Məhkəmə qərarları › İş №2-1(102)-1729/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1729/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1729/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1729/2020) Açar söz: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Bakı şəhəri xx xxxxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “iş illəri sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1113/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1962-ci ildə Ağsu rayonunda doğulmuşdur və hazırda Bakı şəhərində yaşayır. İddiaçının əmək kitabçasında əksini tapmış məlumatlara əsasən, o, xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilə qədər “XXİİ qurultay” adın a Bakı X1nun 1 saylı texnoloji sexində texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsində işləmişdir. xx.xx.1981-ci ildən xx.xx.1983-cü il tarixinədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilə qədər “XXİİ qurultay” adına Bakı X1nun 2 saylı texnoloji sexin 201 saylı texnoloji qurğusunda texnoloji qurğu operatoru, xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilə qədər “XXİİ qurultay”adına Bakı X1nun 2 saylı texnoloji sexində texnoloji nasos maşinisti, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə qədər “Azərneftyağ” İB-nin 1 saylı yağ istehsalı 201 saylı texnoloji qurğuda texnoloji qurğu əməliyyatçısı, xx.xx.1997-ci ildən xx.xx.2008-ci ilə qədər “Azərneftyağ” İB-nin 1 saylı yağ istehsalında növbətçi-çilingər, xx.xx.2008-ci ildən xx.xx.2015-ci ilə qədər “Azərneftyağ” NEZ-nin 7 saylı texnoloji sexin 1 saylı sahəsinin təmir bölməsində təmirçi-çilingər peşəsində işləmişdir. xx.xx.2015-ci il tarixdən Heydər Əliyev adına X1nun 25 saylı texnoloji sahənin təmir üzrə xidmət sahəsində təmirçi-çilingər peşəsinə işləyir (əmək kitabçasında son qeyd xx.xx.2020-ci il tarixi göstərilmişdir). İddiaçı xx.xx.2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi və ya cavabdeh yazılacaq) müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçının xahişini təmin etməmiş və xx xxxxxx 2019-cu il tarixli məktubla ona cavab verərək bild irmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin olunması üçün zəruri olan xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən azdır. Bundan sonra iddiaçı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşı tamam olan tarixdən yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.2006-cı il tarixə 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır. Bu əmək stajının olması X1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda əksini tapmışdır. Cavabdeh onun xx.xx.2006-cı il tarixə 25 il ümumi və 12 il 6 ay xüsusi stajını nəzərə almamaqda haqsızdır. Cavabdehin etiraz dəlilləri: Cavabdehin etiraz dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş pensiya təyin etməkdən imtinanın əsasları ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2443/2020) saylı, xx xxxxxx 2020-cu il tarixli qərarı ilə (hakim N.Abiyev) iddia təmin edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının (iddiaçıya məxsus diplom, hərbi bilet və əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla), o cümlədən 12 il 6 aydan artıq, yəni 19 il 9 ay 16 gün güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.2019-cu il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1113/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev (sədrlik edən və məruzəçi), A.Nuriyeva və A.Hüseyn) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2443/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qəra rını birinci instansiya məhkəməsinin qərarının məzmununa uyğun əsaslandırmışdır. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının x xxxxxx 2006-ci il tarixinədək 25 il ümumi iş stajı və azı 12 il6 ayı xüsusi stajı olmalıdır. Lakin iddiaçının əmək kitabçasından və hərbi biletindən görünür ki, onun ümumi iş stajı 24 il 11 ay 19 gün təşkil edir. Belə ki, xx.xx.1980xx.xx.1981-ci illərdə (6 ay 3 gün) “XXİİ qurultay” adına Bakı X1nun 1 saylı texnoloji sexində texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər; xx.xx.1981-xx.xx.1983-cü illərdə (2 il 1 ay 3 gün) hərbi xidmət; xx.xx.1983 - xx.xx.1988-ci illərdə (4 il 6 ay 18 gün) “XXİİ qurultay” adına Bakı X1nun 2 saylı texnoloji sexin 201 saylı texnoloji qurğusunda texnoloji qurğu operatoru; xx.xx.1988 - xx.xx.1994-cü illərdə (6 il 2 ay 10 gün) “XXİİ qurultay” adına Bakı X1nun 2 saylı texnoloji sexində texnoloji nasos maşinisti; xx.xx.1994 xx.xx.1997-ci illərdə (3 il 4 ay 24 gün) “Azərneftyağ” İB-nin 1 saylı yağ istehsalı 201 saylı texnoloji qurğuda texnoloji qurğu əməliyyatçısı; xx.xx.1997 - xx.xx.2006-cı illərdə (8 il 2 ay 21 gün) “Azərneftyağ” İB-nin 1 saylı yağ istehsalında növbətçi-çilingər işləmişdir. İddiaçının 013965 nömrəli diplomundan və Azərbaycan Texniki Universitetinin xx.xx.2019-cu il tarixli 022-466 nömrəli arxiv arayışından görünür ki, iddiaçı qiyabi təhsil almışdır. Təhsil aldığı müddətin demək olar ki, bütün hissəsini işləmişdir və İdarə, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin müddətləri ümumi iş stajına daxil edir. İddiaçının xx.xx.1980-ci ildən (universitetin qiyabi şöbəsinə daxil olduğu gün) xx.xx.1980-ci illər (əmək fəaliyyətinə başladığı gün) arasındakı müddət ümumi iş stajına daxil edilməməlidir. Beləliklə, 01.01,2006-cı il tarixədək iddiaçının topladığı ümumi iş stajı da 25 ildən azdır. Buna görə də “Əmək pensiyaları haqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaç ı məhkəmə iclasına vəkilsiz gəldiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən çıxışlarda iştirak etməmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxışa göndərilməlidir. Belə ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və xx.xx.2006-cı il tarixə 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı olduğunu iddia edərək, 57 yaşı tamam olduğu xx.xx.2019-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçının bu tələbinin hüquqi əsaslarını təşkil edən «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Adı çəkilən Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatlar ın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «a» bəndinə görə yeraltı işlə rdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin maddənin «b» bəndində isə göstərilirdi ki, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həm in işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx.xx.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən dəyişikliyə əsasən, qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmışdır. Bu normadan göründüyü kimi, 9.8-ci maddəyə əsasən o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 57 yaşına çatmış olsun; bu şəxs xx.xx.2006-cı il tarixə azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun. Əgər bu şərtlərdə n hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etməsinin səbəbini onun xx.xx.2006-cı il tarixinə 25 il ümumi stajının olmaması ilə əsaslandırmışdır. Həqiqətən də iddiaçıın əmək kitabçasında əksini tapmış əmək fəaliyyəti dövrü və hərbi xidmətdə olduğu müddət toplam 24 il 11 ay 19 gün təşkil edir. İşə baxmış apelyasiya instansiyası məhkəməsi iddiaçının ali təhsil haqqında diplomunda göstərilən təhsil müddətini də staja daxl etmişdir. Həmin diplomdan görünür ki, iddiaçı 1980-ci ildən xx.xx.1989-cu ilədək tələbə olmuşdur. Bu dövrün iki ilində (19811983-cü illər) iddiaçının hərbi xidmətdə olduğu nəzərə alınarsa, onun təhsil müddəti 7 il təşkil edir. M əlumdur ki, ali təhsil müddəti bundan azdır və işin bu halı ehtimal etməyə əsas verir ki, iddiaçı bu müddətin bir hissəsində təhsildən kənarda qalmışdır. Bu halda həmin dövrü bütövlükdə sosial sığorta stajına daxil edilən ali təhsil müddəti kimi qəbul etmək olmaz. Apelyasiya instansiyası məhkəmə iddiaçının fasiləsiz təhsil müddətini dəqiqləşdirməmişdir. Ümumiyyətlə, məhkəmə iddiaçının işlədiyi dövrləri qərarda göstərsə də, hər bir iş üzrə müddətləri, habelə bu müddətləri toplamaqla iş stajının cəmini müəyən etməmişdir. Verilmiş iddianın həlli isə, məhkəmədən məhz bunu tələb edirdi. Çünki iddiaçı əmək fəaliyyətinə başladığı xx.xx.1980-ci ildən xx.xx.2006-cı il tarixə kimi ümumi iş stajının 25 ildən çox olduğuna əsasən pensiya təyin olunmasını tələb edir. Bu iddianın həlli üçün də əhəmiyyətl i olan hallardan biri məhz xx.xx.1980-ci ildən xx.xx.2006-cı il tairxə onun 25 il ümumi satıjının olmasıdır. Bundan başqa, cavabdeh apelyasiya şikayətində iddiçının xx.xx.1983-xx.xx.1988-ci illərdə (4 il 6 ay 18 gün) işlədiyi texnoloji qurğu operatoru və xx.xx.1988-xx.xx.1994-cü illərdə (6 il 2 ay 10 gün) işlədiyi texnoloji nasos maşinisti peşələrinin Siyahılarda nəzərdə tutulduğunu, qalan peşələrin isə Siyahılarda qeyd olunmadığını bildirmişdir. Apelyasia məhkəməsi cavabdehin bu dəlilini ayrılıqda araşdırmamış, nəyə əsasən bu dəlili qəbul etmədiyini əsaslandırmamışdır. Apelyasiya məhkəməsi iddiaçının çalışdığı peşəni zərərli peşə sayarkən Heydər Əliyev adına X1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa istinad etmişdir. Bu arayışın sübut kimi əhəmiyyəti ilə bağlı məhkəmə kolleg iyası qeyd edir ki, «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahı da göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Lakin iş materiallarında olan və məhkəmələrin sübut kimi istinad etdikləri Heydər Əliyev adına X1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış bu tələblərə cavab vermir. Həmin arayışda iddiaçının 1980-ci ildən etibarən işlədiyi müxtəlif peşələr və həmin peşələrdə çalışdığı müddətlər göstərilməsinə baxmayaraq, hansı peşənin hansı Siyahıda və hansı bölmədə (kodda) nəzərdə tutulduğu göstərilməmiş, ümumi şəkildə qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx. 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin “Siyahısı”nın 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyən olunmuşdur. Sözügedən arayışda iddiaçının işlədiyi peşələr üzrə Siyahıya uyğunluğu göstərilməsə də, birinci instansiya məhkəməsi özü iddiaçının texnoloji qurğuların operatorları, texnoloji avadanlıqların təmiri üzrə çilingər, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşələrini də 2 nömrəli Siyahıya uyğunlaşdırmışdır. Cavabdeh apelyasiya şikayətində həmin peşələrin Siyahıda nəzərdə tutulmadığını bildirərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apelyas iya instansiyası məhkəməsi apelyatorun bu dəlilinə qiymət verməmiş, gəldiyi nəticəni əsaslandırmamışdır, iddiaçının əmək kitabçasında qeyd olunmadığı halda onun çalışdığl çilingər peşasinin nəyə görə Siyahıda göstərilən “nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər” peşəsinə uyğunlaşdırdığını əsaslandırmamışdır. İşin hallarının bu vəziyyətində, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşə və istehsalatlarda işlədiyinə dair məhkəmənin gəldiyi nəticə, Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsində müəyyən olunan sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi barədə qaydaya, habelə İPM-nin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə uyğun gəlmir. Məhkəmə bu prosessual normaların tələblərinə uyğun olaraq, iddiaçının xx.xx.2006cı il tarixədək 25 il ümumi staja malik olmasını dəqiqləşdirməli, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxartmalı idi. İşin tam və hərtərəfli araşdırılması barədə bu prosessual tələblərə riayət olunmaması, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsasdır. Lakin iş ü zrə yeni qərar çıxarılması üçün, əvvəlki abzasda göstərilən halların araşdırılması zəruridir və əhəmiyyətli sayda sübutların araşdırılması tələb olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Buna görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün Bakı Apel yasiya Məhkəməsinə göndərilməlidir. İşə apelyasiya instansiyasında təkrar baxılarkın, yuxarıda göstərilən hallar araşdırılmalı və nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95 və 96-cı maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2808/2020 saylı xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. İş materialları yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar