Məhkəmə qərarları › İş №2-1(102)-1728/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1728/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1728/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsi üzərində hüquqlarının ölmüş şəxsin adına qeydə alınması, iddia tələbinin dəyişdirilməsi barədə ərizənin apellyasiya icraatında qəbul edilməsinin mümkünlüyü, apellyasiya şikayətinin dəlillərinə qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili X1 iştirakı il ə, İddiaçı cavabdeh DƏDRX-ın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və planölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-664/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. x massivində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 1622 saylı bağ sahəsinin iddiaçının mərhum atası X2 icarəsinə verilməsinə dair xx.xx.1990-cı il tarixli 17737 nömrəli müqavilə bağlanmışdır.

2. X3 xx.xx.1991-ci il tarixdə vəfat etmiş, onun vərəsəsi kimi İddiaçı tanınmışdır.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, x massivində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 1622 saylı bağ sa həsi üzərində iddiaçının mərhum atasının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********07 saylı məktubunda qeyd olunmuşdur ki, bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamış, həmçinin bağ sahəsi ilə bağlı 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-2583/2019 saylı inzibati iş üzrə qanuni qüvvəyə minmiş yekun qərarı idarəyə daxil olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, x massivi ünvanında yerləşən, 0.25 ha torpaq sahəsindən ibarət 1622 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum atası X2 adına daş ınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, x massivi ünvanında yerləşən 1622 saylı bağ sahəsi bağın icarəyə verilməsi haqqında xx.xx.1990-cı il tarixli,17737 saylı müqavilə ilə iddiaçının mərhum atası X2 istifadəsinə verilmişdir. Bağ sahəsi uzun müddət atası tərəfindən istifadə olunmuş və vəfat etdikdən sonra vərəsəsi kimi həmin bağ sahəsi onun istifadəsinə keçmişdir. Hal-hazırda bağ sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum atasının adına keçirilməsi üçün hüquqmüəyyənedici sənədlər tərəfindən toplanaraq cavabdeh idarəyə təqdim edilsə də, cavabdeh idarə tərəfindən müraciətinin təmin edilməsi istiqamətində hər hansı hərəkətlər edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də onun pozulmuş hüquqları bərpa olunmalıdır.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. 8. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)4215/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, x massivi ünvanında yerləşən, 0.25 ha torpaq sahəsindən ibarət 1622 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının iddiaçının mərhum atası X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mərhum atasının x massivi ünvanında y erləşən 1622 saylı bağ sahəsinə dair hüquqları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən tanınır. Belə ki, bağın icarəyə verilməsi haqqında xx.xx.1990-cı il tarixli,17737 saylı müqavilə ilə bağ sahəsinin iddiaçının atasının istifadəsinə verilməsi öz təsdiqini tapdığından cavabdehin imtinası əsassız və qanunsuzdur.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Apellyasiya icraatı zamanı iddiaçı iddia tələbində dəyişiklik etmiş, "x massivi ünvanında yerləşən, 0.25 ha torpaq sahəsi olan 1622 saylı bağ sahəsinə hüququ olmuş İddiaçı mərhum atası X2 adına müvafiq arayışın verilməsi vəzifəsinin cavab dehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-664/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən, 0.25 ha torpaq sahəsi olan 1622 saylı bağ sahəsinə hüququ olmuş iddiaçının mərhum atası X2 adına müvafiq arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında əks olunmuş hüquqi mövqeyə əlavə olaraq qeyd etmişdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi hü ququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün qeydiyyat orqanına müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, bundan sonra həmin vərəsə vərəsəlik sənədlərini qeydiyyat orqanına təqdim etməli və daşınmaz əmlak üzərində hüquq onun adına dövlət qeydiyyatına alınmalıdır. Qeyd edilənlərə əsasən müvafiq bağ sahəsi üzərində iddiaçının mərhum atasının hüquqlarının olmasına dair arayış verilməlidir.

14. Cavabdeh həmin qərardan kasasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edir. Kasasiya şikayətinin iştirakçılarının izahatları və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilmişdir ki, sənədlərin əsi lləri idarəyə təqdim edilməmiş, mütəxəssislər tərəfindən aparılan yoxlama ölçü işləri zamanı bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq mövcud olmuş, sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi müəyyən edilmiş, bölgüsxeminə əsasən 1622 saylı bağ sahəsi əvəzinə başqa bir bağ sahəsinin ərazisi göstərilmişdir. 1622 saylı bağ sahəsinin göstərilən bağ sahəsindən 2450 m cənubda yerləşdiyi, iddiaçı tərəfindən faktiki olaraq göstərilən ərazinin Hidrometrologiya və Zoologiya institutuna ayrılmış bağçılıq ərazilərinə aid olduğu, 1622 saylı bağ sahəsinin həmin əraziyə heç bir aidiyyətinin olmadığı müəyyən edilmişdir. Həmçinin, iş materialları və apellyasiya şikayətinin dəlilləri məhkəmə tərəfindən hərtərəfli araşdırılmamış, müvafiq ekspertiza keçirilməmiş, üçün cü şəxslərin cəlb edilməsi ilə bağlı cavabdehin vəsatətləri təmin edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili şikayətin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdi.

17. İddiaçı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orq anları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

19. İnzibati Prosessual Məcəllə: Maddə 1 2.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 54.1. İnzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Maddə 54.2. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Maddə 54.3. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur.... apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. M addə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

20. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

22. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. İddiaçı apellyasiya məhkəməsi icraatında yeni məzmunda iddia ərizəsi vermişdir. Apellyasiya instansiya dəyişdirilmiş tələb üzrə qərar qəbul etsə də, iddianın dəyişdirilməsi ilə bağlı İPM-in 54-cü maddəsinin tələbləri təmin olunmamışdı r.

24. Apellyasiya şikayətinin dəlillərində mütəxəssislər tərəfindən aparılan yoxlama ölçü işləri zamanı bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq mövcud olması və sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinin müəyyən edilməsi, bölgü-sxeminə əsasən 1622 saylı bağ sahəsi əvəzinə başqa bir bağ sahəsinin ərazisinin göstərilməsi, 1622 saylı bağ sahəsinin göstərilən bağ sahəsindən 2450 m cənubda yerləşməsi, iddiaçı tərəfindən faktiki olaraq göstərilən ərazinin Hidrometrologiya və Zoologiya institutuna ayrılmış bağçılıq əraziləri olması və 1622 saylı bağ sahəsinin həmin əraziyə heç bir aidiyyətinin olmaması qeyd edilmişdir.

25. Apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsi tərəfindən tədqiq olunmamış, onlara hər hansı münasibət bildi rilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 54, 57.8, 82 və 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-664/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həm in məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar