Məhkəmə qərarları › İş №2-1(102)-173/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-173/2019

22.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-173/2019 22.01.2019 ALİ MƏHKƏMƏ giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1, vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra iddiaçılar) cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “qanunsuz söküntü işlərinin aparılması nəticəsində iddiaçılara dəymiş maddi və mənəvi ziyanın əvəzi kimi kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2013/2018 saylı, 12 sentyabr 2018-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı Şəhər İcra Hakimiyyəti başçısının 225 nömrəli 10 iyun 2013-cü il tarixli sərəncamı ilə aşağıdakılar qərara alınmışdır: - Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Xətai RİH-ə həvalə edilsin. - Xətai RİH-ə tapşırılsın ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə görə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsini təmin etsin. Xətai RİH-in 17 fevral 2017-ci il tarixli məktubu ilə “xxxx” MMC-nin rəhbərliyinə aşağıdakı məzmunda sorğu ilə müraciət olunmuşdur: - Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2017-ci il tarixli 2607 saylı sərəncamına əsasən “Ağ Şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi ilə bağlı Xətai rayonu, Turşu küçəsi və ətraf ərazilər üzrə satışlar bazarında yaşayış və qeyri-yaşayış sahələrinin hər kv.m sahəsinin orta bazar qiymətləri haqqında məlumat verilməsi xahiş olunur. “xxxx” MMC tərəfindən Xətai RİH-ə ünvanlanmış 24 fevral 2017-ci i l tarixli məktubunda bildirilmişdir ki, Xətai RİH-in 17 fevral 2017-ci il tarixli 52/1 saylı məktubuna əsasən “xxxx” MMC tərəfindən müvafiq ərazi üzrə satışlar və təkliflər üzrə bazar məlumatları araşdırılmış və təhlil edilmişdir. Araşdırma nəticəsində bu əraziyə yaxın ərazilər üzrə natural qaydada faktiki baş tutmuş alqı-satqılar və qiymət təkliflərinin təhlilinə əsasən Xətai rayonu, Turşu küçəsi üzrə yaşayış evləri və həyət tikililəri üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının (maddə 32, 56, 58, 59, 66) tələbləri nəzərə alınmaqla hesablanmış bazar dəyərinə Azərbaycan Respublikası Prezidentinin 689 nömrəli 26 dekabr 2007-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər aşağı dakı kimi müəyyən olundu: yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1.000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750 kv.m manat, həyətdə əlavə tikililərinin 1 kv.m üçün 50 – 350 manat arasında. Txxxxim olunan bu qiymətlər qiymətləndirilməsi tələb olunan ərazidə yerləşən özəl əmlaklar üçün ümumiləşdirilmiş qiymət ideyasıdır və qiymətdə torpağın dəyəri nəzərə alınmamışdır. Layihənin tikinti altına düşməsi səbəbindən alınan əmlaklar üçün ödəniləcək kompensasiya məbləği hər bir mülkiyyətçi üçün fərdi qaydada hesablanmışdır. “xxxx” MMC tərəfindən Xətai RİH-ə 22 noyabr 2017-ci il tarixli müraciətə cavab olaraq aşağıdakı məzmunda 29 noyabr 2017-ci il tarixli M/18 saylı məktub ünvanlanmışdır: - Xətai RİH-in 22 noyabr 2017-ci il tarixli müraciətinə əsasən “xxxx” MMC tərəfindən müvafiq ərazi üzrə açıq hərrac satışları və təkliflər bazarı məlumatları araşdırılmış və təhlil edilmişdir. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, bu ərazidə və yaxın ərazilərdə özəl torpaq sahəsinin ərazidə yerləşməsindən, ərazinin neft məhsulları ilə çirklənmə dərəcəsindən asılı olaraq satışlar bazarında qiymət dəyişməsi 100 kv.m (1 sot) üçün 9.000-12.000 manat müəyyən olundu. Bu səbəbdən layihə altına düşən hər bir torpaq sahəsinin real bazar dəyərinin dəqiq hesablanması üçün fərdi yanaşmalar olmalıdır. “Torpaq sahəsinin hesablanma cədvəli”ndən (cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən tərtib olunmuş) görünür ki, müvafiq torpaq sahəsi ilə bağlı iddiaçılara təklif olunan məbləğlər aşağıdakı kimidir: - İddiaçı3 91 kv.m (0,91 sot) torpaq sahəsi üçün 10.920 manat, İddiaçı1 4 5,5 kv.m (0,455 sot) torpaq sahəsi üçün 5.460 manat, İddiaçı2 45,5 kv.m (0,455 sot) torpaq sahəsi üçün 5.460 manat. İddiaçılar məhkəməyə “xxxx” MMC-nin müvafiq qiymətləndirmə hesabatını txxxxim etmişlər. Hesabatda iddiaçılara məxsus olmuş əmlaklar barədə aşağıdakı qiymətlər txxxxim olunmuşdur: - ünvan 3 ünvanında mövcud olmuş fərdi yaşayış evinin 13 aprel 2018-ci il tarixə hesablanmış bazar dəyəri 441.260 manat, o cümlədən onun yerləşdiyi 216 kv.m torpaq sahəsinin dəyəri 69.120 manat təşkil edir. Məhkəmə tərəfindən İPM-in 12-ci maddəsinin tələbləri rəhbər tutularaq (məhkəmənin öz təşəbbüsü ilə) Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi ərazisində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin, eləcə də həmin küçədə iddiaçılara məxsus olmuş (Xətai rayonu, Turşu küçəsi, 23/25 ünvanında) və sökülmüş fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin orta bazar qiymətinin müəyyən edilməsi barədə mütəxəssis rəyinin verilməsi üçün 7 may 2018-ci il tarixli məktubla “X9” MMC-yə müraciət olunmuşdur. “X9” MMC-nin məhkəməyə ünvanlanmış 4 iyun 2018-ci il tarixli məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanında hal-hazırda fərdi yaşayış evi olmadığından, MMC tərəfindən qiymətləndirmə işlərinin aparılması mümkün olmamışdır. İddiaçılara məxsus fərdi yaşayış evinin cavabdeh Xətai RİH tərəfindən sökülməsi işin mübahisə edilməyən hallarına aiddir. İddiaçı 23 aprel 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı1 məxsus mülkiyyətin əvəzi olaraq yaxınlıqda tikilmiş, yəni Ağ şəhərdəki yaşayış binalarından birində İddi açı1 ümumi sahəsi 130-140 kv.m olan 3 otaqlı mənzillə, maşın saxlamaq üçün qarajla təmin olunmasının və 30.000 manat təmir pulu ödənilməsinin, bu mümkün olmadıqda isə İddiaçı1 məxsus mülkiyyətin əvəzi olaraq 312.000 manat və mənəvi zərərə görə 200.000 manat kompensasiya ödənilməsinin cavabdehin üzərinə qoyulmasına dair, İddiaçı2 məxsus mülkiyyətin əvəzi olaraq yaxınlıqda tikilmiş yəni Ağ şəhərdəki yaşayış binalarından birində İddiaçı2 ümumi sahəsi 130-140 kvm olan 3 otaqlı mənzillə, maşın saxlamaq üçün qarajla təmin olunmasının və 30000 manat təmir pulu ödənilməsinin cavabdehin üzərinə qoyulmasına dair müvafiq qərar verilməsi, bu mümkün olmadıqda isə İddiaçı2 məxsus mülkiyyətin əvəzi olaraq 332.000 manat və mənəvi zərərə görə 200.000 manat kompensasiya ödənilməsinin cavabdehin üzərinə qo yulmasına dair, İddiaçı3 məxsus mülkiyyətin əvəzi olaraq yaxınlıqda tikilmiş yəni Ağ şəhərdəki yaşayış binalarından birində İddiaçı3 ümumi sahəsi 90-100 kvm olan 2 otaqlı mənzillə təmin olunması və 20.000 manat təmir pulu ödənilməsinin cavabdehin üzərinə qoyulmasına dair müvafiq qərar verilməsi, bu mümkün olmadıqda isə İddiaçı3 məxsus mülkiyyətin əvəzi olaraq 172.000 manat və mənəvi zərərə görə 200.000 manat kompensasiya ödənilməsinin cavabdehin üzərinə qoyulmasına dair, yuxarıda qeyd edilən mənzil, qaraj və təmir pulu eləcə də kompensasiya ilə bağlı iddia tələbləri mümkün olmadığı halda maddi zərərin əvəzi olaraq hər birinə uçurulan mülkiyyətinin əvvəlki vəziyyətə qaytarılaraq bərpa olunmasının və mənəvi zərərə görə iddiaçıların hər birinə 200.000 manat ödənilməsinin cavabdehin üzərinə qo yulmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, 5 yanvar 2018-ci il tarixdə Xətai RİH başçısının müavini Etibar Əhmədov, 66 saylı MKİS-in rəisi Rəşad Bağırov, Əlican Əhmədov və RİH-in digər əməkdaşları hazırkı iddiaçıların yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsinə gəlmişlər. Onlar iddiaçıların mülkiyyətinə icazəsiz daxil olmaqla əşyaların bir qismini evdən çıxarmışlar, qalan hissəsi isə hesab olunur ki, evin sökülməsi zamanı dağıdılmışdır. 10 yanvar 2018-ci il tarixli arayışa və araşdırmalara əsasən “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində tikilən yaşayış binalarında isə təmirsiz mənzillərin ümumi sahəsinin hər kv.m qiyməti 1.400 – 2.800 manat, torpağın 1 sotunun dəyərinin 80.000 – 100.000 manat müəyyən edilməsinə baxma yaraq Xətai RİH KOL-245 nömrəli 13 noyabr 2017-ci il tarixli və 1406 nömrəli 24 oktyabr 2017-ci il tarixli məktublarına əsasən hər kv.m üçün 1.000 manat, evin köməkçi sahəsinin hər kv.m üçün 750 manat, həyətyanı tikililərin hər kv.m üçün 50-350 manat, yəni bazar dəyərindən olduqca aşağı qiymət müəyyən edir. Həmin məktublarda torpağa qiymət müəyyən edilməmişdir. İddiaçılar bu qiymətlərlə razılaşmırlar. Rəsmi bildiriş txxxxim olunmadan onların mülkiyyəti sökülmüşdür. İddiaçıların hər birinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ı, texniki pasportu və fərdi yaşayış evlərinin, tikililərin memarlıqplanlaşdırma layihələri var (sənədlər ərizəyə əlavə olunmuşdur). Sənədlərdə İddiaçı1 məxsus 83,9 kv.m yerüstü mərtəbəsi üzərində 3 otaqlı və tikinti sahə si 83,9 kv.m, ümumi sahəsi 61,4 kv.m olan fərdi yaşayış evi, 26,8 kv.m qaraj tikilisi, açıq həyət var. Həmin sənədlərdə İddiaçı2 məxsus 96,4 kv.m, kürsü mərtəbəsi üzərində 3 otaqlı və tikinti sahəsi 96,4 kv.m, ümumi sahəsi 72,8 kv.m olan fərdi yaşayış evi, 34,5 kv.m yardımçı tikili, 15,9 kv.m həyət tikilisi, üzüm çardağı və həyətdə maşın saxlanması üçün yer var. Həmin sənədlərdə İddiaçı3 məxsus 8 kv.m daxili sahəsi olan yaşayış otağı, 10 kv.m otaq və 2 kv.m sanitar-qovşaq var. Həmin sənədlərdə iddiaçıların paylı mülkiyyətində olan 0,0182 ha torpaq sahəsi var, həmin torpaq sahəsindən 2/4 hissə İddiaçı3, 1/4 hissə İddiaçı2, 1/4 hissə İddiaçı1 məxsusdur. Faktiki torpaq sahəsi isə 0,0398 ha təşkil edir. Həmin sənədlərdə torpağın hasarları var. İddia onunla əsaslandırılır ki, heç bir razılaşma, rəsmi bildiriş txxxxim etmədən və alıq-satqı müqaviləsi olmadan mülkiyyət sökülmüşdür. Xətai RİH-ə ev, qaraj və təmir pulu, eləcə də kompensasiya ilə bağlı 4 noyabr 2017-ci il tarixdə ərizə ilə müraciət olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(82)-1085/2018 saylı iş) 25 iyun 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan həm cavabdeh, həm də iddiaçılar tərəfindən txxxxim olunmuş “əmlakın qiymətləndirilməsi barədə” sənədlərə münasibətdə qeyd edir ki, iddiaçıların txxxxim etdiyi qiymətləndirmə rəyi əmlak söküldükdən sonra verildiyindən tutarlı, əsaslandırılmış sayıla bilməz. Cavabdeh inzibati orqanın rəyinin isə, əsaslandırma meyarları tam açıqlanmasa da, “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ndə təsdiq olunmuş “bərabərlik prinsipi” rəhbər tutulmaqla (yəni həmin ərazidə əmlakları sökülmüş başqa şəxslərə münasibətdə) mötəbər qiymətləndirilməsi mümkündür. Bu qənaətə gələrkən məhkəmə həm də onu əsas götürmüşdür ki, məhkəmənin təşəbbüsü ilə əmlaklara qiymətləndirmənin aparılması onların sökülməsi səbəbindən mümkün olmamışdır. Ona görə də məhkəmə söküntü ilə bağlı iddiaçılara ödəniş üçün notariat kontorunun müvafiq hesabina cavabdeh tərəfindən yerləşdirilmiş kompensasiya məbləğini ədalətli qiymətləndirir. Torpaq sahəsi ilə bağlı məsələyə gəldikdə isə, onunla bağlı “söküntü” halı istisna təşkil edir, yalnız alınması mümkün ola bilər ki, bu da qanunla müəyyənləşdirilmiş qaydada aparılır. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini “maddi ziyan” hissəsində əsaslı saym ır. İddia tələbinin digər “mənəvi zərərin ödənilməsi” hissəsinə gəldikdə isə, birinci instansiya məhkəməsi qeyd edir ki, iddiaçılar mənəvi zərərin ödənilməsi barəsində tələb irəli sürmüş olsa da, göstərilən zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə txxxxim etməmiş, habelə göstərilən zərərin onlara vurulmasını məhkəmədə işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə işin bu halını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçılara mənəvi zərərin vurulmasına dair mülki hüquq pozuntusu mövcud olmamışdır. Ona görə də birinci instansiya məhkəməsi iddia tələbinin “mənəvi zərərin ödənilməsi”nə dair hissəsi də əsaslı saymamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli qərarı ilə razılaşan Bak ı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X6məruzəçi, X7 və X3, 2-1(103)-2013/2018 saylı iş) 12 sentyabr 2018-ci il tarixli qərarla iddiaçıların apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçılar 5 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. kassasiya şikayətinin dəlilləri: Aşağı məhkəmələrin ərizəçilərin daşınmaz əmlakdan məhrum edilməsinin qanuni əsası kimi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamına istinad etməsi birmənalı olaraq hüquq normalarına ziddir. Belə ki, mülkiyyət hüququ toxunulmazdır, islam dəyərləri, bəşəri dəyərlərin söykəndiyi əsas hüquqlardan biridir. Cavabdeh nəinki dini qaydaları qəbul etmir, o nlar həm də milli qanunvericilikdə əksini tapmış mülkiyyət ilə bağlı hüquq normalarına da uyğun davranmır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Respublikası ilə bağlı ən azı iki qərarında yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında daşınmaz əmlakdan mə hrumetməni İnsan Hüquqları və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin (mülkiyyətin müdafiəsi) qeyd-şərtsiz pozuntusu müəyyən edib. “xxxx” MMC heç vaxt onların evlərinə, həyətlərinə baxış keçirməyib və onları qiymətləndirməyib. Ondan fərqli olaraq, qiymətləndirmə fəaliyyəti sahəsində ölkəmizin ən tanınmış və səriştəli təşkilatlarından sayılan “xxxx” MMC rəsmi sənədlər, daşınmaz əmlaklarının video və foto şəkilləri, daşınmaz əmlak bazarının vəziyyətini səciyyələndirən operativ məlumatlar və digər etibarlı mənbələrdən alınmış informasiya əsasında Ərizəçinin daşınmaz əmlakını qiymətləndirmişdir. Belə vəziyyətdə, “xxxx” MMC-nin mütəxəssislərini dindirməyə belə cəhd göstərməyən məhkəmə həmin təşkilatın rəyi ev söküldükdən sonra verildiyinə görə, onu tutarlı sübut saymamı şdır!? Necə olur, konkret ünvandakı daşınmaz əmlak barəsində, onunla bağlı materiallar hərtərəfli araşdırıldıqdan sonra verilmiş rəy rədd edilir, ancaq, ünvana baxmamış təşkilatın bircə səhifəlik informasiya mənbəyi belə bəlli olmayan rəyi tutarlı sübut hesab edilir? Aşağı məhkəmələrin bu zaman istinad etdikləri «bərabərlik prinsipi»ni niyə dırnaq işarəsinə aldıqları bəlli olur. Aşağı məhkəmələr nəzərə almamışlar ki, mülkiyyət, mənzil və s. hüquqları birmənalı pozulan ərizəçilərə mənəvi zərərin dəyməsi şübhəsizdir. Həmin zərərin əvəzi olan məbləğ barədə mübahisə ola bilər, ancaq evsiz-eşiksiz qalan insanlara sarsıdıcı psixoloji ziyanın dəyməsi şübhə obyekti ola bilməz. Hətta ona da əhəmiyyət verilməmişdir ki, cavabdehin guya ərizəçilərin əmlakına görə göstərdikləri vəsait notariat kontor unun depozit hesabındadır, yəni hətta həmin vəsait belə ərizəçilərə, onlar itirdikləri daşınmaz əmlak barəsində alqı-satqı müqavilələri bağlamasalar ödənilməyəcək. Cavabdeh, hətta əmlakın dövlət ehtiyacları üçün alındığı zaman mülkiyyətçiyə ödənilməli olan kompensasiya qaydaları ilə nəzərdə tutulan minimum tələblərə belə əməl etmək istəmir, nəticədə ərizəçilər artıq 10 aydır ki, evsiz-eşiksiz və pulsuz-parasız qalmışdır. Onlar hesab edirlər ki, hazırkı iş çərçivəsində ona dəymiş maddi zərərə görə ödəniləcək məbləğ əmlakı dövlət ehtiyacları üçün alınacağı halda tətbiq edilən qaydalar ilə müəyyən edilən məbləğdən az ola bilməz. Ərizəçilərə məxsus daşınmaz əmlak dövlət ehtiyacları üçün alınmamışdır və mülkiyyətçilər, yəni ərizəçi istənilən məbləğə ona məxsus olan mənzili sata bilər. Lakin ən azı, qanunun analogiyasını tətbiq edərək iddiaçıya həmin mənzilin bazar qiymətinin 20 faiz miqdarında kompensasiya və 10 faiz miqdarında çətinliklə bağlı kompensasiya ödənilməlidir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 3, 6, 8, 13, 17, 18-ci maddələri və ona dair 1 saylı Protokolun 1ci maddəsi və 4 saylı Protokolun 2-ci maddəsi ilə nəzərdə tutulan hüquqları da kobudcasına pozulub. Şikayət əsaslandırılarkən Mülki Məcəlləsinin 157.9, 203.5-ci, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 7.1, 66.4-cü maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişlər. əsaslandırma hiss əsi: Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçıların kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada txxxxim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lak in şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə aid iddia növünə aiddir. İddiaçılar cavabdehin hərəkəti nəticəsində əmlaklarından məhrum olunduğunu bildirərək daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar mövcud bazar qiyməti ilə əlavələrlə birlikdə onlara kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh isə bundan imtina etmişlər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçılar kompensasiya ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh kompensasiyanın ödənildiyini bildirmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 225 nömrəli 10 iyun 2013-cü il tarix li Sərəncamı ilə qərara alınmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Xətai RİH-ə həvalə edilsin. Xətai RİH-ə tapşırılsın ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə görə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsini təmin etsin. İddiaçıların mübahisə açdıqları tikili sərəncamın təsir dairəsinə düşmüş və 2018-ci ilin may ayında sökülmüşdür. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən may 2017-ci il tarixli çıxarışlardan görünür ki, ünvan 4 ünvanında olan fərdi yaşayış evinin ümumi sahəsi 61.4 kv.m, torpaq sahəsi 0.0182 ha olmaqla xüsusi mülkiyyətdədir. Çıxarışda İddiaçı3 payı 2/4 hissə torpaq, İddiaçı2 payı ¼ hissə torpaq və İddiaçı1 payı ¼ hissə torpaq və fərdi ev qeyd edilmişdir (iş 1-ci cild, səh. 8-10). Fərdi yaşayış evinin may-iyun 2017-ci ildə tərtib edilmiş texniki pasportlarında sənəd üzrə və faktiki torpaq sahəsinin 0.0182 ha olduğu, tikilinin 2010-cu ildə inşa edilməklə 3 yaşayış otağı, bir dəhliz, bir sanitar qovşağı və 1 mətbəx olmaqla cəmi sahə 61, 4 kv.m olduğu qeyd edilmişdir (iş 1-ci cild səh 11-22). İddiaçılar əlavə torpaq sahəsinin və əlav ə tikililərin olduğunu bəyan etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iddiaçılara ünvanlanan 8 avqust 2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Xidmətin Bakı şəhəri Ərazi İdarəsinin əməkdaşı tərəfindən əraziyə baxış keçirilərkən, ərazidə 0,0247 ha əlavə torpaq sahəsinin, həmin torpaq sahəsində 93,0 kv.m tikinti altı sahəsi olan əlavə bir mərtəbəli yaşayış evinin və digər tikililərin olduğu müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsinə və əlavə tikililərə dair hüquqmüəyyənedici sənədlər txxxxim edilməmişdir. Adı çəkilən məktub iddiaçıların mülkiyyətlərində olmayan torpaq sahəsindən istifadə etmələrini və həmin torpaq sahəsində hüquqmüəyyənedici sənəd olmadan tikinti (yaşayış evi) inşa edilməsini təsdi q edir. Cavabdeh 6 aprel 2018-ci il tarixli məktubunda bildirmişdir ki, kompensasiya kimi İddiaçı3 10.920 manat, İddiaçı1 82.383 manat, İddiaçı2 90.241 manat bankda olan depozit hesablarına ödənilmişdir. Cavabdeh məktubunda bildirmişdir ki, kompensasiya hesablanarkən bütün yerüstü mərtəbələr, o cümlədən texniki mərtəbə, mansarda, həmçinin kürsü mərtəbəsi nəzərə alınmışdır. Əmlakın qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC-nin 24 fevral 2017-ci il tarixli 53/M saylı məktubunda bildirilmişdir ki, “xxxx” MMC tərəfindən müvafiq ərazi üzrə satışlar və təkliflər üzrə bazar məlumatları araşdırılmış və təhlil edilmişdir. Araşdırma nəticəsində bu əraziyə yaxın ərazilər üzrə natural qaydada faktiki baş tutmuş alqı-satqılar və qiymət təkliflərinin təhlilinə əsasən Xətai rayonu, Turşu küçəsi üzrə yaşayı ş evləri və həyət tikililəri üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının (maddə 32, 56, 58, 59, 66) tələbləri nəzərə alınmaqla hesablanmış bazar dəyərinə Azərbaycan Respublikası Prezidentinin 689 nömrəli 26 dekabr 2007-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər aşağıdakı kimi müəyyən olundu: yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1.000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750 kv.m manat, həyətdə əlavə tikililərinin 1 kv.m üçün 50-350 manat arasında. Txxxxim olunan bu qiymətlər qiymətləndirilməsi tələb olunan ərazidə yerləşən özəl əmlaklar üçün ümumiləşdirilmiş qiymət ideyasıdır və qiymətdə torpağın dəyəri nəzərə alınmamışdır. Layihənin tikinti al tına düşməsi səbəbindən alınan əmlaklar üçün ödəniləcək kompensasiya məbləği hər bir mülkiyyətçi üçün fərdi qaydada hesablanmışdır. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçılar əmlaklarının qiymətləndirilməsi barədə rəylər almış və həmin rəylər tikilinin artıq mövcud olmadığı vaxta təsadüf etdiyindən məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsi də tikilinin mövcud sənədlər əsasında qimyətləndirilməsi barədə qərar qəbul etmiş, lakin yaşayış evi mövcud olmadığından qiymətləndirmə aparılması mümkün olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan R espublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakın vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakın və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir... Həmin Məcəlləni n 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bə rpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “X1rşı işdə” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyətin dəyərinə uyğun olan ağlabatan məbləğdə kompensasiya ödənilmədən mülkiyyətin müsadirə edilməsi adətən mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və belə müdaxiləyə 1-ci maddə ilə haqq qazandırıla bilməz” (121-ci bənd). İşdə olan sənədlərlə iddiaçılara məxsus tikilinin cavabdeh tərəfindən kompensasiya ödənilmədən sökülməsi müəyyən olunmamışdır. Odur ki, cavabdehin mülki hüquq məsuliyyət daşıması, hər hansı zərərin əvəzinin onun tərəfindən tam həcmdə ödəni lməsi istisna olunur. İddiaçıların əmlaklarının sökülməsi nəticəsində onlara ədalətli kompensasiya ödənilməli olması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusu baş verməmişdir. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından şikayət təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2013/2018 saylı, 12 sentya br 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar