Məhkəmə qərarları › İş №2-1(102)-1727/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1727/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1727/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: mümkünlük; prosessual müddətin bərpasına dair ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X2, Cavabdehin vəkili Vəkil2, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs: Azərbaycan Əmək və Sosial Münasibətlər Akad emiyası) “diplom üzrə ixtisasın tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 05 iyun tarixli 2-1(103)-838/2020 nömrəli qərardadından kassasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizəni və işin materiallarını nəzərdən keçirib aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin imtinasının qanunsuz sayılması və ona Rusiya Federasiyası Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialı tərəfindən verilmiş BCB ******* nömrəli x xxxxxx 2006-cı il tarixli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən olunması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə o lunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(82)1117/2019 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 05 iyun tarixli 21(103)-838/2020 nömrəli qərardadı ilə şikayət üzrə apellyasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir. Eyni zamanda, cavabdeh ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 05 iyun tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizənin dəlilləri: Cavabdeh prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 2020-ci il 05 iyun tarixli qərarı xx xxxx 2020-ci il tarixdə nazirliyin qəbul şöbəsinə daxil olmuşdur. Lakin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 saylı Qərarına uyğun olaraq, işçilərin iş sayı məhdudlaşdırıldığından, hüquq şöbəsinin əməkdaşları həmin tarixdən xx xxxx 2020-ci il tarixinədək iş yerinə buraxılmamışdır. Ona görə də, xx xxxx 2020-ci il tarixdə nazirliyə daxil olan apellyasiya məhkəməsinin qərardadından şikayətin verilməsi müddəti buraxılmışdır. Bu səbəbdən, cavabdeh hesab edir ki, bu müddət üzürlü hesab edilməli, şikayətin verilməsi üçün buraxılmış müddət bərpa edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili ərizədə göstərilə nləri müdafiə edərək şikayət üzrə kasasiyanın mümkün sayılmasını xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında şikayətə qarşı etiraz edərək təmin olunmamasını xahiş etdi. İddiaçı vəkilin çıxışı ilə razı olduğunu bildirdi. Üçüncü şəxs məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Ərizə aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Normanın məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Məhkəmə aktının təqdim edildiy i 2020-ci il 22 iyun oktyabr tarixdən cavabdehin sərəncamında 10 gün sərbəst prosessual müddət olmuşdur. Lakin həmin müddətdən cavabdeh istifadə etməmişdir. Cavabdehin qeyd edir ki, “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 saylı Qərarına uyğun olaraq, işçilərin iş sayı məhdudlaşdırıldığından, hüquq şöbəsinin əməkdaşları həmin tarixdən xx xxxx 2020-ci il tarixinədək iş yerinə buraxılmamışdır. Ona görə də, xx xxxx 2020-ci il tarixdə nazirliyə daxil olan apellyasiya məhkəməsinin qərardadından şikayətin verilməsi müddəti buraxılmışdır. Məhkəmə kollegiyası cavabdehin həmin istinadını onun şikayət vermək imkanını mümkünsüz edən və cavabdehin iradəsindən aşkar kənara çıxan hal kimi qəbul etmir. Belə ki, əvvəla işçilərin sayı ilə bağlı məhdudiyyətin məhz hüquq şöbəsinin bütün əməkdaşlarına münasibətdə tətbiq edildiyinə dair hər hansı rəsmi sənəd (əmr, sərəncam, göstəriş və s.) təqdim olunmamışdır. Digər tərəfdən, prosessual qanuna görə kassasiya şikayəti vəkil tərəfindən tərtib edilir, vəkil və inzibati orqanın səlahiyyətli şəxsi (rəhbəri və ya onun tərəfindən səlahiyyətləndirilmiş şəxs) tərəfindən imzalanır. Cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 saylı Qərarına Əlavədə isə fəaliyyətinə icazə verilən sahələr sırasında vəkillik fəaliyyəti də nəzərdə tutulmuşdur. Başqa sözlə, vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər üçün məhdudiyyət nəzərdə tutulmamışdır. Beləliklə, prosessual müddətin buraxılmasında cav abdeh təqsirsiz olmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 24, 90, 96-cı maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Prosessual müddətin bərpasına dair ərizə təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 05 iyun tarixli 21(103)-838/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar