Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1728/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1956, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1rşı “yaşa görə əmək pensiyasının tə yin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-409/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 24 iyun 2021-ci il tarixli **********9 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubu ilə iddiaçıya pensiya təyin edilməsindən imtina olunmuş, imtinanın əsasları kimi iddiaçının ümumi stajının 17 il 11 ay olması, həmçinin 1997-2005-ci illər ərzində işlədiyini iddia etdiyi “X6”ndə əməkhaqqı almadığı, o cümlədən 1974-1978-ci illər ərzində K.Marks ad ına kolxozda olan əmək fəaliyyəti dövrlərinin əmək kitabçasında qeyd edilmədiyi, xx.xx.1987xx.xx.1987-ci və xx.xx.1987-xx.xx.1988-ci illər ərzində əmək fəaliyyəti zamanı 1987-ci il üzrə əməkhaqqı hesablanmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilməməsi olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1974-1979-cu ildə Şamaxı rayonu Nərimankənd kəndində K.Marks adına kolxozun bazasında yaradılmış K.Marks adına üzümçülük sovxozunda 5 il 10 ay, 1983-1986-cı illərdə Şamaxı kooperativ cəmiyyətində, 1979-1981-ci illərdə Şamaxı rayonunun Nərimankənd kəndind ə K.Marks adına sovxozda, 1981-ci ildə Qaqarin adına sovxozda, 1986-cı ildə Şamaxı sovxozunda, 1988-ci ildə Şamaxı rayonu K.Marks sovxozunda, 1989-1990-cı illərdə Şamaxı rayonu MTS-də, 1990-1993-cü illərdə Kommunal məsələləri kombinatında, 1993- 2002-ci ilə kimi X5 işləməsi və MT-İ №0545756 saylı kitabçada göstərilən 32 ildən yuxarı iş stajı faktının müəyyən edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə cavab olaraq, təqdim etdiyi 27 may 1981-ci il tarixdə tərtib olunmuş MT-0545756 saylı əmək kitabçasının, H3 №4052914 saylı hərbi biletin surətinə əsasən onun sığorta stajının 17 il 11 ay olmaqla tələb olunan müddətdən (25 ildən) az olduğu, təqdim etdiyi Şamaxı rayon Dövlət Arxivinin 30 mart 2021-ci il tarixli 101 nömrəli arxiv arayışlarına əsasən o na X5 1997-2005-ci illər ərzində əmək haqqı hesablanmadığı, 1974-1978-ci illər ərzində K.Marks adına kolxozda olan əmək fəaliyyəti dövrlərinin əmək kitabçasında qeyd edilmədiyi və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyi, həmçinin xx.xx.1987xx.xx.1987 və xx.xx.1987-xx.xx.1988-ci illər ərzində əmək fəaliyyəti zamanı 1987-ci il üzrə əmək haqqı hesablanmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı, eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 13281,76 manat olmaqla qanunvericilikdə tələb olunan 28800 manat pensiya kapitalından az olduğu, 01 yanvar 2006-ci il tarixindən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığını bil dirilmişdir. İddiaçı 1974-1979-cu ildə Şamaxı rayonu Nərimankənd kəndində K.Marks adına kolxozun bazasında yaradılmış K.Marks adına üzümçülük sovxozuna 5 il 10 ay (beş il on ay) iş stajı ilə qəbul edilmişdir, Şamaxı rayonu Kooperativ Cəmiyyəti İdarəsindən ona verilmiş 30 mart 2021-ci il tarixli 03 saylı əmək haqqı və başqa gəlirlər barədə verilmiş arayışdan görünür ki, iddiaçı 1983-1986-cı illərdə Şamaxı Kooperativ Cəmiyyətində işləmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının 30 mart 2021-ci il tarixli 101 saylı arxiv arayışından görünür ki, iddiaçı 1979-1981-ci illərdə Şamaxı rayonunun Nərimankənd kəndində K.Marks adına sovxozda, 1981-ci ildə Qaqarin adına sovxozda, 1986-ci ildə Şamaxı sovxozunda, 1988-ci ildə Şamaxı rayonu K.Marks sovxozunda, 198 9-1990-cı illərdə Şamaxı rayonu MTS-də, 1990-1993-cü illərdə kommunal məsələləri kombinatında, 19932005-ci ilə kimi X5 işləmişdir. Bütün bunlar onun əmək kitabçasında qeyd edilmişdir. Bundan əlavə, 1976-1978-ci illərdə Sovet Ordu sıralarında xidmət etmiş və bütün bunlar onun əmək sığorta stajına daxil edilməlidir. Əlavə olaraq, iddiaçının MT-1 № ******* saylı əmək kitabçasından görünür ki, onun 32 (otuz iki) ildən çox stajı vardır, əmək kitabçası dövlət notariusu tərəfindən təsdiq edilmişdir.
4. Cavabdeh tərəfindən təqdim olunmuş iddia tələbinə dair etirazda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pen siyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında" Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin a rayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İddiaçı ona pensiya təyin edilə bilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə 01 aprel 2021-ci il tarixdə çatmışdır. İddiaçı 1974-cü il tarixdən 1978-ci il tarixədək K.Marks adına kolxozda işlədiyini və əməkhaqqı aldığını iddia etsə də, 27 may 1981 -ci il tarixdə tərtib edilmiş MT-1 № ******* əmək kitabçasından görünür ki, işlədiyini iddia etdiyi illər əmək kitabçasında qeyd olunmamışdır. Məlumdur ki, əmək fəaliyyətini təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Lakin iddiaçı tərəfindən işlədiyini iddia etdiyi dövrlərlə bağlı qeydlər iddiaçıya məxsus əmək kitabçasında göstərilməmişdir. Bu səbəbdən də həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Bundan əlavə, 06 aprel 1987-ci il tarixdən 01 noyabr 1987-ci il tarixədək və 02 noyabr 1987-ci il tarixdən 30 iyun 1988-ci il tarixədək iddiaçının işləməsi əmək kitabçasında qeyd olunsa belə, həmin dövrdə iddiaçı hər hansı məbləğdə əməkhaqqı almamışdır. Həmçinin iddiaçının əmək kitabçasında onun 13 mart 1993-ci il tarixdən 25 dekabr 2005-ci il tarixədək işləməsi qeyd olunsa da, 30 mart 2021-ci il tarixli 101 nömrəli X3 filialının arayışından görünür ki, iddiaçı 1995 və 1996-cı illər üzrə əməkhaqqı almışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsində əmək pensiyası anlayışına görə əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin in 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair plenum qərarı). Pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Göründüyü kimi, qeyd olunan normalardan da müəyyən olur ki, iddiaçıya 1987-ci il tarixdə, ümumiyyətlə, əməkhaqqı hesablanmamış, “X6”ndə işlədiyi dövrlər üzrə isə 1995 və 1996-cı illər əməkhaqqı hesablanmışdır. Bu səbəbdən də 1987-ci il və “X6”ndə işlədiyini iddia etdiyi digər dövrlər iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Həmçinin qeyd etmək lazımdır ki, iddiaçının ümumilikdə pensiya kapitalı işlədiyi illər üzrə 13281,76 manat təşkil edir. İddiaçıya pensiya təyin edilə bilməsi üçün onun pensiya kapitalı 28800 olmalıdır. Göründüyü kimi iddiaçının pensiya kapitalı da qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır. Əlavə olaraq bildiririk ki, iddiaçı 01 aprel 2021-ci il tarixdə yaşa görə müavinət təyin edilmişdir və hal-hazırda müvafiq ödən işlər həyata keçirilir. Ümumilikdə, müəyyən olunur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq kifayət qədər sığorta stajı və ya tələb olunan pensiya kapitalı olmadığı üçün onun pensiya hüququ yaranmır.
5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-156/2022 nömrəli, 18 fevral 2022ci il tarixli qərarı ilə (hakim L.E.Mirzəyeva) iddia tələbi təmin edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
6. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, əmək stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi qanunvericilikdə imperativ qayda kimi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydasını da təsbit etmişdir. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüquq normalarına görə, arxiv müəssisələri tərəfindən verilmiş arayışlar iş stajının müəyyən edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İstinad edilən hüquq normalarının məzmunundan da göründüyü kimi, əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması nəzərdə tutulmuşdur. Eyni zamanda, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X3 filialının iddiaçıya ünvanladığı 01 saylı 30 mart 2021-ci il tarixli məktubunda 1997-2005-ci illərə aid X6nin dövrü sənədlərinin X3 filialına təhvil verilmədiyi qeyd edilmişdir. Həmin birliyə aid dövrü sənədlərin arxivə təhvil verilməməsi iddiaçının əmək haqqı almadığı anlamına gəlmir. Eyni zamanda, sənədlərin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Beləliklə, qeyd olunan iddiaçıya məxsus əmək kitabçasındakı iş stajı ilə yanaşı, onun arxiv arayışlarında qeyd edilən dövrlər də nəzərə alındıqda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur.
7. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)409/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z. İ.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-156/2022 nömrəli, 18 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayəti işin faktiki halları və cavabdehin iddia ərizəsinə dair etiraz məktubuna uyğun tərtib olunmuş, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 7, 21, 31.2-1-ci maddələrinə, Əmək Məcəlləsinin 87-c i maddəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi" Qaydalarının 3.2-ci bəndinə, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-409/202 2 nömrəli, 07 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.....
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixl i 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə.
15. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİ YA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Şikayətdə fundamental vaci b hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinin təmin olunmasından imtina edilmişdir.
22. Cavabdeh orqan tərəfindən iddiaçının 17 il 11 ay sosial sığorta stajının olması mübahisələndirilməmiş, lakin onun 1997-2005-ci illərdə “X6”ndə, 1974-1978-ci illərdə və 1987-ci ildə K.Marks adına kolxozda işlədiyi müddət mübahisələndirilmişdir.
23. İddiaçının 1974-1978-ci illərdə K.Marks adına kolxozda işlədiyi dövrün əmək kitabçasında əks etdirilməməsi ilə bağlı qeyd edilməlidir ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti mü əyyənləşdirir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
25. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərd ən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
26. Yuxarıda qeyd olunan normalara əsasən müəyyən olunur ki, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri təqdim etmişdir.
27. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır.
28. İddiaçının 1997-2005- ci illərdə “X6”ndə və 1987-ci ildə K.Marks adına kolxozda işlədiyi dövrün sığorta stajı kimi qəbul edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dövrlərdə iddiaçının işləməsi əmək kitabçasında öz əksini tapmışdır. Əmək kitabçasındakı qeydlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən, həmin qeydlər mötəbər hesab olunmalıdır.
29. Beləliklə, aşağı instansiya məhkəmələrinin iddiaçıya 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə mövqeyi əsaslı olmuşdur.
30. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-409/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.