Məhkəmə qərarları › İş №2-1(102)-1728/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1728/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1728/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu püblik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi və tutulan məbləğlərin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi hakim), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mü dafiə Fondu püblik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı qərarın ləğv edilməsi və tutulmuş soial müavinət məbləğlərinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-266/2024 nömrəli iş üzrə 08 fevral 2024-cü il tarixli qərarından cavabdehin kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2177/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci ildə Bakı şəhərində doğulmuş X2 ərizəçi - xx.xx.1951-ci ildə Kürdəmir rayonunda doğulmuş İddiaçı Fərux oğluna övladlığa verilməsi qət edilmişdir. 2. 13.10.2021-ci il tarixdən övladlığa götürülən X4 görə sosial m üavinət təyin edilmiş, xidməti yoxlama zamanı X3 valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaq olmadığı səbəbindən təyin edilmiş sosial müvainətin ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmış, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1.366,45 manat məbləğdə artıq ödəmə müəyyən olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli 31130 nömrəli qərarının ləğv edilməsi və həmin qərar əsasında onun əmək pensiyasından tutulmuş məbləğlərin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6513/2023 nömrəli iş üzrə 30 may 202 3-cü il tarixli qərarı ilə (hakim N.Abiyev) iddia təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

5. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-266/2024 nömrəli iş üzrə 08 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər C.Yusifov (sədrlik edən və məruzəçi), P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiya məhkəməsinin qərarının əsaslarına görə, “İşə əlavə olunmuş Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış və artıq icra edilmiş qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı doğma valideynlərinin tərbiyəsi ilə məşğul olmaq istəmədikləri xx.xx.20 18-ci il təvəllüdlü X5 (hazırda X7) övladlığa götürmüş və bunu uşaq doğulduğu vaxtdan övladlığa götürüldüyü vaxtadək könüllü və tamamilə şüurlu surətdə uşağın tərbiyəsi ilə bağlı vəzifələri öz üzərinə götürməklə həyata keçirmişdir. İş materiallarından da görünür ki, həmin qətnamənin hüquqi nəticəsi olaraq cavabdehin xx.xx.2021- ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2021-ci il tarixdən 160 manat məbləğində sosial müavinət təyin olunmuş, daha sonra isə xx.xx.2022-ci il tarixli qərarı ilə həmin müavinətin ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ona ödənilmiş 1366.45 manat məbləğində müavinətin tutulması qərara alınmışdır. Lakin həmin qərar qəbul olunarkən, cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələbinə uy ğun olaraq iddiaçının inzibati icraat açıldığı və iddiaçının iştirakı ilə məsələnin həll olunduğu müəyyən olunmur. Halduki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə öz təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati aktı qəbul etmək vəzifəsi inzibati orqanın vəzifəsi kimi müəyyyən edilmiş və həmin Qanunun 36.3-cü maddəsinə əsasən inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, həmin şəxslərin maraqlı şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Cavabdeh tərəfindən isə qeyd olunan inzibati icraat haqqında hüqüq normalarının tələbləri pozulmuşdur. Digər tərəfdən, cavabdeh orqan ilə övladlığa götürülən uşağa görə təyin edilmiş sosial müavinətin öd ənişinin dayındırılması və ödənilmiş pulun iddiaçıdan geri tutulması barədə qərar qəbul edərkən istinad etdiyi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə belə riayət olunmamış, kobud pozuntulara yol verilmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ

8. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayətinin dəlillərinə görə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.10-4-cü maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət - valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyə n edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin edilir. İddiaçıya xx.xx.2021-ci il tarixindən övladlığa götürülən uşağa görə sosial müavinət təyin edilmişdir (X6 övladlığa götürdüyü üçün). “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabi liyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideynə vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. X3 valideynləri X8 və X1 valideynlik hüququndan və ya X3 (X2) valideyn himayəsindən məhrum olması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadı ğına görə X7 valideyn himayəsindən məhrum olmuş uşaq hesab edilmir. Xidməti yoxlama zamanı X3 valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaq olmadığı müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır; İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə tə minat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 13. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12.2. Müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən ed ilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. 14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 21.1. Qanunda ba şqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bil məz; Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət; Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərə findən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir; Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququ n inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları Dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli (§40) və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli (§49) qərarlar). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASL QAYDASİ a) Kassasiyanın mümkünlüyü

17. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün hesab edilmişdir. b) Kassasiya baxışının hədləri

18. Kassasiya şikayətində qərarın ləğvi xahiş edildiyi instansiyasının yekun məhkəmə aktı şikayət həddində tam yoxlanılır. üçün, apellyasiya c) İşə baxılması qaydası

19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qərarının tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İlk olaraq, şikayətdə fundamental vacib hüquqi məsələlər qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq ödənilmiş sosial müavinət məbləğinin tutulması ilə bağlı işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, məhkəmə istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur və həmin məhkəmənin qərarında şərh olunmuş məsələləri yenidən müza kirə etməyə lüzum yoxdur.

23. Kassasiya şikayətinə münasibətdə isə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş hallarına görə, iddiaçıya sosial müavinətin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı hər hansı inzibati icraat aparılmamış, daxili araşdırma nəticəsində qanunsuzluğun müəyyən edilməsi əsası ilə iddiaçıya inzibati akt əsasında təyin edilmiş sosial müavinətin artıq ödənilmiş məbləğinin tutulmasına başlanmışdır. Halbuki, qanuni əsaslardan hər hansı birini aşkar etdikdə cavabdeh inzib ati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir.

24. Bundan başqa, cavabdeh “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsinin “Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır” müddəasının tələbini pozaraq, artıq ödənilmiş məbləğin qaytarılmasını məhkəmə qaydasında təmin etmək imkanından istifadə etmədən, qanunsuz olaraq bunu öz qərarı i lə həll etməyə çalışmışdır.

25. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-266/2024 nömrəli iş üzrə 08 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu püblik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının kassasiya şikayəti təmin edilməsin. Qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar