş Ünvan ünvanındakı yataqxanadan 84 ailənin köçürülməsi üçün hər bir ailəyə ailə üzvlərinin sayı 1 nəfər olduqda-30.000 manat, 2 n əfər olduqda35.000 manat, 3 nəfər və daha çox olduqda 40.000 manat hesabı ilə 3 135 000 manat birdəfəlik maddi yardım və binanın sökülərək ərazinin abadlaşdırılması üçün 250.000 manat olmaqla Nizami rayon icra hakimiyyətinə 3 385 000 manat pulun ayrılması qərara alınmışdır. Göründüyü kimi ödənilən kompensasiyanın məbləği qeydiyyatda olan şəxslərin sayına görə deyil, ailə üzvlərinin sayına əsasən müəyyən edildiyindən iddiaçıya 40.000 manat kompensasiya ödənilməli idi. Bununla yanaşı sözügedən sərəncamda həmin ünvanda faktiki yaşayan ailə üzvlərinin sayına görə kompensasiya ödənilməsi də nəzərdə tutulmamışdır. Sözügedən sərəncamda birmənalı şəkildə hər bir ailəyə ailə üzvlərinin sayı 3 nəfər və daha çox olduqda 40.000 manat ödənilməli olması qeyd edilmişdir ki, iddiaçının ailə tərkibinin 5 n əfərdən ibarət olması da mübahisə predmeti deyildir. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsinin “Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən 10.03.2018-ci il tarixdə aparılan yoxlama zamanı iddiaçının ailə üzvlərinin tərkibinin 5 nəfər olması barədə hər hansı bir akt tərtib olunmadığından ödənilən kompensasiya AR Nazirlər Kabinetinin 171s saylı 12.03.2018-ci il tarixli Sərəncamına uyğun olması”na dair mövqeyi əsaslı deyildir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğ u hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiаçı Iddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-101/19 saylı 22 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Ünvan mənzilinə görə ödənilməmiş 10.000 manat kompensasiyanın iddiaçı ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin üzərinə qoyul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar