Məhkəmə qərarları › İş №2-1(102)-173/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-173/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-173/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin y anında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “un və makaron fabrikinin - əmlak kompleksinin yalnız un və makaron fabrikinin (eskiz layihədə göstərilmiş) dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2-1(105)-482/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 2 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 4 saylı Abşeron Ərazi İdarəsinə mürac iət etmişdir.

2. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışı keçirilərkən, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 2 ünvanında yerləşən qeyriyaşayış binasının yerləşdiyi faktiki torpaq sahəsinin 1.48 ha hissəsinin yüksək gərginlikli elektrik (6 kvt və 10 kvt) və yeraltı kabel xəttinin, həmçinin faktiki torpaq sahəsinin 1300 kv.m hissəsinin Bakı-Şamaxı avtomobil yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 2 ünvanında yerləşən yeni layihələndirilmiş qeyri-yaşayış binasının istismarına ic azə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığı aşkar edilmişdir. Daşınmaz əmlakın istismara qəbul edilməsi haqqında aktın ekologiya nəzarətinin nümayəndəsi, yanğın təhlükəsizliyi nəzarətinin nümayəndəsi, X1 nümayəndəsinin möhürü ilə təsdiq edilmədiyi müəyyən edilmişdir. Sonradan A literinə bitişik ümumi sahəsi 783.8 kv.m və 1481.8 kv.m olan tikilər inşa edilmiş, lakin sözügedən tikililər eskiz layihədə öz əksini tapmamışdır. Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş 02 dekabr 1997-ci il tarixli texniki pasportda daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi 5.2863 ha (faktiki 5.8388 ha) olaraq göstərilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instans iya məhkəməsindəki icraat

3. İddiaçı 14 sentyabr 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən Bakı-Şamaxı şosesi 23 ünvanında tikilmiş un və makaron fabrikinin - əmlak kompleksinin dövlət qeydiyyatına alınmasına dair hissədə əmlak kompleksinin deyil, yalnız un və makaron fabrikinin (eskiz layihədə göstərilmiş) dövlət qeydiyyatına alınmasının cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı rəsmi dövlət qeydiyyatından keçməklə, Azərbaycan Respublikasının əhalisinin ərzaq tələbatını qarşılamaq məqsədi ilə fəaliyyət göstərir. Cəmiyyət məhsullarını İddiaçı əmtəə nişanı adı altında istehsal edir. İdd iaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüququ varisidir. Cəmiyyətin Bakı-Şamaxı şosesi 23 ünvanında yerləşən un və makaron fabriki 2004-2005-ci illərdə İddiaçı tərəfindən həmin torpaq sahəsində qanuni əsaslarla tikilmişdir. Fabrik 15 ildir ki, istifadəyə verilmişdir, bu gün də fəaliyyət göstərir. Yerli icra hakimiyyəti orqanı olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının 262 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə inşası başa çatmış bina və qurğuların istismara qəbuluna dair komissiyanın yaradılmasına dair sərəncam verilmişdir. xx.xx.2011-ci il tarixdə komissiya üzvləri obyektə baxış keçirərək akta imza etməklə obyektin istismara hazır olduğunu bildirmiş, xx.xx.2011-ci il tarixdə obyekt istismara qəbul edilmişdir. Hər ay dövlətə vergi ödənilir, lakin obyekt istismara qəbul edilsə də, 1 5 ildir fəaliyyət göstərsə də, bu günə qədər əmlak kompleksinə dövlət reyestrindən çıxarış alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Abşeron Ərazi İdarəsində şifahi olaraq bildirirlər ki, torpağı icarəyə götürün və ya özəlləşdirin. İddiaçı Dövlət Əmlak Komitəsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətini almışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin emissiya prospektində göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti torpağın daimi istifadəçisidir. İddiaçı də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, obyekt qanuni əsaslarla onun istifadəsində olan torpaqda tikilmişdir. MMCr hər il dövlətə torpaq vergisi verir.

5. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 2 ünvanında yer ləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 4 saylı Abşeron Ərazi İdarəsinə daxil olmuş müraciətə baxılmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər tərəflərindən araşdırılması və 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün müayinə baxışı keçirilərkən, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 2 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi faktiki torpaq sahəsinin 1.48 ha hissəsinin yüksək gərginlikli elektrik (6 kvt və 10 kvt) və yeraltı kabel xəttinin, həmçinin faktiki torpaq sahəsinin 1300 kv.m hissəsinin Bakı-Şamaxı avtomobil yolunun mühafizə zolağında yerləşdiyi müəyy ən edilmişdir. Bundan başqa, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 2 ünvanında yerləşən yeni layihələndirilmiş qeyri-yaşayış binasının istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığı aşkar edilmişdir. Belə ki, daşınmaz əmlakın istismara qəbul edilməsi haqqında aktın ekologiya nəzarətinin nümayəndəsi, yanğın təhlükəsizliyi nəzarətinin nümayəndəsi, X1 nümayəndəsinin möhürü ilə təsdiq edilmədiyi müəyyən edilmişdir. Sonradan A literinə bitişik ümumi sahəsi 783.8 kv.m və 1481.8 kv.m olan tikilər inşa edilmiş, lakin sözügedən tikililər eskiz layihədə öz əksini tapmamışdır. Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş 02 dekabr 1997-ci il tarixli texniki pasportda daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi 5.2863 ha (faktiki 5.8388 ha) olaraq göstərilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlə yanaşı tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Mövcud əmlak kompleksi binası tikintisinə icazə tələb olunan tikinti obyekti hesab olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2 və 48.3.3-cü maddələrinə əsasən, s ifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir və layihəçi sifarişçinin, müvafiq icra hakimiyyəti orqanının və texniki şərtləri müəyyən edən əlaqədar qurumlarla şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun iradları əsasında layihədə müvafiq dəyişikliklərin aparılmasını təmin edir və dəyişdirilmiş layihəni müəyyənləşdirilmiş qaydada razılaşdırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində sa xlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun, “Azərbaycan Respublikası avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2004-cü il tarixli 18 saylı qərarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında xx.xx.2015-ci il tarixli, 298 saylı qərarının tələbləri pozul muşdur. Həmin qərara əsasən, respublika əhəmiyyətli avtomobil yollarında mühafizə zolağı yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12.5 metr enində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən, 6 kvt və 10 kvt elektrik xətlərinin mühafizə zonası hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 10 metr məsafədə müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1- ci və 180.2-ci maddələrinə əsasən, lazımi icazələr almadan və ya tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınma sından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edilmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim İsmayıl Quliyev) 28 aprel 2022-ci il tarixli, 2-1(118)-33/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı tərəfindən Bakı-Şamaxı şosesi 23 ünvanında tikilmiş un və makaron fabrikinin - əmlak kompleksinin yalnız un və makaron fabrikinin (e skiz layihədə göstərilmiş və istismara qəbul edilmiş hissədə) dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə kimi qoyulması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mütəxəssis rəyinə əsasən, İddiaçı MMC-nin faktiki istifadəsində 5.85 ha torpaq sahəsinin olduğu və həmin torpaq sahəsinin daxilində elektrik hava xətti keçməsi və İddiaçı MMC-nin faktiki istifadəsində olan 5.85 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ilə 6-10 kv elektrik hava xəttinin ara məsafəsinin 10.23 metr olması müəyyən edilmişdir.

8. Bundan başqa, İddiaçı MMC-nin faktiki istifadəsində olan 5.85 ha torpaq s ahəsində yerləşən əmlak kompleksinin “Bakı-Şamaxı” avtomobil yolunun mühafizə zolağına düşmədiyi müəyyən olunmuşdur.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, daşınmaz əmlak səlahiyyətli inzibati orqanın təsdiq etdiyi layihə əsasında tikilmiş və inzibati orqan tikintinin istismara verilməsini təsdiq etmişdir. Ona görə də məhkəmə cavabdeh inzibati orqanın tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaması ilə bağlı dəlilini əsassız hesab etmişdir. Tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi iddiaçının məsuliyyəti dairəsində hesab edilə bilməz. İddiaçı səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş layihə əsasında tikinti həyata keçirmiş və səlahiyyətli orqan tərəfindən tikintinin istismarına icazə verilmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) 13 sentyabr 2022-ci il tarixli, 2-1(105)-482/2022 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. K ASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə iddiaçının müraciətinə verilən imtinanın və iddiaya qarşı verilmiş etirazın məzmunu eynilik təşkil edir. b.kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2-1(105)-482/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövl ət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.. Maddə

157. Mülkiyyətin müdafiəsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar (...) 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərin ə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara q əbul aktı (...) Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatl ar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şika yətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılma lıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nət icələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zərur i sayır.

26. Cavabdeh iddiaçının mülkiyyət hüququnu qeydə almaqdan imtina edərkən göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 2 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi faktiki torpaq sahəsinin 1.48 ha hissəsi yüksək gərginlikli elektrik (6 kvt və 10 kvt) və yeraltı kabel xəttinin, həmçinin faktiki torpaq sahəsinin 1300 kv.m hissəsi Bakı-Şamaxı avtomobil yolunun mühafizə zolağında yerləşir.

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən, xətlərin gərginliyi >1≤20 kv olduqda mühafizə zonasının məsafəsi 10 metrdir. İşin m əhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçının faktiki istifadəsində olan 5.85 ha torpaq sahəsinin daxilindən keçən 6-10 kv elektrik hava xətti ilə mübahisələndirilən əmlak kompleksi arasındakı məsafə 10.23 metrdir. Bu hal isə mübahisələndirilən əmlak kompleksinin 6-10 kv elektrik xəttinin mühafizə zonasına düşmədiyinə dəlalət edir.

28. Bundan başqa, “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli, 298 nömrəli qərarına əsasən, dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüsü respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 me tr enində müəyyən edilmişdir.

29. Birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilən məhkəmə tikintitexniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/3438 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mübahisələndirilən daşınmaz əmlak “Bakı-Şamaxı” avtomobil yolunun mühafizə zolağına düşmür. Belə ki, iddiaçının faktiki istifadəsində olan 5.85 ha torpaq sahəsi ilə “Bakı-Şamaxı” avtomobil yolunun mühafizə zolağı arasında olan məsafə 28.05 metr, həmin torpaq sahəsinin daxilində yerləşən əmlak kompleksi ilə “Bakı-Şamaxı” avtomobil yolunun mühafizə zolağı arasında olan məsafə 97.75 metr təşkil edir.

30. Kassasiya şikayətinin digər dəlili isə Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 2 ünvanında yerləşən yeni layihələndirilmiş qeyri-yaşayış binasının istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi ilə bağlıdır.

31. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə bağlı qeyd edir ki, daşınmaz əmlak səlahiyyətli inzibati orqanın təsdiq etdiyi layihə əsasında tikilmiş və inzibati orqan tikintinin istismara verilməsini təsdiq etmişdir. Tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi iddiaçının məsuliyyəti dairəsində hesab edilə bilməz. İddiaçı səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş layihə əsasında tikinti həyata keçirmiş və səlahiyyətli orqan tərəfindən tikintinin istismarına icazə verilmişdir.

32. Cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina edərkən əsaslandığı dəlilləri, habelə, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyini şübhə altına alacaq hər hansı xüsusatı sübut edə bilməmişdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinasının və kassasiya şikayətinin dəlilləri əsassızdır.

33. Belə olan halda, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür, şikayətin təmin olunması üçün əsaslar yoxdur.

34. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2-1(105)-482/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar