Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1729/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-765/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus hərbi biletin surətinə əsasən, İddiaçı xx.xx.1979-cu ildə hərbi xidmətə çağırılmış, xx.xx.1981-ci ildə tərxis olunmuşdur.
2. Əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1978-ci ildə Vaqif adına üzümçülük sovxozuna fəhlə qəbul edilmiş, xx.xx.1979-cu ildə işdən azad edilmişdir. xx.xx.1981-ci ildə 4 saylı DBM zavodunda Beton sexinə 2-ci kateq oriya motorçu qəbul edilmiş, xx.xx.1983-cü ildə Beton-qarışdırma sexinin 3-cü kateqoriya yükləyicisi keçirilmiş, xx.xx.1989-cu ildə zavodun nəzdində olan “Motor” kooperativinə keçirilmiş, xx.xx.1989-cu ildə 4 saylı DBM zavodunda “Motor” kooperativinə qəbul edilmiş, xx.xx.1991-ci ildə 4 saylı DBM zavoduna keçirilmiş, xx.xx.1991-ci ildə 4 saylı DBM zavodunda Beton-qarışdırma sexinə yükləyici kimi qəbul edilmiş, xx.xx.2001-ci ildə 4 saylı DBM zavodu Bakı Dəmir Beton 4 ATSC-yə çevrilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmişdir. xx.xx.2014-cü ildə DT Mühəndislik və Taahhüt Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının obyektinə santexnik ustası vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci ildə işdən azad edilmişdir.
3. Lerik Rayon İcra Hakimiyyəti Lerik Rayon Dövlət Arxivinin xx.xx. 2021-ci il tarixli, 107 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, o, Vaqif adına üzümçülük sovxozu üzrə 14 iyun 1978-ci il tarixli 46 saylı əmrlə /sıra 76/ sovxoza fəhlə təyin edilmişdir (Fond 131, saxlama vahidi 1, iş 1, səhifə 52). Ordu sıralarına getdiyi üçün o, sovxoz üzrə 05 may 1979-cu il tarixli 153 saylı əmrlə işdən azad edilmişdir (iş 1, səhifə 77). İddiaçı Vaqif adına sovxozda aşağıdakı cədvəl üzrə əmək haqqı vardır (əmək haqqı kitablarına əsasən): 1978-ci il üzrə Vİ - 11, Vİİ - 25, Vİİİ - 51, İX - 40, X - 65, Xİ - 92, Xİİ - 104 ayları, 1979-cu il üzrə İ - 1, İİ - 78, İİİ - 68, İV - 61 ayları.
4. Bakı Dəmir Beton 4 ASC-nin xx.xx.2021-ci il tarixli, 061C nömrəli güzəştli arayışında qeyd edilmişdir ki, verilir, İddiaçı Nabatəlı oğluna ondan ötrü ki, o, həqiqətən xx.xx.1981-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi 4 saylı X1 zavodunda sement boşaltma üzrə motorist vəzifəsində işləmişdir ki, bu da ona güzəştli təqaüdə çıxmağa icazə verir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 №-li Qərarının 14.1 bəndinə uyğun olaraq. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Dəmir Beton 4 ASC-nin xx.xx.2022-ci il tarixli, 09K nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 4 saylı X1 zavodunda yerinə yetirdiyi iş (qapalı vaqonlardan sement boşaltma əməliyyatı) yükləyici və boşaldıcı motoristin 2180800a-13977 koduna aiddir.
5. İddiaçı cavabdeh orqana müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.
6. İddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli güzəştl i şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, mərkəzi filiala təqdim edilmiş sənədlər də xx.xx.1981- xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində 4 saylı X1 zavodunda işlədiyi motorist vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Tikinti materialları istehsalı bölməsində (14) Sement istehsalı bəndində (14.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
7. Bakı Dəmir Beto n 4 ASC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı 4 saylı X1 zavodunda yerinə yetirdiyi iş (qapalı vaqonlardan sement boşaltma əməliyyatı) yükləyici və boşaldıcı motoristin 2180800a13977 koduna aiddir. Vətəndaş İddiaçı Azərbaycan Respublikasının Qaradağ Sement zavodundan, Rusiya Federasiyası və Ukrayna Respublikasının Sement zavodlarından vaqonla gətirilən sementin boşaldılması ilə məşğul olmuşdur. Hər bir iş günü o 0,5 litr həcmindən süd və xüsusi masqa ilə təmin olunmuşdur. Sement boşaltma işi 4 saylı X1 zavodunda ən yüksək maaşlı, ən ağır, insan orqanizminə xüsusən nəfəs yollarına, ağ ciyərə və gözə mənfi təsir göstərən bir sahə olmuşdur. Yuxarıda göstərilənlərə görə İddiaçı işlədiyi sahə (gördüyü iş) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx. 1993-cü il tarixli 320 Qərarı ilə '‘Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən işlər siyahısına aiddir” xx.xx.2001-ci il tarixdə Əmək Nazirliyinin 100 saylı sərəncamına əsasən 4 saylı X1 zavodu “Bakı Dəmir Beton-4 ASC”-yə çevrilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi bar ədə ərizə təqdim edərək ona 57 yaşdan, yəni xx.xx.2017- ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. xx.xx.1978-ci ildən əmək fəaliyyətinə başlamışdır. Ümumilikdə 35 ildən çox əmək stajı var. Ümumi əmək stajının 24 ildən çoxunu zərərli peşələrdə çalışmışdır. İşlədiyi iş yerləri üzrə peşəsinin zərərli sahə olmasını, ümumi və xüsusi sahədə olan iş stajını və yaşını nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqəda r cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli **********3 saylı imtina məktubunda qeyd edilmişdir ki, “Mərkəzi filiala təqdim etdiyiniz sənədlərinizdə xx.xx.1981-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində 4 saylı X1 zavodunda işlədiyiniz motorist vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Tikinti materialları istehsalı bölməsində (14) Sement istehsalı bəndində (14.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən sizin güzəştli iş stajınız yoxdur. Cavabdehin imtina sı tamamilə qanunsuz və əsassızdır. “Əmək pensiyaları haqqında” Qanunun tələbinə əsasən 60 yaşına çatmışdır, 34 ildən çox əmək stajı var. Bu stajın azı 24 ilini xüsusilə ağır olan işlərdə çalışmışdır. İş sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 14.1-ci “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin bəndinə uyğundur. Bakı Dəmir Beton 4 ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 06 K saylı arayışın məzmunundan da görünür ki, onun zərərli sahədə 24 ildən çox əmək stajı var.
11. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazın d əlilləri imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8902/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim A.Ə.Əhədova) iddianın təmin edilməsi, İddiaçı 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, b unun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir.
14. Cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-765/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya i nstansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kiş ilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Və təndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. “b” bəndi. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqu stun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”: Tikinti materialları istehsalı bölməsində (14) Sement istehsalı bəndində (14.1) sement yükləməsi ilə məşğul olan yükləyicilər nəzərdə tutulmuşdur.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadını n təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb e dilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏKMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ap ellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Hazırkı işdə iddiaçının hüquqi marağı 57 yaşdan, yəni xx.xx.2017- ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi ilə bağlıdır.
31. Cavabdehin kassasiya şikayətində iddiaçının xx.xx.1981-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində 4 saylı X1 zavodunda işlədiyi motorist vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nö mrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Tikinti materialları istehsalı bölməsində (14) Sement istehsalı bəndində (14.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajının olmadığı əsas gətirilərək imtina verilmişdir.
32. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı Dəmir Beton 4 ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna görə, vətəndaş İddiaçı 4 saylı X1 zavodunda yerinə yetirdiyi iş (qapalı vaqonlardan sement boşaltma əməliyyatı) yükləyici və boşaldıcı motoristin 2180800a13977 koduna aiddir. Vətəndaş İddiaçı Azərbaycan Respublikasının Qaradağ Sement zavodundan, Rusiya Federasiyası və Ukrayna Respublik asının Sement zavodlarından vaqonla gətirilən sementin boşaldılması ilə məşğul olmuşdur. Hər bir iş günü o 0,5 litr həcmindən süd və xüsusi masqa ilə təmin olunmuşdur. Sement boşaltma işi 4 saylı X1 zavodunda ən yüksək maaşlı, ən ağır, insan orqanizminə xüsusən nəfəs yollarına, ağ ciyərə və gözə mənfi təsir göstərən bir sahə olmuşdur. Yuxarıda göstərilənlərə görə İddiaçı işlədiyi sahə (gördüyü iş) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə '‘Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən işlər siyahısına aiddir” xx.xx.2001-ci il tarixdə Əmək Nazirliyinin 100 saylı sərəncamına əsasən 4 saylı X1 zavodu “Bakı Dəmir Beton-4 ASC”yə çevrilmişdir.
33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Bakı Dəmir Beton 4 ASC-nin məktubuna və iddiaçının izahatına əsasən, İddiaçı Azərbaycan Respublikasının Qaradağ Sement zavodundan, Rusiya Federasiyası və Ukrayna Respublikasının Sement zavodlarından vaqonla gətirilən sementin boşaldılması ilə məşğul olmuşdur və bu iş sement yükləməsi ilə məşğul olan yükləyicilərin gördüyü işlə eyni xarakterli işdir.
34. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Tikinti materialları istehsalı bölməsində (14) Sement istehsalı bəndində (14.1) sement yükləməsi ilə məşğul olan yükləyicilər nəzərdə tutulmuşdur.
35. Beləliklə, güzəştli şərtlə rlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarda təsbit edilmiş dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənildiyi və bunun üzərindən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bu baxımdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
37. Nəticə etibarı ilə, yuxarıda istin ad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-765/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.