Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1729/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə pensiya təyinatı, tikintidə bənna peşəsinin güzəştli peşə sayılması ) Hakimlər: Səyyad Kərimov (sədrlik edən və məruzəçi), Nigar Rəsulbəyova, Bəhman Qəribovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmə k pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2021-ci il tarixli, 2-1(103)-699/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. 27.04.1981-ci il tarixdən 11.05.1983-cü il tarixədək hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı İdarəetmə və Texnologiya Kolleci tərəfindən verilmiş 10.03.2020-ci il tarixli 60 nömrəli arayışa görə, “Mülki və sənaye tikintisi” ixtisası üzrə keçmiş Bakı Politexnik Texnikumunun əyani şöbəsinə qəbul edilmiş, 22.04.1981-ci ildən 04.05.1983-cü ilə kimi hərbi xidmətdə olmuşdur. 23. 05.1983-cü il 395-C nömrəli əmrlə həmin Bakı Politexnik Texnikumuna bərpa edilərək, 18.06.1984-cü ildə həmin texnikumu bitirmiş, ona “texnikinşaatçı” ixtisası üzrə diplom verilmişdir.
2. İddiaçı əmək kitabçasına əsasən 23.05.1983-cü ildən “Azkəndtikinti” Trestinin 44 №-li MMK-da əmək fəaliyyətinə başlamış və ona 3-cü dərəcəli bənna ixtisası verilmiş, 25.10.1983-cü ildə işdən azad olunmuş, 18.09.1984-cü il tarixdə Azərbaycan Respublikası Sənayetikinti Nazirliyinin 4 №-li Trestinin 45 №-li Tikinti İdarəsində 3-cü dərəcəli bənna qismində işə qəbul edilmiş, 02.01.1985-ci ildə ona bənna peşəsi üzrə 4-cü dərəcə verilmiş, 01.12.1987-ci ildə ona 4-cü dərəcəli bənna ixtisası verilmiş, 01.09.1992-ci ildə iş icraçısı vəzifəsinə keçirilmiş, 01.11.1994-cü ildə 5-ci dərəcəli bənna işinə keçirilmiş, 01.0 1.1995-ci ildə yenidən iş icraçısı vəzifəsinə keçirilmiş, 15.03.1997-ci ildə texniki istehsalat şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, 15.10.1999-cu ildə öz xahişi ilə işdən azad edilmiş, 16.10.1999-cu ildə 1 №-li TT Trestinin 8 №-li Təmir-Tikinti Sahəsinə mühəndis vəzifəsinə təyin edilmiş, 19.10.2000-ci ildə həmin vəzifədən azad edilmiş, 30.08.2000-ci il tarixdən 29.03.2002-ci il tarixədək digər vəzifədə çalışmış, 01.04.2002-ci il tarixdən isə "xxxx" ASCdə yardımçı qurğuların mühəndisi vəzifəsinə təyin edilmiş, 04.04.2003-cü il tarixdən isə Yardımçı Qurğular mühəndisi vəzifəsinə təyin edilmişdir. Hal-hazırda işləməkdə davam edir. 3. "xxxx" şirkətinin 4 №-li Trestinin və onun nəzdində olan tikinti idarələrinin hüquqi varisi kimi "xxxx" ASC tərəfindən verilmiş 17.05.2019-cu il tarixli ar ayışa görə, iddiaçının işlədiyi peşələr Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş siyahının 35 №-li bölməsinin “Ümumi peşələr”- elektrik qaynaqçıları və 29 №-li bölməsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” - a) bəndinə - fəhlələr: (bənnalar briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar”) və b) bəndinə - rəhbərlər və mütəxəssislər: “tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçıları” - uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir.
4. İddiaçı 31.10.2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı “Asan xidmət” Mərkəzinə ərizə i lə müraciət edərək, müxtəlif vaxtlarda xüsusi ilə zərərli və ağır işlərdə işlədiyini, 1983-cü ildən əmək fəaliyyəti ilə məşğul olduğunu bildirmiş və buna görə də təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
5. Cavabdehin iddiaçıya ünvanladığı 07.11.2019-cu il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə istinadən iddiaçının 01.01.2006cı il tarixədək ümumi iş stajının 25 ildən az olduğu, bu səbəbdən ona pensiya təyin olunmasından imtina edildiyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 17 dekabr 2019-cu il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşda n, yəni 04.02.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin qərarı əsassızdır. İddiaçının əmək stajı 2006-cı ilə kimi deyil, daha çox hesablanmalıdır. Həmçinin iddiaçının zərərli əmək stajının müddəti iddiaçı əmək pensiyasına çıxan vaxta hesablanmalıdır. 8.1 saylı Bakı İnzibati Məhkəməsinin (hakim-X1) 12 mart 2020-ci il tarixli, 2-1(112)2189/2020 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni 04.02.2019-cu il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranması ndan asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilməlidir. İddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. İddiaçının 01.01.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olunduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir.
9. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının (hakimlər-İddiaçı Məmməd oğlu-məruzəçi, X2 və X4) 20 iyul 2020-ci il tarixli, 2-1(103)-1341/2020 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərt birlikdə mövcud olmalıdır: 1) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə y aşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (bundan sonra - Siyahı) nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il yarım olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı 01.07.2017-ci il tarixədək mövcud olmalıdır. Qeyd olunan şərtlərə iş üzrə əməl olunur. Belə ki, aldığı təhsil üzrə ixtisasca texnik-inşaatçı olan iddiaçının 01.07.2017-ci il tarixədək işlədiyi bənna və iş icraçısı peşələri Siyahıda nəzərdə tutulan -
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - a) fəhlələr: bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar və b) mütəxəssislər: iş icraçıları - peşələrinə uyğun gəlir, iddiaçının 01.07.2017-ci il tarixədək Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il yarım, ümumi iş stajının minimum 25 il olması onun əmək kitabçası və iş yerindən arayışla təsdiq olunur.
12. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin həmin qərarının ləğv olunmasını və iddianın rədd edilməsini xahiş et mişdir. Kassasiya instansiyası məhkəməsində icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 11.11.2020-ci il tarixli 2-1(102)-2038/2020 nömrəli (hakimlər Rahib Nəbizadə - sədrlik edən və məruzəçi, Zakir Quliyev və İspəndiyar Şəfiyev) qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiya məhkəməsinin 20.07.2020-ci il tarixli, 2-1(103)-1341/2020 nömrəli qərarı ləğv edilmiş iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilm işdir.Kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının işlədiyi bənna peşəsinin Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahıya əsasən 29 №-li bölmənin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” a) bəndi fəhlələr: (bənnalar briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar”) peşəsinə uyğun olduğunu məhkəmə qərarında əsaslandırmamışdır.
15. Apelyasiya məhkəməsi həmçinin Siyahıda ayrıca bənna peşəsinin metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərlə bağlı qeyd edildiyi nəzərə alaraq, iddiaçının bu sahədə işlədiyini araşdırmamı ş, onun bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənna olmasına aydınlıq gətirməmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Apelyasiya instansiyası məhkəməsinin 21.05.2021-ci il tarixli, 2-1(103)-699/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Cahangir Yusifov və Aida Hüseyn) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 12.03.2020-ci il tarixli, 2-1(112)-2189/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işdə olan sənədlərə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi iş stajının mövcud olduğu müəyyən edilir. İddiaçının əmək kitabçasına və güzəştli arayışına görə onun güzəştli iş stajı 1 2 il 6 aydan artıq təşkil edir.
18. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddiaçının təqdim etdiyi əmək kitabçasına və arxiv arayışına əsasən müəyyən edilir ki, iddiaçının sovet ordusunda hərbi xidmət müddəti, texniki peşə məktəbində təhsil aldığı müddət və 1983-cü ildən müəyyən dövrlər ərzində müəyyən peşələrdə işlədiyi müddət, həmçinin iddiaçının təqdim etdiyi Ağsu rayon Dövlət Arxivi tərəfindən tərtib edilmiş 12.03.2020-ci il tarixli 31 saylı arayışa əsasən “Lenin” adına kolxozda işlədiyi müddət nəzərə alındıqda, onun 01.01.200 6-cı ilədək ümumi iş stajı tələb olunan 25 ildən azdır. İddiaçının təqdim etdiyi Socar tərəfindən tərtib edilmiş 29.04.2019-cu il tarixli arayışdan göründüyü kimi, o 04.11.2013-cü ilədək Heydər Əliyev adına X7 işləmişdir və qeyd edilən müəssisədə 05 il 05 ay 22 gün ərzində işlədiyi peşələr ona güzəştli pensiya hüququ verən peşələrdi. Lakin, qeyd edilən peşələrdə iddiaçının işlədiyi dövr 01.01.2006-cı ildə olduğu üçün ona “Əmək Pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi tətbiq edilə bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlillər
20. Kassasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz təqdim edərək bildirmişdir ki, şikayətdə onun adı İddiaçı Məmməd oğlu kimi qeyd olunmuşdur, halbuku onun atasının adı Heydərdir. Şikayətdə qeyd edilən hərbi xidmət müddəti və texniki peşə məktəbi ilə bağ lı qeydlər də yanlışdır. İddiaçı qeyd edir ki, onun Ağsu rayonu ilə heç bir əlaqəsi yoxdur və Ağsu dövlət arxivindən heç bir sənəd almamışdır, “Lenin” adına kolxozda işləməmişdir. Həmin kassasiya şikayətində qərəzli olaraq yanlış məlumatlar nəzərdə tutulmuşdur və həmin məlumatların ona aidiyyəti yoxdur. Ona görə də şikayətin təmin olunmamasını xahiş edir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəşt li şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”: Bənd
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd
3. Əmək kitabçasının doldurulması 3.2. İşə götürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. 24. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati i craat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şə xsin tələbi göstərilməlidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
27. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, hab elə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. Hazırkı mübahisəyə münasibətdə cavabdehin əsas dəlili iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yuxarıda istinad ol unan normaların tələbinə görə onun 01.01.2006-cı il tarixə qədər ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının mövcud olması, o cümlədən iddiaçının işlədiyi bənna peşəsinin bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalara aid olması ilə bağlıdır.
31. Ali Məhkəmənin İnzibati Kollegiyasının 11.11.2020-ci il tarixli, 2-1(102)2038/2020 nömrəli qərarında nəzərdə tutulmuş göstərişlər Apelyasiya məhkəməsi tərəfindən yerinə yetirilmişdir. Həmin göstərişlərin icrası ilə bağlı məhkəmə tərəfindən "xxxx" ASC-yə göndərilmiş sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş arayışda "xxxx" Dövlət Şirkətinin bazasında "xxxx" ASC yaradıldığı, eyni zamanda iddiaçının "xxxx" Dövlət Şirkətinin 4 nömrəli Trestinin 45 nömrəli Tikinti idarəsində konkret tarixlər üzrə bənna briqadasında bənna, eləcə həmin idarədə tikinti sahəsində iş icraçısı işlədiyi qeyd olunmuşdur.
32. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən müvafiq arayış da məhkəməyə təqdim edilmişdir və iş materiallarına əlavə edilmişdir.
33. Beləliklə, apelyasiya məhkəməsi tərəfindən iddiaçının işlədiyi bənna peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri adlı” XXVİİ bölməsinin 2290000a kod nömrəli güzəştli iş stajı verən “fəhlələr” a) bəndində 2290000a—12680 kod nömrəli bənna briqada larında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar peşəsinə uyğun olduğu müəyyən edilmişdir.
34. Yuxarıda istinad olunan normalara əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edildiyindən, iddiaçının Bakı Politexnik Texnikumunda təhsil aldığı müddət də iddiaçının ümumi iş stajı hesablanarkən nəzərə alınmalıdır.
35. İstinad edilən qanunvericilik normalarına görə, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtl ərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
36. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərə (əmək kitabçası, hərbi bilet, arayışlar,diplom ) əsasən müəyyən edilir ki, iddiaçının 04.02.2019-cu il tarixdə 57 yaşı (55+2), 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi əmək stajı olmuşdur. Bu baxımdan iddiaçı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Odur ki, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
37. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
38. Məhkəmə Kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
39. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 21 may 2021-ci il tarixli 2-1(103)-699/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.