Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1729/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı vəkili X3, cavabdehin vəkili Vəkil1 iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan ölçüsünün ver ilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-430/19 saylı 06 fevral 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29.05.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında Ünvan1 ərazisindəki 6240 nömrəli bağın istifadəyə verilməsi haqqında 28667 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi 10 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. İddiaçı Ünvan1 ünvanında yerləşən 6740 saylı bağ sahəsi üzərində hüquqla rın dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh 04.05.2018-ci il tarixli **********54 saylı “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” Bildiriş verərək qeyd etmişdir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200.00 kv metr təşkil etsə də, faktik olaraq əlavə 142.7 kv metr torpaq sahəsi istifadə edilməkdədir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 6740 saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyatı yoxdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdı r. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ünvan1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 6740 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirələrək bu barədə çıxarışın və plan-ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3751/2018 saylı, 02.11.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3751/2018 saylı, 02.11.2018-ci il tarixli qərarından cavabdeh a pellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-430/19 saylı 06 fevral 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3751/2018 saylı, 02.11.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, bağ sahəsinin sxematik sahəsi ilə uyğunsuzluq təşkil etməsi bir tərəfdən iddiaçının iradəsindən asılı olan hal deyil, digər tərəfdən də onun aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aiddir. Bundan əlavə, iddia tələbi məhz müqavilə əsasında ona verilmiş sahəsi 0.12 ha olan 6740 saylı bağ sahəsinə çıxarışın və plan-ölçünün verilməsidir. İddiaçı tərəfindən faktiki olaraq əlavə 142.7 kv metr torpaq sahəsinin istifadə olunub-olunmamas ı hazırkı iddianın predmeti deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-430/19 saylı 06 fevral 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200.00 kv metr təşkil etsə də, faktik olaraq əlavə 142.7 kv metr torpaq sahəsi istifadə edilməkdədir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 6740 saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyatı yoxdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Kassator “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 11.1, 12.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 55, 6 8, 111.1-ci maddələrinə, İPM-nin 20.1, 28.1, 62.1, 62.2-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-430/19 saylı 06 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-430/19 saylı 06 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına iştirak edən iddiаçının vəkili X4 Bakı Apellyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının 2-1(103)-430/19 saylı 06 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-430/19 saylı 06 fevral 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında Ləhiş ərazisindəki 6240 nömrəli bağın istifadəyə verilməsi haqqında 28667 saylı müqavilə bağlanmış, həmin müqavi ləyə əsasən Ünvan1 ünvanında 0.12 ha torpaq sahəsi 10 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. Beləliklə Ünvan1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 6740 saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında 28667 saylı müqavilə əsasında iddiaçının adına ayrılması işin mübahisəsiz hallarına aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas sayılır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14- cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi Ünvan1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 6740 saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında 28667 saylı müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsaslarından biridir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanan imtina əsaslarının hazırkı iş üzrə mövcud olmamasına baxmayaraq cavabdeh qeyd olunan normada nəzərdə tutulmayan əsasla (təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsünün 1200.00 kv metr təşkil etməs inə baxmayaraq faktik olaraq əlavə 142.7 kv metr torpaq sahəsi istifadə edilməsi və aparılan araşdırma zamanı bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinin müəyyən edilməsi) iddiaçının ərizəsini icra etməkdən imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, hazırkı iş üzrə iddiaçı Ünvan1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 6740 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirələrək bu barədə çıxarışın və plan-ölçüsünün verilməsinin zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirsə də cavabdeh bunun əksini sübuta yetirə bilməmişdir. Cavabdehin gətirdiyi dəlillər iddiaçının ərizəsinin təmin edilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-320/ 19 saylı 17 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-430/19 saylı 06 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1729/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1729/2019
29.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver