Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1729/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.2010-cu il tarixdə qeydiyyata alınıb; VÖEN-**********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınd a Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8165 nömrəli, 15 iyul 2021-ci il tarixli qərarın və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********877400 saylı, 10 sentyabr 2021-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-168/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********8654 nömrəli, 3 may 2021-ci il tarixli qərarı əsasında Azərbaycan Re spublikası Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi 8 ünvanında yerləşən Xırdalan 4 saxlama anbarında 4 may 2021-ci il tarixdən 2 iyun 2021-ci il tarixədək operativ vergi nəzarəti keçirilmişdir.
2. Operativ vergi nəzarətinin nəticəsi haqqında 24 may 2021-ci il tarixli, DVX seriyalı 002459 nömrəli akt tərtib edilmişdir. 3. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8165 nömrəli, 15 iyul 2021-ci il tarixli qərar qəbul edilmiş və "xxxx" MMC-yə 313161,69 manat sanksiyası tətbiq edilmişdir. 4. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********877400 saylı, 10 sentyabr 2021-ci i l tarixli qərarı ilə 2021-ci ilin iyun ayı üzrə "xxxx" MMC-yə əlavə dəyər vergisi üzrə 227. 325,15 manat vergi hesablanmışdır.
5. Cavabdeh tərəfindən qəbul edilmiş **********8165 nömrəli, 15 iyul 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə iddiaçı tərəfindən inzibati şikayətlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmiş, lakin sonuncu tərəfindən **********321000 nömrəli, 17 sentyabr 2021-ci il tarixli inzibati şikayətin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8165 nömrəli qərarın və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2021-ci il tarixli, **********877400 saylı qərarın ləğv edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********78654 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi 8 ünvanında yerləşən Xırdalan 4 saxlama anbarında operativ vergi nəzarəti keçirilmiş, nəticədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 002459 nömrəli akt tərtib edilmişdir. Həmin akt da baxılması nəticəsində xx.xx.2021-ci il tarixli, **********8165 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmiş və həmin qərarla "xxxx" MMC-yə 313161,69 manat sanksiyası tətbiq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8165 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə iddiaçı tərəfindən inzibati şikayətlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmişdir. Lakin, sonuncu tərəfindən xx.xx.2021ci il tarixli, **********321000 nömrəli "İnzibati şikayətin təmin edilməməsi barədə” qərar qəbul edilmişdir. Bundan əlavə cavabdeh tərəfindən x x.xx.2021-ci il tarixli, **********77400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasında kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üzrə əlavə dəyər vergisi üzrə 227.325,15 manat vergi hesablanmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8165 nömrəli və xx.xx.2021-ci il tarixli, **********877400 nömrəli qərarları maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, sahibkarlıq sahəsində aparılan vergi yoxlamalarının vahid məlumat reyestrindən çıxarışda və operativ vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********78654 nömrəli qərarda yoxlamanın predmeti və əsası kimi Vergi Məcəlləsinin 58.8-ci maddəsi qeyd olu nmuşdur. Lakin operativ vergi yoxlaması nəticəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002459 nömrəli aktda və onun əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8165 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarda vergi qanunvericiliyinin pozulması kimi Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad edilmiş və yoxlamanın nəticəsi həmin maddəyə əsasən rəsmiləşdirilmişdir ki, bu da kobud qanun pozuntusudur.
8. Bundan əlavə operativ vergi yoxlaması zamanı tərtib edilmiş xx.xx.2021-ci il tarixli DVX seriyalı 002459 nömrəli aktda göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən ona məxsus anbarda malların elektron vergi qaimə-faktura təqdim edilməli olduğu halda 1 565 808,43 manat dəyərində malların e lektron vergi qaimə-faktura verilmədən təqdim olunduğu müəyyən edilmişdir. Lakin həmin akta əlavə edilmiş xx.xx.2021-ci il tarixli DVX seriyalı 000618 nömrəli Siyahıda elektron vergi hesab-faktura təqdim edilmədən təqdim edilmiş mallara dair heç bir məlumat göstərilməmişdir. Belə olan halda cavabdeh tərəfindən 1 565 808,43 manat dəyərində malların elektron hesab-faktura təqdim edilmədən təqdim edilməsi qənaətinə gəlməsi absurddur. Göründüyü kimi, cavabdeh tərəfindən maddi və prosessual pozuntular əsasında keçirdiyi yoxlamanın nəticəsində qəbul etdiyi qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.
9. Daha sonra cavabdeh tərəfindən 2021-ci ilin iyun ayı üzrə təqdim edilən ƏDV bəyannaməsinə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində qarşılıqlı əlaqələrə gör ə yaranmış kənarlaşma ilə əlaqədar 227325.15 manat kameral vergi yoxlaması ilə əlavə vergi hesablanmışdır. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Həmin Məcəllənin 166.1.1-ci maddəsinə əsasən nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt ödəmə aparılmış sayılır. Cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılan zamanı Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, əgər vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində kənarlaşmalar aşkar edilmişdirsə, həmin kənarlaşmalar aylar üzrə müəyyən edilməli, yəni vergi tutulan əməliyyatların vaxtı düzgün müəyyən edilməli və yaranmış kənarlaşmalar hansı ayda baş vermişdirsə, həmin ay üzrədə kameral vergi yoxlaması ilə əlavə hesablamalar aparılmalı idi. Lakin cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə kənarlaşmaları ümumiləşdirilib 2021-ci ilin iyun ayına ƏDV üzrə əsassız hesablama aparmışdır. Eyni zamanda hesablama aparılarkən xx.xx.2021-ci ıl tarixdə müəssisənin ƏDV sub-hesabına daxil olmuş 15000.0 manat məbləğin xx.xx.2021-ci il tarixdə geri qaytarılması nəzərə alınmamışdır.
10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək qeyd edilmişdir ki,, iddiaçının iddia ərizəsində qeyd edilən dəlilləri vergi qanunvericiliyini n tələblərinə uyğun olmadığına görə əsassızdır. Belə ki, iş üzrə cavabdeh vergi orqanının “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” **********8654 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı əsasında Cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi 8 ünvanda yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə, malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. “Operativ vergi nə zarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8654 nömrəli Qərarına əsasən xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1.565.808,43 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 002459 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasın ın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Operativ vergi nəzarətinin nəticəsinə uyğun olaraq tərtib edilmiş xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002459 nömrəli akt Baş idarənin xx.xx.2021-ci il tarixli, **********972300 nömrəli məktubu ilə Cəmiyyətə göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2021-ci il tarixdə saat 18:53-də oxunmuşdur. Etirazda göstərilir ki, Vergi Məcəlləsinin xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 13.2.63-cü maddəsinə əsasən topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron - qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəali yyəti hesab edilir.
11. Topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında və həmçinin də vergi uçotu olmayan alıcılara ödəniş çeki verilməklə malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin sanksiyasına görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiqi nəzərdə tutulmuşdu r.
12. Eyni zamanda **********3488 nömrəli, xx.xx.2021-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərar əsasında keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə əsasən xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002442 nömrəli akt əsasında müəyyən edilmiş (ƏDV daxil) 301.665,47 manat dəyərində mallar nəzərə alınmaqla, 1.565.808,43 manat (1.867.473,9 - 301.665,47) dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi müəyyən edilmiş və yol verilmiş vergi qanunvericiliyinin pozuntusu Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən il ərzində ikinci hal kimi qiymətləndirilərək 1.565.808,43 manat dəyərində mallara görə 20 % olmaqla, ümumilikdə 313.161,69 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, tərtib edilmiş akt əsasında Baş İdarənin “Verg i ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8165 nömrəli qərarı əsasında Cəmiyyət barəsində 313.161,69 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2021-ci il tarixli, **********380800 nömrəli məktubu ilə Cəmiyyətin dövlət qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2021-ci il tarixdə s aat 17:03-də oxunmuşdur. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı malların topdansatışı fəaliyyəti ilə məşğuldur və malları təqdim edərkən Vergi Məcəlləsinin 13.2.63 və 71-1-ci maddələrinin tələblərinə əməl etməmişdir. Etirazda "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********877400 nömrəli Qərarla bağlı göstərilir ki, vergi ödəyicisinin fəaliyyətinin araşdırılması zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 1234453,94 manat olmasına baxmayaraq (ƏDV depozit hesabına və bank hesabına daxil olan vəsaitə əsasən), qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzr ə hesablanmış ümumi ƏDV məbləğinin 1007128,79 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 227325,15 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Bununla əlaqədar etirazda Vergi Məcəlləsinin 37.1, 37.3-cü maddələrinə istinad edilərək göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixli, **********735600 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi barədə məktuba heç bir əsaslı münasibət bildirilmədiyi və dəqiqləşdirilmiş hesabat təqdim edilmədiyi üçün kameral vergi yo xlaması ilə 2021-ci ilin iyun ayı üzrə ƏDV bəyannaməsinə 227325,15 manat vergi hesablanılmışdır.
13. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1987/2021 nömrəli, 2 noyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim C.B.Məmmədov) iddianın qismən təmin edilməsi, cavabdeh tərəfindən iddiaçı "xxxx" MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 iyul 2021-ci il tarixli, **********8165 nömrəli qərarının ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, kameral vergi yoxlamasının aparılması zamanı "xxxx" MMC anbarlarına baxışın keçirilməsi operativ vergi yoxlamasının aparılması vaxtına təsadüf etməsi və məhkəmə tərəfindən operativ vergi yoxlamasının nəticəsin in qanunsuz hesab edilməsi mal qalığının aşkar edilməməsi ilə bağlı hüquqi hərəkətlərin aradan qaldırılmasına əsas ola bilməz.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın qismən - təmin edilən hissəsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-168/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 2 noyabr 2021-ci il tarixli qərarının iddianın qismən təmin edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Vergi Məcəlləsi: Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektronqaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Maddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, tica rət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəll ənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırıl malıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hes ab olunur
28. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məlum olduğu kimi, cavabdeh tərəfindən qəbul edilmiş 15 iyul 2021-ci il tarixli, **********8165 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən iddiaçı barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü ma ddəsinə əsasən 313161,69 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmış, xx.xx.2021-ci il tarixədək 313161,69 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin hallarından görünür ki, cavabdeh vergi orqanı özünün xx.xx.2021-ci il tarixli aktında vergi ödəyicisinin operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinə məxsus anbardan malların elektron qaimə faktura təqdim edilməli olduğu halda 1.565.808,43 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinin müəyyən olunduğunu, habelə həmin akt əsasında qəbul edilmiş 15 iyul 2021ci il tarixli qərarı ilə iddiaçının barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə görə məsuliyyətə cəlb edildiyini göstərsə də, ümumiyyətlə 15 iyul 2021-ci il tarixli qərarda həmin malların həqiqətən də iddiaçı tərəfindən təqdim edilməsini hansı qaydada müəyyən etdiyini göstərməmiş, sadəcə olaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 000618 nömrəli siyahıda yalnız ümumi məbləği (1.565.808,43 manat) göstərilmiş malların anbarda mövcud olmamasını onların iddiaçı tərəfindən təqdim edilməsi kimi qiymətləndirmişdir.
31. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, DVX seriyalı 000618 nömrəli siyahının məzmununa əsasən, siyahıda “anbarda mövcud olan mallar və digər sərvətlər aşağıdakı kimidir” qeyd edilsə də, siya hının mətnində olan malların adı və s. göstəricilər əks edilmiş cədvəldə hər-hansı qeyd aparılmamış, yalnız həmin siyahının sonunda “1.565.808,43 manat” qeyd edilmişdir. Belə olan halda siyahıda göstərilmiş “1.565.808,43 manat” qeydinin “anbarda mövcud olan mallar və digər sərvətlər”ə aid olması, yaxud onun anbardan elektron qaimə-faktura verilmədən təqdim edilmiş malların ümumi dəyəri kimi göstərilməsi həmin siyahının öz məzmunu ilə də müəyyən olunmur.
32. Bununla yanaşı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli DVX seriyalı 000618 nömrəli siyahının, xx.xx.2021-ci il tarixli aktın və 15 iyul 2021-ci il tarixli qərarının məzmununa görə, cavabdeh inzibati orqan məhz xx.xx.2021 il tarixdən xx.xx.2021-ci il tarixləri aralığında keçirilən operativ vergi nəzarəti nəticə sində, yalnız bir gün - xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən 1.565.808,43 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsini müəyyən etmişdir ki, bu hal da işin faktiki hallarına uyğun olmamaqla yanaşı öz təsdiqini tapmır.
33. Eyni zamanda məhkəmə kollegiyası onun da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh vergi orqanı faktiki olaraq nəzarət tədbiri zamanı yalnız tədbir anında baş tutan deyil, ümumilikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablamışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Halbuki, Vergi Məcəlləsinin hazırkı qərarın 21-ci bəndində qe yd edilən maddələrinin məzmunundan göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində sadalanan hallara vergi ödəyicisi tərəfindən məhz operativ vergi nəzarəti tədbiri anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən tədbirdir.
34. Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunan sübutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 15 iyul 2021-ci il tarixli, **********8165 saylı qərarın qəbul olunmasını zəruri edən faktiki şərtlərin, o cümlədən, vergi qanunvericiliyinin tələblərini pozan təqsirli hərəkətlərinin mövcudluğu mötəbər sübutlarla təsdiq olunmur.
35. Vergi Məcəlləsinin 53.3-cü maddəsi isə nəzərdə tutur ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
36. Cavabdeh 15 iyul 2021-ci il tarixli qərarı qəbul edərkən iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması faktı nı təsdiq edən halları və vergi ödəyicisinin təqsirini əsaslandıra və sübut edə bilməmişdir.
37. Qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası şikayətdə göstərilən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında malları təqdim etməsi ilə bağlı dəlillərə münasibətdə qeyd edir ki, qanunverici, topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satış fəaliyyətini qadağan etmir.
38. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Beləliklə, vergi orqanının mübahisələndirilə n qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 15 iyul 2021-ci il tarixli, **********8165 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qəbulunun vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur.
40. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-168/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı d