Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1727/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünsüzlüyü, qanuni qüvvədə olan məhkəmə qərarının preyudisiallığı; subyektiv hüquq. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “xx.xx.2012-ci il tarixli ******* saylı Dövlət Reyestrindən Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilərək, reyestr qeydiyyatının silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-337/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Quba rayon DNK-nın 29 iyul 2005-cı il tarixli 4Ə-664- 668 saylı, 28 dekabr 2005-cı il tarixli 4Ə-1286-1290 saylı, 30 dekabr 2005-cı il tarixli 4Ə-1409 saylı alqı-satqı müqavilələri ilə satılmış Qu ba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 8.15 ha torpaq sahəsinə dair İddiaçı adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən “Torpağa Mülkiyyət Hüququna dair” 20 may 2006-cı il tarixli, JN 0783 seriyalı, KOD 30317018 nömrəli Dövlət Aktı, həmçinin, Quba rayon DNK-nın 28 dekabr 2005-cı il tarixli, 4Ə-1291 saylı alqı-satqı müqaviləsi ilə həmin ünvanda yerləşən 1.06 ha torpaq sahəsinə dair iddiaçının adına “Torpağa Mülkiyyət Hüququna dair” 18 may 2006-cı il tarixli, JN 0805 seriyalı, KOD 30317018 nömrəli Dövlət Aktı tərtib edilmişdir.
2. Quba rayon DNK-nın 17 mart 2006-cı il tarixli 4Ə-94 saylı alqı-satqı müqaviləsi ilə satılmış Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsinə dair üçüncü şəxs X2 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Torpağa Mülkiyyət Hüququna dair 20 may 2006-cı il tarixli, JN 0787 seriyalı, KOD 30317018 nömrəli Dövlət Aktı tərtib edilmişdir. Torpaq sahəsinə dair üçüncü şəxsin adına DƏDRX-in Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixli AA seriyalı 024190 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
3. Digər tərəfdən, xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışla Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə üçüncü şəxs X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilmə si barədə ərizə ilə məhkəməyə müraciət edərək “KOD-30317018 JN-0787 Dövlət Aktının, onun əsasında verilmiş xx.xx.2012-ci il tarixli torpaq sahəsinin plan və ölçüsünün, xx.xx.2012-ci il tarixli ******* saylı çıxarışın Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrəli qeydiyyatın ləğv edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Qəçrəş qəsəbəsi ərazisində 9.21 ha torpaq sahəsi onun mülkiyyətindədir. Torpaq sahələrini alqı-satqı ilə əldə etdikdən sonra elə həmin dövrdə ərazi onun tərəfindən hasarlanmış, yüngül konstruksiyalı tikililər inşa edilmişdir, lakin torpaq sahəsinin bir hissəsinin üçüncü şəxs X4 tərəfindən zəbt edilməsinə cəhd edilmişdir. Sonuncunun mübahisəli torpaq sahəsinə hansı hüquqlar ının olduğu ilə bağlı cavabdehə sorğu edilmiş, əldə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, ona Dövlət Aktı ilə 1.5 ha torpaq sahəsi məxsus olmuş, lakin həmin akt əsasında verilmiş çıxarışda heç bir səbəb olmadan torpaq sahəsinin ölçüsü 0.5 ha artırılmış və 2.0 ha göstərilmişdir. Həmçinin, üçüncü şəxsə məxsus torpaq sahəsinin naturada harada yerləşməsini dəqiqləşdirmək üçün mütəxəssisə müraciət edilmiş və “X1” MMC-nin 24 yanvar 2020-ci il tarixdə 146 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, üçüncü şəxsə məxsus torpaq sahəsi iddiaçının mülkiyyətində olan sahənin cənub hissəsinə bitişik yerləşir, meşə fonduna aid torpaqlara aiddir. Habelə rəydə bildirilmişdir ki, cavabdehə məxsus meşə fonduna aid torpağın koordinatları heç bir səbəb olmadan, qanunsuz olaraq onun mülkiyyət ində olan sahənin üzərinə işlənmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən X2 adına olan 2.0 ha torpaq sahəsinə dair xx.xx.2012-ci il qeydiyyat tarixli, ******* nömrəli dövlət reyestrindən çıxarış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN-0787 KOD 30317018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında hazırlanmışdır. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq...aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçmə sinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.B.Məmmədov) 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-150/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş KOD-30317018, JN-0787 Dövlət Aktının, onun əsasında X2 adına verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün, Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, JN-0787 KOD 30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Xaçmaz rayonu Qəçrəş kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsinə üçüncü şəxs X2 mülkiyyət hüququ qeyd ə alınsa da, həmin hüququn yaranması üçün əsas olmuş Quba rayon dövlət notariat konturunda bağlanmış xx.xx.2006-cı il tarixli, 4-ə-94 saylı alqı-satqı müqaviləsi mövcud olmamışdır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən verilmiş Q/01-4573/11 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunmuşdur ki, saxlanılan arxiv məlumatlarında xx.xx.2006-cı il tarixli, 4-ə-94 saylı alqı-satqı müqaviləsi mövcud deyildir. Belə olan halda, JN-0787 KOD 30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.3-cü maddəsinə əsasən həmin dövlət aktı əsasında üçüncü şəxs X2 mülkiyyət hüquqlarının qeydiyyata alındığı xx.xx.2012-ci il tarixli, ******* ***05 reyestr nömrəli çıxarış qanunsuz olduğundan ləğv edilməlidir.
9. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-337/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, F.Ə.Məmmədov və Z.İ. Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, üçüncü şəxs X2 mülkiyyətində olan 2.0 ha torpaq sahəsi ilə İ ddiaçı mülkiyyətində olan 9.21 ha torpaq sahələri üst-üstə düşmür və iddiaçıya aid torpaq sahəsi üçüncü şəxs tərəfindən zəbt olunmamışdır. İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd edilən xüsusatını nəzərə almadan iddia tələbinə mahiyyəti üzrə baxmışdır. 2.0 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin mülkiyyəti olaraq qeydə alınması iddiaçının hər hansı hüququna toxunmadığından, onun belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ da müəyyən olunmamışdır.
12. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh qurumda 2.0 ha torpaq sahəsinə dair dövlət aktı mövcud deyil, yalnız 1.5 ha torpaq sahəsinə dair məlumat mövcuddur. Beləliklə, 2.0 torpaq sahəsinə dair üçüncü şəxsə verilmiş dövlət aktı, çıxarış və digər müvafiq sənədlər saxta yollarla əldə edilmişdir. Mülki iş üzrə keçirilmiş və istinad edilən ekspert rəyi məhz həmin sənədlər və koordinatların sürüşdürülməsi ilə verilmiş çıxarış əsasında vermişdir ki, bu halda mütləq qaydada inzibati orqanın arxivində saxlanan dövlət aktı əsasında yeni rəy alınmalı idi. Bundan başqa, iddiaçı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi 2014-cü ildə olmuş mülki iş üzrə ekspert rəyini əsas tutaraq, inzibati işdə iddianın mümkün sayılmaması haqda qərardad çıxarılmasında haq sız olmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Al i Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, iddiaçının şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır, ona görə də təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
19. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, İddiaçı cavabdeh X3 qarşı torpaq sahəsinin cavabdehin sahibliyindən geri qaytarılması tələbinə dair iddia ilə Quba Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 24 dekabr 2014-cü il tarixli, 2(027)-1962/2014 nömrəli qətnaməsi ilə iddia təmin edilsə də, cavabdehin apellyasiya şikayəti əsasında aparılmış apellyasiya icraatı zamanı AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən rəy (29 yanvar 2016-cı il tarixli, **********81 nömrəli) alınmış və həmin rəydə Quba rayonu, Qəçrəş kəndində “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları (JN 0783 seriyalı KOD 30317018 və JN 0805 seriyalı KOD ********) ilə İddiaçı mülkiyyətinə verilmiş 8.15 ha və 1.06 ha torpaq sahələrinin naturada qismən öz yerində olduğu, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X2 mülkiyyətinə ver ilmiş 2.0 ha torpaq sahəsinin naturada öz yerində olduğu, İddiaçı mülkiyyətinə verilmiş 8.15 ha və 1.06 ha torpaq sahələrinin konfiqurasiyasında dəyişiklik olduğu, İddiaçı mülkiyyətinə verilmiş 8.15 ha və 1.06 ha torpaq sahələrinin X2 mülkiyyətinə verilmiş 2.0 ha torpaq sahəsi ilə 128 kv.m sahədə üstüstə düşdüyü və İddiaçı mülkiyyətinə verilmiş 8.15 ha və 1.06 ha torpaq sahələrinin X4 tərəfindən tutulmadığı müəyyən edilmişdir. Həmçinin, icraat zamanı əldə edilmiş AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 fevral 2016-cı il tarixli, 25371 nömrəli ekspert rəyi də AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 yanvar 2016-cı il tarixli, **********81 nömrəli mütəxəssis rəyi ilə eyni məzmunda verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi 22 aprel 2016-cı i l tarixli, 2(105)143/2016 nömrəli qətnamə ilə iddianı rədd edərkən sözügedən ekspert rəylərinə istinad edərək qeyd etmişdir ki, X2 torpaq sahəsinin iddiaçının torpaq sahəsi ilə 128 kv.m hissədə kəsişməsi iddiaçının torpaq sahəsinin konfiqurasiyasındakı dəyişikliyə əsasən baş vermişdir və buna görə də bu hal İddiaçı hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6 sentyabr 2016-cı il tarixli, 2(102)- 3866/16 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 22 aprel 2016-cı il tarixli, 2(105)-143/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan 9.21 (8.15 və 1.06) ha torpaq sahəsi ilə üçüncü şəxs X2 mülkiyyətində olan 2.0 ha torpaq sahəsi üst - üstə düşmür və iddiaçıya aid torpaq sahəsi sonuncu tərəfindən zəbt olunmamışdır.
21. Nəzərə alınmalıdır ki, İPM-nin 1.2 və MPM-nin 82.3-cü maddələrinin tələbinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
22. İddiaçı öz torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin üst-üstə düşməsi halından çıxış edərək hazırkı iddianı qaldırmışdır və hüquqi marağı üçüncü şəxsə aid hüquqmüəyyənedici sənədlərin ləğv edilməsinə nail olmaqdır.
23. Lakin, iddiaçının sözügedən torpaq sahələrinin üst-üstə düşməsi halına istinad etməsi yuxarıda qeyd edilən məhkəmə qərarları ilə müəyyən edilmiş fakta (iddiaçı üçün prey udisial olan hala) ziddir və iddiaçıya münasibətdə torpaq shaələrinin üst-üstə düşməsi il bağlı yenidən məhkəmə araşdırmasının aparılması MPM-nin 82.3-cü maddəsinin tələbinə ziddir.
24. Qeyd edilməlidir ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması (subyektiv hüquq) şərti də yerinə yetirilməlidir.
25. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Res publikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa mal ik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
26. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
27. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü barədə düzgün nəticəyə gəlmiş, işə baxılarkən prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-337/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərardadı də